Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-74/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin lkin satış qiymətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirkı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-132/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən id diaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı cəmi 208.590 manat 12 qəpik məbləğində borcun ipoteka qoyulmuş yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsa sən, borcluya illik 07 faiz olmaqla 36 ay müddətinə ödənilmək şərtilə 200.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus olan və ünvan 1, 148A saylı ünvanda mülkiyyətində olan 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m -dən ibarət olan fərdi yaşayış evi ipoteka qoyulmuş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh Yaqub oğlu öhdəliyi icra etməmiş, bununla da onun Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinə kredit öhdəliyi üzrə 185.023 manat 75 qəpik məbləğində əsas borc, 23.566 manat 37 qəpik məbləğində faiz borcu, cəmi 208.590 manat 12 qəpik məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi üçün cavabdehə dəfəl ərlə müraciət edilməsinə baxmayaraq, həmin borc məbləği ödənilməmiş qalmışdır. Ona görə də Cavabdeh Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 208.590 manat 12 qəpik məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınmasına, həmin borcun Cavabdeh məxsus olan və ipotekaya qoyulmuş ünvan 1, 148A saylı fərdi yaşayış evinə yönəldilməsinə, həmin evin açıq hərracda satılaraq borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İşin mübahisə edilməyən hallarından görünür ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh ilə «xxxx» ASC-nin Ağcabədi filialı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, keditor borcluya 200.000 manat məbləğində kredit vermişdir. 4. xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus və ünvan 1 ünvanda mülkiyyətində olan 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət olan fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır.
5. Ləğv prosesində olan «xxxx» ASC-nin 18 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 7286 saylı kredit müqaviləsi üzrə Ləğv Prosesində olan «xxxx» ASC-nə xx xxxxx 2018-ci il tarixə 185.023 manat 75 qəpik məbləğində əsas kredit borcu, 23.566 manat 37 qəpik məbləğində faiz borcu, cəmi 208.590 manat 12 qəpik məbləğində kredit borcu vard ır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 5526 saylı rəydən görünür ki, Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcalanın «xxxx» ASC-yə ödənilməli olan kredit borcu xx xxxxxx 2018-ci il tarixə banka olan əsas borcu 184.253 manat 78 qəpik məbləğində, faiz borcu üzrə 27.694 manat 37 qəpikdır.
7. Apelyasiya icraatı zamanı tədqiq edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1, 148A saylı ünvanda 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin hazırki bazar qiyməti 160 000 (b ir yüz altmış min) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2019-cu il tarixli 2(017)-34/2019 saylı qətnaməsi ilə (hakim S.Ləzimov) iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli, 7286 saylı kredit müqaviləsi üzrə 184.253 manat 78 qəpik məbləğində əsas kredit borcu, 23.566 manat 37 qəpik məbləğində faiz borcu, cəmi 207.820 manat 15 qəpik məbləğində pul borcu, habelə 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki ilkin satış qiyməti 210.000 manat olan Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0.15 ha torpaq sahəsi ilə birlikdə 148A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdeh Cavabdeh Yaqub oğlundan 145 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VOEN **********, AZ34 STRE ******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VOEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944, SWİFT BİK STREAZ22 keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı Bank öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələbin Cavabdeh məxsus olan yaşayış evinə yönəldilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36 və 39-cu maddələrində göstərilən tələblərə riayət edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 442, 421.2, 445.1, 739, “İpoteka haqqında” Qanunun 33, 36.1, 36.3, 36.4, 39.2-ci, Mülki Prossesual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı “Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir.
12. Şirvan A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-132/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov-sədrlik edən və məruzəçi, T.Kərimov və F.Soltanov) iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(017)-34/2019 saylı qətnaməsi ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan və ünvan 1, 148A saylı ünvanda 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka ilə yüklü edilmiş ünvan 1, 148A saylı ünvanda 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədik də onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı tərəflər arasında ipoteka predmetinin ilkin qiymətinin razılaşma yolu ilə əldə olunmaması səbəbindən və iddiaçı tərəfindən apelyasiya şikayətində göstərmiş olduğu dəlillərə əsasən mülki iş üzrəmüstəqil qiymətləndirici tərəfindən verilmiş rəyi nəzərə almışdır. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” MMC qiymətləndirmə şirkətinin ekspertinin rəyinə əsasən ünvan 1, 148A saylı ünvanda 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət olan fərdi yaşayış evininhazırki bazar qiyməti 160 000 (bir yüz altmış min) manat təşkil e dir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanının razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir.Tətrəfimizdən əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün araşdırılma aparılmış və bu günkü real bazar qiyməti 145000 manat müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti apelyasiya mə hkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştir akı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi
22. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
23. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
24. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliy in şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
25. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (maddə 445.1)
26. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
27. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. (maddə 1.0.1)
28. İpoteka müqaviləs i müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. (maddə 10.1)
29. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.(maddə 33)
30. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.(maddə 39.3.3) 31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakı n ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Prosessual Məcəllə
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
35. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
36. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
37. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
39. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan ünvan 1, 148A saylı ünvanda 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət ola n fərdi yaşayış evinin ilkin satış qiymətinin 160 000 manat məbləğində müəyyən edilməsi hissəsi qanuni və əsaslı deyildır.
41. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür.
42. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 43. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
44. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiy mətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
45. Məlumdur ki, Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
46. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan ünvan 1, 148A saylı ünvanda 0.15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135.1 kv.m, yardımçı sahəsi 220.7 kv.m, ümumi sahəsi 355.8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 160 000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
47. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(106)-132/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.