Məhkəmə qərarları › İş №2(102)-749/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-749/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-749/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-749/2025 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın, doğum faktının müəyyən edilməsi” barədə ərizəsi ilə ba ğlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-958/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadından Ərizəçi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ərizəçi (bundan sonra ərizəçi) (maraqlı şəxs: İmişli rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın, doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulması faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X4 yazılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuşdur. O, ferma şəraitində doğulduğu üçün həkim tərəfindən tibbi sənəd verilməmiş və səhlənkarlıqdan valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. X2, anası X4 olmuş və hər ikisi vəfat etmişdir. Doğumunun qeyd edilməsi üçün İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeyd edilməsi tibbi sənədlə təsdiq olunmadığından doğumun qeyd edilməsindən imtina edilmişdir. O, evlə bağlı sənədləşmə işləri apara bilmədiyinə görə bu faktın müəyyən edilməsinin hüquqi əhəmiyyət daşıdığını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İmişli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(036)151/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Telman Quliyev) iddia qismən təmin edilərək, Ərizəçi 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində doğulması faktının müəyyən edilməsi və doğumu qeydə alınarkən ata qrafasında X6, ana qrafasında isə X1 qeyd olunması qət edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.Məhkəmə aktının həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsas olması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-958/2024 nömrəli, 1 avqust 2024 -cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Fikrət Hüseynov) ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Qətnamədən ərizəçi (vəkili Vəkil) 16 oktyabr 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır.

7. Ərizəçi və onun vəkili Vəkil 5 dekabr 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət edərək, prosessual müddətin bərpa edilərək, işin kassasiya şikayəti əsasında baxılması üçün Azərbaycan Respbulikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişlər.

8. Müddətin bərpasına dair ərizəsində qeyd edilmişdir ki, o, yaşlı adamdır. Elektron kabinet barədə heç bir məlumatı yoxdur, həmçinin onun elektron kabinetinin olubolmamasını da bilmir. Apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli qətnaməsi ona poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Ona görə də, buraxılan müddət üzrlü hesab edilməlidir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-958/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), P ərviz Əhmədov və Tale Kərimov) apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəçi və vəkili tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən hesab etmişdir ki, iş materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli qətnaməsi ərizəçinin “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetinə 6 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir. Ərizəçi kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürdüyünü etiraf edir və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Müddətin bərpasına dair ərizəsində müddəti üzrlü səbəbdən ötürdüyünü, yaşlı olmasını, elektron kabinet barədə heç bir məlumatı olmadığını, həmçinin onun elektron kabinetinin olub-olmamasını bilmədiyini, qətnaməni poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixində aldığını bildirmişdir.

11. Məhkəmə kollegiya hesab etmişdir ki, müddətin bərpasına dair ərizə əsaslı deyil və təmin edilməməlidir. Belə ki, tərəfin qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Mövcud qanunvericiliyə əsasən, elektron-məhkəmə informasiya sistemi tətbiq olunur və ərizəçi kassasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə təqdim etməli idi. Eyni zamanda onun yaşlı olması da, onu qanunvericiliyin tələblərinə əməl etməsi vəzifəsindən azad edə bilməz.

12. Məhkəmə kollegiya eyni zamanda qeyd etmişdir ki, həmçinin müəyyən e dilmişdir ki, ərizəçi kassasiya şikayətini vəkilinin köməkliyi ilə vermişdir. Bu isə o anlama gəlir ki, verilmiş kassasiya şikayəti vaxtında verilməli idi.

13. Məhkəmə kollegiyası yekun olaraq hesab etmişdir ki, ərizəçi və onun vəkili Vəkil tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.1, 10-1.2, 10-1.3, 10-1.5, 130.1, 133.3, 405.0.1 və 408.1.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

15. Qərardaddan ərizəçi (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 26 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin qərardadla razı deyil. Kassasiya şikayətimin qaytarılmasının səbəbi kimi apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(106)-958/2024 qətnaməsinin onun elektron kabinetinə 6 avqust 2024-cü il tarixində yerləşdirildiyi üçün kassasiya şikayəti vermək üçün müəyyən edilmiş 2 aylıq müddəti ötürməyi göstərilmişdir. O, yaşlı adamdır, elektron kabinet barədə heç bir məlumatı yoxdur, həmçinin elektron kabinetinin olub-olmamasını da bilmir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi qan unvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

20. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

21. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasını n Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

27. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiy a şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

29. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

35. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

36. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədləri n gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qərardad ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin m övqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Ərizəçi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

41. Qeyd olunmalıdır ki, Ərizəçi (Vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli qətnaməsi 6 avqust 2024-cü il tarixində elektron kabinetinə yerləşdirilsə də, yaşlı adam olması, elektron kabinet barədə heç bir məlumatının olmaması, həmçinin elektron kabinetinin olub-olmamas ını da bilməməsi ilə əsaslandırmışdır. 42. “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-958/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Ərizəçi elektron kabinetinə 6 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayən dələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.

44. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.

45. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olma yaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.

46. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 6 avqust 2024-cü il tarixdə Ərizəçi rəsmi qaydada verilmiş, yəni onun elektron kabinetinə yüklənmişdir. Ərizəçi isə apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2024-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 6 oktyabr 2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 16 oktyabr 2024-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun Ərizəçi elektron sisteminə yüklənməsindən 2 ay 10 gü n müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.

47. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin yaşlı adam olması, elektron kabinet barədə heç bir məlumatının olmaması, həmçinin elektron kabinetinin olubolmamasını da bilməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, Ərizəçi elektron kabinet barədə heç bir məlumatının olmamasını, həmçinin elektron kabinetinin olubolmamasını da bilməməsini qeyd etsə də birinci instansiya məhkəməsinin 8 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini öz elektron kabineti vasitəsilə şəxsən vermişdir ki, bu da onun kassasiya şikayətində göstərdiyi dəlillərin əsassız olmasını təsdiq edir.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik pri nsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000 -ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 50. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün y alnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müd dəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

52. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zə ruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Ərizəçi (Vəkili Vəkil) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 2 ay 10 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününlərini gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin müb ahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.

54. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əs as ola bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-958/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar