Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-738/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh3 ASC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-738/22 (Açar sözlər: kompensasiyanın ödənilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-639/2021 saylı qətnaməsindən Cavabdeh3 ASC-nin kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh3 ASC və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh3 ASC torpaq sahəsinin kompensasiyasına görə 87.000 manat, dəymiş zərərə və əldən çıxmış faydaya görə 26.300 manat olmaqla, cəmi 113.300 manat, Cavabdeh1ndən 50.000 manat, “X1 və Ticarət Şirkətin”dən 25.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.İ.Əyyubov) iddia qismən təmin edilərək, Cavabdeh3 ASC-dən Oguz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşdüyündən 0,36 ha torpaq sahəsinə görə kompensasiya olaraq 40.300 manat pulun tutulub iddiaçıya ödənil məsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0057 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıya məxsus olub və həmin torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşüb. Qiymətləndiricinin rəyinə görə sözügedən torpaq sahəsinin hazırki bazar qiyməti 40.300 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli, 42 “S” saylı sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün dövlət sifarişçisi Cavabdeh3 ASC müəyyən edilib. Bu səbəbdən də iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh3 ASC tələb etmək hüququ əmələ gəlib. İddiaçı Cavabdeh3 ASC təqsiri üzündən ona əldən çıxmış faydaya görə 26.300 manat maddi zərər dəydiyini, habelə ona Cavabdeh1 50.000 manat, “X1 və Ticarət Şirkəti”nin isə 25.000 manat ödəməli olduğunu göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 147.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh3 ASC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edib, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.9-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh3 ASC kassasiya şikayə ti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.R.Xələfov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, m əruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.9, 247.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində iikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 ASC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 239,15 manat dövlət rusumunun iddiaçıdan tutulmasını xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatla rı dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfiondən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyasının məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği bu üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi və torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi yolu ilə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilm iş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh3 ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0057 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıya məxsus olub və həmin torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşüb. Qiymətləndiricinin rəyinə görə sözügedən torpaq sahəsi nin hazırki bazar qiyməti 40.300 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli, 42 “S” saylı sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün dövlət sifarişçisi Cavabdeh3 ASC müəyyən edilib. Bu səbəbdən də iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh3 ASC tələb etmək hüququ əmələ gəlib. Azərbaycan Respublikasının Konstitusiyası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə ə sasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblər ini hazırki mülki mübahisəyə tətbiq edib, Cavabdeh3 ASC kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur və yalnız dövlət ehtiyacları tələb etdikdə, yəni dövlət tərəfindən mülkiyyətə yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə geri alına bilər. Hazırki halda iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsinin dövlət əhəmiyyətli Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşməsi işin mübahisə olunmayan hallarıdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli, 42 “S” saylı sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün dövlət sifarişçisi Cavabdeh3 ASC müəyyən edildiyindən, iddianı 0,36 ha torpaq sahəsinə görə kompensasiya olaraq 40.300 manat pulun Cavabdeh3 ASC tutulub iddiaçıya ödənilməsi hissəsində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Mülki Məcəllənin 70-ci maddəsinə əsasən, Azərbaycan Respublikas ında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyasının məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği bu üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi və torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi yolu ilə. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh3 ASC kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edil mədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh3 ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-639/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-738/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-738/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver