Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-76/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul vəsatinin qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3999/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hall arını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X7 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir;
3. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması 10-12 fevral 2020-ci ildə başlanılmış və 13-18 fevral 2020-ci ildə başa çatmış, 01 yanvar 2019 – 18 fevral 2020-ci il aralığını əhatə etmişdir. Aparılmış yoxlama zamanı işçilərin təhsil və iş təcrübəsi normalarına riayət edilməyərək rəhbərlik tərəfindən işə götürülməsi halları aşkar edilmişdir. Yoxlama zamanı Kompleksin istifadəsində benzin yanacağı ilə işləyən avtomobillər olmadığı halda, benzin yanacağından istifadə ilə bağlı kassa çekləri təqdim olunmuşdur. Kompleksdə son 15 gün ərzində xronometraj aparılması üçün müşahidə kameralarına baxış keçirilməsinə Kompleksin müdiriyyəti və nəzarət xidməti şöbəsinin rəisi tərəfindən 18 fevral 2020-ci il tarixə kimi icazə verilməmişdir. Kompleksdə əsas vəsaitlərin və mal materialların dövriyyəsi barədə heç bir sənəd təqdim edilməmiş və kompleksdə alınan və kompleksə əvəzsiz verilən əsas vəsaitlər və mal materialların mədaxil və məxaric dövriyyəsini yoxlamaq mümkün olmamışdır. Gənclər və İdman Nazirliyi tərəfindən Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinə 2019-cu il üzrə təsdiq olunmuş xərclər smetasının gəlirlər hissəsində 440.000 manat nəzərdə tutulmuş və tam ödənmişdir. Lakin smetanın gəlirlər hissəsində Kompleks üzərinə düşən öhdəliklər cəmi 17447 manat vəsait icra edilmişdir.
4. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işəgötürənin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ŞT 05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrin ləğv edilməsi, onun X7 Kompleksinin direktoru vəzifəsinə işə bərpa edilməsi, iş dən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, onun tərəfindən Kompleksin hesabına yatırdığı vəsait qismində 130.000 manat, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1.500 manat, eləcə də mənəvi ziyana görə 15.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X7 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmiş, Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd inə əsasən işdən azad edilmişdir. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı cavabdehi 2020-ci ilin fevral ayında məhkəməyə vermiş və məhkəmədən cavabdehin Şt05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin qanuni təmsilçiləri ilə görüş keçirilmiş və həmin görüşdə əldə edilən razılığa əsasən o, iddiasını geri götürməli və cavabdeh onun barəsində verilən əmri dəyişərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, 69-cu maddəsi ilə (öz təşəbbüsü ilə) xitam verilməsi barədə razılıq əldə edilmişdir. Görüş zamanı əldə edilən razılığa əsasən o, iddia ərizəsini geri götürsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə dəyişiklik etməmişdir. Görüşdə əldə edilən razılığa əsasən o, əmrin dəyişməsi üçün dəfələrlə cavabdehin yüksək rütbəli məmurlarına müraciətlər etsə də keçmiş Nazirin səhhətində olan problemlərlə əlaqədar işə çıxmadığını və bu səbəbdən əmrdə dəyişiklik etmək imkanlarının olmadığını ona bildirmişdilər. Nəhayət, o yenidən məhkəməyə müraciət etmək üçün ilk növbədə mediasiya keçirilməsi üçün təkliflə cavabdehə yazılı müraciət etmiş, cavabdeh onun müraciətinə cavab vermədiyi üçün Mediasiya Şurasına mediasiyanın təşkili üçün müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediator tərəfindən tərəflərə bildiriş göndərilmiş və cavabdeh bu görüşə də gəlməmişdir. O, əmək fəaliyyətinə 2013-cü ildən başlasa da Respublika X7 Kompleksinin təmiri 2016-cı ildə yekunlaşdıqdan sonra faktiki fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, Kompleksdə təmir işləri cavabdeh tərəfindən təhkim edilmiş podratçı təşkilat tərəfindən aparılmış və podratın nəticəsi cavabdehə təqdim edilmişdir. Podratın nəticəsi onun tərəfindən qəbul edilməmişdir. O, 2017-ci ildən etibarən Kompleksdə olan çatışmazlıqlar barədə və çatışmazlıqların aradan qaldırılması üçün köməklik edilməsi üçün dəfələrlə cavabdehə və müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciətlər etmişdir.
7. Cavabdehin nümayəndəsi iddia tələblərinin tam əsassız olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddiaçının cavabdehə qarşı işə bərpa və sair tələbləri ilə bağlı bildirmişdir ki, iddia ərizəsində iddia müddətinin bərpası ilə bağlı Mülki Məcəllənin 382-ci maddəsinə istinad olunması əsassızdır. Belə ki iddiaçının şəxsiyyəti ilə bağlı halların (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) heç biri onda müşahidə edilməmiş, bu barədə heç bir sübut təqdim olunmamışdır. Mülki hüquqda iddia və kəsici müddətlər fərqləndirilir. Bu mülki hüquqların həyata keçirilməsi müddətidir ki, qanunverici yalnız bu müddət ərzində şəxsə öz pozulmuş hüquqlarının bərpa olunması üçün imkan tanıyır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının əmək fəaliyyətinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 18 fevral 2020-ci il tarixli, Şt-05 saylı əmri ilə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. 17 mart 2020-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən artıq əmri, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bu onun artıq hüququnun pozulmasının aşkar edildiyi gündən xəbərdar olmasını sübut etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aytən Novruzova).
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 19 fevral 2020-ci il tarixli, 17 saylı əmri ilə xitam verilmişdir. İddiaçı isə 17 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizə sinə işdən çıxma haqqında əmrin surətini də əlavə etmişdir. Bu da sübut edir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə isə məhkəməyə 28 oktyabr 2021-ci il tarixdə müraciət edilmiş və bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur.
10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı mövcud iddia tələbi üz rə qanunla müəyyən edilmiş iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək mövcud iddia tələbləri rədd edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 287, 288, 288-ci maddənin “ğ” bəndinə, 292, 296-cı maddəsinin 5-ci bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellya siya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, əmək müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsini məhkəməyə vaxtında təqdim etmiş və birinci instansiya məhkəməsində tərəflər arasında olan razılığa əsasən o, iddia ərizəsini geri götürdükdən sonra cavabdeh onun əmək müqaviləsinə xitam vermənin əsası olmuş əmri dəyişməyi öhdəsinə götürmüşdür. Bu hal mülki işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü k imi o, hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etmiş, cavabdeh onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinə dəyişiklik etmək barədə öhdəlik götürdüyü üçün iddiasını geri götürmüşdür. Lakin dövlət orqanının vəzifəli şəxsinə etibar edərək iddiasını geri götürdüyü halda onu aldadaraq əmrinə dəyişiklik etməmək, əksinə iddia müddəti tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmək nəinki Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Respublikasının adından qətnamə qəbul edən birinci instansiya məhkəməsi tərəfindən dövlətin nüfuzuna ləkə gətirən kobud qanun pozuntusu hesab edilməlidir. Cavabdehin onu aldatması iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməməlidir. Belə ki Mülki Məcəllənin 382-ci maddəsi ndə və Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edildiyi kimi obyektiv hal hesab edilərək mahiyyəti üzrə işə baxılmalıdır. Məhkəməyə iddia ərizəsi vaxtında irəli sürülmüş, cavabdeh tərəfindən onu təmin edən tələbin yerinə yetiriləcəyi barədə öhdəlik götürülmüşdür. Belə olan halda iddia müddətinin axımı kəsilməlidir. Həmçinin cavabdehin təqdim etdiyi arayışda ona olan borcun bir qismi etiraf olunmuşdur. Belə olan halda iddia müddəti tətbiq edilə bilməz. Birincisi, bu məbləğin geri tələb edilməsi işəgötürənin işçiyə vurduğu maddi ziyan kimi qiymətləndirilməməlidir. Belə ki onun tərəfindən verilən borc işəgötürənin vurduğu maddi ziyan kimi qiymətləndirilə bilməz və o, 2020-ci ilin dekabr ayında və 2021ci ilin yanvar ayında cavabdehə müraciət edərək Kompleksə yatırdığı pul vəsaitlərini geri tə ləb etmişdir. Cavabdeh onun müraciətlərinə 20 may 2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Kompleksin onun qarşısında hər hansı bir borcunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda onun pulunu geri tələb etmək üçün müddət 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa cavabdeh təqdim etdiyi arayışda cavabdehin ona 39.020 manat borcunun olduğunu etiraf etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 18 oktyabr 2023-cü il tarixli, 2(103)-202/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi kompleksin hesabına yatırdığı vəsait qismində 130.000 manatın və məhkəmə xə rclərinin tutulmasının təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 39.020 manat və ödənilmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39118 manat pulun tutulması qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Fərrux Qasımov).
15. Məhkəmə kollegiyası işdə olan sübutlara əsasən hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmamışdır. Belə ki işin bu halları aparılmış araşdırmalar nəticəsində öz təsdiqini ta pmışdır. Buna görə də əmrin verilməsi qanuni olmuşdur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 28 oktyabr 2021-ci il tarixdə, 1 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri üzrə bir aylıq iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddianın baxılmamış saxlanılmasına görə cavabdeh tərəfindən aldadıldığını qeyd etsə də bu hal birinci instan siya məhkəməsinin sözügedən qərardadı və iş materialları ilə öz təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır.
16. Məhkəmə kollegiyası iddia tələbinin X7 Kompleksinin hesabına yatırdığı vəsait qismində 130.000 manat vəsaitin cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, özgə işlərini tapşırıqsız aparma qanundan irəli gələn tələb olmaqla həmin tələblər üzrə ümumi iddia müddəti 10 il təşkil edir. Cavabdeh iddiaçının müraciətlərinə “təhvil-təslimdə iştirak etməmiş olduğuna” görə vəsaiti qaytarmaqdan imtina edirsə, bir növ “iştirak etsə idi qaytarılardı” deməklə iddiaçı tərəfindən görülmüş işlərin bəyənildiyi məzmunda iradə ifadəsi ortaya qoymuşdur. Stend Atıcılığı üzrə İdman Kompleksinin birinci instansiya məhkəməsinə ünvanladığı 31 yanvar 20 22-ci il tarixli, 05/22 saylı məktuba əsasən İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012 - 18 fevral 2020-ci il tarixlərdə kassa hesabına kassa mədaxil orderlərinə əsasən öz adından bir neçə dəfə vəsait qoymuşdur, həmçinin kassa məxaric orderlərinə əsasən bir neçə dəfə vəsait götürmüşdür. Mədaxil və məxaric olunan vəsait aşağıda göstərildiyi formada kassa sənədlərində öz əksini tapmışdır. Belə ki mart 2013-cü ildə 38750,0 manat, fevral 2016-cı ildə 1145,0 manat, iyun 2016-cı ildə 300 manat, oktyabr 2016-cı ildə 4670,0 manat məbləğlərində pul vəsaitləri qoyulmuş, iyul 2015-ci ildə 1500 manat, iyul 2016-cı ildə 1145,0 manat, fevral 2018-ci ildə 3200 manat götürülmüşdür. Qeyd olunan məktublarla da müəyyən olunmuşdur ki, qalıq, yəni iddiaçı tə rəfindən götürülməmiş vəsait 39.020 manat təşkil etmişdir.
17. Dövlət rüsumu ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 437 manat dövlət rüsumunun 98 manatı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iddiaçının vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 manatın cavabdehdən tutulması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi məbləğdə xərc çəkməsi ilə əlaqədar hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324.2, 324.4. 337.1. 337.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissə sinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat
19. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdir.
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-202/2023 nömrəli qətnaməsini AR Gənclər və İdman Nazirliyindən iddiaçının xeyrinə 39020 manat pul və dövlət rüsumuna görə 98 manat, cəmi 39118 pul tutulması hissəsində saxlayıb, qalan hissədə ləğv edərək iddianın tam təmin olunması məqsədilə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi ilə nəzərdə tutulmuş pozuntusunu törətməsi istisna olunmur. Lakin iddiaçının işdən azad edilməsi barədə əmrdə ümumiyyətlə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad olunmamışdır. Nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi iddiaçının əmək müqaviləsində nəzərdə tutulan hansı vəzfəsini icra etməməsini göstərmişdir. Əksinə, cavabdeh tərəfindən aparılan səthi yoxlamaya iddiaçı buraxılmamış, maddi vəsaitin ayrılması tələbi barədə iddiaçının müraciətləri cavabsız qalmışdır. Apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməməli olduğu obyektiv halları nəzərə almadan işə formal olaraq baxmışdır. İddiaçı barəsində hazırkı vəziyyətdə iddia müddətinin tətbiqi Konstitusiya Məhkəməsi Plenumunda sadalanan məqsədlərdən heç birinə xidmət etmir. İddiaçı hüquqlarının qorunması üçün vaxytında məhkəməyə müraciət etmiş, lakin dövlət orqanı olan cavabdehin onu aldatması səbəbilə iddiasını geri götürmüşdür. Məhkəmə əmrin qanuni olduğunu qeyd etsə də, cavabdeh iddiaçıdan hər hansı izahat tələb etməmiş, Əmək Məcələsinin tələbini pozmuşdur. Ekspertin tələb etdiyi sənədlərin təqdim edilməməsinə məhkəmə münasibət bildi rməmişdir.
22. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş 39.020 manat hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçının işəgötürənə verdiyini iddia etdiyi (yəni X5 münasibətdə qeyd etdiyi 130.000 manat) vəsaitin ona qaytarılması hissəsində maddi hüquq normasını tamamilə pozmuşdur. Belə ki apellyasiya instansiyası məhkəməsi sözügedən pul tələbini müvafiq mülki mübahisə kimi, yəni qətnamədə göstərdiyi özgə işlərini tapşırıqsız icra etməsi kimi qəbul edirdisə onda buna hazırkı iddia çərçivəsində baxmamalı və həmin hi ssədə iddianı baxılmamış saxlamalı idi. Digər tərəfdən iddiaçının bir illik sözügedən iddia müddətini ötürməsi həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi özü ziddiyyətli qətnamə qəbul etməklə iddia müddətinin ötürülməsini nəzərə almadan iddianın təmin edilmiş hissəsində səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tələbləri pozulmuş, cavabdehin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur.
24. Ali Məhkəmənin Mülki kollegiyasının 01 may 2024-cü il tarixli 2(102)-959/2024 qərarı ilə cavabdehin kassasi ya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-202/2023 saylı qətnaməsinin qismən - cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən İddiaçı xeyrinə 39.020 manat, ödənilmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39.118 manat pulun tutulması hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən, İddiaçı kassasiya şikayətinin təmin edilmədən saxlanılması qərar alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunan hissələrində maddi və prosessual hüququ normalarını düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi M ülki Məcəllənin 1087.1-ci və 1090.1-ci maddələrinin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edərkən Əmək Məcəlləsinin 1-ci, 2-ci, 3-cü maddələrinin, habelə Mülki Məcəllənin 2.3-cü maddəsinin tələblərini nəzərə almayıb. Belə ki mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq oluna bilər. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1087.1, 1090.1ci maddələrinin təfsirində də səhvə yol verib və iddiaçının tapşırıqsız cavabdehin işlərini apardığı nəticəsinə gəlsə də tapşırıqsız aparılmış işlərin nədən ibarət olması ilə bağlı heç bir araşdırma aparmayıb. Özgə işlərini tapşırıqsız aparma sahibkarın xəbəri və razılığı olmadan ona aid olan işin başqa şəxs tərəfindən aparılmasından ibarətdir. Şübhəsizdir ki, aparılmış işlərin sahibkarın mənafey inə və ehtimal olunan istəyinə müvafiq aparılması onun özü tərəfindən də təsdiqlənməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən İdman Kompleksinə sözügedən pul vəsaitinin hansı məqsəd üçün, hansı müddətə qoyulduğunu, ümumiyyətlə həmin vəsaitin təyinatını, orada həmin vəsait hesabına iddiaçı tərəfindən hansı işlərin görüldüyünü, görülmüş işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun olub-olmadığını araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən sözügedən sualları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəylər almadan, yalnız iddiaçının irəli sürdüyü arqumentlərə əsaslanaraq iddianı qeyd olunan hissədə təmin edib.
27. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, ehtimal olunan işlərin aparılmağa qəbul edilməsi cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə belə işlərin aparılması prosesində və nəticəsində cavabdeh həqiqətən varlanmış olarsa, iddiaçı həmin xərclərin ödənilməsini “Əsassız varlanmanı” tənzimləyən Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələblərinə uyğun olaraq geri tələb etməlidir.
28. İddiaçının sözügedən pul vəsaitini İdman Kompleksinə hansı müddətə qoymasını mülki iş materialları ilə müəyyən etmək mümkün deyil və iddiaçı sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3.200 manat pul götürmüşdür. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İ şə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddia olunan pul vəsaitinə aid hissədə tərəflər arasında əmələ gəlmiş münasibətlərə aydınlıq gətirilməli və yalnız bundan sonra iddiaçının öz hüququnun pozulduğunu nə vaxtdan bildiyi və ya bilməli olduğu gün müəyyən olunmalı və iddiaçının iddia müddətini ötürüb-ötürməməsi məsələsinə düzgün hüquqi qiymət verilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu cavabdehdən iddianın təmin olunan hissəsində tutulduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə də ləğv edilməlidir.
29. Kassasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70 (“ç” bəndi), 71 (İİ hissə), 72(“c” bəndi), 186 (İ hissə), 186 (İİ hissənin “ç” bəndi), 296 ( İİ hissə), 296 ( İİİ hissə), 296 ( İV hissə), 311-ci maddələrinə; Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 381.1, 1087.1, 1090.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3999/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-373/2022 saylı iş üzrə 14 fevral 2022-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “kompleksin hesabına yatırdığı vəsait qismində 39 020 manatın xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məb ləği iddiaçının özünə aid olunmuşdur.
31. Apellyasiya məhkəməsinin qnaətinə görə, iddiaçının tələbinin hazırkı apellyasiya baxışının predmeti olan hissəsi üzrə müəyyən olunan odur ki, o, Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012-ci il tarixindən 18 fevral 2020-ci il tarixinədək olan dövrdə kassa mədaxil orderlərinə əsasən öz adından Kompleksə 2013-cü ilin mart ayında 38 750 manat; 2016-cı ilin fevral ayında 1145 manat; 2016-cı ilin iyun ayında 300 manat; 2016-cı ilin oktyabr ayında 4670 manat məbləğində vəsait qoymuş, Kompleksdən isə 2015-ci ilin iyul ayında 1500 manat; 2016-cı ilin iyul ayında 1145 manat; 2018-ci ilin fevral ayında 3200 manat məbləğində vəsait götürmüşdür.
32. Sözügedən pul vəsaitinin İdman Kompleksinə iddiaçı tərəfindən hansı məqsəd üçün qoyulduğu və həmin vəsaitin təyinatı, orada həmin vəsait hesabına iddiaçı tərəfindən hansı işlərin görüldüyü və görülmüş işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun olub-olmadığı barədə sübutlar təqdim etmək təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfə təklif olunsa da, belə sübutlar təqdim edilməmiş, məhkəmə tərəfindən bankdan və cavabdeh qurumdan götürülən sənədlərlə də həmin hallar müəyyən olunmamışdır.
33. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, özgə işlərinin aparılması yalnız sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olduğu təqdirdə, icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər.
34. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia çının müvafiq iddia tələbinə uyğun gələn qanuni əsas kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, bu halda da iddiaçının iddia müddətini ötürüb-ötürmədiyi aydınlaşdırılmalıdır.
35. İddiaçının sözügedən pul vəsaitini İdman Kompleksinə hansı müddətə qoymasını mülki işin materialları ilə müəyyən etmək mümkün deyil - iddiaçı isə sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3200 manat pul götürmüşdür.
36. Əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyənləşdirilib – hansı ki, mülki qanunvericilik başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddətin şamil olunduğunu təsbit edir.
37. İddiaçının, sonunc u dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3200 manat götürdüyünün müəyyən olunduğunu nəzərə alan kollegiya hesab edir ki, o, hazırda araşdırılan tələblə 2021-ci ilin oktyabr ayında məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.
38. Bu kontekstdə kollegiyanın qənaətinə görə, hər nə qədər birinci instansiya məhkəməsi araşdırılan tələbə Əmək Məcəlləsində təsbit olunan 1 illik iddia müddətini tətbiq etsə də, gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan həmin çatışmazlıq qətnamənin ləğvinə səbəb olmamalıdır.
39. Məhkəmə mövqeyini mövqeyini Əmək Məcəlləsinin 1, 2, 296-cı ( İV hissə) maddələrinə; Mülki Məcəllənin 2.3, 372.1, 372.2, 373.1, 381.1, 1087.1, 1087.1, 1087.2, 1090.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci maddələrinə; Mülki Prosessu al Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.3, 382, 384, 385, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin 2(103)3999/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması məqsədilə işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axınını iddiaçının pul vəsaitinin bir qismini cavabdehdən qaytardığı tarixdən hesablanmalı olduğunu heç cür əsaslandırmamışdır. Kompleksin hesabından pul vəsaitlərini çıxarmaq səlahiyyəti iddiaçı Kompleksin r əhbəri olduğu müddətdə iddiaçıya məxsus idi. İddiaçının Kompleksin hesabında kifayət qədər pul olanda öz şəxsi vəsaitini hissə-hissə qaytarmaq imkanı var idi. Lakin iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı bu imkandan məhrum olmuşdur. Demək ki, iddiaçının hüququnu bərpa etmək hüququ ən azından 2020-ci ilin fevral ayından, yəni əmək müqaviləsinə xitam verildiyi tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı 2021ci ilin oktyabr ayında iddia qaldıranda Mülki Məcəllədə nəzərdə tutulan müddəti ötürməmişdir. Digər tərəfdən mülki iş materiallarında iddiaçının cavabdehə ünvanlandığı 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayında göndərdiyi iki məktubu var. Həmin məktubda iddiaçı Kompleksin hesabına mədaxil etdiyi vəsaitləri geri qaytarılmasını tələb edir. Bundan əlavə, Al i Məhkəmə iddiaçı tərəfindən qoyulan pulların “Özgə işlərinin tapşırıqsız aparılması” ilə bağlı yanaşmasını yanlış saymamış, sadəcə bu yanaşmanı sübut edən dəlilləri araşdırmağı apelyasiya instansiyasına tövsiyə etmişdir. İddiaçının Stend Atıcılığı Kompleksinə yatırdığı pulların cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi ilk növbədə məhkəmə tərəfindən araşdırılmalıdır. İddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş və mülki iş materiallarında olan iddiaçının cavabdehə yazdığı 16 ədəd məktub var. Həmin məktubların demək olar hamısında Kompleksin fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün pul vəsaiti tələb edildiyini, Kompleksin normal fəaliyyətinin təmin edilməsi üçün ayrılmış büdcənin verilməsi tələb edilmişdir. Misal üçün 18/18 nömrəli, 07 mart 2018-ci il tarixli məktubla iddiaçı cavabdehə (Gənclər və idman nazirinə) müraciət edərək Kompleksin 21 722 (iyirmi bir min yeddi yüz iyirmi iki) manat elektrik enerjisi borcunun olduğunu və həmin borcun bağlanması üçün köməklik göstərilməsini xahiş etmişdir. İşçilərin əmək haqqını verməyə belə vəsaitin qalmadığını bildirmiş və Kompleksdə qurğulara təcili texniki xidmət göstərilməli olduğunu və bütün bu çatışmazlıqlar barədə şifahi və yazılı şəkildə cavabdeh təşkilatda yüksək vəzifədə çalışan Kompleksin işini kurasiya edən Mayıl Həsənova və aparat rəhbəri Rüfət Həsənova dəfələrlə məlumat verildiyi lakin Kompleksin saxlanması üçün zəruri tədbirlər görülmədiyini bildirmişdir.
42. Kassator şikayətini Mülki Məcəllənin 49, 377, 1090.1, 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
45. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
46. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
47. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin idd iadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
48. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
49. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.
50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına ə mlak əldə etsin.[742]
51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
53. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi apellyasiya baxışının predmeti olan 39 020 manat pul tələbinə münasibətdə bu qənaətə gəlmişdir ki, əsassız varlanma münasibətlə rində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyənləşdirilmişdir. İddiaçının, sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3200 manat götürdüyünün müəyyən olunduğunu nəzərə alaraq apelyasiya kollegiyası hesab etmişdir ki, o, hazırda araşdırılan tələblə 2021-ci ilin oktyabr ayında məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Be lə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (§ 44, 47, 53).
65. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn dü zgün tətbiq edilib-edilmədiyini yoxlayır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3999/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələ ndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.