Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7571/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli 2(107)2225/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev, iş № 2(075)-647/2019) İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 21 iyun 201 1-ci il tarixdə qeydə alınmış və mülkiyyətində olan Şəki şəhəri, Pravda küçəsi, 17-də yerləşən yaşayış evinin 4 və 10 nömrəli 17,8 kv.metrlik otaqlarının cavabdehin istifadəsindən alınaraq ona verilməsi, həmin otaqlardan istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və həmin otaqları ayıran torpaq üzərində arakəsmənin sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) iddiaçın apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Şəki şəhəri, Pravda küçəsi, 16-da yerləşən beş otaqlı yaşayış evi 28 iyul 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında Cavabdeh, Pravda küçəsi, 17-də yerləşən 5 otaqlı fərdi yaşayış evi isə 21 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 2019-cu ilin yanvar ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan evi alarkən həmin evin texniki pasportunda olan 4 və 10 nömrəli hər biri 17,8 kv.metrdən ibarət olan iki otağın cavabdeh tərəfindən istifadə edilməsinin ona məlum olmasını, cavabdehin həmin otaqlardan müvəqqəti istifadə etməsini bildirərkən otaqları ona qaytaracağını vəd etsə də indiyə kimi otaqları ona təhvil verməməsini və həmin otaqları ayıran arakəsmənin açılmasını və nəticədə həmin otaqlardan istifadə etmək imkanını itirməklə mülkiyyət hüququnun pozulmasını əsas göstərməklə həmin otaqlardan istifadəsinə törədilən maneələrin aradan qaldırılması və həmin otaqları ayıran arakəsmənin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək iki otağın cavabdeh tərəfindən ona satılan evin tərkibində olmasını, lakin məhkəmə kollegiyasının işdə olan sübutlara düzgün qiymət vermədən iddianın əsassız olması barədə nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ca vabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus evə dair texniki pasport tərtib olunarkən Cavabdeh məxsus hər biri 17,8 kv.metr olan 4 və 10 saylı otaqlar həmin texniki pasporta səh vən daxil edilmişdir. İşin müəyyən olunmuş həmin halı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 30 aprel 2019-cu il tarixli birinci instansiya məhkəməsinə ünvanlanmış məktubu ilə təsdiq olunmaqla həmin otaqlar arakəsmə ilə iddiaçıya məxsus evdən təcrid olunduğundan və həmin otaqların cavabdehin istifadəsində olması müəyyən olduğundan iddia tələbi əsassız sayılaraq rədd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mübahisəli otaqların iddiaçıya məxsus olması və onun mülkiyyət hüququnun pozulması müəyyən olunmadığından məhkəmə iddia tələbinin əsassız olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, işin həqiqi hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əs asən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7571/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7571/2019
04.12.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver