Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7399/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli, 2(107)330/2019 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim F.Abbasov) 25.09.2018-ci il tаrixli, 2(025)743/2018 saylı qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabd eh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 33778,21 ABŞ dolları əsas borc, 16785,79 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 50764,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetləri olan Qəbələ rayonu, Həmzəli kəndində yerləşən 0,19 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 46000 manat və Qəbələ rayon Həmzəli kəndində yerləşən 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 62000 manat məbləğində qiymətləndirilməsi, tutmanın bu qiymətlərlə həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 İddiaçı QSC-yə olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaitinin Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 22.01.2019-cu il tarixli, 2(107)-330/2019 nömrəli qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi,iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmаlı оlаn cərimənin məbləğinin 1000 ABŞ dolları müəyyən edilməklə və cаvаbdehdən ümumilikdə tutulmаlı оlаn məbləğin 51564 ABŞ dolları müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdiril mədən saxlanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 06.02.2019-cu il tarixli, 2(107)-330/2019 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli, 2(107)-330/2019 nömrəli qətnaməsinin 3-cü səhifəsində işdə iştirak edən şəxslərin izahatları hissəsində cavabdeh “Cavabdeh3 məhkəmə iclasında iştirak etməməsi” cümləsinin “Cavabdeh3 məhkəmə iclasında iştirak edərək özünün apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir” cümləsi kimi oxunması qərara alınmışdır. Cavabdeh3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı QSC cava bdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 0035R********** saylı kredit razılaşması üzrə 33778,21 ABŞ dolları əsas kredit borcunun, 16785,79 ABŞ dolları faiz borcunun, 16429,93 ABŞ dolları cərimə borcunun, ümumilikdə cəmi 66993.93 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Həmzəli kəndində yerləşən 0,19 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və Qəbələ rayonu, Həmzəli kəndində mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması, Qəbələ rayonu, Həmzəli kəndində yerləşən 0,19 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onl arın həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Qəbələ rayonu, Həmzəli kəndində mülkiyyətdə olan 0.03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən sonra və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili İsmayılov Sərdar Əbülfət oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində məbləği əsassız olaraq artırmışdır. Hesab edirlər ki, ümumiyyətlə faiz məbləğinin silinməsi barədə qərar qəbul olunmalıdır. Göstə rilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli, 2(107)-330/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın faiz borcunun tutulması hissəsində təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh3, vəkili İsmayılov Sərdar Əbülfət oğlu, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, zamin və əsas borclu isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən apellyasiya kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh tərəf qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını da mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüs usiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmış, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsi il ə bağlı hər hansı hala istinad edilməmişdir. Cavabdeh3 kassasiya şikaəytində apellyasiya kollegiyası tərəfindən faiz borcunun artırıldığını qeyd etsə də, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən də aydın olur ki, apellyasiya kollegiyası ümumi borc məbləğini nəzərə almaqla, tənasübsüz azaldılmış cərimə məbləği hissəsində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmiş, qətnamənin qalan hissələrini isə dəyişdirmədən saxlamışdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 kassasiya şikayətində faiz borcunun ümumiyyətlə tutulmamalı olduğunu bildirsə də, bu barədə də hər hansı sübuta istinad edə bilməmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusun a yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər gö stərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyan a, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahələrini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli, 2(107)-330/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7399/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7399/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver