Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-76/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakı ilə, iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin və vəkili Abbasov Orxan Vilayət oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(106)-249/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 2(050)-1742/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Musayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 7.700,94 ABŞ dolları əsas borc, 3.521,35 ABŞ dolları faiz borcu və 1.390,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12.612,83 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutulması, Cavabdeh 12.612,83 ABŞ dolları məbləğində borc alınarkən qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın ipoteka qoyulmuş Cavabdeh məxsus 2013-cü il buraxışlı, qara rəngli, mühərrik №-si ZZZZZZZZZ, ban №-si XXXXXXXXXX olan, S1 minik markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 27.900 manat məbləğində müəyyən edilməklə avtomobilin açıq hərracda s atılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh “xxxx” İKB ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbi satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulmasına dair hissədə təmin edilməməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(106)-249/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Z.B.Babayev, Q.B.Kərimov və N.F.Mirzəyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)-1742/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş аpеllyаsiyа şikayətinə əsаsən faiz və cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli faiz borcunun məbləğinin 828,50 ABŞ dolları, cərimənin məbləğinin 770 ABŞ dolları həddində müəyyən edilməsi, Cavabdeh 16 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7.700,94 ABŞ dolları əsas borc, 828,50 ABŞ dolları faiz borcu və 770 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.299,44 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ABŞ dolları ifadəsində alınaraq “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qətnamənin Cavabdeh apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, məhkəmə xərcini təşkil edən 200 (iki yüz qırx beş) manat ekspertiza xərci iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təşkilatının kodu: 142319; X1; Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına köçürülmüşdür. İşin halları: İddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxx” İKB ASC-nin xeyrinə 16 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7.700,94 ABŞ dolları əsas borc, 3.521,35 ABŞ dolları faiz borcu və 4.390,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15.612,83 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutulması, Cavabdeh tutulmalı olan məbləğ, yəni 15.612,83 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun “xxxx” İKB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan **-HF-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxışlı, qara rəngli S1 minik markalı (mühərrik: ZZZZZZZZZ, ban: XXXXXXXXXX) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 aprel 2014-cü il tarixli, 22-A-1-0566-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-nin 10 saylı filialından avtomobil almaq məqsədi ilə illik 18 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 17.900 ABŞ dolları məbləğində kredi t götürmüşdür. Borcun təminatı olaraq o, öz mülkiyyətindəki **-HF-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxışlı, qara rəngli S1 minik markalı (mühərrik: ZZZZZZZZZ, ban: XXXXXXXXXX) avtomobilə 16 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 nömrəli kredit müqaviləsinin 1.14-cü bəndinə görə kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini vaxtında icra etməsə, borc vaxtı keçmiş kreditə aid edilir və 54 %-lə borcludan tələb edilir. 24 may 2014-cü il tarixədək Cavabdeh “xxxx” İKB ASC-yə 7.700,94 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.521,35 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 4.390,54 ABŞ dolları məbləğində kredit müqaviləsinə görə hesablanmış pen ya borcu olmaqla, cəmi 15.612,83 ABŞ dolları mabləğində borcu qalmışdır. Bu barədə borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti və vəkili Abbasov Orxan Vilayət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehin kredit borcunu müəyyən etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, bank tərəfindən təqdim olunmuş mötəbər sübutları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Abbasov Orxan Vilayət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Abbasov Orxan Vilayət oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hal larının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-nin 10 saylı filialından avtomobil almaq məqsədi ilə illik 18 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 17.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq o, öz mülkiyyətindəki **-HF-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxışlı, qara rəngli S1 minik markalı (mühərrik: ZZZZZZZZZ, ban: XXXXXXXXXX) avtomobilə 16 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 nömrəli kredit müqaviləsinin 1.14-cü bəndinə görə kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini vaxtında icra etməsə, borc vaxtı keçmiş kreditə aid edilir və 54 %-lə borcludan tələb edilir. 24 may 2014-cü il tarixədək Cavabdeh “xxxx” İKB ASC-yə 7.700,94 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.521,35 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 4.390,54 ABŞ dolları məbləğində kredit müqaviləsinə görə hesablanmış penya borcu olmaqla, cəmi 15.612,83 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan əlavə ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehə dəfələrlə хəbərdarlıq edilməsinə baхmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birin ci instansiya məhkəməsi tərəflər arasında mövcud оlmuş 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 saylı kredit müqaviləsini və həmin tarixli avtomobil ipoteka müqaviləsini əsas götürməklə, Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl оlunmaması qənaətinə gəlməkdə haqlı оlmuşdur. İş materiallarında olan 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 saylı kredit (avtokredit) müqaviləsinin surətindən görünür ki, 16 aprel 2014-cü il tarixdə “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti ilə Masallı rayonu, Kürdəbaz kəndində yaşayan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən kredit məbləğində istifadəyə görə illik 18 faiz miqdarında faiz dərəcəsi tətbiq olunmaqla 17.900 ABŞ dolları ayrılmış və Cavabdeh 36 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kred it müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, öhdəliyinin təmin edilməsi məqsədi ilə 16 aprel 2014-cü il tarixdə Cavabdeh mülkiyyətində olan **-HF-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxışlı, qara rəngli S1 minik markalı (mühərrik: ZZZZZZZZZ, ban: XXXXXXXXXX) avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh “xxxx” İKB ASC-dən 17.900 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları is tisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. -430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. -442-ci maddəsinə əs asən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sa yılır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 16 aprel 2014-cü il tariхli kredit müqaviləsinə əsasən bоrcalan alınmış kredit üçün illik 18 faizi 36 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında оlan “xxxx” İKB ASC-nin Cavabdehla bağladığı 16 aprel 2014-cü il tarixli, 22-A-1-0-566-14 saylı kredit müqaviləsinə əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh 17.900 ABŞ dolları məbləğində əsas bоrc və 5.396,57 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 647,13 ABŞ dolları məbləğ оlmaqla banka 23.296,57 ABŞ dolları məbləğində pulu 16.04.2017-ci il tarixə kimi ödəməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəl iklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. “xxxx” İKB ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğinə görə hesablanmış əsas bоrcunun məbləği 7.700,94 ABŞ dolları, faiz borcunun məbləği isə 3.521,35 ABŞ dolları təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tutmanın ipoteka qoyulmuş Cavabdeh məxsus 2013-cü il buraxılışlı, qara rəngli, mühərrik №-si ZZZZZZZZZ, ban №-si XXXXXXXXXX olan, S1 minik markalı **-HF-*** dövl ət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 27.900 manat məbləğində müəyyən edilməklə avtomobilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh “xxxx” İKB ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi barədə mövqeyini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpo teka haqqında” Azərbaycan Respublikasının Qanununun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. -39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək rəy alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Mühasibatlıq Ekspertizasının 5496 saylı, 15 iyul 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh müqavilə müddətinin bitdiyi 16 aprel 2017ci il tarixə banka olan borcu 9.845,25 ABŞ dolları müəyyən olunur, o cümlədən əsas borc üzrə 9.016,76 ABŞ dolları, faiz borcu üzrə 828,50 ABŞ dollarıdır. Apellyasiya instansiyası məhkəməsi “xxxx” İKB ASC tərəfindən 3.521,35 ABŞ dolları həddində müəyyən edilmiş faiz borcunun məbləğini ekspert rəyinə əsasən 828,50 ABŞ dolları həddində müəyyən edilməsini daha düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci insta nsiya məhkəməsi tərəfindən 4.390,54 ABŞ dolları olan cərimə məbləğinin 1.390,54 ABŞ dolları həddində müəyyən edilməsi də ədalətli hesab edilə bilmədiyindən, cərimə məbləği əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 770 ABŞ dolları həddində müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə xərcini təşkil edən 200 (iki yüz qırx beş) manat ekspertiza xərci iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ekspertiza rəyinə əsaslanılaraq cavabdehin kredit borcunun müəyyən edildiyini, işin faktiki hallarının tam, oby ektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, bank tərəfindən təqdim olunan sübutların nəzərə alınmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğundur. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərə flərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 20 19-cu il tarixli, 2(106)-249/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-76/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-76/2020
10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver