Məhkəmə qərarları › İş №2(102)-767/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-767/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-767/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1228/2024 nömrəli, 2024-cü il 28 oktyabr tarixli qərardadın dan İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Ağcabədi rayonu Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adlarından satılmasına dair tərtib edilmiş və Poladlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən o nlara Ağcabədi rayonu Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə adlarına şəhadətnamə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin aralarında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında ona məxsus olduğunu iddia edərək torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Guya 2006-cı ildə onun müalicəsi ilə bağlı 400 manat pul götürülmüş, həmin borc isə mübahisəli torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Müqavilə yazılan və imzalanan vaxt yataq xəstəsi olmuş, müalicə müəssisəsində stasionar müalicə almışdır. Həmin müqavilə sonradan tərtib olunmuşdur. Xəttşünaslıq ekspertizası təyin olunarsa xx.xx.2006-cı il tarixli müqavilənin onlar tərəfindən imzalanmadığı müəyyən olunar. Hal-hazırda da mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olsa da, onların mü lkiyyətindədir.

3. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-334/2024 saylı, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (X7) iddia rədd edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qənaətinə görə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, işdə olan Ağcabədi rayonu Poladlı bələdiyyəsinin möhürü və tərəflərin imzası ilə təsdiq edilmiş 06 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən, JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 (habelə uşaqları xx.xx.1996-cı il təvəllüdlü X1) mülkiyyətinə verilmiş Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahə sini İddiaçı1 və İddiaçı2 400 manata Cavabdeh satmışlar. İşə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, adı çəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilmiş və imzalar onlara məxsusdur.

5. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmə hesab etmişdir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesi ndə mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisələndirilən xx.xx.2006-cı il tarixli müqavilənin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanması, onların iradə ifadəsini əks etlirməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Ona görə də iddia tələbləri rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırılmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1228/2024 nömrəli, 2024-cü il 28 oktyabr tarixli qərardadı ilə (hakimlər: Tofiq Heydərov-sərlik edən və məruzəçi, Aytən Novruzova və Mahir Əsədli) iddi açı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv olunaraq mülki iş üzrə icraata xitam verilmişdir.

10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsinə görə iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 tərəfindən cavabdehlər Cavabdeh və X3 qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı tələb irəli sürülmüş və həmin iddia tələbi belə əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN 048 B kod 60812038 nömrəli şəhadətnamə də vardır. Özü xəstə olduğuna görə 2006-cı ild ə onun müalicəsi ilə bağlı arvadı İddiaçı2 Cavabdeh 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə xx.xx.2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında alqı-satqı olmamış, həmin alqı-satqı da qeydə alınmamışdır.

11. Hazırkı iş üzrə isə iddiaçılar qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini təşkil edən sübyektiv hüququn olmasını əsas götürməklə xx.xx.2006-cı il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğvini tələb etmişlər.

12. Göründüyü kimi, iddiaçılar əvvəlki işdə mülkiyyətlərində olduğu torpaq sahəsindən cavabdehlərin çıxarılmasını, hazırkı işdə isə həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilənin ləğv edilməsini tələb edirlər.

13. Şirvan Apellyasiya Məhkəməsini n xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsi xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsi ilə cavabdehə satılmış və həmin müqavilə əsasında torpaq sahəsi Cavabdeh qanuni sahibliyinə keçmiş və o, hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir.

14. Hazırki tələbə mahiyyəti üzrə baxan məhkəmə irəli sürülmüş iddianı yuxarıda qeyd edilən məhkəmə aktı ilə həll olunmuş predmetlə eyni saymamış, fərqli tələb kimi qiymətləndirərək iddiaya mahiyyəti üzrə baxmış və mövqeyini belə əsaslandırmışdır ki, müqavilənin ləğvi üçün qanunvericilikdə müəyyən edilmiş əsasların mövcudluğu birinci tələb üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə aradan qalxmış, yəni bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi kimi torpaq sahəsindən çıxarılma və müqavilənin ləğv edilməsi tələblərinin mahiyyəti etibarilə müxtəlifliyi, yəni bu tələblərin həm faktiki, həm də hüquqi əsaslarının fərqli olması şübhəsizdir. Belə ki, müqavilənin ləğv edilməsinin əsasları Mülki Məcəllənin 421-ci və sonrakı maddələrində, mülkiyyət hüququnun müdafiəsi əsasları isə həmin məcəllənin 152ci və sonrakı maddələrində nəzərdə tutulmuşdur. Bu səbəbdən mülkiyyətçi kimi mülkiyyət hüququnun (torpaq sahəsindən çıxarılma) müdafiəsi və həmin torpaq sahəsinə dair alqısatqı müqaviləsinin ləğv edilməsi tələblə rinə ayrı-ayrılıqda baxılır. Qeyd edilənlər eyni faktiki əsaslara görə iddiaçı əvvəlcə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsaslanaraq mülkiyyətçi kimi torpaq sahəsindən çıxarılma, sonra isə isə həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilənin ləğv edilməsi barədə irəli sürülmüş tələblərə də aiddir.

16. Məhkəmə qeyd etmişdir ki, “ləğv edilmə” və ya mülkiyyət hüququnun müdafiəsi” haqqında tələblər əqdlərə münasibətdə fərqli hüquqi nəticələr doğurur. Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat isə əqd deyil.

17. İddaçıların mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə dair iddiaçılar ilə cavabdehin aralarında bağladıqları xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilənin ləğv edilməsi ilə bağlı iddianın pr edmetini hüququ pozulmuş şəxsin mənafeyi, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Odur ki, iddiaçıların iddia etdiyi kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonu Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN 048 B kod 60812038 nömrəli şəhadətnamə də verilmişdir. Özü xəstə olduğuna görə 2006-cı ildə onun müalicəsi ilə bağlı arvadı İddiaçı2 Cavabdeh 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə xx.xx.2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında a lqı-satqı olmamış, həmin alqı-satqıda qeydə alınmamışdır kimi ifadə olunması əvvəlcə torpaqdan çıxarılma bu təmin (iddianın təmin olunmamasının əsası mülkiyyətçi kimi sübyektiv hüquqa söykənərək hazırda iddia etdiyi torpaq sahəsi barəsində bağladıqları xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinin olması olmuşdur) olunmadığı halda isə həmin torpağa dair xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hər ikisi eyni predmet hesab edilir. Çünki mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

18. Beləliklə iddiaçının 6 noya br 2006-cı il tarixli müqavilənin ləğv edilməsi tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və həmin qətnamə ilə müqavilənin qanuniliyi müzakirə edilərək həmin müqavilə üzrə cavabdehin mübahisələndirilən torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ qəbul edildiyindən iddiaçının yenidən həmin müqavilənin ləğvi üçün eyni tələb üzrə məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, bu həm də ictimai maraq obyektidir. Cəmiyyət qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz qəbul edilməsində və icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mü lki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır.

19. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-in 153.2 və 153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Ağcabədi Rayon Məhkə məsinin 22 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adından verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə həll оlunması barədə qərarı qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kоllegiyası 28 оktyabr 2024-cü il tarixli qərardadı ilə Mülki Prоsessual Məcəlləsinin 261.0.2-ci maddəsinin müddəalarını düzgün tətbiq etməmiş, оna görə də həmin qərardad əsaslı deyil və ləğv оlunmalıdır.

22. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə mahiyyəti üzrə həll оlunan məhkəmə mübahisəsinin iddia predmeti İddiaçı1 və digər iddiaçıların mülkiyyətində olan və Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən Cav abdeh çıxarılmasından ibarət оlmuşdur. Apellyasiya şikayəti verilmiş Ağcabədi Rayon Məhkəməsinin 2(017)334\2024 nömrəli 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə həll edilən iddianın predmeti isə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh arasında guya bağlanılan 06 noyabr 2006-cı il tarixli «Müqavilənamə»nin və оnun hüquqi nəticələrinin ləğvindən ibarətir.X5 Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsində 06 noyabr 2006-cı il tarixli «Müqavilənamə»nin əsasən mövcudluğuna və Cavabdeh tərəfindən həmin «Müqavilənamə» əsasında tоrpaq sahəsindən vicdanlı istifadə оlunmasına hüquqi qiymət verilmiş, 06 nоyabr 2006-cı il tarixli «Müqavilənamə»nin ləğv оlunub-оlunmaması ilə bağlı apellyasiya məhkəməsi, ardınca isə kassasiya instansiyası məhkəməsi tərəfindən hər hansı müzakirə aparılmamış və bu mövzuya tоxunulmamış, «Müqavilənamə»nin ləğv edilə bilib-bilməməsi üçün hüquqi əsaslarının mövcud оlub оlmamasına hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 261.0.1. İşə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

25. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.

26. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi ba rədə məhkəmə qərardad çıxarır.

27. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. «Azərbaycan Respublik ası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı:

29. Hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir və bu baxımdan da apellyasiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 6 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və həmin qətnamə ilə müqavilənin qanuniliyi müzakirə edilərək həmin müqavilə üzrə cavabdehin mübahisələndirilən torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ qəbul edildiyindən iddiaçının yenidən həmin müqavilənin ləğvi üçün eyni tələb üzrə məhkəməyə müraciət etməsi prosessual baxımdan istisna olunur.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1228/2021 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar