Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-731/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X4 və X5 qarşı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-223/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlkin olaraq İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 3000 manat dəyərində yataq dəsti, 180 manat dəyərində mətbəx dəsti, 300 manat dəyərində qaz peçi, 700 manat dəyərində soyuducu, 600 manat dəyərində paltaryuyan, 150 manat dəyərində tozsoran, 700 manat dəyərində televizor, 150 manat dəyərində DVD, ümümu dəyəri 3000 manat olan 3 böyük və 2 balaca xalça, pərdələr, pakrıvallar, mətbəx üçün qabqacaqlar, atasının cehiz üçün verdiyi 10000 manat pul, atasının onun borcu üçün verdiyi 500 manat, qaynanasının qardaşının ona olan borcu 200 manat, 3000 manat dəyərində 3 karat 30 qram çəkidə 750 əyarlı brilyant komplekt (üzük, sep, qolbaq, sep), 1300 manat dəyərində 750 əyarlı 15 qram çəkidə brilyant komplekt sırğa üzük, 800 manat dəyərində 750 əyarlı, 8 qramlıq 1 karat brilyant qaşlı nişan üzüyü, 900 manat dəyərində 585 əyarlı, 15 qramlıq boyunbağı, 600 manat dəyərində 585 əyarlı, 10 qramlıq kulon, 1200 manat dəyərində 585 əyarlı, 24 qramlıq boyunbağı, 900 manat dəyərində 2 ədəd 15 qramlıq 585 əyarlı kulonlar, 250 manat dəyərində 585 əyarlı 3 ədəd 3 qramlıq üzüklər, 300 manat dəyərində 750 əyarlı 4 qramlıq brilyant qaşlı üzük, 350 manat dəyərində 585 əyarlı 6 qramlıq qolbaq, 250 manat dəyərində 585 əyarlı 4 qramlıq 2 ədəd kulonlar, 50 manat dəyərində 585 əyarlı 1,2 qramlıq qızıl sancaq və ya əmlakların özləri olmadıqda onların dəyərini tələb etmişdir. Sonradan iddiaçı X7 və X6 da, cavabdeh kimi cəlb edərək iddia tələbini dəqiqləşdirib, iddia ərizəsində qeyd olunmuş mətbəx dəstinin qiymətinin 1800 manat yazılmalı olduğu halda 180 manat qeyd edildiyini, atasının onun burun əməliyyatı üçün verdiyi 500 manat pulun səhvən cavabdehin borcu kimi yazıldığının nəzərə alınmasını, iddia ərizəsində göstəridiyi əmlaklardan pakrıval pərdə dəstinin 450 manat, pakrıval pərdə dəstinin 250 manat, xrustal stəkan nəlbəkinin 24x5 120 manat, stəkan-nəlbəkinin 40 manat, güldan xurustal, meyvə qabı, qənd qabı dəstinin 200 manat, ütünün 50 manat, ütü altının 30 manat, qazan dəstinin 200 manat, qazan dəstinin 160 manat, tava dəstinin 75 manat, padnos dəstinin 50 manat, kasa boşqab dəstinin 100 manat, 5 dəst pastel dəstinin 400 manat, ədyalların 200 manat, dəsmalların 50 manat, skater stol üstülərin 200 ma nat, şamdanların 2 ədəd 50 manat təşkil etdiyini bildirmişdir. Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(050)-105/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 750 əyarlı 30 qram çəkidə brilyant komplekt (sep, sırğa, üzük, qolbaq) qiyməti 2400 manat, 1 ədəd 750 əyarlı 15 qram çəkidə brilyant kompekt (sırğa üzük) qiyməti 1200 manat, 1 ədəd 750 əyarlı 8 qram çəkidə brilyant qaşlı (1 karat) nişan üzüyü qiyməti 640 manat, 1 ədəd 585 əyarlı 15 qram çəkidə sep qiyməti 900 manat, 1 ədəd 585 əyarlı 15 qram çəkidə kulon qiyməti 900 manat, 1 ədəd 585 əyarlı 24 qram çəkidə sep qiyməti 1440 manat, 2 ədəd 585 əyarlı 15 qram çəkidə kulon qiyməti 900 manat, 3 ədəd 585 əyarlı 3 qram çəkidə üzük qiyməti 180 manat, 1 ədəd 750 əyarlı 4 qram çəkidə brilyant qaşlı sırğa qiyməti 3 20 manat, 1 ədəd 585 əyarlı 6 qram çəkidə qolbaq qiyməti 360 manat, 2 ədəd 585 əyarlı 4 qram çəkidə kulon qiyməti 240 manat, 1 ədəd 585 əyarlı 1,2 qram çəkidə sancaq qiyməti 72 manat olmaqla, ümumi dəyəri 9552 manat təşkil edən qızıl-zinət əşyalarının və ya qətnamə icra olunan vaxt olmayan əmlakın dəyərinin alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh, X7 və X2 3000 manat dəyərində yataq dəsti, 1800 manat dəyərində mətbəx dəsti, 300 manat dəyərində qaz peçi, 700 manat dəyərində soyuducu, 600 manat dəyərində paltaryuyan, 150 manat dəyərində tozsoran, 700 manat dəyərində televizor, 150 manat dəyərində DVD, 450 manat dəyərində pakrıval pərdə dəsti, 250 manat dəyərində pakrıval pərdə dəsti, 120 manat dəyərində xrustal stəkan nəlbəki 24x5, 40 manat dəyərində stəkan-nəlbəki, 200 manat dəyəri ndə güldan xurustal, meyvə qabı, 50 manat dəyərində ütü və 30 manat dəyərində ütü altı, 200 manat dəyərində qazan dəsti, 160 dəyərində manat qazan dəsti, 75 manat dəyərində tava dəsti, 50 manat dəyərində padnos dəsti, 100 manat dəyərində kasa boşqab dəsti, 400 manat dəyərində 5 dəst pastel dəsti, 200 manat dəyərində ədyallar, 50 manat dəyərində dəsmallar, 200 manat dəyərində skater stol üstülər, 50 manat dəyərində 2 ədəd şamdannın və ya qətnamə icra olunan vaxt olmayan əmlakın dəyərinin, o cümlədən dövlət rüsumuna görə 30 manatın müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın 10000 manat cehiz əmlakı, 500 manat əməliyyat və 200 manat borc pulu tələblərinə münasibətdə təmin olunmamaması qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh apellyasiya şikayətləri vermişlər. Apellyasiya in stansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, İsmayıl Əhmədov) 19 may 2021-ci il tarixli 2(106)-223/2021 saylı qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(050)-105/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin surəti məhkəmə tərəfindən 07 iyun 2021-ci il tarixli poçt reyestrinə əsasən sifarişli zərflərdə tərəflərin ünvanlarına göndərilmiş, o cümlədən Cavabdeh “SS730515556 AZ" kodlu zərfdə göndərilmişdir. Cavabdeh və vəkili Vəkil 08 oktyabr 2021-ci il tarixdə poçta təqdim etməklə qeyd olunan qətnamədən kassasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlə r: Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, İsmayıl Əhmədov) 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh “SS730515556 AZ" kodlu zərfdə göndərilmiş qətnamənin nə zaman ünvan sahibinə verilməsinin müəyyən olunması məqsədilə "xxxx" MMC-nin Masallı poçt filialına rəsmi sorğu verilmiş və alınmış cavabla müəyyən edilmişdir ki, ünvan sahibi ünvanda olmadığından, ünvan sahibinin Ərkivan qəsəbə poçtuna əvvəllər etdiyi müraciət əsasında zərf, onunla bir həyətdə yaşayan əmisi X1 18 iyun 2021-ci il tarixdə verilmişdir. Belə olan halda Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsi baxımından qətnamə rəsmi qaydada cavabdehə təqdim edilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə belə q ənaətə gəlmişdir ki, cavabdeh və vəkili tərəfindən 08 oktyabr 2021-ci il tarixdə poçta təqdim edilməklə verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh 18.08.2021-ci il tarixli məhkəmə qəbzinə imzalatdırılmaqla təqdim edilmişdir. Göründüyü kimi qətnamədən kasasiya şikayəti vermə müddəti ötürülməyibdir. Apellyasiya instansiyası məhkəməsinin 27.10.2021-ci il tarixli qərardadında məhkəmənin qətnaməsi X3 eyni həyətdə yaşa yan qoca əmisinə verilməsini rəsmi qaydada verilmə hesab edərək prosessual normaların tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən üçün çağırılmadan kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək baxılmışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən Cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən i mzalanmışsa, habelə kassasiya şikayəti vermək üçün hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394 -1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşad ığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh məhkəməyə məlum olan ünvanına göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Yuxarıda sadalanan normaların tələblərinə görə qətnamə cavabdehə rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-223/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-731/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-731/2022
10.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver