Məhkəmə qərarları › İş №2(102)-761/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-761/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-761/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, zaminin birgə (müştərək) məsuliyyəti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5618/202 4 nömrəli 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 12200***-*******01L saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 İddiaçı ASC 48 ay müddətinə illik 18 faiz olmaqla 21500 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 12FİZAM141130101 nömrəli zaminlik müqaviləsinə əsasən, o, 12200***-*******01L saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

3. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tar ixli 12FİZAM**********2 nömrəli zaminlik müqaviləsinə əsasən, o, 12200***-*******01L saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16344,21 manat əsas kredit borcu, 1032,82 manat kreditdən istifadəyə görə faiz borc, 38,41 manat cərimə borc olmaqla, cəmi 17415,44 manat borcunun, həmçinin 142,25 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilnəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmı şdır ki, əsas kredit limit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 İddiaçıSC-yə 16344,21 manat əsas kredit borcu, 1032,82 manat kreditdən istifadəyə görə faiz borcu, 38,41 manat cərimə borc olmaqla cəmi 17415,44 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini etiraf etməmiş və bildirmişdir ki, onu n üç övladı var. Cavabdeh2 onun həyat yoldaşıdır və o, xərçəng xəstəsidir. Onun başqa kreditleri də var, ödəməyə maddi imkanları yoxdur.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 16344,21 manat kredit borcu, 1032,82 manat faiz borcu, 38,41 manat cərimə borcu və 142,25 manat dövlət rüsumu olmaqla cəmi 17557,69 (on yeddi min beş yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kredit alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini p ozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq etmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, 12200***-*******01L saylı, 20 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 16344,21 manat əsas, 1032,82 manat faiz borcu və 38,41 manat cərimə borcu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 142,25 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.3, 428.4, 442 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77,1 88, 119.1 və 2127-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC kredit müqaviləsinə görə borcun tutulması tələbinə dair iddiasını ilk növbədə əsas borcluya, yəni Cavabdeh2 qarşı deyil, eyni zamanda əsassız olaraq zamin k imi ona qarşı da qaldırılmışdır. Bundan başqa, Cavabdeh2 götürdüyü kreditə görə kredit öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməsi öz iradəsi ilə olmamış, Cavabdeh2 təkidi və təzyiqi nəticəsində olmuş, məcburiyyət üzündən zaminlik müqaviləsinə imza etmişdir. Cavabdeh2 bankdan götürdüyü həmin krediti nə məqsədlə götürməsi, təyinatı üzrə hara xərclənəcəyi barədə onun heç bir məlumatı olmamışdır. Götürülən kredit ailənin ümumi xərclərinə deyil, Cavabdeh2 ailədən kənar şəxsi işləri ilə əlaqədar götürülmüş, ailənin ümumi ehtiyaclarına ümumiyyətlə sərf edilməmişdir. Cavabdeh2la rəsmi nikah qeydiyyatında olsalar da, faktiki nikah münasibətləri artıq uzun müddətdir ki, pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbinin ona qarşı hissədə təmin edilməsi onun və övladlarının maddi vəziyyətini daha da pisləşdirmişdir. Göründüyü kimi, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5618/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

15. İddiaçı ASC kredit müqaviləsinə görə borcun tutulması tələbinə dair iddiasını ilk növbədə əsas borcluya, yəni Cavabdeh2 qarşı deyil, eyni zamanda əsassız olaraq zamin kimi ona qarşı irəli sürməsinin qanunsuz olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada digər Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıma ğı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

16. İşin faktiki hallarından da göründüyü kimi Cavabdeh2 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, tələb edilən borcun məbləği cavabdehlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

18. Bundan başqa cavabdeh apellyasiy a şikayətində göstərmişdir ki, Cavabdeh2 götürdüyü kreditə görə kredit öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməsi öz iradəsi ilə olmamış, Cavabdeh2 təkidi və təzyiqi nəticəsində olmuş, məcburiyyət üzündən zaminlik müqaviləsinə imza etmişdir.

19. Apellyasiya məhkəməsi həmin dəlilləri də əsassız hesab etmişdir. Belə ki, Cavabdeh3 həmin müqavilə iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, zaminlik müqaviləsinin təkid və ya hər hansı formada təzyiq nəticəsində bağlanması iş materialları ilə müəyyən edilməmiş, eləcə də cavabdeh tərəfindən bu barədə məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən zaminlik müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlansa da Cavabdeh3 həmin müqavilə üzrə keçən bu müddət ərzində hər hansı etirazı ol mamış, yalnız iddiaçı bank hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra hazırki dəlillərlə çıxış etmişdir.

20. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 428.4, 442, 445.2.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1-ci, MPM-in 14.2, 77.1, 119.1, 372, 380.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti Mülki Məcəllənin 472.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cımaddələrinin şərh edilməsinə dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarına, MPM-in 14.1, 88 və 417.1.5-ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi eyni nəticəni qətnamədə təkrarlamaqla kifayətlənmiş, apellyasiya şikayətində göstərilən xüsusatların tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə və “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Qərarına birtərəfli yanaşmış, qanunvericliyin tələbini iddiaçının mövqeyi baxımından əsasl andırmışdır. Halbuki, Mülki Məcəllənin həmin maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsinə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Qərarında isə göstərilmişdir ki, zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhk əmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəlisürülə bilər. Lakin İddiaçı ASC tələb etdiyi borcun əsas borclu, yəni Cavabdeh2 tələb etməsi üçün qanunvericiliyə müvafiq bütün tədbirlər görülməsini təsdiq edə biləcək sübut təqdim etməmiş, əsassız olaraq zamin kimi iddia tələbi ona qarşı da qaldırılmışdır. Bundan başqa, Cavabdeh2 götürdüyü kreditə görə kredit öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməyi Cavabdeh2 təkidi və təzyiqi nəticəsində olmuş, məcburiyyət üzündən zaminlik müqaviləsinə imza etmişdir. Lakin həmin vaxt onu məcbur etməsi aralarında baş verdiyinə və şifahi formada sözlə təkid etməsinə görə sübut təqdim edə bilməyinin mümkün olmaması da məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə zaminlik müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlansa da həmin müddət ərzində hər hansı etirazının olmaması göstərilmişdir. Cavabdeh2 tərəfindən götürülən pulun hansı məbləğdə və nə məqsədlə götürməsindən, onun krediti ödəyib-ödəməməsindən və hətta bununla bağlı iddiaçı tərəfdən hər hansı bir tədbir görülüb görülməməsindən heç bir məlumatı olmamış, bununla bağlı əvvəlcədən heç kəs tərəfindən şifahi və ya yazılı qaydada məlumatlandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra e dilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi ad landırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətlən dirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5618/2024 nömrəli iş üzrə 29 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar