Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-728/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1814/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı X5 1999-cu il tarixli etibarnamə əsasında “QAZ-2705” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobili 29 iyun 2001-ci il tarixə kimi Cavabdeh Seydivəli oğluna idarə etməyi etibar etmiş və maşını ona vermişdir.
2. İddiaçı əşyanın geri geri qaytarılmasına dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan “QAZ-2705” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, texniki pasportla ona məxsus olan QAZ-2705 markalı **- BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Cavabdeh 21 aprel 2000-ci il tarixdə 7500 ABŞ dollarına nisyə satmışdır. Lakin hazırkı vaxtadək cavabdeh həmin məbləği ona ödəməkdən imtina etmişdir. Nə qədər tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək nə avtomobili, nə də pul vəsaitini ona qaytarmaqdan boyun qaçırmışdır. Həmin avtomobili etibarnamə əsasında cavabdehə vermişdir və etibarnamənin müddəti bitmişdir. Avtomobil üzərində heç bir alğı-satqı olmamışdır. Bu barədə ona Sabirabad rayon Polis Şöbəsindən arayış verilmiş və həmin arayışı iş materiallarına əlavə etmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 18 fevral 2019-cu il tarixli, 2(056)-300/2019 nömrəli qətna məsi ilə iddia tələbi təmin edilərək, “QAZ-2705” markalı, ** BO *** dövlət qeydiyyat avtomobilin Cavabdeh alınıb iddiaçı X3 verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb iddiaçı X3 verilməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 152.1-ci və 157.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəki avtomobilin mülkiyyətçisidir, həmin avtomobil müvəqqəti olaraq cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir, hazırda cavabdehin adına verilmiş etibarnamə ləğv edilmişdir, cavabdehin sahibliyi və istifadəsi qanunsuzdur. Ona görə də iddia tələbi təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Kərimov (s ədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev) 20 oktyabr 2020-ci il tarixli, 2(106)-1718/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)500/2020 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı X5 mülkiyyətində olan “QAZ 2705” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və kollegiya iclasında verdiyi izahatında mübahisəli avtonəqliyyat vasitəsinin cavabdeh tərəfindən satıldığını pulunu isə ona vermədiyini bildirmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) 2(102)-1831/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1718/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı 23.09.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh qeyd edilən avtomobilin iddiaçı tərəfindən ona verilməsini etiraf etmiş, apellyasiya şikayətində avtomobilin iddiaçının razılığı ilə onun tərəfindən 3-cü şəxsə satıldığını, məhkəmə iclasında isə avtomobilin iddiaçı tərəfindən 3-cü şəxsə satıldığını göstərmiş, məhkəmə baxışı zamanı apellyasiya şikayətində texniki səhvə yol verilməsini qeyd etmiş, qeyd etdiyi bir-birinə zidd xüsusatla bağlı hər hansı sübuta istinad edə bilməmişdir. Digər tərəfdən cavabdeh adıçəkilən avtomobillə bağlı onun iddiaçı qarşısında olan pul öhdəliyi ilə bağlı iddiaçının mərhum atası tərəfindən başqa bir avtomobilin iddiaçıya verildiyini, cavabdehi daha sözügedən avtomobilə görə narahat etməməsini oğluna tapşırmasını göstərmişdir ki, cavabdehin bu qeydi də onun avtomobilin iddiaçı tərəfindən satılması barədə yürütdüyü fikrə ziddir. Belə ki, iddiaçı həmin avtomobilin qarşılığında atasından avtomobil əldə etmişdisə, atası sağ ikən hansı səbəbə cavabdehdən həmin avtomobili geri alıb satmışdır? İşə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası m əhkəməsi işin həqiqi halını, yəni mübahisələndirilən avtomobilin iddiaçı tərəfindən cavabdehə verilməsinin etiraf edilməsini, cavabdehin isə həmin avtomobilin iddiaçıya qaytarılması və ya iddiaçı tərəfindən 3-cü şəxsə satılması barədə hər hansı sübuta istinad etməməsini nəzərə almamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Kərimov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və Z.Allahyarov) 25 avqust 2021-ci il tarixli, 2(106)-1814/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(056)-300/2019 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobil faktiki sahiblik edəndən tələb edilməlidir. Çünki iddiaçı da dəqiq bilir ki, avtomaşın cavabdehdə deyil. Əks təqdirdə iddiaçı, cavabdehdən pul tələb etməzdi. Belə ki, iş materiallarında da görünür ki, iddiaçı əvvəl ondan 7500 manat ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “QAZ-2705” markalı **-BO-*** dövlət nömrə nişanlı yük avtomobilinin cavabdehdə olmasını təsdiq edən mötəbər sübutlar məhkəməy ə təqdim edilməmişdir. Məhkəmə hazırda avtomobilin kimdə olmasını ümumiyyətlə araşdırmamışdır. Halbuki, avtomobilin cavabdehdə olmasını iddiaçı sübut etməli idi. Cavabdehdə olmayan avtomobilin qaytarılması qeyri-mümkün olduğu üçün qətnamənin icrası da mümkün olmayacaq. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Sadıqov Sadıq kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilm əli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tətbiq edilən hüquq.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq o lunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 25. 29 iyun 1999-cu il tarixli notariat qaydasında təsdiq edilmiş etibarnamədən görünür ki, Sabirabad rayonu Qaratoğay kənd sakini X5 X1 tərəfindən 29 iyun 1999-cu il tarixdə verilmiş AA-185777 nömrəli texniki pasport əsasında ona məxsus olan, Sabirabad X1ndə qeydiyyatda duran "QAZ-2705" markalı, X0057151 mühərrik, X0127411 şassi, **-BO-*** dövlət qeydiyyat nömrəli 29 iyun 2001-ci il tarixinədək idarə etməyi etibar etmişdir.
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2018-c i il tarixli ***-**** saylı arayışdan görünür ki, X2 adına olan "Qazel-2705" markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilə dair başqa şəxsin adına etibarnamə yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış hallarını nəzərə alıb və yuxarıda istinad olunan maddi hüquq normasına əsaslanaraq hesab etmişdir ki, iddiaçı mübahisəli avtomobilin cavabdehin istifadəsindən geri tələb etməkdə haqlıdır. İşin təkzibolunmaz halı mübahisəli yük avtomobilinin idarə etmək hüququ ilə iddiaçı tərəfindən cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilməsidir. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi xüsusatları təsdiq edəcək hər hansı bir sübutu təqdim edə bilməmişdir.
28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Kassasiya şikayətinin dəlilləri isə əsaslı deyil, ona görə ki, avtomobilin idarə olunmasına dair cavabdehin adına etibarnamə verilmiş, üstəlik əşyanı iddiaçıdan təhvil aldığını cavabdeh apellyasiya şikayətində etiraf etmişdir. Bu hallar əşyanın cavabdehin sahibliyində olmasına dəlalət etməklə, iddiaçını MM-in 157.2-ci maddəsində nəzərdə tutulan ikinci şərti (əşyanın cavabdehin sahibliyində olmasını ) sübut etmək yükündən azad edir.
30. Belə olan halda, cavabdeh əşyanı iddiaçıya qaytardığını iddia edirsə, bu halı sübuta yetirmək onun vəzifəsidir. Məhkəmələr belə qənaətə gəlmişlər ki, həmin xüsusata dair cavabdeh mötəbər sübut təqdim etməmişdir. Mövcud vəziyyətdə iddianın təmin olunması qeyd olunan maddi hüquq normasına uyğun olmuşdur.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1814/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov