Məhkəmə qərarları › İş №2(102)-7346/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7346/2021

01.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7346/2021 01.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(106)-2160/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin də (bundan sonra – MPM) nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələ rini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(106)-2160/2021 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar