Məhkəmə qərarları › İş №2(102)-7515/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7515/2019

06.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7515/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh5 və onun vəkili X1 iştirakları ilə, Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1-nə, Cavabdeh1-nin direktoru Cavabdeh2, Cavabdeh3-nə, Cavabdeh3-nin direktoru Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qar şı kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-67/2019) iddia qismən təmin edilmiş, cavabdehlər “A&B” Paint” MMC-dən, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 360.639,07 (üç yüz altmış min altı yüz otuz doqquz dollar yeddi sent) ABŞ dolları əsas, 83.149,13 (səksən üç min yüz qırx doqquz dollar on üç sent) ABŞ dolları faiz borcunun, 100.000 (yüz min) ABŞ dolları əsas, 3.111,11 (üç min yüz on bir dollar on bir sent) ABŞ dolları faiz borcunun, 926,71 (doqquz yüz iyirmi altı dollar yetmiş bir sent) ABŞ dolları vasitəçi bank xərclərinin, 5.374,90 (beş min üç yüz yetmiş dörd dollar doxsan sent) ABŞ dolları ə sas, 8,67 (səkkiz dolları altmış yeddi sent) ABŞ dolları faiz borcunun, bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 (otuz) manat ödəniş və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiymətinin 1.350.000 (bir milyon yç yüz əlli min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh3-yə məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesində mülkiyyətdə olan 3 ha torpaq sahəsinə və üzərində yerləşən 80 nömrəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məbləğdən artıq olduqda əldə ed ilən vəsaitin qalıq hissəsinin Cavabdeh3-yə qaytarılması, ipoteka predmeti olan qeyri-yaşayış binasının açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədovvə Ş.Məhərrəmova, iş № 2(103)-8269/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh5 Məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.2-ci maddəsinə əsasən, məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermiş Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəh bər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh5 verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə bağlı kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar