Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-751/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, tələbdən kənara çıxılıb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X3 və Cavabdeh1 İsrafil qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2024 nömrəli, 5 noyabr 2024-cü il tar ixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ev 32 ünvanında yerləşən 41 saylı fərdi yaşayış evi Cavabdeh1 və 54 saylı fərdi yaşayış evi Cavabdeh2 məxsusdur. Həmin fərdi yaşayış evlərinə dair kommunal xidmətlərə görə cavabdehlər tərəfindən ödənişlər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X3 və Cavabdeh1 İsrafil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər ca vabdehlər X2 və Cavabdeh1 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı qurumun balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda X5 və Cavabdeh1 tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməs i, həmçinin hazırda bu evlərin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11-19/138 nömrəli məktubunda həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin X4 və Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Bununla bağlı ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin 51-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə dair təklif irəli sürmüşdür. Məhkəmə Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən ev sovet dövründə illər öncə tikilmişdir. 60-cı illərdə evlər tikiləndə dövlət bilmişdir ki, mühafizə zonasına düşür, icazə vermişdi ki, orada evlər tikilsin. Qəbzlər var, kommunal xidmətlərlə bağlı ödənişlər etmişdir. Ev çox pis vəziyyətdədir. Evlər dəmir yolunun qazıntısı nəticəsində bu günə düşmüşdür. Qapılar bağlanmır. 20 ildir ki, orada yaşayır. Evi alıb, özü tikməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16 /2-10/5856 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsində və 21-ci bəndində göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil1 bildirmişdir ki, ekspert rəy verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torp aqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”na əsaslanmışdır Təqdim etdiyi sənədlərdən görünür ki, ev 60-cı illərdə tikilmişdir. Ekspertin əsaslandığı qaydalar 2005-ci ildə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən vətəndaşların hüquqi vəziyyətini pisləşdirən normativ aktların geriyə qüvvəsi yoxdur. Həmçinin xx.xx.2004-cü il tarixli hesabatdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti onun evini şəxsi tikili kimi tanıyıb və onun qiymətləndirilməsini öz möhürü ilə təsdiq etmişdir. Ona görə onun evi qanunsuz tikili kimi sökülə bilməz. Əgər sökülərsə cavabdehə kompensasiya verilməlidir. İllərdir ki, cavabdeh o evdə yaşamış, o evdə toyu olmuş və o evdə övladları dünyaya gəlmişdir. Hazırda oğlu Kəlbəcərdə h ərbi xidmətdədir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər in ailələri ilə birlikdə yaşadıqları evlər sökülsə onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş olacaq. Göründüyü kimi cavabdehlərin sökülməsi tələb olunan evlərdən başqa yaşayış yeri yoxdur.
11. Məhkəmə hesab etmişdir ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehlərin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evlərin sökülməsi müqabilində cavabdehlər yaşayış yeri ilə təmin edilməli, yaxud onlara kompensasiya ödənilməlidir.
12. Birinci instansiya məh kəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü, Mənzil Məcəlləsinin 5.3 və 9.1-ci, Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən vətəndaşların mənzil toxunulmazlığı hüquqlarını qoruyur, digər tərəfdən onların həyatını təhlükə altına qoyur. Evin yararsız və təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt h adisənin baş vermə ehtimalı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qanunsuz tikili heç bir halda alğı-satqı müqaviləsinin predmeti ola bilməz. Ona görə də, məhkəmənin qeyd etdiyi “cavabdehlər satın almışlar” istinadı qanuna ziddir və sübuta yetirilmir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, özbaşına tikili 1960-ci illərdə inşa edilmiş, lakin məhkəmə bu qənaətə gəldikdə hansı mötəbər sübuta əsaslanıb aydın deyildir. Məhkəmə nəzərə almamışdır ki, qərar 2005-ci ildə qəbul olunsa da həmin ərazidə dəmir yolu 1950-ci illərdə tikilmiş və özbaşına tikili tikildiyi vaxtda dəmir yolu artıq mövcud idi. Göründüyü kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Belə ki, ekspert rəyini, cavabdehlərin izahatlarını nəzərə almamış, həmçinin yerində müayinə aparmamışd ır. Məhkəmə dəmir yolunun və qeyd olunan evin həmin ərazidə nə vaxt tikildiyini araşdırmamışdır. Nəticədə məhkəmə qərəzli və cavabdehlərin özləri üçün təhlükəli bir qərar qəbul etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmiş, həmin meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq, evin texniki vəziyyəti qəzalı kimi qiymətləndirilmişdir. Nəticədə həmin evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizliklik tədbirləri görülməlidir. Evin altında metal boru dayaqlar üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğu üçün hər an uçma təhlükəsi var, lakin məhkəmə tərəfindən bu hallara toxunulmamış, bu təhlükəli vəziyyət nəzərə alınmamış, düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd olunan ərazidə oxşar vəziyyətdə olan digər evlərə münasibətdə qiymətləndirmə aparılmaqla vətəndaşlara müxtəlif məbləğdə kompensasiyalar ödənilməklə həmin evlərin sökülməsi həyata keçirilmişdir. Belə ki, həmin söküntülər aparılan vaxt - 2017-ci ildə çıxarışı olan evlərə bir kvadrat metrə görə 2000 manat, çıxarışsız evlərə görə isə bir kvdarat metrə 1500 manat kompensasiya verilmişdir. Hazırda isə onlar müvafiq orqanlara müraciətlər etmiş, maliyə mənbəyi tapılmadığından bu sakinlərə eyni qaydada kompensasiyanın öd ənilməsi imkanı olmamış, bununla belə bu iddiada göstərilən evlərin qalması orada yaşayan insanların həyat və sağlamlığı üçün real təhlükə yatdığından və baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması baxımından həmin evlərin sökülməsi zəruridir.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq əlavə olaraq bildirmişdir ki, sözügedən ev sovet dövründə -illər öncə tikilib, 60-cı illərdə evlər tikiləndə dövlət bilirdi ki, mühafizə zonasına düşür, onların başqa yaşayış yeri yoxdur, evlərinin həqiqətən də qəzalı vəziyyətdə olması danılmır, hətta hər qatar keçəndə evlər titrəyir və onlar həyacan keçirirlər, bununla belə, hazırda iddiaçının kompensasiya verilmədən sökülməni tələb etməsi qanunsuzdur, çünki ətraf ərazilərdə eyni vəziyyətdə olan vətand aşlara müvafiq kompensasiya verilməklə onların tikililəri sökülmüşdür, hansı səbəbdən onlara münasibətdə evlərinin əvəzi verilmədən sökülməsi tələb olunur, bu, onlara aydın deyildir, hər kv.m. üçün 1500 manat əvəz verilməklə evlərinin sökülməsinə etiraz etmirlər.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, Nizami Rayon Məhkəməsinin 2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbləri təmin edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərind ə inşa edilmiş qanunsuz tikililər - ünvan 3 ünvanında yerləşən ev və ünvan 4 yerləşən ev iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər bir kvadrat metrə görə 1500 manat hesablanmaqla kompensasiya ödənilməklə cavabdehlər X5 və Cavabdeh1 hesabına sökülməsi, kompensasiya verilməsi və tikililərin sökülməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, hazırda sökülməsi tələb edilən tikililər 30 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən dəmir yolunun mühafizə zonasında inşa edilmiş və real olaraq qəzalı vəziyyətdə olmuşdur. Bu hallar cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 60 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququnun olması barədə qiymətləndirməsi düzgün olmuşdur. Belə ki, sözügedən ünvanda özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmiş və həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cavabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişlər. Həmçinin, cavabdehlər göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sökülməsini tələb etdiyi evlərin mühafizə ərazisində yerləşməsindən də daha vacibi, orada yaşayan insanların həyat və sağlamlığının qorunmasının əhəmiyyəti baxımından iddia tələbləri əsaslı olmuşdur və iddia təmin olunmalıdır, bununla belə, cavabdehləri n məhrum olacaqları yeganə yaşayış yeri olan əmlaklarının əvəzinin ödənilməsi də təmin olunmalıdır. Əks halda, cavabdehlər yeganə yaşayış yerindən məhrum olmaqla yanaşı, həm də oxşar vəziyyətdə olan və əvəz ödənilməklə köçürülən şəxslərə münasibətdə ayrı seçkiliyə məruz qala bilərlər ki, bunun da yolverilməzliyi şəksizdir. Hazırkı halda cavabdehlərə məxsus əmlaklara - tikililərə münasibətdə bir kvadrat metr üçün 1500 manat məbləğində kompensasiya ödənilməklə sökülməsi işin halları baxımından mütənasib və ağlabatandır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1, 159, 180.1-ci, Torpaq Məcəlləsinin 9, 22 və 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər bir kvadrat metrə görə 1500 manat hesablanmaqla kompensasiya ödənilməklə” hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolu xəttinin təhkim zolağındakı 4 fərdi yaşayış evinin yerləşdiyi ərazidə bu kimi layihələrin həyata keçirilməsi planlaşdırılmadığından həmin qanunsuz tikililərin köçürülməsinə görə hər hansı məbləğdə kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehlərə 1.500 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul etmiş və nəticədə iddia tələbindən kənarlaşmışdır. Qətnamə qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi bildirmişdir ki, kompensasiya məbləği müəyyən edilərkən tikilinin çıxarışlı olub-olmaması baxımından hər kv.m üçün müvafiq olaraq 2.000 və 1.500 manat əsas götürülmüşdür. Bu məbləğləri cavabdehin vəkili səsləndirmişdir, iddiaçının nümayəndəsi isə yalnız layihələr çərçivəsində 2017- 2019-cu illər ərzində hökümətin maliyyə dəstəyi hesabına köçürülmüş evlər barədə məlumat vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
32. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qay dada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
43. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
44. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
45. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
47. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
48. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi veri lə bilər.
49. Maddə 459.6.Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir.
50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 52. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarı Hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
34. Maddə
9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.
35. Maddə
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyət i üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən hissəvi mübahisələndirilsədə, tələblər bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsindən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 60 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahibl ik edən cavabdehlərin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququnun olması barədə qiymətləndirməsi düzgün olmuşdur.
50. Apellyasiya instansiya məhkəməsi davamında qeyd etmişdir ki, mübahisəli ünvanda özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmiş və həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cavabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişlər. Həmçinin, cavabdehlər göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tiki liləri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır.
51. Birinci instansiya məhkəməsi iddia tələbini bu qərarın 9-12-ci bəndlərində göstərilən əsaslarla rədd edərək yalnız kompensasiyanın verilməsi təqdirdə cavabdehlərin uzun müddət yaşadıqları və istifadə etdikləri sahədən çıxarılaraq tikililərin sökülməsini mümkün hesab etmiş, iddiaçı tərəfindən isə belə kompensasiyanın təklif edilmədiyini göstərmişdir.
52. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları ilə razılaşsa da kompensasiya ödəniməsi ilə b ağlı tələbin olmamasına baxmayaraq müvafiq kompensasiya verilməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir.
53. İddiaçı məhz apellyasiya məhkəməsinin tələbinin olmadığı halda müvafiq kompensasiya verilməklə iddianın təmin olunması ilə bağlı gəldiyi nəticəsi ilə razılaşmamış və tələbdən kənara çıxılan hissədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
54. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, iddia tələbində nəzərdə tutulmadığı halda, tələbdən kənara çıxmaq üçün hər hansı müstəsna halın olmasını müəyyən etməmişdir. Eyni zamanda iddiaçı ilə belə müzakirənin aparılmaması işin mübahisəsiz haldır. Belə müzakirənin olması və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı prosessual hərəkətlərin edilməməsi aşkardır.
55. Apellyasiya instansiya məhkəməsi müvafiq kompensasiya müqabilində cavabdehlərə məxsus olan tikililərin sökülməsi ilə bağlı öhdəliyin iddiaçının üzərinə qoyulması barədə hüquqi dəyərləndirmə apararkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbini pozmuşdur.
56. Belə ki, iddia tələbi bir hissədən ibarət olmaqla, cavabdehlərin evlərinin hər hansı məbləğ ödənilmədən sökülməsi ilə bağlıdır. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbi ilə əhatə olunmayan, cavabdehlərə kompensasiya məbləğinin ödəməsi ilə bağlı qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir.
57. Bununla belə apellyasiya instansiyası məhkəməsi də iddiaçının hazırkı tələbi irəli sürməklə hüquqdan sui-istifadəyə yol verilib-v erilməməsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.
58. İddiaçının da qəbul etdiyi, məhkəmələrin müəyyən etdiyi işin hallarından aydın olur ki, iddiaçı eyni vəziyyətdə olan, eyni şəraitli mənzil və evlərin sökülməsini müvafiq kompensasiyalar ödənilməklə həyata keçirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bərabərliyin təmin olunmalı olmasına istinad edərək irəli sürülən məzmunda iddianı əsaslı hesab etməmişdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
60. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqla rının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxarkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən, apellyasiya məhkəməsinin gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
62. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
63. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
64. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
65. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alar aq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
66. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməl idir.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.