Məhkəmə qərarları › İş №2(102)-732/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-732/2025

05.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-732/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna q arşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(103)-5484/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 5 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 06 avqust 2020-ci il tarixli 0xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Dövlət Sosial Müdafiə X9 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, müqavilə 3 ay müddətinə bağlanmışdır. (səh. 105-110)

2. Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin 05 fevral 2024-cü il tarixli, 3-17-1/3-4-207/2024 nömrəli əmrinə əsasən fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi İddiaçı 2024-cü il 06 fevral tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, sonuncu ilə son haqq-hesabın aparılması təmin edilməsi barədə əmr verilmişdir.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru X6 tərəfindən təsdiq edilmiş 06 fevral 2024-cü il tari xli 01 nömrəli akta əsasən Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad olunduğu gün 06 fevral 2024-cü il saat 17:00 radələrində İnsan resursları şöbəsinin baş mütəxəssisi tərəfindən İnsan resursları şöbəsinə dəvət edilmiş, ƏƏSMN-nin X1 X5 Alt sistemi (ESDAS) vasitəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli xitam əmri ilə tanış edərək, ESDAS üzərindən gələn sənədi çap edib İddiaçı təqdim edilmişdir. 4. 0442295 nömrəli əmək kitabçasına əsasən İddiaçı 21 sentyabr 1998-ci il tarixdən Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib vəzifəsinə işə qəbul edilmiş, 01 sentyabr 2003-cü il tarixdən bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verilmişdir. 09 sentyabr 2003-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Yasamal rayon şöbəsinə “pensiya üzrə sahə mühasibi” vəzifəsinə işə qəbul edilmiş, 08 iyun 2004-cü ildə “maliyə-uçot sektroru üzrə mühasib” vəzifəsinə keçirilmişdir. 27 iyun 2016-cı il tarixdə ƏƏSMN-nin 29 iyun 2016-cı il tarixli əmrinə və “Dövlət qulluğu haqqında” Qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. 01 noyabr 2019-cu il tarixdə 1 saylı Bakı Ərazi şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə, 01 may 2020-ci il tarixdə Fondun Mərkəzi maliyyə və mühasiba tlıq idarəsinin Pensiya ödənişi sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Qanununun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 06 fevral 2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı nın Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir.

5. İddiaçı bank hesabından çıxarışdan görünür ki, 31 yanvar 2024-cü il tarixdə 1362,50 manat əmək haqqı, 23 fevral 2024-cü il tarixdə isə 1170,84 manat məbləğində əmək haqqı (son haqq-hesab) iddiaçının kart hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Güldanə İdris qızı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yeri nə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yasamal rayon üzrə şöbəsində mühasib vəzifəsində işə başlamışdır və 22 il davamlı olaraq həmin qurumda dövlət qulluqçusu kimi çalışaraq, hazırda 2-ci dərəcəli dövlət qulluqçusu vəzifəsinə qədər yüksəlmişdir. Lakin, sonradan 2020-ci ildə qurum dövlət qulluğundan publik hüquqi şəxsə çevrilmişdir. Həmin dövrə qədər isə, o, işlətdiyi həmin qurumda müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Qeyd olunduğu kimi, daimi əsaslarla (müddətsiz əmək müqaviləsi ilə) işlədiyi qurum publik hüquqi şəxsə çevriləndən sonra, digər əməkdaşlar kimi işlədi yi həmin qurum onu da, fakt qarşısında qoyaraq, müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə dəyişmiş və nəticədə, əvvəllər 20 ildən artıq daimi əsasla işlədiyi, lakin sonradan publik hüquqi şəxsə çevrilən cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdən etibarən 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin dövrdən etibarən, xx.xx.2024-cü il tarixədək (son 4 il müddətində) hər dəfə mütəmadi olaraq müqavilə müddəti artırılmaqla Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında mütəxəssis vəzifəsində çalışmışdır. Sonuncu dəfə işdə xx.xx.2024-cü il tarixdə son iş saatınadək işləmişdir. Həmin gün iş saatının sonunda kadrlar şöbəsinin əməkdaşı tərəfindən heç bir səbəb və rəsmi açıqlama verilmədən növbəti gündən işə gəlməməyi bildirilmişdir. Bun un hansı səbəbdən olmasını soruşarkən isə, həmin şəxs ətraflı məlumata malik olmamasını söyləmişdir. xx.xx.2024-cü il tarixdə qeyri-iş günü olduğundan (Prezident Seçkiləri ilə bağlı), xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir və ona bununla bağlı rəsmi açıqlama və məlumat verilməsini xahiş etmişdir. Belə ki, onun əmək funksiyalarının icrasına xitam verilməklə bağlı ona cavabdeh qurum tərəfindən hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir. Əgər əmək müqaviləsinə xitam verilibsə, bunun səbəbləri barədə o, işçi olaraq əvvəlcədən rəsmi məlumata malik olmalıdır. Bundan əlavə, ona əmək müqaviləsinə xitam verilmə barədə əmrin sürəti, əmək kitabçası, son iş günündə ona təqdim olunmalı idi. Lakin cavabdeh bunu etməmişdir. Habelə, sonuncu iş günü (xx.xx.2024 -cü il) ona qanunvericiliklə nəzərdə tutulmuş son haqq-hesab ödənişi edilməli olduğu halda edilməmişdir. Belə ki, ona əmək hüquq münasibətlərindən irəli gələn son haqq-hesab ödənişi xx.xx.2024-cü il tarixdə şəxsi bank hesabına daxil olmuşdur. Bundan sonrakı günlər şənbə və bazar günlərinə təsadüf etdiyindən, o, xx.xx.2024-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunda olmuşdur və baş verənlərin səbəbilə maraqlanmışdır və bu barədə qurumdan rəsmi məlumat tələb etmişdir. Yalnız, həmin gün (xx.xx.2024) ona rəsmi bildirilib ki, onunla əmək müqaviləsinin müddəti artırılmadı və əmək kitabçası həmin gün ona geri qaytarılmışdır. Lakin işdən çıxma barədə əmrin surətini cavabdehdən tələb etsə də, ona yenə də təqdim edilməmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə əmək kitabçası cavabdeh tərəfindən ona təqdim olunarkən, kitabçanın məzmunundan ona rəsmən məlum oldu ki, onunla olan əmək hüquq münasibətlərinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə istinadən (müqavilə müddətinin bitməsi) xitam verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən barəsində verilmiş əmək müqaviləsinə xitam verilmə barədə verilmiş xx.xx.2024-cü il tarixli Əmr hüquqi əhəmiyyətsiz əmrdir. Çünki, həmin əmr verildikdən sonra bununla bağlı qanunvericiliyin tələblərinə cavabdeh tərəfindən əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunduğu kimi, dövlət qulluqçusu kimi 20 ildən artıq daimi əsaslarla müddətsiz əmək müqaviləsi əsasında işlədiyi, daha sonra isə, 4 il ərzində müddətli əmək müqaviləsi əsasında çalışdığı bir qurum, onunla olan müqaviləhüquq münasibətlərini davam etd irməyəcəyi ilə bağlı onu öncədən xəbərdar etməli idi. xx.xx.2024-cü il tarixdə barəsində müqavilə münasibətlərini davam etdirməməklə bağlı işəgötürən tərəfindən əmr verilməsinə rəğmən, xx.xx.2024-cü il tarixdə iş günün sonunadək işləmişdir və nədənsə ona bu barədə heç bir rəsmi məlumat verilmir. Halbuki, qanunvericiliyin bununla bağlı imperativ tələbi ondan ibarətdir ki, əmək müqaviləsi ilə işləyən işçiyə sonuncu iş günü - əmək kitabçası, işdən çıxma barədə əmrin surəti, habelə son haqq-hesabı ödənilməlidir. Barəsində qeyd olunan əmr xx.xx.2024-cü il tarixdə verilsə də, ona son haqq-hesab 18 gün sonra yəni xx.xx.2024-cü il tarixdə, əmək kitabçası isə xx.xx.2024-c il tarixdə verilmişdir. Əmr isə, ümumiyyətlə təqdim olunmamışdır. Belə çıxır ki, o, işdən çıxmağı ilə bağlı rəsmi məlumata əmr in verildiyi gündən 20 gün sonra malik olmuşdur. Bütün bu hallar, iddia tələbinin dəlilləri, bir daha onu deməyə əsas verir ki, qüvvədə olan Əmək Qanunvericiliyinin müddətli əmək müqaviləsinə xitam verilməklə bağlı tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozuntusudur. Belə ki, Əmək Qanunvericiliyinin tələbi odur ki, müddətli əmək-hüquq münasibətləri zamanı müqavilə müddətinin bitməsindən bir həftə keçdikdən sonra müqaviləyə xitam verilməzsə, müqavilə eyni müddətə və eyni əsasla uzadılmış sayılır. Ona cavabdeh tərəfindən heç bir rəsmi xəbərdarlıq və ya bildiriş bununla bağlı təqdim edilməmiş, əksinə, işdən azad olunmağı ilə bağlı rəsmi məlumata barəsində müvafiq əmr verildikdən 20 gün sonra malik olmuşdur. Beləliklə, bu o deməkdir ki, onunla işəgötürən arasında müddətli əmək müqaviləsi eyni müddətə və eyni əsasla uzadılmış sayılır və barəsində verilmiş əmrin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilmə qaydaları kobud pozulmuşdur. 8.Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən mediasiya və məhkəmənin dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı qismində 350 manat pulun, ümumilikdə 450 (dörd yüz əlli) manat pulun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan iddiaçını xeyrinə tutulması və iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən onun işə bərpa olunduğu tarixədək olan dövr üzrə aylıq vəzifə maaşından əlavə, bayram günlərinə görə əlavə ödəmələr və mükafat məbləğlərinin də hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan, Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X7 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların İşçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və in tizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur:

1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri da vam etdirilməli,

2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin müqav ilədə işçinin işə başlamalı olduğu tarix, əmək haqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 2020-ci il 06 avqust tarixli **********3 nömrəli əmr verilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi olan G.Əliyevanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq 05 fevral 2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli əmrlə 06 fevral 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, qeyd edilmiş qanunun normalarından və məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassızdır. Odur ki, İddiaçı "xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2024cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi" tələbinə dair iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

10. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, İddiaçı “işə bərpa” tələbinə dair iddiasının, iddia müddətinin keçməsinə görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, əmək münasibətlərinə xitam verilməsi barədə cavabdehin məlum əmri xx.xx.2024-cü il tarixdə verilmişdir. Yəni, iddiaçının son iş günü məhz həmin gün hesab olunur. Lakin iddiaçıya əmək kitabçası, qeyd olunan əmr və son haqq-hesab qanunvericiliyin tələbindən irəli gələrək son iş günü deyil, əmrin verilməsindən 20 gün sonra təqdim edilmişdir. Daha dəqiq deyilsə, xx.xx.2024-cü il tarixdə iddiaçının bank hesabına son haqq hesab daxil olmuş, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdeh tə şkilatdan ona aid əmək kitabçasını götürmüşdür. Bu o deməkdir ki, iddiaçı işdən çıxması və bunun səbəbləri ilə bağlı rəsmi məlumata əmrin verilməsindən 20 gün sonra bilmişdir. Yəni, iddiaçıya hüquqlarının pozulması, məhz həmin tarixdən rəsmən məlum olmuşdur. Lakin, hər bir halda iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin tarixdə mediasiya prosesi başlanmış və prosesin tətbiqinə dair təklif cavabdehə göndərilmişdir. Qanunvericiliyin tələbindən irəli gələrək həmin təklifdən 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə mediasiya sessiyasında iştirak ilə bağlı bildiriş göndərilmişdir. Cavabdeh tərəf mediasiya sessiyasında iştirak etsə də, ümumi razılıq əldə edilməmiş və bunun nəticəsində mediasiya qurumu tərəfindən mediasiya sessi yasının yekununa dair müvafiq sənəd təqdim edilmişdir. Belə bir nəticə hasil olur ki, xx.xx.2024-cü il tarixə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı cavabdehin müvafiq əmri verildikdən 1(bir) təqvim ayı tamam olmamış, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və mediasiya prosesinə başlanmışdır. xx.xx.2024-cü il tarixdə məktub cavabdehə göndərilib. Mübahisə tərəfləri arasında məhkəməyədək nizamasalma qaydalarına uyğun danışıqlar aparılaraq, mübahisənin məhkəməyədək barışıq yolu il həlli üçün nəzərdə tutulmuş hazırkı mediasiya prosesi dövründə, artıq iddiaçı məhkəməyə müraciət üçün ilkin prosessual addımını atmış sayılır. Bu hal iddia müddətinin axımını dayandırır. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və bununla bağlı cavabdehin ə rizəsində qeyd olunan halların nə faktiki, nədəki hüquqi əsası yoxdur. Odur ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin ərizəsi əsassız olduğundan, ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ESDAS sistemi ilə tanışdır, 06 fevral tarixdə, yəni sonuncu iş günü təxminən iş saatının sonlarında kadrlar şöbəsinin əməkdaşı ona sabahdan işə gəlməməsi demiş, səbəbi ilə maraqlanan zaman ona bu barədə məlumatının olmadığı bildirilmişdir. 7 fevral qeyri iş günü olduğundan işə getməmiş. Növbəti gün ərizə ilə rəhbərliyə müraciət etmişdir, yalnız fevralın 23-ü onunla onun bank hesabına əmək haqqı daxil olmuşdur. Bundan sonrakı günlər şənbə və baz ar günlərinə təsadüf etdiyindən, o, xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunda olmuşdur və baş verənlərin səbəbləri ilə maraqlanmışdır. Bu barədə qurumdan rəsmi məlumat tələb etmişdir. Yalnız, həmin gün ona rəsmi bildirilmişdir ki, onunla əmək müqaviləsinin müddəti artırılmadı və əmək kitabçası həmin gün ona geri qaytarılmışdır. Lakin işdən çıxma barədə əmrin surətini cavabdehdən tələb etsə də, əmrin surəti ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçası cavabdeh tərəfindən ona təqdim olunarkən, kitabçanın məzmunundan ona rəsmən məlum olmuşdur ki, onunla olan əmək hüquq münasibətlərinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə istinadən (müqavilə müddətinin bitməsi) xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(004)2325/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli, 3- 17-1/3-4-207/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. (H akim X2 qızı)

14. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, bu iddianın irəli sürülməsi üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2024cü il tarixli 01 nömrəli aktın surətindən İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad olunduğu gün 06 fevral 2024-cü il saat 17:00 radələrində İnsan resursları şöbəsinin baş mütəxəssisi tərəfindən İnsan resursları şöbəsinə dəvət edildiyi, ƏƏSMN-nin X1 X5 Alt sistemi (ESDAS) vasitəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-4207/2024 nömrəli xitam əmri ilə tanış edərək, ESDAS üzərindən gələn sənədi çap edib İddiaçı təqdim edildiyi göstərilsə də, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini hansı tarixdə alması məlum deyil. Cavabdeh DSMF-nin nümayəndəsi məhkəməyə iddiaçının sonuncu iş günü, yəni 06 fevral tarixində əmrin surətini və əmək kitabçasını almasını təsdiq edən mötəbər sübut tə qdim etməmişdir, bundan əlavə bank hesabından çıxarışdan da görünür ki, son haqq hesabı 23 fevral 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. İddiaçının bildirməsinə görə həmin tarixdə onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Beləliklə iddiaçı hüququnun pozulduğunu 23 fevral 2024-cü il tarixdə aşkar edib. Bundan sonra iddiaçı hazırkı mübahisənin həlli ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 28 fevral 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər a rasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 01 aprel 2024-cü il tarixdə iddiaçı Güldanə İdris qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı, hazırkı mübahisənin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində işə başlamışdır. 2020-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, daha sonra onunla publik hüquqi şəxs formasında yaradılmış DSMF arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilibedilmədiyi araşdırılmalıdır. Sual yaranır ki, uzun Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləyən iddiaçı hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verib? Ağlabatan m otiv yoxdur. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab etmişdir ki, xx.xx.2020ci il tarixli əmək müqaviləsini müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməli, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 12, 45, 47, 68, 73, 83-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apelyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazla eyni məzmunda əsaslandırımış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İstinad olunan Məcəllənin 375-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiy a ödənişləri şöbəsinin mütəxəssisi olan İddiaçı əmək müqaviləsinə 05 fevral 2024-cü il tarixli 3-17-1/34- 207/2024 nömrəli əmrlə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 27 fevral 2024-cüil tarixdə ərizə ilə Mediasiya təşkilatına müraciət etmişdir. 18 mart 2024-cü il tarixdə mediasiya prosesi baş tutmuşdur və razılıq əldə olunmamışdır. Bundan sonra 30 mart 2024-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. İşin faktiki hallarından və iş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı əmək münasibətlərinə xitam verilməsi halı 06 fevral 2024-cü il tarixdə məlum olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Belə ki, 04 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı cavabdehin nümayəndəsinin sualına cavab olaraq “06 fevral 2024-cü il tarixdə işdə olmuşdur. Kadrlar şöbəsinin əməkdaşı gün sonuna yaxın ona müddətinin həmin gündən bitdiyinin və artıq işə gəlməməsini bildirmişdir. Ona həmin gün əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verildiyi məlum olduğu bildirilmişdir. Burdan da aydın olur ki, 06 fevral 2024-cü il tarixdə iddiaçıya artıq hüquqlarının pozulduğu halı məlum olmuş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Beləliklə, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Lakin məhkəmə bu hala əsaslı qiymət verə bilməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5484/2024 nömrəli 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(004)-2325/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin ilkin dəlilini o təşkil edir ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 06 avqust 2020-ci il tarixdən 3 ay müddətinə bağlanılmış, həmin Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq 05 fevral 2024-cü il tarix li əmrlə 06 fevral 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

21. Həmin dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir, iddiaçı 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində işə başlamış, 2020-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, daha sonra onunla publik hüquqi şəxs fo rmasında yaradılmış DSMF arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub.

22. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik iddia müddətinin başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən etmişdir: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmə k müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaçının sonuncu iş günü, yəni 06 fevral 2024-cü il tarixdə əmrin surətini və əmək kitabçasını almasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir, bundan əlavə bank hesabından çıxarışdan da görünür ki, son haqq-hesabı 23 fevral 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Yəni, iddiaçı, hazırkı mübahisənin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

23. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 3.9, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 47, 68.1, 68.2, 73.1, 83.1, 83.2, 296.3cü maddələrinə, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsininxx.xx.2024-cü il tarixli 2(103)-5484/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edil məməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraz və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddia tələbi üzrə iş üzrə icraat materiallarından məlum olur ki, işçi tərəfindən həm əmək müqaviləsi, həm də əmək müqaviləsinə əlavə və dəyişikliklər imzalanmış və o, müddətli əmək müqaviləsinin bağlanılmasına əvvəlcədən razılığını ifadə etmiş, bu halın mübahisələndirilməsi üçün kifayət qədər müddəti olmasına baxmayaraq, əmək müqaviləsinə xitamverildikdən sonra, yəni təxminən 4 ildən sonra həmin halı mübahisələndirmək qərarına gəlmişdir. Müddətli müqavilə bağlanarkən cavabdehin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı olduğu halda, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müəyyən müddətə bağlamaq hüququ da olmalıdır. Mübahisə predmeti olan müqavilə də məhz tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanılmışdır. Eyni zamanda, Məcəllənin 47- ci maddəsinin “f” bəndini nəzərə almadan əmək münasibətlərinin daimi xarakterə malik olduğunu iddia edərək müqavilənin müddətsiz bağlanılmasını tələb etmək Məcəllənin 47-ci maddəsinin “f” bəndinin deklarativ xarakter daşımasına səbəb olur. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətlərinin hər iki tərəfinin əmək müqaviləsini davam etdirmək və ya əmək müqaviləsinə xitam vermək hüququ vardır. O da nəzərə alınmalıdır ki, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün əsas şərt əmək müqaviləsinin müddətinin qurtarması faktıdı r. Odur ki, müqavilə müddətinin bitməsinə əsaslanaraq tərəflərdən birinin əmək müqaviləsinə xitam verilməsini tələb etməsi əmək münasibətinə son qoyulması üçün yetərlidir.

26. Daha sonra qeyd olunmuşdur ki, işəgötürən qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş və əmək müqaviləsinin digər tərəfi olan işçi ilə əmək münasibətlərini davam etdirmək istəməmiş, işçinin tutduğu vəzifədən azad edilməsinə dair müvafiq əmr vermişdir. Nəzərə almaq lazımdır ki, qanunun normalarından aydın görünür ki, əmək müqavilələri sərbəst bağlanır, həmçinin, hüquq bərabərliyinin təmin olunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biri hesab olunur. Hazırki halda apellyasiya instansiyası məhkəməsi tərəfindən işəgötürənin əmək müqaviləsinə xitam verməsinin qanunsuz sayılması, işəgötürənin üzərinə əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməli olduğu kimi öhdəliyin qoyulması tərəflərin hüquq bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir, işəgötürənin hüquqlarının məhdudlaşdırılmasına, əmək müqaviləsinin sərbəst bağlanılmalı olmasına baxmayaraq, bu münasibətlərin zəruri tərəflərindən biri olan işəgötürənə münasibətdə məcburi olaraq müqavilənin müddətsiz bağlanılmasına səbəb olur.

27. Eləcə də qeyd olunmuşdur ki, İddiaçı əmək münasibətlərinəxitam verilməsi halı 06 fevral 2024-cü il tarixdə məlum olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı cavabdehin nümayəndəsinin sualına cavab olaraq “06 fevral 2024-cü il tarixdə işdə olmuşam. Kadrlar şöbəsinin əməkdaşı gün sonuna yaxın mənə bildirdi ki, müqavilə müddəti bu gündən bitir, artıq işə gəlmə. Mənə həmin gün əmək müqaviləmə müddətin bitməsi ilə əlaqədar xitam verildiyi məlum olmuşdur” bildirmişdir. Bu ifadələrin məhkəmə protokolunda qeyd edilməsi üçün ərizə verilmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2(004)-2325/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokoluna cavabdehin nümayəndəsinin suallarına iddiaçının cavabı hissəsinə "06 fevral 2024-cü il tarixdə işdə olmuşam. Kadrlar şöbəsinin əməkdaşıgün sonuna yaxın mənə bildirdi ki, müqavilə müddətin bugündən bitir, artıq işə gəlmə. Mənə həmin gün əmək müqaviləmə müddətin bitməsi ilə əlaqədar xitam verildiyi məlum olmuşdur" ifadələrinin əlavə edilməsi qərara alınmışdır. Buradan da aydın olur ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya artıq hüquqlarının pozulduğu halı məlum olmuş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Beləliklə, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Lakin məhkəmələr bu hala əsaslı qiymət verə bilməmişdir.

28. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4397/2023 nömrəli qərarında qeyd edilmişdir ki, əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanması onun həmin müqavilənin məzmunu ilə tanış olması, müqavilədə göstərilən şərtlərlə razılığını təsdiq etməsi və müqavilədə göstərilən halların onun iradəsinə uyğun olması anlamına gəlir. Qanunvercilikdə əmək müqaviləsinin başqa formada tərtib edilməsi, təsdi qlənməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında əmək müqaviləsi bağlandığı 06 mart 2020-ci il tarixdə Elektron informasiya sisteminə eyni məzmunlu əmək müqaviləsi bildirişinin yerləşdirilməsi, uzun müddət keçməsinə baxmayaraq iddiaçının həmin bildirişə etirazının olmaması onun əmək müqaviləsinin şərtlərindən əvvəlcədən məlumatlı olmasını göstərən haldır ki, apellyasiya məhkəməsi bu halı da diqqətdən qaçırmışdır. Hazırki iş üzrə də iddiaçı 06 avqust 2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsini imzalamış və o, müddətli əmək müqaviləsinin bağlanılmasına əvvəlcədən razılığını ifadə etmiş, bu halın mübahisələndirilməsi üçün kifayət qədər müddəti olmasına baxmayaraq, yalnız əmək müqaviləsinə xitam verildikdən sonra, yəni təxminən 4 ildən sonra həmin halı mübahisələndirmək qərarın a gəlmişdir.

29. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 42.1, 45, 47, 68, 73 və 296.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9, 88 və 89cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayəti ilə bağlı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

32. Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məc musudur.

33. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

34. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

35. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

36. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

37. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

38. Maddə

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə.

39. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

40. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması.

41. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqa viləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

42. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

43. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlid ir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarı 44.... işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı 45. “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərli yi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qar şısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllə nin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayət inin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5484/2024 nömrəli iş üzrə 8 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar