Məhkəmə qərarları › İş №2(102)-746/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-746/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-746/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülkikollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:əldən çıxmış faydanın və mənəvi ziyanın tutulması 07.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1733/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları ünvan 1 ü nvanda yerləşən, sahəsi 459,5 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1993-cü ildə Zəngilan rayonundan qaçqın düşdükdən sonra ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışlar. Həmin qeyri-yaşayış sahəsində onlardan başqa 8 ailə məskunlaşmışdır. Həmin qeyri-yaşayış evinin bir tərəfində indiyədək fəaliyyət göstərən poçt vardır. 1998-ci ildə İddiaçı atası X2 məcburi köçkünlərin yaşadığı qeyri-yaşayış sahəsini özəlləşdirmiş, sonradan həmin əmlak bölünərək yarısı İddiaçı İbrahim oğluna, yarısı isə onun bacısının payına düşmüşdür. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2251/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bak ı şəhəri, Novruzov Qardaşları küçəsi, 10 “a” ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı verilməsi, qətnamənin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Həmin qərara əsasən, icra sənədinin təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixə, saat 11:00-a icra təyin edilmiş, borclular özlərinə məxsus şəxsi geyim əşyalarını, qızıl-zinət əşyalarını, qiymətli kağızlarını götürərək qeyri-yaşayış sahəsindən çıxarılmış, onlara məxsu s digər məişət xarakterli əşyalar yəni stol, stul, mebel, divan və sair əşyalar qeyri-yaşayış sahəsinin giriş qapısının açarı dəyişdirilməklə tələbkarın etibarnamə üzrə nümayəndəsinə AR CM-in 303-cü maddəsinin tələbləri izah olunmaqla təhvil verilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən, komissiya tərəfindən aparılan araşdırılma ilə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində, X1 mülkiyyətində isə Bakı şəhəri, Nərimanov rayonu, Nemət Quliyev küçəsində yerləşən ayrıca yaşayış sahələrinin olması aşkar edilmişdir. Bildir ilmişdir ki, AR Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla) yeni yaşayış sahəsi verilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda olaraq 64.000 manat, cavabdehlər ona m əxsus qeyri-yaşayış sahəsini tərk edənədək hər ay üçün 1000 manat pulun, 50.000 manat mənəvi ziyanın, 500 manat hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər məcburi köçkündür. Onlar uzun illərdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehlər oradan çıxarılsalar da, sonradan qıfılları sındıraraq, yenidən həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Həmçinin, icra mərhələsində münaqişəyə son qoyulması üçün cavabdehlərə 5.000 manat pul da verilmişdir. Polisə qanunsuz zəbtlə bağlı şikayət olunsa da, heç bir nəticə verməmişdir. Cavabdeh1 arvadı və qızının adına mənzillər olduğuna görə AR Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara əsasən, cavabdehlərə mənzil verilməyəcəyini bildirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindəki qeyri-yaşayış sahəsini icarə verə biləcəyi halda, verə bilməmiş, nəticədə xeyli miqdarda gəlirdən məhrum olmuş, həmçinin, həmin hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, yaşadıqları yerdə şərait yaxşı olmadığına görə Cavabdeh2 2016-cı ildə "xxxx" MTK-dan ipotekaya ev götürmüşdür. Ödənişləri vaxtı-vaxtında ödəyə bilmədiyinə görə ev əlindən alınmış, evin satışdan 10.000 manat pul verilmişdir. Zəngilan Rayon Məhkəmə sinin 2(034)-27/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia rədd edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbində cavabdehlərin özlərinə məxsus evləri olmasına baxmayaraq, onun mülkiyyətində olan qeyri-yaşayış evindən çıxmamaqla ona maddi və mənəvi ziyan vurulduğunu iddia etsə də, məhkəməyə onların adına hər-hansı bir, ən azı onların qeyri-yaşayış evindən çıxarıldığıanda yaşayış sahəsinin qeydə alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin cavabdehlərin yaşayış sahəsi ilə təmin olunub-olunmaması və ya hansı əsaslarla təmin olunmadıqları ilə bağlı sorğusu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabsız qalmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 22 yanvar 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, cavabdehlərin adına hər hansı bir daşınmaz əmlak aşkar olunmamışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehlər məcburi köçkün kimi məskunlaşdığı qeyri-yaşayış sahəsi üçün iddiaçı tərəfindən tələb olunan maddi və mənəvi zərərə görə məsuliyyət daşımır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin nədən ibarət olmasını anlamamışdır. 1 ildən çox məhkəmə prosesi davam etsə də, birinci instansiya məhkəməsi ədalətli araşdırma aparmadan, cavabdehlərə bəraət qazandırmaqla, sübutları düzgün dəyərləndirmədən qətnamə qəbul etmişdir. İddia tələbinin əsası kimi Avropa Məhkəməsinin 10-dan çox qərarına istinad olunmuşdur. Həmin qərarlardan da görünür ki, məcburi köçkünün çıxarılmamasına görə əldən çıxmış fayda tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev sədrlik edən, məruzəçi, L.Məmm ədova və G.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Apellyasiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi dəfələrlə bildirmişdir ki, cavabdehlərə yaşayış sahəsi verilməyəcəkdir. Bununla bağlı, qafqazinfo.az xəbər saytında da xəbər dərc olunmuşdur. Məhkəmə isə, sorğuya cavab verilməməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Cavabdehlərin yaşayış sahəsi ilə təmin edilib-edilməməsi iddiaçının problemi deyil. Heç bir qanunvericilik aktında qeyd edilməyib ki, məcburi köçkünlərin çıxarılmaları barədə qətnamə icra edilərkən mütləq məcburi köçkünə yaşayış sahəsi verilməlidir və bu mülkiyyətçinin problemidir. Cavabdehlər yalan deyərək, ipotekaya götürdükləri mənzili 10.000 manata satdıqlarını bildirsələr də, bu yalandır. Belə ki, mənzil 53.500 manata satılmışdır. Həmin məbləğin 10.000 manatı alıcı tərəfindən birbaşa, 43.500 manat isə bank tərəfin dən cavabdehlərə ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2209/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev sədrlik edən, məruzəçi, İ.Xələfov və A.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.5-ci, 1092.1-ci maddələrini müzakirə etməmiş, işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair bir təhlil aparmamışlar. Kollegiya bu qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin yu xarıda qeyd olunan hallarını nəzərə almamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən xüsusatları, o cümlədən iddia tələbinin əhatə etdiyi dövrdə cavabdehlərin ayrı yaşayış sahələrinə, yaxud belə sahələri əldə etmək üçün maddi vəsaitə (imkana) malik olub-olmadıqlarını çəkişmə prinsipinə riayət etməklə tam və hərtərəfli araşdırmamış, cavabdehlərin məhkəmə aktı ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarıldıqdan sonra bir daha həmin sahəyə daxil olmalarını, bu vəziyyətin qeyri-müəyyən vaxtadək davam etməsinin iddiaçının hüquqlarına təsirini, cavabdehlərin yenidən (özü də məhkəmə qərarına zidd olaraq) iddiaçının əmlakından istifadə etməklə bu cür istifadə üçün adi mülki dövriyyədə çəkəcəyi xərc(lər)dən azad olduqlarını, bu halın onlar baxımından əsassız varlanm a təşkil edib-etmədiyini, işdəki sübutları lazımi şəkildə qiymətləndirməmiş, yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq etməmişdir. Belə olan halda, apellyasiya məhkməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə, qanunvericliyə uyğun şəkildə əsaslandırılmış akt hesab edilə bilməz. Məhkəmə öz mövqeyini “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 157.4, 157.5, 1096.1, 1096.2, 1097.1, 1091.1, 1091.2-ci maddələrinə istinadlar əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 105)-1733/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Abasov sədrlik edən, məruzəçi, S.Qafari və R.Ağayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlərdən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin zəbt edilməsi nəticəsində əldə çıxmış faydaya görə 11.166,43 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 11.666,43 manat pulun müştərək qaydada tutularaq iddiaçıya verilməsi, cavabdehlərdən xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsini boşaldanadək hər ay üçün müştərək qaydada 973,81 manat pulun tutularaq iddiaçıya verilməsi, iddia tələbin in qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən göründüyü kimi, hazırkı iddia tələbi, tərəflər arasında uzun illər əvvəl mövcud olmuş mübahisədən qaynaqlanan tələblə əlaqədardır. Belə ki, cavabdehlər hazırkı iddiaçıya məxsus daşınmaz əmlakı bu və ya digər yolla zəbt etməklə, onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onda əsəb, narahatlıq, məyusluq hissləri yaratmış, habelə sadalanan hadisələr onda, mənəvi sarsıntı yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, xüsusi mülkiyyətində olan daşınmaz əşyanın bir hissəsinin cavabdehlərin qanunsuz sahibliyində saxlanılması nəticəsində əldən çıxmış faydanı və mənəvi zərərin əvəzini tələb edir və iddia onu tərəfindən kifayət qədər əsaslandırılmışdır. Belə ki, cavabdehlərin iddiaçıya məxsus sahədə qanunsuz yaşadıqları, bununla da iddiaçının mülkiyyət hüququnu pozduqları məhkəmə qərarı ilə təsdiq edilmiş, onların iddiaçıya məxsus qeyriyaşayış sahəsindən çıxarılmaları qət olunmuş və qətnamə qanuni qüvvəsini almış, sözügedən qətnamə, iddiaçıdan onu aldadaraq əlavə 5.000 manat pul almaqla, icra olunduqdan sonra, cavabdehlər yenə eyni qaydada iddiaçıya məxsus qeyri-yaşayış sahəsini zəbt etmişlər. İddiaçı hazırkı iddia tələbində cavabdehlər tərəfindən ona məxsus əmlakın yenidən zəbt olunduğundan ona dəymiş ziyanın ödənilməsi, habelə mənəvi zərərə görə təzminatın ödənilməsini tələb etmişdir. Kollegiya sadalanan xüsusatları nəzərə almaqla hesab etmişdir ki, iddiaçı ona dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsi barədə iddia tələbində qis mən haqlıdır və iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına uyğun olmamaqla yanaşı, həm də ədalətsizdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin dəymiş ziyanın ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəlikləri yaranmışdır ki, sözügedən maddi ziyanın, habelə mənəvi zərərin əvəzi məhkəmə tərəfindən müəyyən edilməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyan, habelə mənəvi zərərə görə məbləğ təyin olunarkən cavabdehlərin maddi vəziyyəti, onların qüvvədə olan hüquqi statusları (məcburi köçkün olmaları), əmlak vəziyyətləri, buna adekvat iddiaçının mərhum olduğu real gəlirlər nəzərə alınmalı və hər iki tərəfə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası işin qeyd olunan faktiki hallarını, iş üzrə Ali Məhkəmənin göstərişlərini bir daha nəzərə alaraq, tərəflər arasında yaranmış mübahisənin obyektiv həllinə nail olmaq baxımından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçının əldən çıxmış gəlirə dair real, ağlabatan və ədalətli məbləğin yuxarıda qeyd olunan formada hesablanmaqla, cavabdehlərdən müştərək qaydada, iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki halda iddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yuxarıda qeyd olunan qaydada, qismən sübut edə bilmişdir. Cavabdeh tərəf öz etirazlarının əsasını təşkil edən dəlilləri ni sübut edə bilməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddia tələbinin bütövlükdə təmin olunmamasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Məhkəmə kollegiyası hüquqi mövqeyini Konstitusiyanın 13, 29-cu maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 157.4, 157.5, 1096.2, 1097.1, 1091.1, 1091.2, 1092.1.1-ci maddələrinə, habelə MPM-nin 385.1.1, 386, 119-cu maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəymiş zərərin müəyyənləşdirilməsi üçün əsaslı sübutlar məhkəməyə təqdim etməmiş, məhkəmə də buna nəzərən faktiki yaşayış yeri mövcud olmayan şəxsə əldən çıxmış fayda və mənəvi ziyana görə pul tutmuşdur. Mənəvi ziyana görə tutulan məbləğin ümumiyyətlə özünü nədə ehtiva etməsi barədə məhkəmə tərəfindən qətnamədə hər hansı bir nüans qeyd edilməmişdir. İddiaçı fiziki ş əxsə mənəvi sarsıntı, iztirab verən halların nədən ibarət olması, faktiki baş vermiş olan, əgər olubsa fiziki iztirab və mənəvi sarsıntının nədən ibarət olması və bunun özünü hansı formada göstərməsi heç bir halla öz sübutunu məhkəmədə tapmasa da iddia həmin hissədə də təmin edilmişdir. Bu işdə mənəvi zərər çəkən başqa şəxsin əmlakında məcburi formada məskunlaşmalı olan şəxs məhz cavabdehdir ki, buna səbəb isə faktiki olaraq İ Qarabağ Müharibəsi nəticəsində cavabdehin öz torpaqlarından məcburi köçkün düşərək Bakı şəhərinə gələrək heç bir sahibi olmayan evdə məskunlaşması olmuşdur. Digər qərarlarla da öz əksini tapmışdır ki, faktiki olaraq iddiaçı həmin evə daxil olub yaşamağa başladığı zaman nə iddiaçının, nə də onun atasının faktiki əmlaka dair heç bir hüquqları mövcud olmamışdır. Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri İddaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, hissə

1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, hissə 1 və

2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə Maddə21.1. Zərərin əvəzi nin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qayt arılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilən lərdən götürülən faydaya da şamil edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansi yası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 1 ünvanda yerləşən, sahəsi 459,5 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlər 1993-cü ildə Zəngilan rayonundan qaçqın düşdükdən sonra ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışlar. Həmin qeyri-yaşayış sahəsində onlardan başqa 8 ailə məskunlaşmışdır. Həmin qeyri-yaşayış evinin bir tərəfində indiyədək fəaliyyət göstərən poçt vardır. 1998-ci ildə iddiaçının atası X2 məcburi köçkünlərin yaşadığı qeyri-yaşayış sahəsini özəlləşdirmiş, sonradan həmin əmlak bölünərək yarısı iddiaçıya, yarısı isə onun bacısının payına düşmüşdür. Bundan son ra qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya verilməsi, qətnamənin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Həmin qərara əsasən, icra sənədinin təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixə, saat 11:00-a icra təyin edilmiş, borclular özlərinə məxsus şəxsi geyim əşyalarını, qızıl-zinət əşyalarını, qiymətli kağızlarını götürərək qeyri-yaşayış sahəsindən çıxarılmış, onlara məxsus digər məişət xarakterli əşyalar yəni stol, stul, mebel, divan və sair əşyalar qeyri-yaşayış sahəsinin giriş qapısının açarı dəyişdirilməklə tələbkarın etibarnamə üzrə nümayəndəsinə AR CM-in 303-cü maddəsinin tələbləri izah olunmaqla təhvil verilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən, komissiya tərəfindən aparılan araşdırılma ilə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində, X1 mülkiyyətində isə Bakı şəhəri, Nərimanov rayonu, Nemət Qul iyev küçəsində yerləşən ayrıca yaşayış sahələrinin olması aşkar edilmişdir. Bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla) yeni yaşayış sahəsi verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi, tərəflər arasında uzun illər əvvəl mövcud olmuş mübahisədən qaynaqlanan tələblə əlaqədardır. Belə ki, cavabdehlər hazırkı iddiaçıya məxsus daşınmaz əmlakı bu və ya digər yolla zəbt etmək lə, onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onda əsəb, narahatlıq, məyusluq hissləri yaratmış, habelə sadalanan hadisələr onda, mənəvi sarsıntı yaratmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmi n Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, xüsusi mülkiyyətində olan daşınmaz əşyanın bir hissəsinin cavabdehlərin qanunsuz sahibliyində saxlanılması nəticəsində əldən çıxmış faydanı və mənəvi zərərin əvəzini tələb edir və iddia onu tərəfindən kifayət qədər əsaslandırılmışdır. Belə ki, cavabdehlərin iddiaçıya məxsus sahədə qanunsuz yaşadıqları, bununla da iddiaçının mülkiyyət hüququnu pozduqları məhkəmə qərarı ilə təsdiq edilmiş, onların iddiaçıya məxsus qeyri- yaşayış sahəsindən çıxarılmaları qət olunmuş və qətnamə qanuni qüvvəsini almış, sözügedən qətnamə, iddiaçıdan onu aldadaraq əlavə 5.000 manat pul almaqla, icra o lunduqdan sonra, cavabdehlər yenə eyni qaydada iddiaçıya məxsus qeyri-yaşayış sahəsini zəbt etmişlər. İddiaçı hazırkı iddia tələbində cavabdehlər tərəfindən ona məxsus əmlakın yenidən zəbt olunduğundan ona dəymiş ziyanın ödənilməsi, habelə mənəvi zərərə görə təzminatın ödənilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh X kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb, yuxarıda sadalanan xüsusatları nəzərə almaqla hesab etmişdir ki, iddiaçı ona dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsi barədə iddia tələbində qismən haqlıdır və iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına uyğun olmamaqla yanaşı, həm də ədalətsizdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfin d əymiş ziyanın ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəlikləri yaranmışdır ki, sözügedən maddi ziyanın, habelə mənəvi zərərin əvəzi məhkəmə tərəfindən müəyyən edilməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyan, habelə mənəvi zərərə görə məbləğ təyin olunarkən cavabdehlərin maddi vəziyyəti, onların qüvvədə olan hüquqi statusları (məcburi köçkün olmaları), əmlak vəziyyətləri, buna adekvat iddiaçının mərhum olduğu real gəlirlər nəzərə alınmalı və hər iki tərəfə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını nəzərə alaraq, tərəflər arasında yaranmış mübahisənin obyektiv həllinə nail olmaq baxımından, ca vabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçının əldən çıxmış gəlirə dair real, ağlabatan və ədalətli məbləğin yuxarıda qeyd olunan formada hesablanmaqla, cavabdehlərdən müştərək qaydada, iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin arqumentləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki halda iddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yuxarıda qeyd olunan qaydada, qismən sübut edə bilmişdir. Cavabdeh tərəf öz etirazlarının əsasını təşkil edən dəlillərini sübut edə bilməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddia tələbinin bü tövlükdə təmin olunmamasına dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdeh X kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilə n hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(105)-1733/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar