Məhkəmə qərarları › İş №2(102)-7370/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7370/2019

05.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7370/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X2 ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-5507/2018, hakim S.R.Səlimova) İddiaçı Cavabdeh qarşı ünvan 1 ün vandakı binada yerləşən 3 otaqlı 22 saylı mənzildə ona və 08.03.2014-cü il təvəllüdlü X3 düşən payın müəyyən edilməklə həmin ümumi əmlakın bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11989/2018, hakimlər X.A.Mərdanova, F.F.Babayev, E.M.Həsənov) İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-2311/2019, hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova, Ə.G.Nurməmmədov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin m əhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8679/2019, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı 17 avqust 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 08 mart 2014-cü il tarixdə Dəniz adlı qızları doğulmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 181 saylı 18.04.2014-cü il tarixli və 369 saylı 01.08.2014-cü il tarixli sərəncamlarına əsasən Milli Təhlükəsizlik Nazirliyinin ə məkdaşı kimi Cavabdeh ünvan 2 ünvanında tikilməkdə olan 2 girişli binanın 1 saylı balkonunun 4-cü mərtəbəsində yerləşən 22 saylı 3 otaqlı ümumi sahəsi 90 kv.m olan mənzil ayrılmışdır. Tərəflər arasındakı nikah 26 fevral 2016-cı il tarixdə məhkəmə qaydasında pozulmuş, həmin məhkəmə qətnaməsi ilə 08 mart 2014-cü il təvəllüdlü Dənizin anası İddiaçı yanında qalması müəyyən edilmişdir. 25 may 2018-ci il tarixdə Axundova X1 Əsəd Aqil oğluna qarşı ünvan 3 ünvandakı binadayerləşən 3 otaqlı 22 saylı mənzildə ona və 08.03.2014-cü il təvəllüdlü X3 düşən payın müəyyən edilməklə həmin ümumi əmlakın bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflər in izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən mübahisəli mənzilin əvəzsiz əqd əsasında deyil, Bakı şəhəri İcra Hakimiyyətini sərəncamı əsasında verilməsinə düzgün hüquqi qiymət verilməmiş, məhkəmə Ailə Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmadığı halda həmin maddəyə istinad edərək əmlakın ər-arvadın birgə mülkiyyət sayılması üçün iki şərtin eyni zamanda mövcud olmasının vacibliyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdi r. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını cavabdehin iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi mənzilin birgə əmlak hesab edilməklə bölünməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Ba kı Şəhər İcra Hakimiyyətinin 181 saylı 18.04.2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin 17.03.2014-cü il tarixli 10/883 saylı məktubla müraciət edərək, Nazirliyin əməkdaşlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Nazirliyə mənzillər ayrılması məsələsinin həllinə köməklik göstərilməsini xahiş etməsini, Azərbaycan Respublikası Prezidentinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına göstərişini və BŞİH tərəfindən mənzil fondundakı mənzillərdən Nazirliyə ayrılmış mənzillərin şəxsi heyət arasında bölüşdürülməsi haqqında MTN rəhbərliyinin 10/1256 saylı 17.04.2014-cü il tarixli məktubunu nəzərə alaraq Cavabdeh 1 nəfər ailə tərkibi ilə Xətai rayonu, 2942A məhəllə, İ.Zülfüqarov küçəsindəki yaşayış binasının 1-ci giri şinin 12-ci mərtəbəsində ümumi sahəsi 84.3 kv.m. yaşayış sahəsi 42.88 kv.m. olan 2 otaqlı 94 saylı mənzilin verilməsi tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 01.08.2014-cü il tarixli 369 saylı “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 181 saylı 18.04.2014-cü il tarixli sərəncamında qismən dəyişikliklik edilməsi barədə” 369 saylı 01.08.2014-cü il tarixli sərəncamı ilə isə “xxxx” MTK-nın 21.07.2014-cü il tarixli məktubu nəzərə alınaraq Cavabdeh verilmiş 2 otaqlı 94 saylı mənzilin əvəzinə Xətai rayonu, 2942A məhəllə, İ.Zülfüqarov küçəsindəki yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsindəki ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 49.14 kv.m. olan 3 otaqlı 31 saylı mənzil verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsi ilə ər-arvadın birgə mülkiyyətinin ə sasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya ki m tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Deməli ərlə arvadın ümumi mülkiyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə əsasən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün iki şərt mövcud olmalıdır: əmlak birgə nikah dövründə əldə edilməli; əmlak ər-arvadın birgə nikah dövr ündə qazandıqları ümumi gəlirləri hesabına əldə edilməlidir. Hazırkı işdə isə yuxarıda qeyd edildiyi kimi iddiaçının bölünməsini tələb etdiyi mübahisəli mənzil tərəflərin birgə nikah dövründə, cavabdehin xidməti vəzifəsi ilə bağlı ona əvəzsiz olaraq verilmiş, tərəflərin ümumi gəlirləri hesabına əldə edilməmişdir. Apellyasiya məhkəməsinin də istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:əmlakın ər-arvadın ni kah müddətində əldə olunması;əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar