Məhkəmə qərarları › İş №2(102)-7661/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7661/2019

05.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7661/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(103)6380/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə İddiaçı, ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X2 və X7, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri üz rə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim A.Z.Rzayev, iş № 2(008)-1098/2018) İddiaçı cavabdehlər X5 və qeyrilərinə qarşı əmlak kompleksindən çıxarılma, qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılaraq istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilərək cavabdehlərin 09 aprel 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 84də yerləşən əmlak kompleksindən çıxarılması, qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılaraq İddiaçı Əli oğlunun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) Cavabdeh1, Cavabdeh2, X5, Xəlilzadə Seyran Mehman oğlu və X1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı məxsus qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2 Balabəy qızı, X5, X6 və X1 İddiaçı məxsus əmlak kompleksinin texniki pasportunda qeyd edilən 66,6 kv.metr sahəsi olan “A” hissəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin “A” his səsinin boşaldılaraq İddiaçı istifadəsinə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 84-də yerləşən ümumi sahəsi 1003,9 kv.metr olan qeyri-yaşayış sahəsi 09 aprel 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,11422 ha ölçüdə torpaq sahəsi isə dövlətə məxsus olmaqla İddiaçı istifadə hüququ əsasında verilmişdir. 2017-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus əmlak kompleksinin Cavabdeh1 tərəfindən özbaşına tutulmasını əsas göstərməklə onun ailə üzvləri ilə birlikdə həmin sahədən çıxarılması, qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli kompleksin əvvəllər Qaz-aparat zavodunun yardımçı təsərrüfatının balansında olmasını, onun 1996-cı ildən həmin zavodda gözətçi işləməklə ailəsi ilə birlikdə yaşamasını və orada baş vermiş struktur dəyişikliyindən sonra yaranmış ASC-nin üzvü olmasını, orada yaşadığı müddətdə bütün kommunal xidmət haqlarını ödəməsini, həmin kompleksin ona təklif olunmadan əsassız olaraq İddiaçı satılmasına və əmlakı almaqda üstünlük hüququnun pozulmasını və s. əsas göstərməklə alqı-satqı müqaviləsinin Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız hesab olunmasını xahiş etmişdir. Cavabdeh1 və onun ailə üzvləri İddiaç ı qarşı başqa bir qarşılıqlı iddia verərək onun adına verilmiş 09 aprel 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmasını əsas göstərməklə qətnamənin təmin olunmayan hissədə ləğv edilməsi, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iddia tələbi üzrə cavabdehlər kassasiya şikayəti verərək kassasiya şikayətini qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Qətnamədən həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında İddiaçı vəkili, cavabdeh A.Xəlilzadənin vəkili və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya i şə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı məxsus əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona 18 avqust 2016-cı il tarixli müqavilə əsasında icarəyə verilmiş və icarə müddətinin başa çatması ilə əlaqədar müqavilə 12 iyun 2018-ci il tarixdən ləğv edilmişdir. Əmlak kompleksi “A”, “B” və “C” tikililərindən ibarət olmaqla Cavabdeh1 ailəsinin məskunlaşdığı 66,6 kv.metrdən ibarət sahə kompleksin “A” hissəsində yerləşir. Cavabdehin dəmir torla hasara aldığı sahə isə 0,1538 hektar təşkil etməklə dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin iddi açının mülkiyyətində olmamaqla dövlətə məxsus olmasını əsas göstərən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Mübahisəli əmlak kompleksi İddiaçı mülkiyyəti olduğundan və həmin kompleksin iddiaçıya satılmasına dair müqavilənin etibarsız sayılması və Reyestrdən Çıxarışın ləğv edilməsi üçün əsaslar olmadığından məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinin rədd olunmasını əsaslı saymışdır. Cavabdehlərin 1996-cı ildən əmlak kompleksində yaşamaları və kommunal xidmət haqlarını ödəmələri barədə dəlilləri İddiaçı onların həmin sahədən çıxarılmaları barədə tələbinin rədd edilməsi üçün əsas verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nə ticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara və maddi hüquq normalarına düzgün istinad olunmaqla çıxarıldığından kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar