Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-740/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin (Tikinti-Quraşdırma ANKZ-2 ASC) Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-740/2022 (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi, sübutların və şikayətin dəlillərinin qiymətləndirilməməsi, ) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin (Tikinti-Quraşdırma ANKZ-2 ASC) Cavabdeh1 qarşı “qeyriyaşayış sahəsinin boşaldılması, cavabdehin sahədən çıxarılma sı, əmlakın istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-172/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi 73/01 №-li, 25.08.2014-cü il tarixli Hərrac Protokolu və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 25.08.2014-cü il tarixli Müqavilə ilə iddiaçı "xxxx" ASC-yə satılmışdır.
2. Cavabdeh1 da "xxxx" MMC ilə bağladığı 19.05.2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvan ında tikiləcək yaşayış binasında qaraj almışdır.
3. Tərəflər arasında mübahisə həmin sahələrlə bağlı yaranıb a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Tikinti-Quraşdırma ANKZ-2 ASC Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi və dəqiqləşmə barədə ərizələrlə müraciət edərək, ünvan 2 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arsında C, Ç, D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç, D, E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh1 və digər şəxslərin çıxarılaraq, həmin sahənin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2013-cü il ta rixli qərardadı ilə həmin Məhkəmənin 15.02.2012-ci il tarixli, 2iqt(81)780/2012 saylı qətnaməsinin icra üsulunun dəyişdirilib, "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında tikilmiş binanın 670254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulub, həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır.
6. Həmin qərardad əsasında verilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2013-cü il tarixli, 8(81)201/2013 saylı icra vərəqəsi əsasında keçirilmiş hərrac nəticəsində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən, müvafiq sənədlərə əsasən 1ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C v ə 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında - 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında - 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə satılmışdır. Alqı-satqı 73/01 №-li, 25.08.2014-cü il tarixli Protokol və Hərracın yekunları üzrə 25.08.2014-cü il tarixli Müqavilə ilə rəsmiləşdirilmişdir.
7. Buna baxmayaraq, hərrac yolu ilə alınmış əmlak iddiaçının əməli istifadəsinə təqdim edilməmiş və həmin əmlakın istifadə edilməsi ilə bağlı "xxxx" MMC və onun təyin etdiyi nümayəndələri tərəfindən maneə və çətinliklər yaradılmışdır. 1 saylı Bak ı İnzibatiİqtisadi Məhkəməsinin 16.01.2015-ci il tarixli, 2iqt(81)-268/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə qeyd edilən 825,12 kv.m qeyri-yaşayış sahəsi Xətai Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 31.08.2017-ci il tarixli AKT əsasında "xxxx" ASC-yə (keçmiş "xxxx" ASC) qismən təhvil verilmişdir.
8. Təhvil verilməyən hissə isə hazırda Cavabdeh1 tərəfindən zəbt olunan hissədir. Həmçinin Cavabdeh1 əmlakın qaytarılmasının uzadılması məqsədi ilə bir neçə dəfə "xxxx" ASC-yə qarşı iddialar qaldırmış, lakin həmin iddialar məhkəmələr tərəfindən təmin edilməmişdir. Cavabdeh1 ilk iddia tələbini hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi ilə bağlı irəli sürmüş, həmin iddia tələbini əsaslandırarkən hazırkı mübahsiə predmet i olan qeyri-yaşayış sahəsinin guya müqavilə əsasında aldığını və onun mülkiyyətçisi olduğunu qeyd etmişdir, lakin məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müqavilənin əsassız və qanunsuz olduğu müəyyən edilmişdir. Daha sonra Cavabdeh1 Xətai rayon Məhkəməsində mübahisəli qeyriyaşayış sahəsinin bina sakini kimi yenidən iddia qaldıraraq guya bina sakinlərinin razılığı olmadan zirzəmi hissəsinin satılmasının qanunsuz olmasını əsas gətirərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, lakin bu iddia tələbi də Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26.04.2018-ci il tarixli, 2(011)- 3249/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə Cavabdeh1 mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə hüququnun olması təsdiqini tapmam ışdır.
9. İddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunsa da, buna heç bir münasibət göstərilməmiş, qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair heç bir tədbir görülməmişdir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 152.2-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi mübahisəli sahədə yerli baxış keçirmiş, cavabdehin iddiaçının irəli sürdüyü sahədən istifadə etməsini aşkar etmişdir. İddiaçının iddia etdiyi digər sahələrə həmin vaxt baxış keçirilməsi mümkün olmamışdır.
12. Cavabdehin nümayəndəsi və vəkili iddiya etiraz edib. Etirazın dəlilləri: - Cavabdeh1 "xxxx" MMC-nin direktoru X1 ilə bağladığı 19.05.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında tikiləcək yaşayış binasında qaraj almışdır. Cavabdeh in istifadəsində olan sahə ilə Protean Construction ASC-nin mülkiyyətində olan sahənin üst-üstə düşməsi barədə iddiaçının dəlilləri əsassızdır. Belə ki, Cavabdeh1 istifadəsində olan qaraj ilə iddiaçının mülkiyyətində olan sahə ayrı-ayrı yerlərdə yerləşir. - Cavabdeh1 "xxxx" ASC-nin sahəsini zəbt etməmişdir, həmçinin iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən ümumi sahəsi 825.12 kv.m qeyri-yaşayış sahəsinin hərracla “Tikinti Quraşdırma ANKZ-2’' ASC-yə ("xxxx") satıldığını iddia edir. Lakin həmin iş üzrə cavabdeh olan "xxxx" MMC hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir, əgər iddia tələbi təmin olunarsa, "xxxx" ASCnin hazırkı tələbi ümumiyyə tlə əsassız olacaq; - bundan başqa, Xətai rayon Məhkəməsinin 11.02.2014-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək, 21.09.2006 və 19.05.2007-ci il tarixli müqavilələrə əsasən tikilməsi üçün dəyərləri Cavabdeh1 tərəfindən ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanda inşa ediləcək yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsində 3 otaqlı mənzil və binada olan qaraj Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır; - həmin sahədən istifadəyə dair süni maneələr yaradıldığına görə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində layihə üzrə 1-ci və 2-ci sırada C və Ç oxları arasında eni 5.40 m., uzunluğu 6.00 metr, ümumi sahəsi 32.4 kv.m qaraj sahəsinin onun sərbəst sahibliyinə və istifadəsinə verilməsi, həmin sahədən istifadəsinə dair maneələr aradan qaldırılması barədə cavabdeh iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir, bu tələb təmin olunduğu təqdirdə, "xxxx" ASC-nin tələbi mümkün olmayacaq.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(011)-5882/2019 nömrəli, 15 avqust 2019-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh1 çıxa rılması və həmin sahələrin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən məhkəmə aktlarına istinadən müəyyən edib ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanındakı binanın zirzəmi hissəsindəki ümumilkdə 825,12 kv.m qeyri-yaşayış sahəsinə dair əmlakın 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında143,64 kv.m; 8-ci oxla 9-cu ox aras ı A.B.C.Ç.D.E oxları arasında -155,52 kv.m hissəsi istifadə və sahiblik hüququ ilə "xxxx" ASC-yə məxsusdur, "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahədə tikinti işləri aparmaqla onun mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneçilik törədir.
15. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisəli qeyri yaşayış sahəsinə dair iddiaçı “Protean Construction ASC-nin mülkiyyət hüququnu, o cümlədən sahiblik və istifadə hüququnu istisna edən, həmçinin digər şəxsləri n iddiaçının öz əmlakından istifadə və sahiblik hüququnun həyata keçirilməsinə maneçilik törətməsi hallarını müəyyən etmədiyini göstərib.
16. Birinci instansiya məhkəməsi işin qeyd edilən halalrına əsasən hesab edib ki, cavabdeh A.Cavabdeh1 ünvan 2də tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2ci oxları arsında C,Ç,D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən çıxarılmalı, həmin sahələr boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməlidir.
17. İddia tələbinin qalan hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, tələbin yönəldiyi digər şəxslər məlum olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 2 009-cu ilədək qüvvədə olmuş Mülki Məcəllənin 152, 157.1, 157.2 və 157.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh1 14 iyun 20121-ci il tarixdə apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
20. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən iddiaçının dəlillərinə əsasən qətnamə çıxarıb; -Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsi ilə qarajın cavabdehə təhvil verilməsi qət edilib, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanıb. Lakin birinci instansiya məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, heç bir əlava araşdırma aparmamışdır.
21. Apellyasiya instansiyası 16 o ktyabr 2020-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin etmişdir.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3613 saylı 14 iyun 2021-ci il tarixli rəyinə görə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A saylı məhəllədə inşa edilmiş yaşayış binasının zirzəmi hissəsində Cavabdeh1 sahibliyində olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin, ölçülərinin və ümumi sahəsinin həmin sahənin satılmasına dair tərtib edilmiş müqavilədə və müqaviləyə əlavə edilmiş layihə sənədində qeyd olunan məlumatlara uyğun olmaqla, tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1-2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilmişdir. "Protean Construction” ASC-yə (əvvəlki Tikinti-Quraşdırma ANKZ-2) məxsus qeyri-yaşayış sahələrinin yerləşməsinə dair layihə sənədləri v ə ya hər hansı təsdiq olunmuş sxem tərtib edilmədiyindən, həmin sahələrin konkret olaraq binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, 25 avqust 2014-cü il tarixli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə 25 avqust 2014-cü il tarixli müqavilənin məlumatlarına əsasən Xətai rayonu, Gəncə prospekti 2935A saylı məhəllə ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A,B,C,Ç,D,E oxları üzrə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satıldığı nəzərə alındıqda, iş materiallarındakı layihə üzrə həmin sahənin Ç-C oxları arasındakı hissəsinin Cavabdeh1 sahibliyində olan qeyri-yaşayış sahəsi ilə üstüstə düşdüyü müəyyən edilir.
23. Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(103)-172/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5882/2019 saylı, 15.08.2019 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)
24. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir və Cavabdeh1 iddiaçının mülkiyyətindən sahiblik və istifadə hüquqlarını pozması halı ekspert rəyi ilə öz təsdiqini tapdığından cavabdehin həmin ərazidən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. dir.
26. Kassasiya şikayətinin dəlilləri: - cavabdeh qeyd edilən ünvanda 19.05.2007-ci il tarixli müqavilə əsasında qaraj almışdır. İddiaçı təşkilatın "xxxx" MMC ilə mübahisəsi üzrə məhkəmə qərar daha sonra qəbul edilib; - qarajın cavabdehə təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsi var. Məhkəmələr bu hallara qiymət verməyiblər. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz ondan ibarətdir ki, iddiaçı cavabdehin zəbt etdiyi sahəni qanunu əsaslarla hərracdan əldə etmişdir. Hərracın nəticələri mübahisələndirilsə də, hərracın qanuniliyi məhkəmə qətnamələri ilə tanınıb. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassas iya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
32. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız id diaçının dəlilləri və istinad etdiyi sübutlarla əsaslandırmış, cavabdehin mübahisədə adı keçən ünvanda qaraj alması barədə 19 may 2007-ci il tarixli müqaviləsinin olması barədə dəlillərinə, həmin müqavilənin hazırki mübahisə üzrə hansı hüquqi əhəmiyyət daşımasına qiymət verməmişdir.
33. Bundan əlavə, cavabdeh etirazının dəlili kimi 19 may 2007-ci il tarixli müqavilə əsasında aldığı qarajın ona təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsi olmasını bildirsə də, həmin qətnamə də araşdırmadan kənarda qalmış, birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməklə kifayətlənmiş, bunun iş üçün hansı əhəmiyyət kəsb edib-etməməsini qətnaməsində göstərməmişdir.
34. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi isə tələb edir ki, qətnamə çıxarıld ıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Apellyasiya məhkəməsi də cavabdehin apellyasiya şikayətində irəli sürüdüyü həmin dəlillərlə bağlı heç bir araşdırma aparmamaqla birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlamışdır.
36. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri m üzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
37. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
38. Bundan başqa, apellyasiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi əlavə olaraq ekspert rəyinə istinad etsə də, qətnamədən görünür ki, apellyasiya məhkəməsi rəyə yalnız istinad etməkə kifayətlənmiş, rəyi qanunverici liyin tələb etdiyi qaydada qiymtələndirilməmişdir. Qanunvericiliyin tələbinə görə isə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndiriməlidir. (MPM, 88, 103.1)
39. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərin i qətnamədə aydın izah etməlidir.
40. Qeyd edilən hallar göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı qismən təmin edərkən işdəki sübutları, o cümlədən cavabdehin etirazının əsası kimi istinad etdiyi sübutları, həmçinin apellyasiya məhkəməsi ekspert rəyini araşdırmamaqla prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmuşlar. Buna görə gəlinən nəticənin və tətbiq edilən maddi hüquq normalarının əsaslılığına məhkəmə kollegiyası qiymət verə bilmir.
41. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24noyabr2005-ciil tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı meyarlar qanunvericiliyə uyğun şəkildə şərh edilib.
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.
44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-172/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qayta