Məhkəmə qərarları › İş №2(102)-753/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-753/2019

06.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-753/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-753/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı və vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin23 may 2018-ci il t arixli qətnaməsiilə (R.Y.Həsənov, iş2(010)-2542/2018) İddiaçı Cavabdehə qarşı əmlak tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 1 ədəd Canon markalı fotoaparat, həmin əşya naturada olmadıqda onun dəyəri 1500 manat; 1 ədəd 750 əyarlı 13 qram çəkisi olan zəncir-qolbaq dəyəri 1300 manat; 1 ədəd 750 əyarlı kəpənək formada 7 brilliant qaşlı üzük dəyəri 7,5 qr - 1000 manat; 1 ədəd 750 əyarlı 5 brilyant qaşı olan ağ qızıl üzük 4,5 qr 1200 manat; 1 cüt 750 əyarlı sırğa, dəyəri 5 qr-500 manat; 1 ədəd 585 əyarlı qolbaq, 6qr dəyəri-400 manat; 3 ədəd 750 əyarlı təkqaş üzük, dəyəri 4 qr.3.5 qr.3.8 qr (500 manat hər bir)-l500 mant; 585 əyarlı alyans iizük (ikili) dəyəri - 400 manat; 1 ədəd 585 əyarlı Yağış sırğa (atası evindən aparmışdı) 5qr dəyəri - 250 manat; 1 ədəd at klon 585 əyar 4qr 200 manat; 1 ədəd Quran kitabı - klon 585 əyar dəyəri 3,8 qr 250 manat; 1 ədəd 585 əyarlı sep dəyəri 3,8 qr-300 manat; Toy hədiyyəsi olaraq bağışlanmış 750 əyarlı bir ədəd kolye 750 əyarlı bir ədəd qolbaq, 750 əyarlı bir cüt sırğa, 750 əyarlı bir ədəd üzük- 6000 manat, həmin qızılların naturada, olmadıqda qızıl-zinət əşyalarının ümumi dəyəri 13300 (on üç min üç yüz) manatın alınaraq İddiaçı Hacəmməd qızına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov, iş2(103)-9089/2018) Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-2542/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi,aparılmış tədqiqatın dəyəri olaraq İddiaçı Hacəmmə d qızından 50 manat tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin azaldılmasına dair ərizə ilə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərdiyi qızıl-z inət əşyalarının, mümkün olmadıqda onların 13300 (on üç min üç yüz) manat məbləğində dəyərinin, habelə mebel və digər cehiz əşyalarının, mümkün olmadıqda onların 30470 (otuz min dörd yüz yetmiş) manat məbləğində dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman işin faktiki halları düzgün araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı, vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunu, Cavabdeh və vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarına əlavə edilmiş 06.05.2018-ci il tarixli aktdan görünür ki. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 9 mənzil 34-də X1 məxsus cehiz və əmlak tərtib olunmuş siyahı üzrə şahidlərin iştirakı ilə görülmüşdür. Məhz əmlak və cehiz barəsində iddiaçının hazırda cavabdehə qarşı heç bir iddia və tələbi mövcud deyildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 31 dekabr 2017-ci il tarixində tərəflər arasında mübahisə olan zaman iddiaçı cavabdehin evini tərk etmək istəyərkən onunla cavabdehin və sonuncunun anası arasında mübahisə yaranmış və cavabdeh iddiaçı nın əlində olan çantaları alaraq onların içlərini evin ortasına boşaltmışdır. Bu halı cavabdeh etiraf etmişdir. İş materiallarında olan zəmanət kartının surətindən məlum olur ki, 01.06.2013-cü il tarixdə 60D Canon 18-200 markalı fotoaparat Cavabdeh 1045 manata satılmışdır və 12 ay zəmanət müddəti müəyyən edilmişdir. İşdə olan zəmanət kartının surətindən göründüyü kimi, 60D Canon 18-200 markalı fotoaparaq iddiaçının iddia etdiyi kimi ona verilmiş cehiz əşyası və iddiaçının ayrıca mülkiyyətində olan əşya deyildir. Fotoaparat Cavabdeh tərəfindən nikahdan əvvəl - 01.06.2013-cü ildə alınmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında buna münasibətdə bildirmişdir ki, fotoaparat onun pulu ilə alınmışdır, lakin adət ənənəyə əsasən cavabdehin adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası iddiaçı nın göstərdiklərini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, fotoaparat tərəflərin nikahdan əvvəl alındığından həmin əşya üzərində iddiaçının ayrıca mülkiyyəti və tərəflərin birgə mülkiyyəti olmamışdır. Həmin əşya cavabdehə məxsus olan əşyadır, iddiaçının isə özünə məxsus olmayan əşyanı tələb etmək üçün subyektiv hüququ mövcud deyildir. İddia tələbinin qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsinə dair hissəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbində göstərilən və cavabdehdən tələb olunan qızıl-zinyət əşyaları mövcud olmuş, həmin əşyalar cavabdeh tərəfindən iddiaçıya hədiyyə olunmuşdur. Lakin iddiaçı qızıl-zinyət əşyalarının cavabdehdə qaldığını, evdən qovulduğunu, evdən çıxarkən çantasının alınıb boşaldılması ilə bağlı ondan alındığını göstərir. Cavabdeh tərəfin mövqeyinə görə qızıl-zinət əşyaları iddiaçı evdən getməzdən daha əvvəl aparılmış və onların dəyəri və çəkisi iddiaçı tərəfindən şişirdilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi k imi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən tələb etdiyi qızılzinyət əşyalarına münasibətdə mülkiyyətçi hüququna malikdir, mülkiyyətçi kimi iddiaçı subyektiv hüquqa malik olduğu halda əşyaların qaytarılması tələbini irəli sürmək hüququna malikdir. Hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinyət əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə və məbləğdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun, ondan alındığının sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə y ükü ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətini təşkil edən qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. İş materiallarından məlum olur ki, iddiaçı əşyaların mövcudluğunu sübut etmişdir. İddiaçının mövqeyinə görə qızıl-zinyət əşyaları cavabdehin anası tərəfindən evdən çıxan gün çantası boşaldılaraq götürülmüş və ona qaytarılmamışdır. Qızıl-zinyət əşyalarının dəyəri və digər fərqli xüsusiyyətləri ilə bağlı bəzilərinin alınmasında iştirak etdiyini və digərlərini cavabdehin ona verdiyi məlumat əsasında müəyyən etdiyini qeyd etmişdir. İddiaçının evdən çıxarkən onun çantasının alınaraq boşaldılması işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin vaxt qızıl-zinyət əşyalarının çantada olması və həmin əşyaların cavabdeh tərəfindən götürülməsi işin araşdırılmış digər halları ilə təsdiq olunmur. Nəzərə alınsa ki, qızıl-zinyət əşyalarının (iddiaçının şəxsi və uşağa məxsus olan əşyalar) bəziləri iddiaçıdadır, belə olan halda həmin gün əşyaların çantada olması və cavabdeh tərəfindən alınmasını sübut etmək onun üzərindədir. İddiaçı özünə məxsus olan əşyaların evdən çıxarkən üstündə olduğunu, uşağa məxsus qızıl əşyalarının təmirdə olduğunu göstərməsinə baxmayaraq uşağa məxsus qızıl əşyalarının nə vaxt və hansı şəxsə təmir üçün verildiyini göstərə bilməmişdir. Əksinə cavabdeh tərəf uşağa məxsus olan qızıl əşyalarının heç vaxt təmir üçün verilmədiyini bildirmişdir. İş materiallarından məlum olur ki, iddiaçı evdən getməyi əvvəldən planlaşdırmış, buna niyyətli olmuş, bu mə qsədlə də özünə məxsus sənədləri götürmüş, həmin sənədlərin içində səhvən cavabdehin xarici pasportunu da götürmüşdür. İddiaçının evdən getməyə əvvəlcədən niyyətli olması əvvəlcədən qızıl-zinyət əşyalarını da toplayıb aparması ehtimalını öz özlüyündə təsdiq etmişdir. Həmçinin, bu ehtimal onunla da təsdiq edilmişdir ki, iddiaçı uşağın qızıl əşyalarının tələb edilməsi ilə bağlı verilən suala cavab olaraq qızlarına məxsus qızılların həmin vaxt təmirdə olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhz uşağa məxsus qızılların hamısının təmirdə olması, onların birinin belə qızılların içində olmaması inandırıcı deyildir. Qızıl-zinyət əşyaları bir yerdə saxlanıldığı halda və onların cavabdehdə olması iddia olunduğu təqdirdə onların yalnız bəzilərinin tələb edilməsi i zah olunmazdır. Özünə məxsus olan və cavabdeh tərəfindən hədiyyə olunmayan qızılların özündə nə üçün saxlanması və digər qızıl əşyalarının cavabdehdə qaldığını inandırıcı olan qaydada izah edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, həqiqətən həmin vaxt çanta iddiaçıdan alınmış olsa da, ona məxsus olan qızıl-zinyət əşyaları, özünə və cavabdehə məxsus olan ümumvətəndaş pasportu həmin çantada olmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı qızıl-zinyət əşyalarının qanuni əsas olmadan cavabdehdə saxlandığını sübut edə bilmədiyindən o, cavabdehdən həmin əşyaları və ya onların dəyərini tələb etmək üçün hüquqi ixtiyara malik deyildir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 09 oktyabr 2018-ci il tarixli, 2(103)-9089/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar