Məhkəmə qərarları › İş №2(102)-757/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-757/2023

27.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-757/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbləri, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5786/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6nin xx.xx.2015-ci il tarixli əmri ilə iddiaçı “Dərmanların keyfiyyətinə nəzarət” şöbəsinə provizor vəzifəsinə, xx.xx.2016-cı il tarixli əmrlə Əczaçılıq subyektləri ilə iş şöbəsinə müfəttiş vəzifəsinə, xx.xx.2016-cı il tarixli əmrlə Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2016-cı il tarixli əmrlə Əczaçılıq subyektləri ilə iş şöbəsinə müfəttiş vəzifəsinə, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli əmrlə dərman vasitələrinin idxalı ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2019-cu il tarixli əmrlə dərman vasitələrinin idxal ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.20 21ci il tarixli əmrlə dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinə mütəxəssis (tibb üzrə) vəzifəsinə təyin edilmişdir.

3. Səhiyyə Nazirliyi Cavabdehn direktoru iddiaçının barəsində toplanmış materialları və Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə alaraq, Əmək Məcəlləsinin 70, 72, 77 və 80-ci maddələrini və Cavabdeh nizamnaməsinin 5.5.12-ci bəndini rəhbər tutaraq, xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

4. İşçi ilə xx.xx.2021-ci il tarixdə son haqq-hesab aparılmış, o cümlədən istifadə edilməmiş məzuniyyət günləri üçün (xx.xx.2020-2021-ci iş ili üçün 30 gün, xx.xx.20212022-ci iş ili üçün 7 gün) 37 gün pul əvəzi ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qurumun xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - Cavabdehn Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 ildən artıq bir müddətdir ki, tibb (əczaçılıq) sahəsində çalışır. Keçirilən attestasiyadan ən yüksək bal toplamışdır. Əmək fəaliyyəti dövründə əmək funksiyasını yüksək səviyyədə icra etmiş, heç bir inzibati tənbeh almamışdır. Onunla əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. İş üzrə ona təqdim edilmiş Aktda hər hansı bir əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsindən söhbət getmir və gedə də bilməz, çünki belə bir hal baş verməmişdir. Həmin Aktda insident barədə qeyd edilmişdir, lakin insident adlanacaq və Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə səbəb ola biləcək hadisə baş verməmişdir. xx.xx.2021-ci il tarixə kimi onun işində heç bir problemi olmamışdır. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, onun vəzifə təlimatı müfəttişlərdən dərmanları alıb, sistemə daxil etmək, dərman qutularının və istifadə təlimatlarının Səhiyyə nazirinin müavininin imzası ilə təsdiq olunmuş təlimatda göstərilən qaydada vahid nümunəyə əsasən təsdiq edilmiş qablaşdırılmaya uyğunluğunu yoxlamaqdır. X10 dərmanların sayını və tamlığını yoxladıqdan sonra dərman qaydalara uyğ un olarsa, analitik bazaya daxil edir və bundan sonra ona verir. xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitələri gəlmişdir. Dərman qutusunun içərisində təlimata uyğun olaraq Azərbaycan dilində tərtib edilmiş istifadə təlimatı olmamışdır və o, qutusunun üzərində “ - “ işarəsi qoymuş və bazaya qeyd etməsi üçün Fəxriyyəyə Həmidovaya vermişdir. Fəxriyyə Həmidova ona dərman qutusunun içərisində içlik olduğunu bildirərək qeyd etmişdir ki, yəqin torbanın içərisində qalıb. Lakin torbanın içərisində başqa əzilmiş və cırılmış təlimat vərəqələri olmuşdur. Fəxriyyə Həmidova dərman vasitəsinin təlimatını onun otağında olan zibil qutusundan tapıb gətirərək, şöbə müdiri Sərvinaz Tağıyevaya vermişdir. O, başqa dərmanları yoxlayarkən Fəxriyyə Həmidova onun otağını axtarmış və surətçıxaran aparatın yanında olan zibil qutusundan təlimat vərəqəsini cırılmış şəkildə tapıb gətirmişdir. Şöbə müdiri ondan niyə görə təlimatı cırdığını soruşmuş, o isə təlimatı cırmadığını və təlimatı Fəxriyyənin özünün cırıb atmış ola biləcəyini demişdir. Bundan sonra ondan izahat tələb edilmişdir. O, hüquqşünas çağırmağı tələb etmiş və izahat verməmişdir. İzahatı öz otağında yazıb verəcəyini desə də, ona icazə verilməmişdir. Bu səbəbdən izahat yazmamışdır. xx.xx.2021-ci il tarixdə ona öz ərizəsi ilə işdən çıxması, əks halda əmrlə işdən çıxardılacağı bildirilmişdir. Həmin gün saat 14:40-da iclasa dəvət edilmiş, təxminən 5-6 dəqiqə ərzində HİK-nin iclasında olmuşdur. İclasda direktor müavini onu işdən çıxartmaq istədiklərini bildirmişdir. xx.xx.2021-ci i l tarixdə işdən çıxanda onun çantası yoxlanılmış, səbəb olaraq dərman itməsi bildirilmişdir. Şöbə müdiri Sərfinaz Tağıyeva, həmkarlar ittifaqı təşkilatının sədridir və ona qarşı qərəzli olmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinə qarşı yazılı etiraz təqdim etməklə izahatında bildirmişdir ki, iddiaçı bir çox şöbələrdə çalışmış və işlədiyi müddət ərzində əməkdaşlarla ünsiyyət qurmaqda çətinlik çəkmiş, daim iş mühitində gərginlik yaratdığı üçün rəhbərlik tərəfindən humanistlik göstərilərək müxtəlif şöbələrə keçirilmişdir. İddiaçının işdən azad edilməsinə dair Cavabdeh xx.xx.2021-cu il tarixli 163-k nömrəli əmri tam qanuni olaraq qəbul edilmişdir. Belə ki, “Dərman və tibb vasitələrinin idxal-ix rac” şöbəsinin müdiri xx.xx.2021-ci il tarixdə yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı otağa daxil olarkən mobil telefonun səs yazısı funksiyasını aktiv edərək, telefonu masa üzərinə qoymuşdur. Bundan sonr a baş vermiş insident barədə xidməti məruzə ona təqdim edilmiş və sonuncu yazılanlarla tanış olmuşdur. Tanış olduqdan sonra İddiaçı qeyd olunanlar barədə yazılı izahat verilməsi xahiş edilmişdir. O, buna cavab olaraq həyat yoldaşının Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını, sözügedən qurumun bütün qanunlarından xəbərdar olduğunu əsəbi tərzdə bildirmişdir. İddiaçı sakitləşməsini, yalnız baş vermiş fakta münasibət bildirilməsi xahiş edilsə də, o hüquqşünas tələb edərək Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət edəcəyini, özünün şöbədə şöbə müdiri tərəfindən təhqir olunduğunu söyləyərək, böhtan xarakterli ifadələr səsləndirməklə izahat yazmaqdan imtina etmişdir. Hüquq şöbəsinin əməkdaşlarının dəvət edilməsi təklif olunduqda isə o, əsəbi şəkildə otağı tər k etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məsələyə münasibət bildirilməsi məqsədilə həmkarlar ittifaqının iclasına dəvət edilsə də, iclasda bir neçə dəqiqəlik iştirak etmiş, məsələ barəsində məlumat verməkdən və çıxış etməkdən imtina edərək iclası tərk etmişdir. “Dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinin mütəxəssisi Fəxriyyə Həmidovanın izahatından müəyyən edilmişdir ki, “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsinin içliyinin olmaması ilə bağlı şöbə müdirinin otağında İddiaçı ilə söhbət edərkən, sonuncu, israrla ümumiyyətlə içlik vərəqəsinin olmadığını bildirmişdir. Bundan sonra Fəxriyyə Həmidova İddiaçı işlədiyi otağına daxil olmuş və digər işçi Vüsalə Məmmədovanın yanında masaların üstünə baxmış və sonradan zibil qutusunun içərisinə də baxan zaman xırdalanmış, əzilmiş içlik vərəqəsini, cibliyi aşkar edərək onları zibil qabından çıxarmışdır. Bunu otaqdakı Vüsalə Məmmədova da görmüşdür. Bundan sonra qırıntıları şöbə müdiri Sərfinaz Tağıyevanın iş masasının üzərinə qoymuş və bunları İddiaçı zibil qabından çıxartdığını bildirmişdir. Bundan sonra, İddiaçı bununla bağlı izahat verilməsi tələb edilsə də, o həyəcanlı şəkildə səsinin tonunu yüksəldərək, nalayiq sözlərlə belə bir iş görmədiyini və guya Fəxriyyə Həmidovanın kağızı cırıb onun zibil qutusuna atdığını bildirmişdir. Otaqda olan digər işçi də həmin günü Fəxriyyə Həmidovanın ümumiyyətlə onların otağına gəlmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparıl ması Qaydası”nın 7.1-ci bəndinə əsasən dərman vasitəsinin idxalı zamanı həyata keçirilən ekspertizanın məqsədi dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin, habelə dərman vasitəsinin qablaşdırılmasının və istifadə təlimatının “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsidir. İstifadə təlimatı mövcud olmayan dərman vasitələrinin ölkə ərazisinə idxal edilməsinə icazə verilmir. Ölkə ərazisində pandemiya şəraiti mövcuddur və dərman vasitələrinin idxal edilməməsi ölkədə dərman qıtlığı yarada bilər. İddiaçı hərəkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh baş direktorunun xx.xx.2020-ci il tarixli 113 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili in tizam qaydalarının” 2.5-ci bəndinə ziddir. İddiaçı işdən çıxarılmasını qanunsuz və çıxarılma səbəblərini isə uydurma hesab edir. Lakin sübutlara və iş materiallarına nəzərə saldıqda isə bunun tam əksi görünür. Belə ki, iddiaçı yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edərək, özünü haqlı çıxarmağa çalışsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını qəbul etmək istəmir. İddiaçının işlədiyi şöbənin əməkdaşlarının izahatları ilə bir daha sübut olunur ki, İddiaçı vəzifə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Belə ki, İddiaçı əsas vəzifə öhdəliklərindən bir qismi bunlardır: müfəttişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edir, onların dövlət qeydiyyatında olub-olmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil edir. Bundan başqa etiraza əlavə edilmiş işçilərin izahatlarından görünür ki, İddiaçı işlədiyi müddət ərzində şöbə əməkdaşları ilə normal münasibət qurmamış, daim konflikt yaratmış, işin ahəngini pozmuşdur. Mövcud qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərini sübut etməlidir. Lakin iddiaçı tələbini sübut edə bilməmiş, yalnız ümumi sözlərdən istifadə etmiş, özünün peşəkar işçi olmasına iddia edərək iddiasının əsaslı olmasını sübut etməyə çalışmışdır. Lakin iş materiallarına nəzər saldıqda isə bunun əksi görünür. Həmçinin, Cavabdeh xx.xx.2021-cu il tarixli əmrinin qanuni olması iş materialları ilə, hadisənin şahidlərinin yazılı izahatları ilə tam sübut olunur.

8. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir k i, o, xx.xx.2021-ci il tarixdə qeyd olunan dərman vasitəsinin içlik vərəqəsinin ümumiyyətlə içərisində olmadığı barədə yazını görmüş və problem olaraq onu bazaya əlavə etmişdir. Sonra bunu dəqiqləşdirmək, yəni içlik səbəbinin məhz bu olduğunu bilmək üçün gedib İddiaçı özündən soruşduqda, o, qutunun içində içlik olmadığını, yalnız blister olduğunu bildirmişdir. İddiaçı şəxsən qutunu açıb baxdığını və içliyi yenidən qutuya qoyduğunu dedikdə isə, ona kobud cavab vermiş və içliyi onun özünün harasa atdığını, işləyə bilmədiyini və sair demişdir. Fəxriyyə Həmidova işin sonunda problemli dərmanlarla birlikdə bu dərmanı da şöbə müdirinin otağına aparmışdır. Qeydiyyatla bağlı problemləri şöbə müdiri ilə təhlil etmiş, şöbə müdiri qablaşma və içlik problemlərini təhlil etmək üçün iddiaçını otağına ça ğırmışdır. Şöbə müdiri “Yarina tablet N21” dərmanının probleminin nədən ibarət olduğunu soruşduqda, İddiaçı həmin dərmanın içliyinin ümumiyyətlə olmadığını bildirmişdir. O, içliyi gördüyünü bildirdiyi üçün şöbə müdiri Sərfinaz Tağıyeva təəcüblənmişdir. O, özünə əmin olduğu üçün İddiaçı otağına getmişdir. Həmin vaxt digər işçi Vüsalə Məmmədova da otaqda olmuşdur. O, Vüsaləyə dərmanın içlik vərəqəsinin yerində olmadığını bildirmiş və İddiaçı stolunun üstünə göz gəzdirmiş, lakin stolun üstündə içliyi görməmişdir. Bundan sonra X12 Ələkbərovanın zibil qabının hansı olduğunu soruşmuşdur. Çünki İddiaçı əvvəllər də bir neçə dəfə dərmanları, sənədləri və içlikləri otağında saxlamış və ya digər dərman torbalarının içindən tapılmışdır. Bundan sonra o, zibil qabında xırdalanmış və əzilmiş içlik vərəqi ni və cibliyi aşkar etmişdir. Onları zibil qabından çıxardaraq şöbə müdirinin otağına aparmış və göstərmişdir. Vüsalə Məmmədova da bunu görmüşdür. Sərfinaz Tağıyeva cırılmış içliyi və cibliyi gördükdə cox əsəbiləşmiş və İddiaçı izahat yazmasını istəmişdir. İddiaçı həyəcanlı şəkildə səsinin tonunu qaldıraraq, qadına yaraşmayan tərzdə nalayiq sözlərlə özünü təmizə çıxartmağa çalışmış və bunları guya onun cırıb zibil qabına atdığını bildirmişdir. Digər otaqda olan işçi onun ümumiyyətlə İddiaçı otağına digər vaxtlarda girmədiyini və doğrudan da, qırıntıları onun zibil qabından götürdüyünü təsdiq edir. İddiaçı əvvəlki aylarda və illərdə onunla və digər işçilərlə xoşagəlməz hadisələri baş vermişdir. O, hamıya qarşı təhqirli sözlər işlətmiş, hamını savadsız saymış, şübhə ilə davranmış və özünü hamıdan savadlı hesab etmişdir. 9. xx.xx.2021-ci il tarixdə dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdiri yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi olan iddiaçının xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd etməklə bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini, belə halların tez-tez olduğunu, iş vaxtı şöbənin digər işçiləri ilə yersiz mübahisələr etdiyini, təhqiramiz ifadələr işlətdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. 10. xx.xx.2021-ci il tarixli “İzahatdan imtina barədə” akta görə xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasi bət bildirilməsi məqsədilə iddiaçı xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. O, xidməti məruzədə yazılanlarla tanış olmuş, izahat verməkdən imtina etmiş, əsəbi tərzdə otağı tərk etmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 18 avqust 2021ci il tarixli, 2(004)-4928/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Yarina tablet N 21” dərman vasitəl ərinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd edilməsi üçün Fəxriyyə Həmidovaya vermişdir. İşin bu halı şöbə müdiri Sərfinaz Tağıyevanın xidməti məruzəsi və yazılı izahatı, xx.xx.2021-ci il tarixli akt, xx.xx.2021-ci il tarixli akt, mütəxəssislər Vüsalə Məmmədova və Fəxriyyə Həmidovanın yazılı izahatları və digər sübutlarla öz təsdiqini tapır. Yəni, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirməmiş, əmək funksiyalarını yerinə yetirərkən ona təqdim olunmu ş sənədlərin tamlığını təmin etməmiş və qorumamış, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, “Yarina tablet N21” dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınmasına səbəb ola biləcək hərəkəti etməklə, “Daxili intizam qaydalarının” 2.1 və 2.5-ci bəndlərinin tələblərinə zidd olaraq işəgötürənin mənafeyinə xələl gətirmişdir. Bu isə işəgötürənə iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə əsas vermişdir.

14. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi və 310-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şik ayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozmamışdır. O, hər hansı bir dərman təlimat içliyini cırmamış, təlimat kağızını heç görməmişdir. Eləcə də, içlik deyilən təlimat kağızının onun tərəfindən bilavasitə cırılıb zibil qutusuna atılmasını heç kəs görməmişdir, bu faktı təsdiq edən hər hansı sübut olmamışdır. İzahat verən şəxslər belə onun tərəfindən hər ha nsı bir kağız içliyin (təlimatın) cırılmasını və ya onu zibil qutusuna atılmasını gördüklərini deməmişlər. Təlimat içliyinin onun tərəfindən cırılması ilə bağlı məhkəmənin qənaəti ancaq ehtimallara əsaslanır. Əzilmiş-cırılmış kağızların zibil qutusuna atılmasına gəldikdə isə bunu hər kəs edə və həmin zibil qutusuna ata bilərdi (çünki iddiaçının iş otağın qapısı daim açıq olur və orada ümumi zibil qutusu mövcuddur).

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) 2(103)-10426/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)4928/2021 nömrəli qətnaməsi ləğv olunmuş, idd ianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işdə İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürə nin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal əmrin ləğv edilməsi üçün müstəqil əsasdır.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh hüquqi şəxsin nümayəndəsi X7 izahatında iddiaçının dəfələrlə əmək funksiyalarını pozduğunu bildirsə də, bu pozuntunun, yəni əmək funksiyasının pozulmasının məhz nədən ibarət olmasını açıqlamamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72, 80 və 300-cü maddəsinin 1-ci bəndinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh kassasiya ş ikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən xüsusatları sübut edə bilməmişdir. İddiaçı qeyd olunan cırılmış dərman vasitəsinin istifadə təlimatının ona məxsus zibil qutusundan çıxmadığını sübut edə bilməmiş, bu barədə onun tərəfindən izahat yazılması tələb olunsa da, belə izahat verməkdən imtina etmişdir. İddiaçının vəzifə təlimatına zidd hərəkətləri digər əməkdaşlar tərəfindən izahatlarla öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi tərəfindən işdə olan sənədlərə iddiaçının maraqlarına uyğun qiymət verilərək iş birtərəfli aparılmış, cavabdeh tərəfindən işdən çıxarılma əmri qanuni tələ blərə söykənməsinə baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən qanunun tələbi kobud şəkildə pozulmuşdur. Məhkəmə işəgötürənin pozulmuş hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyini qeyd etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı işçilərlə davranış qaydalarını bir neçə dəfə pozaraq daim icra intizamının normal ahəngini pozmuşdur.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2267/2022 saylı, 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X13) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilmişdir.

25. İşi yenidən apellyasiya baxışına qaytaran məhkəmə qeyd etmişdir ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, İddiaçı əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış, onun hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsi işəgötürənin əmrində əsaslandırılmamış, ümumiyyətlə işçinin əmək funksiyalarını pozmasının nədən ibarət olmasını açıqlanmamış, iddiaçının hərəkətlərində əmək qanunvericiliyində göstərilən əmək müqaviləsinin ləğv olunması əsasları müəyyən edilməmişdir. Bununla da, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndin in, 72-ci maddəsinin və 300-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur.

26. Apellyasiya məhkəməsi İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin sübuta yetirilməməsi qənaətinə gələrkən yalnız iddiaçının izahatında göstərilən hallara istinad etmiş, cavabdeh tərəfindən təqdim olunmuş iddiaçının dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna atması barədə 11 iyun 2021-ci il tarixli aktı, həmin aktı tərtib etmiş şəxslərin işəgötürənə verdikləri izahatları və şahid kimi dindirilən X2 ifadəsini, Dərman və tibb vasitələrinin idxalixracı şöbəsinin müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi, iddiaçı tərəfin izahatı və digər sübutları qəbul etməməsini əsaslandırmamışdır.

27. İddiaçının özü də xx.xx.2021-ci il tarixdə dərman vasitələrinin istifadə təlimatını cırılmış vəziyyətdə onun istifadə etdiyi zibil qutusundan aşkar edildiyini inkar etməmiş, lakin həmin istifadə təlimatının onun tərəfindən cırılmadığını göstərmişdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, həmin prosessual hüquq pozuntuları da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

29. İddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsinin əsaslandırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdeh hüquqi şəxsin fəaliyyətinin Azərbaycan Res publikasına idxal olunan dərman vasitələrinin keyfiyyəti, effektivliliyi və təhlükəsizliyi ilə bağlı olmasını, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsini, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyini və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirəcəyəni diqqətdən qaçırmış, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə almamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5786/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X14 (sədrlik edən və məruzəçi), X8 və X15) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Məhkəm ə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən - “Dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinin müdiri xx.xx.2021-ci il tarixdə yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məsələyə münasibət bildirilməsi məqsədilə həmkarlar İttifaqının iclasına dəvət edilsə də, iclasda bir neçə dəqiqəlik iştirak etmiş, məsələ barəsində məlumat verməkdən və çıxış etməkdən imtina edərək iclası tərk etmişdir. Həmkarlar İttifaqı Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermişdir. İddiaçı əsas vəzifələrindən biri də, müfəttişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edərək, onların dövlət qeydiyyatında olub-olmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olubolmadığını yoxlayaraq bazaya daxil etməkdən ibarət olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətin in istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd edilməsi üçün Fəxriyyə Həmidovaya vermişdir. İşin bu halı şöbə müdiri Sərfinaz Tağıyevanın xidməti məruzəsi və yazılı izahatı, xx.xx.2021-ci il tarixli akt, xx.xx.2021-ci il tarixli akt, mütəxəssislər Vüsalə Məmmədova və Fəxriyyə Həmidovanın yazılı izahatları və digər sübutlarla öz təsdiqini tapır. Yəni, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirməmiş, əmə k funksiyalarını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını və qorumamış, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınmasına səbəb ola biləcək hərəkəti etməklə, “Daxili intizam qaydalarının” 2.1 və 2.5-ci bəndlərinin tələblərinə zidd olaraq işəgötürənin mənafeyinə xələl gətirmişdir. Bu isə işəgötürənə iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə əsas vermişdir.

32. İşdə olan sübutlardan və kassasiya instansiyasının hüquqi mövqeyindən göründüyü kimi, iddiaçı son vəzifəsi olan “Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifə sində işləyən zamanı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etmiş, xidməti araşdırma zamanı, yəni xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmiş, xidməti məruzədə yazılanlarla tanış olmuş, lakin izahat verməkdən imtina etmiş, bu səbəbdən də müvafiq akt tərtib olunmuşdur.

33. İşçi əmək funksiyasını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını və konfidensiallığını qorumaq işçinin əsas vəzifələrindən biridir. Əks halda işəgötürən işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi il ə ləğv etmək hüququna malikdir. (bax: 40 və 41-ci bənd).

34. İddiaçının özü də xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırılmış vəziyyətdə onun istifadə etdiyi zibil qutusundan aşkar edildiyini inkar etməmiş, lakin həmin istifadə təlimatının onun tərəfindən cırılmadığını göstərmişdir.

35. Bundan əlavə, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmış, Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır.

36. İddiaçı apellyasiya şikayətinin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, əsasən təqdim olunmuş sənədlərin (aktlar və s.) həqiqətə uyğun olmamasını, şahidlərin düzgün ifadə verməməsini və s. qeyd etmişdir.

65. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı təqdim olunmuş sübutların əsassız və ziddiyyətli olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

37. İddiaçı şikayətdə həmçinin “içlik, təlimat” kağızının cırılmasının işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinin nədə ifadə olunmasının əsaslandırılmamasını da qeyd etsə də, həmin halla bağlı kassasiya instansiyası göstərmişdir ki, cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn fəaliyyətinin Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrinin keyfiyyəti, effektivliliyi və təhlükəsizliyi ilə bağlı olması, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsi, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyi və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə cəddi xələl gətirəcəyi diqqətdən qaçır ılmamalı, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə alınmalıdır.

38. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim olunmuş iddiaçının xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna atması barədə 11 iyun 2021-ci il tarixli aktı, həmin aktı tərtib etmiş şəxslərin işəgötürənə verdikləri izahatları və şahid kimi dindirilən X2 ifadəsini, Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi və s. toplanmış sübutları, həmçinin işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini və kassasiya instansiyasının mövqeyini nəzərə alaraq hesab edir ki, əmr qanunidir və onun ləğv olunmasına hər hansı ə sas mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-5786/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin sübut kimi qəbul etdiyi xx.xx.2021-ci ilin xidməti məruzəsində kağızın cırılmasının iddiaçı tərəfindən törədildiyi sübut edilmədiyi halda “Cırıb zibil qutusuna ataraq” ifadəsinin, heç bir xəbərdarlıq, töhmət və ya şiddətli töhmət almadığı halda “Belə hal çox tez-tez olur” ifadəsinin yer alması iddiaçıya qarşı qərəzli münasibətin nəticəsidir. Bu, xidməti məruzənin əsassızlığı və uydurma olmasını göstərən hallardan biri də onun araşdırma aparılmadan tərtib edilməsidir. Belə ki, xidməti məruzə xx.xx.2021-ci il tarixdə tərtib edilib və xidməti məruzədə olan möhürdəki xidməti qeyd (müraciət) nömrəsi 582-dir. Görünən odur ki, xidməti məruzədə artıq İddiaçı işdən çıxarılma əsası hazırlanmışdır (iş materiallarında olan xx.xx.2021-ci il tarixli AKT-da xidməti müraciət möhüründə nömrə xidməti məruzədən öndə olduğuna görə 581 olmalı idi. Lakin, xx.xx.2021-ci il tarixdə həmin müraciət nömrəsinin 586 qeyd edilməsi bir daha sübut edir ki, həmin AKT-da xx.xx.2021-ci il tarixdə deyil, qanunsuz iddiala rını əsaslandırmaq üçün elə bu qanunsuz prosesin ən sonunda hazırlanmışdır). Odur ki, xidməti məruzənin mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsinin mötəbər, şübhədən kənar sübut kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli Akt da həqiqəti əks etdirmir. Bu Akt xx.xx.2021-ci il tarixdə yox, sonrakı tarixdə tərtib olunub və mətni uydurmadır. Aktın məzmununa imza çəkən şəxslər izahatlarda Akt-ın məzmunundan fərqli izahat qeyd edirlər. Əgər doğrudan da, AKT-da qeyd edildiyi kimi belə bir “insident” baş vermişdirsə, nə üçün izahat vermiş X9 “(izahatdan çıxarış) – Mənə verilən suala cavab olaraq bildirmək istəyirəm ki, sözü gedən insident barədə məlumatım yoxdur” kimi izahat verir? İnsidentdən xəbərim yoxdur deyən X5 xx.xx.2021-ci il tarixli Aktda imzasının olm ası, bu faktı təsdiq etməsi bir daha hər hansı bir insidentin olmamasını və bu aktın sonradan tərtib edilib qanunsuz əməllərinə hüquqi əsas bu hadisənin uydurma olduğunu sübut edir.

41. Prosessual hüquq normasının pozuntusuna və ya düzgün tətbiq edilməməsinə dair şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə əsaslı, şübhədən kənar, mötəbər və həqiqi, danılmaz sübutlar mövcud deyildir. Məhkəmə “İddiaçı təlimat kağızını cırmamasına və.s sənədlərə dair sübut təqdim etmir” deməklə yanlış qənaətə gəlmişdir. Çünki, iş üzrə iddiaçının işdən çıxarılmasının əsası kimi halları (təlimatın cırması və.s halları) İddiaçı yox, onu bu təlimatı cırmaqda, insident yaratmaqda ittiham edən Cavabdeh tərəfindən sübut edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı Cavabdeh tərəfindən 13 fevral 2023-cü il tarixində 3-281/2-3439/2023 nömrəli etiraz daxil olmuşdur.

43. Etiraz apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, iddiaçı işdən çıxarılmasını qanunsuz, çıxarılma səbəblərini isə uydurma hesab etsə də, sübutlara və iş materiallarına nəzərə saldıqda bunun tam əksini görmək mümkündür. Belə ki, iddiaçı yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edərək, özünü haqlı çıxarmağa çalışsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını qəbul etmək istəmir. İddiaçının işlədiyi şöbənin əməkdaşlarının izahatları ilə bir daha sübut olunur ki, İddiaçı vəzifə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

44. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcə llənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

46. Maddə

72. İşçi tərəfindən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

47. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötür ən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

48. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

49. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasi ya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-5786/2022 saylı qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar