Məhkəmə qərarları › İş №2(102)-730/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-730/2022

07.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-730/2022 07.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qürbət oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(106)226/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Mə hkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(056)-258/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, 620 manat dəyərində brilyant qaşlı nişan üzüyünün, 220 manat dəyərində brilyant komplektin (üzük-sırğa, kulon, qolbaq, zəncir), 650 manat dəyərində “Vestel” markalı paltaryuyan maşının, 350 manat dəyərində 4 gözlü qaz sobasının və 350 manat dəyərində 3 ədəd çılçırağın, həmin əmlaklar olmadığı halda isə əmlakların göstərilən dəyərinin cavabdeh X1 oğlundan alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-226/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayət i təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(056)-258/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X1 oğlu kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(106)226/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh X1 oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(106)-226/2021 nömrəli qərardadının ləğv edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-226/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilk dəfə 2021-ci ilin iyun və iyul aylarında kassasiya şikayəti vermiş, lakin şikayəti dövlət rüsumunun və vəkil orderinin əlavə olunmaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra, o, dövlət vəsaiti hesabına vəkil təyin edilməsi üçün məhkəməyə müraciət etmiş, apellyasiya instansiyası məhkəməsi qərardadı ilə vəkillə təmin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 01 oktyabr 2021-ci il tarixdən edilmiş dəyişikliklər kassatorun barəsində tətbiq olunmamalıdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 4 14.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki v ə kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhk əməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Kassasiya şikayətini geri qaytara n apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə üzrə iddianın qiyməti ümumilikdə 9520 manat təşkil etmiş, həmin tələbin 4170 manat hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, cavabdehə münasibətdə mübahisələndirilən hissədə iddianın qiyməti 4170 manat təşkil edir ki, mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə görə mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan artıq olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə tam razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfind ən mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Hazırki kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdehin verdiyi əvvəlki kassasiya şikayətləri qanuna uyğun verilməmiş və bu səbəbdən geri qaytarılmışdır. Onun tərəfindən isə sonuncu dəfə kassasiya şikayəti 25 oktyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur ki, artıq MPM-in 402.1-ci maddəsinin məzmununda edilmiş dəyişikliklər qüvvəyə minmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasan hazırki mübahisəyə prosessual hərəkətin həyata keçirildiyi (kassasiya şikayəti verildiyi) tarixdə qüvvədə olan mülki prosessual hüquq normaları tətbiq edilməlidir. Ona görə də məhkəmə koll egiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(106)-226/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar