Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7252/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli 2(043)-3790/2021 nömrəli qərardadından İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1318.4 kv.m ümumi sahədən ibarət əm lak kompleksinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla, cavabdehin həmin əmlakdan məcburi qaydada çıxarılması və həmin əmlak kompleksinin tam boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3790/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı1 ASC şikayət verərək Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3790/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 ASC tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılm ası üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə cavabdeh "xxxx" ASC arasında yaranmış müqavilə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi münasibətləri üzrə məhkəmə mübahisəsi olmuş və tam yekunlaşmışdır. Hazırda mübahisələndirilən iddia tələbində bank qeyd edilən mübahisə üzrə yekun icra sənədinin icrası olaraq açıq hərracda satın aldığı və mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində adına qeydiyyata aldırdığı daşınmaz əmlakın qanunsuz sahiblikdən alınması, cavabdehin həmin əmlakdan məcburi qaydada çıxarılması və tam boşaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbinin predmeti isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, mə hkəmənin mübahisənin əşya hüquq münasibətindən irəli gəlməsinə əsaslanmaqla iş üzrə gəldiyi yekun nəticə yanlışdır və Mülki Prossesual Məcəllənin tələblərinə ziddir. Qanunverici məhkəmə aidiyyətin yeni qayda müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Hazırki iddia tələbinin bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməməsinə, habelə hər iki tərəfin sahibkarlıq subyekti olmasına baxmayaraq tələbin mülkiyyət hüquqularının sərbəst həyata keçirilməsi ilə bağlı olduğundan işə ümumi məhkəmədə baxılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə a idiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlanılan qərardad iddia ərizəsinin qaytarıl ması barədə olsa da, iddia ərizəsinin qaytarılmasının əsası mübahisənin məhkəmə aidiyyəti ilə bağlı olduğundan, verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 403-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmalıdır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(043)-3790/2021 nömrəli qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq ol araq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələ blərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sah ibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (14-cü bənd). Göründüyü kimi, müvafiq Plenum qərarına əsasən iş üzrə hər iki tərəf kommersiya hüquqi şəxs olduğundan və onların sahibkarlıq fəaliyyətindən kəna r fəaliyyətinin olmaması baxımından qanunsuz sahiblikdə olan əmlakın boşaldılması barədə əşya hüquq münasibətlərindən irəli gələn hazırki iddia kommersiya mübahisəsi olmaqla, kommersiya məhkəməsində baxılmalı olan tələblərə aid edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəlləsinin 24.2, 26.1-ci maddələrinin tələblərinə, həm də “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarını mübahisəyə düzgün tətbiq etmiş, hər hansı qanun pozuntusuna yol verməmişdir. Buna görə də, Gəncə şəhər Kəpəz Rayo n Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(043)-3790/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı1 ASC kassasiya şikayəti təmin edilməsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(043)-3790/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7252/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7252/2021
01.12.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver