Məhkəmə qərarları › İş №2(102)-758/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-758/2024

22.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-758/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6055/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh ilə İddiaçı arasında bağlanmış 3912 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən əsasən, İddiaçı 5 saylı Tikinti Quraşdırma bölümünün Xidmət qrupunda təmirçi-çilingər vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətində bağlanmışdır, əmək haqqı 791,05 manatdır, 75% (331,45 manat) dəniz əmsalıdır, işəgötürən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehdir.

3. İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 3912 nömrəli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (he ç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi ilə əlaqədar) ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 3912 saylı əmək müqaviləsində müqavilənin müddətsiz müqaviləyə keçməsini nəzərə almaqla, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılan əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və 5 saylı Tikinti Quraş dırma bölümünün xidmət qrupunda təmirçiçilingər vəzifəsində işləmiş, Çilov adasına təyin olunarkən rəhbəri Yadigar Məmmədov olmuş, quruda isə tabe olduğu adam Nazim Nəsirov olmuşdur. İşdən çıxarılmağına səbəb dənizə getməməyi olmuş, bu səbəbdən Yadigar Məmmədovun göstərişləri olmuşdur, belə ki, Yadigar Məmmədov ona quru ərazidə icra olunmalı bir sıra tapşırıq vermişdir, bu tapşırıqlar iş üçün müvafiq sənədlərin, o cümlədən poçt göndərişlərinin təhkim olunduğu əraziyə göndərilməsi olmuşdur, bu tapşırıqları da yüksək səviyyədə icra etmişdir, bu işlər də dənizdə olan işlərin tərkib hissəsidir, tapşırıq üzrə material alaraq anbardan helikopterlə dənizə göndərilmişdir, gəmi ilə materialları mədənlərə yola salırmış, quruda olanda şəhərdə bir xanımla dava etmiş, iş üzrə polisə məlumat verilmiş, b əraət almışdır, buna görə də şirkət araşdırma aparmışdır, daha sonra onu işdən çıxarmışlar, Çilov adasında işləyən zaman Yadigar Məmmədov onun etibarlı bir adam olduğunu görmüş, ona görə də qurudakı işlərin hamısını ona tapşırmışdır, bütün qaimələrdə onun imzası var, Yadigar Məmmədov ona icazə verdiyinə görə peşiman olduğunu bildirmişdir, gördüyü işlər vəzifə təlimatında olmasa da, çilingər işindən başqa işlər də gördürmüş, Çilov adalarına quru yolu olmadığına görə helikopter və gəmi ilə gedirmiş, 2010-cu ildən 2019-cu ilə kimi Çilov adalarında hər gün 8 saat işləmişdir, işdən çıxmaq ilə bağlı izahatını almışlar, amma imza çəkməmişdir, Nazim Nəsirov zəng edərək onunla maraqlanmaq istəsə də quruda olanda zəng edib məlumat verməmək üçün telefonu açmırmış, dənizdə olmadığı halda dənizdə olduğ unu deyirmiş, quruya gələndə bu barədə Nazim Nəsirova demirmiş, əgər desə idi, N.Nəsirov Y.Məmmədova bu barədə irad bildirə bilərdi, bu proses 6-7 ay davam etmişdir, əvvəllər adada qeydiyyatda olmaqla yaşadığı üçün də iş yeri kimi dəniz müəyyən olunmuşdur, sonradan isə qeydiyyatı Bakı şəhəri Xətai rayon ərazisi olduğundan quru ərazidə fəaliyyətini davam etdirmişdir, sonuncu dəfə yanvarın 24-də dənizdə olmuşdur. Həmkarlar İttifaqı Komitəsində iclas keçirilmiş, iclasda Yadigar Məmmədov onun icazə verdiyini demişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, 5 saylı Tikinti Quraşdırma bölümünün xidmət qrupunda təmirçi-çilingər vəzifəsində işə başlamışdır. İddiaçı 2022-cil ərzində iş qrafikinə uyğun olaraq təhkim olunduğu Çilov adasında iş yerində olmamış, 2022-ci il ərzində işçilərin qrafik üzrə Çilov adasına getməsi və gəlməsini təsdiq edən gəmilərin sərnişin sayı 5 saylı TQB-nin 3 saylı TQS-nin rəisi X8 tərəfindən saxtalaşdırılaraq İddiaçı adı həmin siyahılara əlavə edilmiş və NQTT-nin Personal və əmək haqqı şöbəsinə təqdim edildiyindən, İddiaçı əsassız olaraq 2022-ci il ərzində 25502,6 manat əmək haqqı ödənilmişdir, İddiaçı 2022-ci il ərzində Çilov adasında işdə olmamasına baxmayaraq ona ödənilmiş əmək haqqına, həmçinin Çilov adasında işləməsinə görə də (dəniz əmsalı) 75% əlavə olaraq pul hesablanmış və ödənilmişdir, 3 saylı TQS-nin rəisi Yadigar Məmmədovun xx.xx.2023-cü il tarixli izahatından da görünür ki, o, İddiaçı Çilov adasında yerləşən obyektlərə getməməsinə razılaşmış, İddiaçı Çilov adasına getmədiyi üçün gəmi sərnişin siyahılarında İddiaçı adının olmadığı siyahının surətində İddiaçı adını qeyd edərək Bölüm Rəhbərinə göndərmiş, böyük mexanik Nazim Nəsirovla telefon vasitəsilə danışaraq İddiaçı işdə olmadığı halda işdə olmasını qeyd etmişdir, İddiaçı xx.xx.2023-cü il tarixli izahatı da qeyd edilənləri təsdiq etmişdir, həmçinin 5 saylı Tikinti Quraşdırma Bölümünün rəisi Balağa Həmidovun, 5 saylı Tikinti Quraşdırma Bölümünün rəis müavini Vasif Əhmədovun və böyük mexanik Nazim Nəsirovun xx.xx.2023-cü il tarixli ərizələrindən də görünür ki, dəniz obyektlərində işlərlə, işçilərlə bağlı məlumat sahə rəisi Yadigar Məmmədov tərəfindən bildirilmiş, İddiaçı növbəyə getməməsi və quruda çalışması barədə məlumatları olmamışdır, Cavabdeh rəisi Q.Seyfullayev xx.xx.2023-cü il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş peşə öhdəliklərini və əmək funksiyalarını, Trestin daxili intizam qaydalarını kobud şəkildə pozmasına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə “Neftqaztikinti” X3 Komitəsinə müraciət etmişdir, İddiaçı da iştirakı ilə xx.xx.2023-cü il tarixdə iclas keçirilmiş, Cavabdeh müraciətinə baxılmış və İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir, Cavabdeh 02 mart 2023-cü il tarixli 14-2-14/31K-88/2023 nömrəli əmri ilə 5 saylı TQB-nin xidmət qurupunun 5-ci dərəcəli təmirçi çilingəri İddiaçıl a bağlanmış əmək müqaviləsinə 2022-ci il ərzində işə üzürlü səbəb olmadan gəlməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sonda Vəkil1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhər Xətai rayon məhkəməsinin (hakim X4) 2(011)4206/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2015- ci il tarixində əmək müqaviləsi əsasında Cavabdeh 5 saylı Tikinti Quraşdırma Bölümünün tərkibində olan Cavabdeh 3 saylı Tikinti Quraşdırma Sahəsinin Xidmət qrupunun Çilov adası üzrə təmirçi çilingəri vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında bağlanmş əmək müqaviləsinə A zərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmişdir, əmək müqaviləsinə xitam verilməsi əsası “heç bir üzrlü səbəb olmadan bütün günü ərzində işçinin işə gəlməməsidir”, işçinin əmək intizamına cəlb edilməsi barədə işəgötürənin əsaslandırılmış əmri vardır, işçinin işdən azad olunması zamanı Həmkarlar İttifaqının razılığı olmuşdur, işçinin əmək funksiyası “avadanlıq və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması və tənzimlənməsi”dir, böyük mexanikin vəzifə funksiyalarına “təmirçi çilingərlərin təlimatlandırılması və biliklərinin yoxlanması” daxildir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, işçi 2022-ci ildə 6-7 ay davamlı olaraq təhkim olunduğu iş yerində o lmamışdır, işçinin tabe olduğu Bölümün buna hər hansı bir razılığı olmamış, o, bu barədə qəsdən məlumatlandırılmamışdır, iddia tələbi “əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona ödənilməsi” barədədir. Bununla belə, işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması, iddiaçının işburaxmasının üzrlü səbəbləri, həmçinin cavabdehin iddiaçıya qarşı qərəzli olması halları məhkəmə tərəfindən müəyyən olunmadı.

9. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Belə ki, mübahisəsiz hallardır ki, İddiaçı rəsmi iş yeri Çilov adasıdır, işçi 2022-ci ildə uzun müddət həmin iş yerində olmamışdır, onun bu müddət ərzində gördüyü işlər əmək funksiyasına aid deyil və işdə olmaması barədə məlumat nəzarət funksiyasını yerinə yetirən şəxsdən (X5) qəsdən yayındırılmışdır, onun bütün iş günü ərzində işdə olmaması qanunvericiliklə nəzərdə tutulmuş üzrlü səbəblərə aid deyildir, üzrlü səbəb olmadan işçinin bütün işgünü işdə olmaması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır, işçinin üzun müddət üzrsüz səbəbdən iş yerində olmaması ilə öz vəsifə öhdəliklərini yerinə yetirməməsi əmək intizamına və işəgötürənin hüquqlarına əhəmiyyətli dərəcədə təsir edir, işçinin işdən çıxarılması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir, bu barədə müvafiq təşkilatdan razılıq alınmışdır, əmrin forma və məzmununa dair tələblər gözlənilmişdir, həmçinin əmr əsaslandırılmışdır, işəgötürənin qərəzli davranışına dair işçinin hər hansı bir iradı yoxdur.

10. Məhkəmə, aidiyyəti hüquq normalarına istinadən iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Şikayət belə əsaslandırılmışdır ki, əmək müqaviləsi fasiləsiz olaraq beş ildən artıq davam edərsə,müddətsiz əmək müqaviləsi hesab edilir. İşə əlavə olunan sənədlərdən göründüyü kimi,müddətsiz əmək müqaviləsinin yenidən müddətli əmək müqaviləsinə keçməsinə dair tərəflər arasında yeni bir müqavilə bağlanm amışdır. Belə olan halda hansı müqaviləyə xitam oluna bilərdi. Ən əsası iddiaçının müəssisəyə hər hansı bir maddi ziyan vurmasını təsdiq edən sənəd və sübut yoxdur. Belə olan halda hansı əmək funksiyasını pozmaqdan söhbət gedə bilərdi. Məhkəmə bunları tam araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə də işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən aslı olmayan hallarda bu Məcəllənin 68,69.70.73,74,və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqavilə sinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri(sərəncamı,qərarı) ilə rəsimləşdirilməlidir. Həmin Məcəllənin Maddə 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (srəncamının,qərarının) sıra nömrəsi,tarixi və onu imzalayan işəgötürənin vəzifəsi,adı,atasının adı,soyadı,işçinin adı, əmək müqaviləsinin ləğv edilməsinin əsaslar,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi,hissəsi və bəndi,əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş, bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin(sərəncamın qərarın)verilməsi üçün əsas hesab olunan rəsmi sənəddir. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri: əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzə rdə tuta bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməy in mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Əm ək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinin məzmununa görə işəgötürənin işçiyə vurduğu zərər və işçinin çəkdiyi müvafiq xərclər işəgötürən tərəfindən bütövlükdə ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin və 239- cu maddəsinin 1-ci hissəsinin əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, işəgötürənin təqsirinin həcminin tam və ya qismən olmasından asılı olmayaraq, Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda, işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha gücl ü tərəf olmaqla,təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Məkəmə qətnamə qəbul edərkən, Konstitusiya məhkəməsinin qərarının da tələbini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qərarı müvafiq orqanlar üçün məcburi xarakter daşınması qanunvericilikdə öz əksini tapmışdır. Cavabdehin dediyi kimi işçi iş saatlarını buraxmış və ya işlə bağlı hər hansı bir nöqsanı olduğu tədqirdə ilk öncə ona xəbərdarlıq olmalı idi. Belə ki, iddiaçı barəsində hər hansı bir xəbərdarlıq və ya töhmət olmadığı halda, birbaşa işdən azad olunması əmək qanunvericiliyinin tələbinə ziddir. Məhkəmə yalnız qarşı tərəflərin verdiyi ifadə əsasında iddia tələbini rədd etm iş,halbuki iddiaçının işdən azad olması üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı tərəfdən müəssisəyə heç bir maddi ziyan dəyməmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddiaçının uzun müddət təhkim olunduğu Çilov adasında iş yerinə getmədiyini, işə getməməsi barədə heç bir məlumat vermədiyini, bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğunu, bununla bağlı Həmkarlar ittifaqı Komitəsinin iclasının keçirildiyini, iddiaçının özünün həmin iclasda iştirak edərək verdiyi izahatı ilə iş yerində olmadığını etiraf etdiyini qeyd etmiş, apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirmiş və təmin edilməməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X11 və X1) 2(103)-6055/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 1096, 1097; "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya"nın 41; Əmək Məcəlləsinin 10, 6876, 296-300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazı n dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6055/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci, 35-ci maddəsinin 4-cü hissəsinə; Əmək Məcəlləsinin 10, 11, 45, 68, 70, 71, 72, 76.1, 80.1, 84, 186, 294.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına; Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.4, 218.3-cü maddələrinə; "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixində əmək müqaviləsi əsasında Cavabdeh 5 saylı Tikinti Quraşdırma Bölümünün tərkibində olan Cavabdeh 3 saylı Tikinti Quraşdırma Sahəsinin Xidmət qrupunun Çilov adası üzrə təmirçi çilingəri vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublik ası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmişdir, əmək müqaviləsinə xitam verilməsi əsası “heç bir üzrlü səbəb olmadan bütün günü ərzində işçinin işə gəlməməsidir”. AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir, 3 saylı TQS- nin rəisi X8 ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməməsi, barəsində intizam tənbehinin tətbiq edilməsinin tövsiyyə olunması barədə qərar qəbul etmişdir; - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” X3 Komitəsinin iclasının xx.xx.2023-cü il tarixli protokoluna əsasən, İddiaçı iştirakı ilə, 5 saylı TQB-nin 3 saylı TQS-in rəisi X8 ilə bağlanmış əmək müqav iləsinin AR ƏM-nin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməməsi, barəsində intizam tənbehinin tətbiq edilməsinin tövsiyə olunması, xidmət qrupunun təmirçi çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməsi qərara alınmışdır; Halbuki, iddiaçının büdcəyə ziyan vurması barədə heç bir sübut yoxdur və o həmin günü işdə olmuş və tabeliyində olan müdriyyətin tapşırdığı iş əsasında işdən iş görmək məqsədi ilə, yəni ona tapşırılan işin icra olunması üçün getmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

18. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini y erinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

19. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c)təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarını n səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsin in aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi ilə əlaqədar ləğv edilməsi qanuni və əsaslı olmuşdur.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası iş üzrə gəlinmiş nəticə və əsaslandırma ilə razılaşır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, ya lnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6055/2023 saylı, 1 8 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar