Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7443/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(103)11466/2019 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, X aşa-xuna bağ sahəsində 183 saylı bağın 0.02 ha torpaq sahəsinin, “X2” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərracda satılması və əldə edilən pul vəsaitinin cavabdeh Şabanova (İbrahimova) Aidə Məmməd qızı ilə onun arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(103)11466/2019 nömrəli qərardadı ilə iddiaçının Bakı şəh əri Xəzər rayon Məhkəməsinin 25 iyun 2019cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(103)-11466/2019 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 25 iyun 2019-cu il tarixli qətnaməni 04 iyul 2019-cu il tarixdə rəsmi qaydada almışdır. İş materiallarda olduğu bildirilən 28 iyun 2019-cu il tarixli qəbzdən xəbəri olmamışdır. Müasir məhkəmə elektron informasiya sisteminə baxış keçirilərsə bu zaman ortaya çıxar ki, sözügedən qətnamə doğrudan da 04 iyul 2019-cu il tarixdə elektron informasiya sistemində imzalanmışdır. Lakin bu hal nə 1-ci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində araşdırılmamışdır. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və istinad etdiyi halı araşdırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Cavabdehə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan (səhifə 286) məhkəmə qəbzi ndən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsini İddiaçı 28 iyun 2019-ci il tarixdə rəsmi qaydada qəbul etmiş, apellyasiya şikayəti 01 avqust 2019-cu il tarixdə yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən 3 gün keçdikdən sonra verilmişdir. Həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinə, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün hesab edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şik ayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; - 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. - 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. - 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İddiaçı kassasiya ş ikayətində göstərmişdir ki, Məhkəmə İşlərinin Elektron İdarəetmə sisteminə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsi hakim tərəfindən elektron imza vasitəsi ilə 04.07.2019-cu il tarixdə imazalanmışdır. Belə olan halda onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsini 28.06.2019-cu il tarixdə qəbul etməsi qeyri mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlil iş üzrə əhəmiyyətli olmaqla imzalanmamış qətnamənin 28.06.2019-cu il tarixdə kassastora şəxsən təqdim edilməsi mümkünsüz olduğundan, apellyasiya instansiyası məhkəməsi bu halı ətraflı araşdırmalı və apellyasiya mümkünlüyünü yenidən yoxlamalıdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmi n dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.08.2019-cu il tarixli 2(103)11466/2019 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7443/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7443/2019
09.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver