Məhkəmə qərarları › İş №2(102)-7411/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7411/2019

29.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7411/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Cavadov Arzu Güləhməd oğlunun, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Şamxalov Tahir Camal oğlunun iştirakları ilə, İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının 10 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala rayon məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Cavabdeh1, iş 2(033)256/2019) iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı VOLVO PUTZMEİSTER yük maşının naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının, həmin məbləğin müəyyən olunmuş faizlərlə hesablanmış maddi gəlirin, bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək faizlərin müəyyənləşdirilərək cavabdehlərdən alınması və cavabdehlər in törətdiyi cinayət barədə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-2260/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Cavadov Arzu Güləhməd oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsin in Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh1 və Cavabdeh2 vəkili Şamxalov Tahir Camal oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə ara şdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 Valyuddin oğluna etibar etmişdir.VOLVO PUTZMEİSTER YÜK, istehsal ili 1988, ** BG *** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına 23 yanvar 2012-ci il tarixdə qeydiyyata alınmışdır.İddiaçı özünə məxsus VOLVO PUTZMEİSTER Yük markalı maşınının (beton vuran) cavabdehlərə məxsus KAMAZ Mikser (beton qarışdıran) yük maşını ilədəyişdirmiş, cavabdehlərdən əlavə olaraq 1 300 manat pulu almışdır. Bundan sonra iddiaçı sözügedən maşınla bağlı Cavabdeh1 baş etibarnamə vermişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərə verdiyi yük maşınının naturada qaytarılmasını və ya dəyəri olan 28.200 ABŞ dollarının müəyyən olunmuş faizlərlə hesablanmış maddi gəlirin cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “mən mülkiyyətimdə olan avtomobilə dair etibarnamə vermişəm. Mən cavabdehlərə etibarnamə verməmişəm ki, əmlakımı (avtomobilimi söküb məhv etsinlər). Mən onlardan əmlakımı tələb edirəm, avtomobilimi naturada tələb edirəm.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin mate riallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin materialları ilə müəyyən edilir ki, ** BG *** qeydiyyat nişanlı, VOLVO PUTZMEİSTER markalı, 1988-ci il buraxılışlı avtomaşın İddiaçı adına qeydiyyata alınmış və ona AB № 483941 saylı şəhadətnamə verilmişdir. O, həmin avtomaşını 04 mart 2015ci il tarixdə 11 ay 28 gün müddətinə, yəni 03 mart 2016-cı il tarixədək Cavabdeh1 Valyuddin oğluna etibarnamə əsasında vermişdir. Həmin etibarnamənin müddəti bitmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən qətnaməsində heç bir maddi hüquq normasına istinad etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Bundan əlavə iddiaçı tərəfindən tələb olunan avtomaşın onun mülkiyyətindədir və o, qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan avtomaşını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı tələb etdiyi ** BG *** qeydiyyat nişanlı, VOLVO PUTZMEİSTER markalı avtomaşının mülkiyyətçisidir. Cavabdeh1 verilmiş etibarnamənin müddəti bitdiyinə görə onun həmin avtomaşına sahibliyi qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar