Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7257/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(105)-54 6/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan 0,2 ha torpaq sahəsi Cavabdeh geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin əvəzi, 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirdiyi mənəvi zərərin əvəzi, habelə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat m iqdarında dövlət rüsumunun əvəzinin cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Palçıqoba kəndində JN-349 seriyalı, 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.20 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olub, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsini digər iddiaçı qızı İddiaçı2 mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsi onun yəni İddiaçı1 mülkiyyətində olarkən, 2014-cü ildə Cavabdeh ilə tanış olaraq Xaçmaz rayonu, Palçıq-oba kəndində yerləşən 0.20 ha torpaq sahəsində birgə balıqçılıq təsərrüfatı yaradacaqları b arədə razılığa gəlmişlər. Cavabdeh, həmin torpaq sahəsində yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzlarını təmənnasız olaraq maliyyələşdirəcəyini vəd edərək ona notarial qaydada təsdiqlənməyən 10.11.2014-cü il tarixli müqavilə imzalatmışdır. Lakin cavabdeh tikinti işlərini yekunlaşdırdıqdan sonra guya 280 000 manat pul vəsaiti yatırdığını bildirərək həmin məbləği ondan tələb etmişdir. O, bu müəssisədə mütəxəssis kimi işlədiyi vaxtlar Neftçala rayonundan 8500 ədəd balıq gətirib, onları yetişdirmişdir. Satışyararlı çəkiyə çatdırıb və əlavə olaraq balaca hovuzlarda növbəti mövsüm üçün 17000 ədəd “malyok” (12 qramlıq körpə balıq) Neftçala rayondan gətirmişdir. Qeyd olunan 8500 ədəd balıqlardan 7000 ədədi oğurlanmışdır. 17000 ədəd xırda balıqlar isə cavabdehin işçisi X3 tərəfindən axar çaya buraxılaraq qəsdən ona külli miqdarda zərər vurmuşdur. Bundan sonra Cavabdeh və onun işçisi ona böyük təzyiqlər göstərərək onu təsərrüfatından uzaqlaşdırmışlar. Cavabdeh belə qanunsuz hərəkətləri ilə onunla aralarında olan müqaviləni kobudcasına pozmuşdur. O, artıq üç ildir ki, yaratdıqları balıqçılıq təsərrüfatına girə bilmir. Nəticədə mülkiyyətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada sahiblik və istifadə etmələri mütəmadi və qanunsuz olaraq maneələr törədir, onlara maddi və mənəvi zərər vurur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı İddiaçı1 və İddiaçı2 müştərək qaydada onun tərəfindən dəyəri ödənilmiş əmlakların özgəninkiləşdirilərək onu əmlakından məhrum etmələri və onun hesabına əsassız varlanma nəticəsində ona vurduqları maddi zərərin əvəzi kimi-mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin hazırkı bazar qiyməti 370000 (üç yüz yetmiş min) manatın, İddiaçı1 torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40.000 (qırx min) manatın, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqlarınalınması üçün ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manatın, İddiaçı1 tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat pulun, Palçıq-oba kəndi ərazisində istifadəsində olan göltorpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi-kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə İddiaçı1 on dan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 (iki min səkkiz yüz əlli) manat pulun, İddiaçı1 tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 (altı min) manat pulun, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi 9180 (doqquz min yüz səksən) manat pulun, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən İddiaçı1 əmək haqqı olaraq ödənilmiş 6800 (altı min səkkiz yüz) ABŞ dolları məbləğində pulun alınaraq on a qaytarılması barədə və qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk İddiaçı1 onu aldadaraq özünə məxsus olmayan torpaq sahəsində onun külli miqdarda pul vəsaiti ilə balıq yetişdirmə təsərrüfatı yaradılmasına nail olduqdan sonra hazırda həmin torpaq sahəsinin mülkiyyətində olduğunu uydurmaqla üzərindəki hovuzlar və tikililərlə birlikdə ondan geri tələb edilməklə torpaq sahəsindən çıxarılması və pul tələbi barədə iddia qaldırmışdır. Buna görə də, cavabdehlərin ona vurduqları maddi zərərin əvəzini tələb edir. Xaçmaz Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cav abdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası İddiaçı2 münasibətdə qismən təmin edilməsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində İddiaçı2 məxsus olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları ilk iddia üzrə Cavabdeh geri alınmaqla, Cavabdeh, həmin torpaq sahəsindən çıxarılması, ilk iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərclərinin bölünm əsi məsələsidə həll edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər S.Qafari - sədrlik edən və məruzəçi, Ş.Abbasov və T.Məmmədov) qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən X2 ********** VÖEN-lə, İddiaçı2 ********** VÖEN-lə, Cavabdeh ********** VÖEN lə "İntersənayeservis” MMC-nin qanuni təmsilçisi olmaqla qeydiyyata alınmışlar. Hazırkı iddia tələbi ilkin iddiaçılar və qarşılıqlı iddiaçı sahibkarlıq fəaliy yətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №-li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik ed ilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında "inzibati-iqtisadi məhkəmə sözləri ismin müvafiq hallarında "kommersiya məhkəməsi sözləri ilə, ismin müvafiq halında "inzibati- iqtisadi məhkəmələr sözləri ismin müvafiq halında "kommersiya məhkəmələrisözləri ilə əvəz edilmişdir. Həmin qərardaddan İddiaçı1 şikayət verərək məhkəmənin 10.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 sentyabr 2021-ci ildə keçirilmiş məhkəmə iclası zamanı X1 adına işə baxan hakimin təkidinə əsasən yeni açılmış 09.09.2021-ci il tarixli, ********** nömrəli VÖEN-ə istinad edərək apellyasiya məhkəməsinin iş üzrə keçi rdiyi 7 iclasdan sonra işi baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməsi qanunsuzdur. Əgər hakim hesab edirdisə bu iş Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilər o zaman ilk məhkəmə iclasında bunu etməli idi. Bu hal onun vətəndaş kimi süründürülməyinə və mülkiyyətindən məhrum olmağına gətirib çıxarmışdır. Hüquqi məsələlər: İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən apelyasiya instansiyası məhkəmələrinə izah edilmişdir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəm ə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10.09.2021-ci i l tarixli 2(105)-546/2021 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı prossesual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, hazırki iddia ərizəsi 11.05.2018-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə verilmiş və həmin gün də icraata qəbul edilmişdir. İddia icraata qəbul edilən günə tərəflərdən yalnız İddiaçı1 10.08.2009-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyatda olmuş, digər iddiaçı və cavabdehin fərdi sahibkar statusu olmamışdır. Apellyasiya Məhkəməsinin istinad etdiyi sənədlərdən görünür ki, İddiaçı2 Qırxlar qızı fərdi sahibkar kimi 09.09.2021-ciil tarixdə, yəni qərardadın qəbulundan bir gün əvvəl qeydə alınmış, cavabdeh isə fərdi sahibkar kimi qeydiyyatdan keçməmiş, onun təsisçisi və qanuni nümayəndəsi olduğu "xxxx" MMC 25.12.2007-ci ildə hüquq i qeydə alınsa da, mübahisənin tərəfi həmin hüquqi şəxs deyil və mübahisə həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı yaranmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia icraata qəbul edilərkən mübahisə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin həmin dövrdə qüvvədə olan 25.1-ci maddəsinə əsasən ümumi məhkəməyə aid olduğundan apellyasiya instansiya məhkəməsi hazırki qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin normaya əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəm ə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarının 5-ci bəndində də göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Hazırki iddia tələbi Mülki Prossesual Məcəlləsinə müvafiq dəyişikliklərin qüvvəyə minməsindən əvvəl, yəni 11.05.2018-ci il tarixdə verildiyindən və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 25.1-ci maddəsinin tələblərinə əsasən icraata düzgün qəbul edildiyindən işin kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinin pozulması ilə qəbul edildiyindən, ləğv edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli qərardadı həm Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına uyğun olmadığına görə ləğv edilməli və İddiaçı1 həmin qərardaddan verdiyi kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apelly asiya Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(105)546/2021 nömrəli qərardadı ləğv edilərək, iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31 və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(105)-546/2021 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7257/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7257/2021
01.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver