Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-757/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı zəbt edilmiş evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-757/2025 (Açar sözlər: kasasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinə vəkilin orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və fərdi yaşayış evi nin boşaldılaraq çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-5434/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsində iddiaçının inşa etdiyi fərdi yaşayış evindən və torpaq sahəsindən boşaldılaraq çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)27/2024 nömrəli (hakim L.O. Talıbova) qətnaməsinə əsasən iddia təmin edilmişdir.
3. Qətnamədən narazı qalan Cavabdeh birinci instansiya məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)27/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5434/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H. Qasımov (sədrlik edən və məruzəçi), G. T. Axundova, X.Ə.Sarıyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)-27/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişd ir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştir ak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
8. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;
12. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araş dıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinin pozuntusuyla verilmişdir.
15. Belə ki, kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kasasiya şikayəti Cavabdeh tərəfindən verilib və kassasiya şikayətində cavabdehin vəkili qismində Vəkil2 göstərilmiş və kassasiya şikayəti nümayəndə (vəkil) kimi onun tərəfindən imzalanıb, lakin vəkilin orderi 28 oktyabr 2022-ci il tarixli olmaqla tapşırığın yerinə yetirildiyi təşkilat kimi Suraxanı Rayon Məhkəməsi göstərilmişdir.
16. Belə olan təqdirdə kasasiya şikayətinə vəkilin Azərbaycan Respublikası Ali Məhkəməsində tapşırığın yerinə yetirilməsinə səlahiyyətli olmasını təsdiq edən vəkil orderi əlavə olunmamışdır.
17. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1.3 və 409-cü maddələrinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir.
19. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə