Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-75/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-283/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 29.10.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələr ilə Cavabdeh1, X2, Cavabdeh4 öz imzaları ilə təsdiq edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına etiraz etmədiklərini bildirmişlər.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 196/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli BAKU1- 24505-10495 saylı kredit müqaviləsi üzrə 26342,22 ABŞ dolları əsas borc, 13924,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 41267,01 ABŞ dol ları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq "xxxx" MMC-ə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2ci döngə, 22 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi qət edilmişdir.
4. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evini hərracdan "xxxx" MMC əldə etmiş və həmin əmlaka dair mülkiyyət hüququ barədə xx.xx.20 21-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)371/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə məcburi qaydada mənzildən çıxarılması barə də qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla yaşayış sahəsindən aylıq 2000 manat olmaqla kirayə müqaviləsi bağlamaq təklif edilmiş, xx.xx.2021-ci il tarixinədək belə müqavilə bağlanmayacağı halda yaşayış sahəsini tərk etmək tələb edilmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-258/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmişdir.
9. Məhkəmənin öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Ona görə də, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin həmin mənzildən çıxarılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 157.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməm əsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə Sabunçu rayon Məhkəməsinin 2(008)-196/2028 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla bağlı məhkəmədə iş üzrə icraatın dayandırılması barədə tərəfimizdən xx.xx.2023-cü il tarixdə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət nəzərə alınmamış və iş üzrə qətnamə qəbul edilmişdir. Halbuki Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilərkən ciddi qanun pozuntularına yol verilmişdir. Həmçinin, mübahisəli fərdi yaşayış evi çıxarışda 3 otaqlı göstərilsə də, faktiki olaraq 5 otaqdan ibarətdir. Bununla b ağlı məhkəmə qətnamədə heç bir münasibət bildirməmiş və cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5, 2-ci döngə, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilməyən digər 2 otağından çıxarılmalarına münasibətdə məhkəmə tərəfindən həll edilməmiş qalır. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad et diyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. öründüyü kimi məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. cavabdehin göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev – sədrlik edən və məruzəçi, C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti təmi n edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə (Cavabdeh2 aid hissədə) dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçıdan sifarişini aldığı mənzili iddiaçıya vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etməmişdir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-336 6/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh2 ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı xx.xx.20230-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh2 qeyd edilən ərizəsinin rədd edilməsi qərara alınmışdır.
16. İşin faktiki hallarına qanunvericiliyin aşağıda sadalanan normaları baxımından qiymət verən kollegiya hesab etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Sab unçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X5 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən fərdi yaşayış evində hazırda qanunsuz olaraq məskunlaşmış, bu səbəbdən iddiaçı onun mülkiyyətində olan əmlaka dair sahiblik, istifadə hüquqlarını həyata keçirə bilmir.
17. Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzili tərk etməməsini iddiaçının mülkiyyət hüququna qəsd kimi qiymətləndirərək hesab etmişdir ki, mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.
18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2 018-ci il tarixədək qüvvədə olan redaksiyada) 59.3, 59.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırma üçün düzgün hüquq normasına istinad etməmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Bu isə məhkəmə qətnaməsinin əsaslı olmamasını təsdiq edən hallardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya ş ikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasi ya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı mübahisə predmeti olan əşyanın mülkiyyətçisidir və cavabdehin qanuni əsas olmadan oradan çıxmaması mülkiyyətə maneçilik təşkil edir. Belə olan halda iddia mülkiyyətin müdafiəsi çərçivəsində əsaslı sayılmışdır.
34. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansi yası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-283/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.