Məhkəmə qərarları › İş №2(102)-7669/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7669/2019

12.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7669/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən Abbasov Akif Qüdrət oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-255/2019 hakim T.B.Axundov)İ ddiaçı Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 nömrəli mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin qoyulması qət edilmiş, iddia qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasov Akif Qüdrət oğlunun cavabdehlər “xxxx” MMC ilə İddiaçı arasında bağlanan 13.02.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mər təbəsində yerləşən 98 saylı mənzil üzərində Abbasov Akif Qüdrət oğlunun hüquqlarının tanınması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7320/2019 hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) Abbasov Akif Qüdrət oğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Akif Abbasov verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 13.02.2013-cü il tarixli müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasını n 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m. ibarət olan 3 otaqlı, 98 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 13.02.2013-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı həmin məbləği ödəmiş, Cavabdeh MMC-yə borcu qalmamışdır. Abbasov Akif Qüdrət oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 30.08.2007-ci il tarixli müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m ibarət olan 3 otaqlı, 98 nömrəli mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüş, Abbasov Akif Qüdrət oğlu mənzilə görə cəmi 4815 ABŞ dolları məbləğində pul ödəmişdir. 23 iyul 2018-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilə sahiblik, istifadə hüququnun tanınma sı və mənzilin təhvil verilməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Abbasov Akif Qüdrət oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 30 avqust 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh MMC ilə aralarında bağlanmış 13 fevral 2013-cü il tarixli müqavilə əsasında cavabdeh tərəfindən Bakı səhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin müqavilədə göstərilən şərtlərlə ona təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasov Akif Qüdrət oğlu Cavabdeh MMC-yə və İddiaçı q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzil üzərində onun hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv m olan 3 otaqlı mənzildən layihəyə əsasən 3 eyni mənzil inşa edilmişdir. Həmin mənzillərin hansının 98 saylı olmasını s übut edən heç bir fakt və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Hər iki müqavilədə də mənzillərin ölçüsü və mərtəbəsi göstərilsə də, mənzilin nömrəsi qeyd edilməmişdir. Apellyasiya məhkəməsi qeyd edilən halları araşdırmamışdır. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdeh MMC ilə arasında bağlanmış 13.02.2013-cü il tarixli müqaviləyə əsasən sonuncunun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m. ibarət olan 3 otaqlı, 98 nömrəli mənzilin onun istifadəsinə verilməsini mübahisələndirmiş, məhkəmə baxışı dövründə Abbasov Akif Qüdrət oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 30.08.2007-ci il tarixli müqavilənin kserosurəti təqdim edilməklə həmin şəxsin müstəqil tələb irəli sürən 3-cü şəxs qismində cəlb edilməsindən sonra iddia tələbinin həcmini artıraraq sözügedən müqavilənin qanunsuz yolla əldə edilməsi ilə etibarsız hesab edilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllə nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasov Akif Qüdrət oğlu isə İddiaçı ilə Cavabdeh MMC ilə arasında bağlanmış 13.02.2013-cü il tarixli müqavilənin etibarsızlığını və özünün mübahisəli mənzilə münasibətdə hüquqlarının tanınmasını mübahisələndirmiş, tələbinin əsasını mənzilə dair müqavilənin ona daha əvvəl verilməsi ilə əsas landırmışdır. Abbasov Akif Qüdrət oğlu məhkəməyə Cavabdeh MMC-nin direktoru X3 ilə onun arasında 30 avqust 2007-ci il tarixli 54 saylı müqavilənin ksero surətini təqdim etmişdir. Məhkəmə kserosurət müqaviləni və MMC-yə aid 2009-cu il 06 avqust tarixli kassa məxaric orderinin kserosurətini də sübut kimi qəbul etməmişdir. Abbasov Akif Qüdrət oğlu həmin müqavilənin əslini və mənzilə görə həmin MMC-yə borcunun olmamasına dair maliyyə arayışını təqdim edə bilməmişdir. Bununla bərabər, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 13.02.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.mdən ibarət olan 3 otaqlı 98 nömrəli mənzilini satın almışdır. Tərəflərin aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadratı üçün 324 manat oİmaqla ümumilikdə 31.200 manat pul ödəmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndindən irəli gələn öhdəlikləri 24 ay müddətində yerinə yetirərək mənzili alıcıya təhvil verməli idi. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik han sı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 13.02.2013-cü müqavilə ilə cavabdeh MMC-nin mənzilin təhvil verilməsi barədə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi vəzifəsinin sonuncunun üzərinə qoyulması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-cimaddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar