Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-744/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, Cavabdeh oğlunun İddiaçı qarşı iş üzrə QƏRARİ İş № 2(102)-744/22 (Açar sözlər: pul, avtomobil tələbi) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7045/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğu üçün onu Cavabdeh geri tələb etdiyini, lakin Cavabdeh mübahisəli avtomobili ona geri qaytarmadığını, bu səbəbdən də avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınmalı olduğunu, Cavabdeh isə sözügedən avtomobilin onun vəsaiti hesabın alınmasını, lakin Türkiyəyə getməsi ilə əlaqədar avtomobilin gömrükdə bəyan edilməsi zamanı problem çıxmaması üçün mübahisəli əmlakı İddiaçı adına rəsmiləşdirdiyini bildirərək qarşılıqlı mübahisələr açmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qar şı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sonuncunun Cavabdeh etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirdiyi 30.000 (otuz min) manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələblərinə dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı sonuncunun Cavabdeh etibarından sui-istifadə və aldatma yolu ilə ələ k eçirdiyi 59.000 (əlli doqquz min) manat məbləğində olan pulun İddiaçı tutularaq, Cavabdeh ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-368/2021 nömrəli, 07.04.2021-ci il qətnaməsi ilə (hakim S.Ədilova) ilkin iddia təmin edilərək, Cavabdeh “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması və İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək 8500 manat pulun ilk iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilk iddia üzrə İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamələr ləğv edilmişdir. Ona görə məhkəmə mülkiyyətin müdafiəsindən çıxış edərək avtomobilin qaytarılması tələbini təmin etmişdir.
7. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki. msübahisəli avtomobilin gömrük rüsumlarını Cavabdeh ödədiyi üçün 8500 (səkkiz min beş yüz) manat vəsait ilk iddiaçıdan onun xeyrinə tutulmalıdır. Qarşılıqlı iddianın qalan hissələrdə təmin olunması üçün məhkəmə əsaslar müəyyən etməmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7045/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov v ə İ.Şirinov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-368/2021 nömrəli, 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
11. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, i şin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr heç bir araşdırma aparmadan ədalətsiz qətnamə qəbul etmişlər. Mübahisəli avtomobilin alınmasına və gömrük rüsumunun ödənilməsi onun vəsaiti sərf edilmişdir. Həmin faktları məhkəmə baxışı zamanı dindirilmiş şahidlər təsdiq etmişlər. Məhkəmələr işin faktiki hallarından düzgün nəticəyə gəlməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatın a alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasit ə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
19. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 365.1.3. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassatorun mübahisələndirdiyi məsələ işin faktiki halıdır və mülki prosessual qanunvericiliyə əsasən (§38), Ali Məhkəmə işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində qeyd olunan hallar aşa ğı instansiya məhkəmələri tərəfindən zəruri prosessual addımlar atılmaqla – tərəflərin izahatları və şahid ifadələri alınmaqla, müvafiq sorğular verilməklə araşdırılmış və kassatorun qeyd etdiyi hallar mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
31. Belə ki, məhkəmələr yekun qərar qəbul edərkən avtomobilin iddiaçının mülkiyətində olması mövqeyindən çıxış edərək ilk iddianı təmin etmişlər. Cavabdeh özü də bu halı mübahisələndirməmiş və qarşı tərəfdən pul tələb etmişdir. Ona görə, avtomobilin qaytarılması ilə bağlı hal hazırkı mübahisənin predmeti deyil.
32. Kassator avtomobilin bütöv pulunun onun tərəfindən verilməsinə, gömrük rusumunun da onun tərəfindən ödənilməsinə istinad etsə də bu halları sübuta yetirə bilməmişdir. Yenə də məhkəmələr avtomobilin ilk iddiaçının mülkiyyətində olması pr eyudisiyasından çıxış edərək avtomobilin dəyərinin cavabdeh tərəfindən ödənilməsinə dair yanakı sübutları mövtəbər hesab etməmişlər. Məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki halları avtomobilin bütün dəyərinin cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlməyə əsas vermir. İlk iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam olaraq sübuta yetirə bilmədiyi üçün Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üç ün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyində n qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7045/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi kassasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova