Məhkəmə qərarları › İş №2(102)-7656/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7656/2019

13.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7656/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Şəki rayon 2 saylı Notariat Kontoruna qarşı əqdin və çıxarışın etibarsızlığı tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 03 aprel 2019-cu i l tаrixli qətnаməsi ilə (hakim C.İmanov) İddiaçı cavabdehlər Cavabdeh3 və Şəki rayon 2 saylı Notariat Kontoruna qarşı əqdin və çıxarışın etibarsızlığı tələbinə dair iddiası təmin edilmiş, X11 və Cavabdeh3 arasında bağlanmış 06 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsi və bu müqavilə əsasında Cavabdeh3 adına verilmiş RX seriyalı,1143123 nömrəli çıxarış etibarsız hesab edilmiş, 142 manat ekspertiza xərci X1ndan alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi və İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumun onun özünə aid edilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş. Şəki Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh3 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh3 və Şəki rayon 2 saylı Notariat Kontoruna qarşı m əhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı Notariat Kontorunun 06 sentyabr 2017ci il tarixli bağışlama müqaviləsi və bu müqavilə əsasında evin qeydiyyatının, həmçinin DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi idarəsi tərəfindən 12 aprel 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən ümumi sahəsi 125 kv.m olan fərdi yaşayış evi X8, X4 torpaqda ümumi birgə, X6 fərdi yaşayış evi və torpaqda ümumi birgə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 06 sentyabr 2017-ci il tarixli “hədiyyə verən” X11 və “hədiyyə alan” Cavabdeh3 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X3 rayonu Aşağı Küngüt kəndində yerləşən ümumi sahəsi 125 kv.m olan fərdi yaşayış evini Cavabdeh3 bağışlamışdır İş materialları ilə müəyyən edilir ki, X12 məhkəmədə ifadə verərək öz ifadəsində göstərmişdir ki, X11 onun anasıdır. Anası 1919-cu il təvəllüdlü olmaqla 98 yaşında vəfat etmişdir. Anası ölümündən təxminən 3 il əvvələ qədər xəstə olmuş və buna görə də onu Şəki rayonu Aşağı Daşağıl kəndindən Şəki şəhərində yerləşən öz evinə gətirərək orada ona baxmışdır. 2017-ci ilin təxminən iyul ayında anasının vəziyyəti daha da pisləşmişdir. Belə ki, o, heç nə yeməmiş, heç nə içməmişdir. Belə ki, insult (udar) keçirmiş, buna görə də son günlərini başı aşağı sallayaraq dayanmışdır. Hətta gecələr yatanda belə onu yatağa uzatmaq mümkün olmamışdır. Çünki onu yatağa uzandıran kimi qışqırmışdır. Qısası özünü idarə edə bilməmişdir, buna görə də onu Aşağı Daşağıl kəndindəki evinə aparmış, bacıları və yaxınları ilə birlikdə növbəli daima onun yanında qalaraq ona nəzarət etmişlər. 06 sentyabr 2017-ci il tarixdə RF-da yaşayan qardaşı X2 notariusl a evə gəlmiş, hamını otaqdan çölə çıxarmış, lakin bir az sonra onu otağa çağırmış və anasının adından veriləcək etibarnaməyə və notariusun kitabına “X3” yazaraq imza etmişdir. Yəni etibarnamə həmin zaman anası tərəfindən imzalanmamışdır. Ümumiyyətlə anası hər hansı sənədi imzalamaq gücündə olmamışdır. Qardaşı X2 həmin vaxt ona demişdir ki, evin sənədlərini öz üzərinə keçirmək istəyir. Həmçinin iş materiallarından görünür ki, X9 məhkəmədə ifadə verərək göstərmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. Qaynanası ömrünün son 3 ilində xəstə, ölümündən əvvəlki 2 ay müddətində isə vəziyyəti çox ağır olmuşdur. O, nə danışa, nə də hərəkət edə bilirmiş. Həmçinin, o, uzana bilməmiş, uzadanda ağrıdan qışqırmışdır. Yatanda da oturuqlu mürgüləmişdir. Qulağı da demək olar ki, eşitməmişdir. Ömrünün sonlarına yaxın təxminən 3 il müddətində ona baldızı X4 baxmışdır. Etibarnamə verilən gün o, digər baldızları ilə birlikdə olmuşlar. 06 sentyabr 2017-ci il tarixdə Rusiyada yaşayan qaynı X2 notariusla evə gəlmiş, hamını otaqdan çölə çıxarmış, lakin bir az sonra baldızı X4ı otağa çağırmışdır. X2 evə çıxarış alacağını bildirmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) X15 məhkəmədə ifadə verərək öz ifadəsində göstərmişdir ki, 06 sentyabr 2017-ci il tarixli etibarnamə verilərkən Şəki rayonunun Aşağı Küngüt kəndində qeyd edilən mübahisəli evdə şəxsən iştirak etmişdir. Həmin vaxt X11 xəstə olduğundan notariat hərəkətləri ona məxsus evdə icra edilmiş, etibarnaməni X5 şəxsən imzalamışdır. İş materia llarından görünür ki X20 məhkəmədə ifadə verərək göstərmişdir ki, o, Şəki rayon 2 saylı Notariat Kontorunda mütəxəssis işləyir. 06 sentyabr 2017-ci il tarixdə Şəki rayonu Aşağı Küngüt kəndinə gedərək X5ya etibarnamə verməsini xatırlamır. Həmçinin zalda olan proses tərəflərindən və şahidlərdən də heç kəsi xatırlamır. Həmçinin göstərdi ki, notariat sahəsində olan təlimata əsasən əgər bir kəs xəstəliyinə, fiziki qüsuruna və s. səbəblərə görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən təsdiqlənir İş materiallarında olan 06 sentyabr 2017-ci il tarixli etbarnamədən görünür ki, X2na həmin etbarnamədə sadalanan səlahiyyətləri vermişdir. Həmçin in həmin etibarnamədə qeyd edilmişdir ki, “X1 şəxsən özü tərəfindən imza edilib. Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb”. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi idarəsi tərəfindən 28 sentyabr 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən ümumi sahəsi 125 kv.m olan fərdi yaşayış evi X8, X4 torpaqda ümumi birgə, Cavabdeh3 fərdi yaşayış evi və torpaqda ümumi birgə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2019 -cu il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, X6 X5 verilmiş 06 sentyabr 2017-ci il tarixli (Şəki rayonu 2 saylı Notariat kontoru) etibarnamənin üz tərəfində “İmza” qrafasındakı, həmçinin həmin etibarnamənin qeydiyyatdan keçdiyi 14695 saylı reyestr jurnalının 50-ci vərəqəsində 17752 saylı “Notariat qeydiyyatlar qarşısında hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı "Кулшəн Мустафаева” yazıları - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X6 adından X5 verilmiş 06 sentyabr 2017-ci il tarixli (Şəki rayonu 2 saylı Notariat kontoru) etibarnamənin üz tərəfində “İmza” qrafasındakı imza ("X7” yazısı) ilə X9nın adından İddiaçı verilmiş və 03 noyabr 2016-cı il tarixli etibarnamədə “imza” qrafasındakı imza (“X8” yazısı) ö z aralarında müxtəlif şəxslər tərifindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bila vasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 331.4-cü maddəsinə əsasən Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına görə tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd olan etibarnamə birtərəf li əqddir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Birtərəfli əqd olan etibarnamə onu bağlamış şəxs üçün vəzifələr yaradır. Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Qanunvericiliyə görə əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Lakin bu zaman başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticə lərə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bi lərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Ba ğışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci madəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3- cü madəsinə əsasən daşınmaz əmlak barəsində notar iat qaydasında təsdiqedilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Məhkəmə kollegiyası kasassiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, Şəki rayonu 2 saylı Notariat kontoru tərəfindən verilmiş 06 sentyabr 2017ci il tarixli 7E-17752 reyestrli X7 Umar qızı tərəfindən deyil onun qızı X12 tərəfindən imzalanmışdır. Göründüyü kimi mülki qanunvericilik əgər f iziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxsin imzalamasına yol verir, lakin bu zaman başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən təsdiqlənməlidir. Göründüyü kimi 06 sentyabr 2017-ci il tarixli 7E-17752 reyestrli etibarnamə X12 tərəfindən imzalansa da, həmin etibarnamədə X10 imzası əqdi bağlayanın - X6 özünün imza edə bilməməsinin səbəbləri, yəni onun hansı bədən qüsuruna, hansı xəstəliyinə və ya savadsızlığına görə əqdi imzalaya bilməməsi notarius tərəfindən təsdiqlənməmişdir. Əksinə etibarnamədə qeyd edilmişdir ki, “X1 şəxsən özü tərəfindən imza edilib. Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb”. Ca vabdeh3 kassasiya şikayətinin dəllilərində iddiaçının müvafiq iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olu b-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materialları ilə müəyyən edlir ki, İddiaçı mərhum X6 birinci növbə vərəsəsidir. Yəni bağışlama müqaviləsi qanunvericiliyə zidd olaraq bağlanmasa idi İddiaçı mərhum X6 bağışladığı mülkdən vərəsə olaraq pay almaq hüququ yaranırdı. Beləliklə kollegiya hesab edir ki, kassasiya şikayəti yalnız formal mülahizələrdən ibarətdir və şikayətin dəlilləri apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddə lərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar