Məhkəmə qərarları › İş №2(102)-769/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-769/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-769/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsinə dair tələblər) 21.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh torpaq sahəsində tikilmiş çardağın sökülməsi, qaz sayğacının onun mülkiyyət divarından sökülməsi və alma ağaclarının kəsilməsi nəticəsində ona dəyən 3.000 manat ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-186/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 182,1 kv.metr fərdi yaşayış evi İddiaçı (bundan sonra - iddiaçı) adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 05 aprel 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı ailə üzvləri ilə birgə ona məxsus olan fərdi yaşayış evində yaşayır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən 01 aprel 2017-ci il tarixdə tərtib edilmiş **********07-10301 reyestr nömrəli “Fərdi y aşayış evinin Texniki Pasportun”a əsasən iddiaçının istifadə etdiyi 290 kv.m. torpaq sahəsi zəbt edilmiş torpaq sahəsidir.

3. Cavabdeh (bundan sonra - cavabdeh) iddiaçının qonşusu olmaqla, Daşkəsən rayonu Bayan kəndində yerləşən X1 adına 28 iyun 2002-ci il tarixli, 5-61 inventar nömrəli Fərdi yaşayış evinin Texniki Pasportuna əsasən qeydiyyata alınmış fərdi yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia predmetinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Bayan kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş çardağın, çəkilmiş tor məftilin, istinad divarlarının sökülməsi və ona məxsus alma ağaclarının kəs ilməsi nəticəsində ona dəyən 3.000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin yaşadığı evə və evin yerləşdiyi təqribən 0,12 ha torpaq sahəsinə dair heç bir hüququ mövcud deyildir. Cavabdeh ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin 40 kv.metrini 3 il bundan əvvəl zəbt edərək çardaq tikdirmiş və həmin torpaq sahəsində 5 alma ağacını dibindən kəsərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bununla əlaqədar olaraq cavabdehə etirazını bildirməsinə baxmayaraq, cavabdeh heç bir tədbir görməmiş, əksinə qaz sayğacını onun mülkiyyətində olan divara quraşdırmışdır. Məcbur olub Daşkəsən Rayon Polis şöbəsinə müraciət etmiş, Polis şöbəsi tərəfindən 04 may 20 20-ci il tarixli məktubla ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkündür. 1993-cü il tarixdən Daşkəsən rayonu Bayan kəndi ərazisində məskunlaşmışdır. 2003-cü ildə hazırda yaşadığı Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsini X2 adlı şəxsdən satın almışdır. Torpaq sahəsini aldığı şəxs hal-hazırda yaşayır. Məcburi köçkün olduğu üçün evi və torpaq sahəsini öz adına sənədləşdirməmişdir. Güclü yağışlar yağan zaman baş vermiş torpaq sürüşməsi nəticəsində evi bir neçə yerdən çatlamışdır. Evinin uçmamasının qarşısının alınması üçün qonşusu iddiaçı tərəfdən 3, öz həyətinə düşən ərazidən isə 2 istinad divarı inşa etdirmişdir. Həmin divarlar dayaq funksiyasını yerinə yetirməklə, evin arxa və yan divarlarının uçmasının qarşısını alır, istinad divarlarını inşa etdirərkən qonşusu iddiaçının razılığını almışdır. Eyni zamanda, yağan yağışların evin bünövrəsinə tökülməməsi üçün evin arxa tərəfindən, yəni qonşusu İddiaçı həyəti tərəfdən 13-14 metr uzunluğunda 1, 5, 2 metr enində çardaq inşa etdirmişdir. Həmin çardağın altından quraqlıq kimi istifadə edərək orada müxtəlif tikinti materialları və sair əşyalar saxlayır. Hazırda sərhəd rolunu oynayan tor hasar o, evi alan vaxtdan həmin yerdə olmuşdur. O, həmin tor hasarı sökməmiş, yenidən quraşdırmamışdır. Həmçinin, o, iddiaçının həyətində olan hər hansı bir ağacı kəsməmiş, iddiaçıya heç bir ziyan vurmamışdır. Əvvəllər aralarında mehriban qonşuluq münasibəti olmuş, heç vaxt mübahisələr i düşməmişdir. Lakin son dövrdə aralarında ailə məişət zəminində narazılıq yaranmışdır. Mübahisəni öz aralarında həll etməyə çalışsa da, iddiaçıya dəymiş ziyanın əvəzi kimi müəyyən pul məbləği təklif etsə də, heç bir müsbət nəticəsi olmamışdır. İddiaçının onun tərəfindən tutulması ehtimal olunan az miqdarda torpaq sahəsinə görə öz həyətinin başqa yerindən torpaq sahəsi verməyə hazırdır.

7. Məhkəmə tərəfindən Daşkəsən rayonu Bayan kəndində yerləşən mübahisəli torpaq sahəsinə yerində baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Daşkəsən rayonu Bayan kəndi ərazisində magistral yoldan təxminən 1.5-2 km məsafədə, dağın yüksəkliyində yerləşir. İddiaçıya məxsus 0.12 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh faktiki (sənədsiz) istifadəsində olan 0.12 ha həyətyanı t orpaq sahəsi qonşu olmaqla onları bir-birindən sərhəddə çəkilmiş tor məftildən olan hasar ayırır. Hər iki həyətyanı torpaq sahəsinin ətrafı tor məftillə hasara alınmışdır. Həyətlərə girişdə dəmir darvaza quraşdırılmışdır, iddiaçının evi ona məxsus həyətyanı torpaq sahəsinin sonunda yerləşir. Cavabdehə məxsus fərdi yaşayış evi tərəflərin torpaq sahələrinin sərhədində yerləşir. Ərazi maili olmaqla tez-tez torpaq sürüşməsi olduğu üçün cavabdehin evinin divarları bir neçə yerdən çatlamışdır. Bunun qarşısının alınması üçün iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən ona məxsus evin arxa tərəfindən evə dayaq kimi kubik daşından 3 istinad divarı tikilmişdir. Cavabdehin evinin arxa tərəfində təxminən 14 metr uzunluğunda 1.5-2 metr enində çardaq quraşdırılmışdır. Eyni zamanda, cavabdehin evinin arxa tərəfində divardan təxminən 2 metr məsafədə 15 metr uzunluğunda tor məftildən hasar çəkilmişdir. İddiaçının deməsinə görə həmin hasar əvvəllər cavabdehin evinin arxa divarına bitişik olmuş, lakin sonradan cavabdeh tərəfindən həmin hasar sökülərək təxminən 2 metr iddiaçının ərazisinə girməklə yenidən çəkilmişdir. Tor məftildən olan sərhəd divarı tərəflərin torpaq sahəsinin başlanğıcından cavabdehin evinin başlanğıcına qədər düz gəlmiş, evin başlanğıcından sonra isə təxminən 2 metr əyilərək iddiaçının torpaq sahəsinə girmişdir.

8. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(030)–313/2022 saylı mülki iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 05 aprel 2017-ci il tarixli, **********, qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş 14 metr uzunluğunda çardaq və15 metr uzunluğunda sərhəd divarı kimi çəkilmiş tor məftilin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəmənin hesab etmişdir ki, hazırda cavabdehin istifadəsində olan təqribən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpa q sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair heç bir hüququ mövcud deyildir. Cavabdeh tərəfindən faktiki vəziyyətdə iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi özbaşına zəbt edilmiş, nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də iddia tələbi bu hissədə əsaslıdır və təmin olunmalıdır. 10.Məhkəmə, iddiaçıya məxsus alma ağaclarının kəsilməsi nəticəsində ona dəyən 300 manat ziyanın ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

11. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi istinad divarlarının sökülməsinə dair hissədə də təmin edilməməlidir. Məhkəmə baxışında cavabdehin evinin arxa tərəfində, iddiaçıya məxsus torpaq sah əsində cavabdeh tərəfində 40-50 sam enində 3 istinad divarının inşa edildiyi öz təsdiqini tapsa da, humanizm prinsipləri baxımından həmin evin divarlarının sökülməsi məqsədəuyğun deyil. Belə ki, cavabdehin məcburi köçkün kimi yaşadığı maili torpaq sahəsində yerləşməklə sürüşmə zonasıdır. Əvvəllər bir neçə dəfə ərazidə torpaq sürüşməsi baş vermiş, nəticədə cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evi bir neçə yerdən çat vermiş və qəza vəziyyətinə düşmüşdür. Odur ki, qeyd olunan istinad divarlarının sökülməsi istənilən vaxt evdə olan çatların daha da böyüməsinə, evin uçmasına səbəb ola bilər ki, bu da cavabdehin və orada yaşayan digər ailə üzvlərinin həyati təhlükəsinin yaranmasına səbəb ola bilər. 12.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 1 52.1, 152.2,152.3, 152.5, 153.3, 157.4, 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ilə işin faktiki halları və sübutlar tam araşdırılmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddianın qaz sayğacının iddiaçının divarından sökülməsi ilə bağlı qeyd etmişdir ki, həmin sayğac onun tərəfindən deyil, “Azəriqaz” İB tərəfindən qura şdırılmışdır. Ağacların kəsilməsi və iddiaçıya 3000 manat ziyan dəyməsi ilə bağı isə qeyd etmişdir ki, ümumiyyətlə belə bir hadisə olmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Torpaq sahəsində tikilmiş çardağın sökülməsi ilə bağlı tələbə münasibətdə isə qeyd etmişdir ki, həmin çardaq onun evinin qəzalı vəziyyətdə olduğundan quraşdırılmışdır. Evini yağış sularından qorumaq məqsədilə inşa edilmiş və həmin çardaq ona aid torpaq sahəsində inşa edilmişdir. İddiaçı tərəfindən gələn su-selin qarşısını almaq məqsədi daşıyır və bu məsələ onun tərəfindən dəfələrlə iddiaçıya xəbərdarlıq edilsə də, heç bir iş görülməmişdir. İddiaçı tərəfindən inşa edilmiş tövlə bünövrəsi olmadığı üçün uçmuş və ona aid həmin çardağın damını və evin novdanlarını zədələmişdir. Onun öz vəsaiti ilə inşa edilmiş, iddiaçı tərəfindən 10 il ərzində heç bir irad bildirilməmişdir. Bundan başqa evi ona satan şəxs evi satarkən ona aid torpağın iddiaçı ilə aralarında olan məftil çəpəri sərhəd müəyyən etmişdir. Mübahisəli torpaq sahəsi ona aiddir, O, iddiaçının torpağını zəbt etməmişdir. Məhkəmə iddiaçının adına olan çıxarışda koordinatları mübahisə edilən torpağın koordinatları ilə üst-üstə düşüb-düşməməsi barədə dəqiqləşdirmə aparmalı idi. Məhkəmə bunun əvəzinə mübahisəli yerə yerli baxış keçirərək mübahisəyə baxmışdır. Halbuki, həmin məsələyə ixtisaslaşdırılmış mütəxəssislər rəy verə bilərdilər. Apellyasiya məhkəməsi tərəfindən işə baxarkən iş üzrə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilməklə qərar qəbul edilməlidir. 15.Apellyasiya baxışında təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmətorpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3914 saylı ekspert rəyinə əsasən, iddiaçının mülkiyyətində olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə halı müəyyən olunmamışdır. 16.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-186/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və R.Mamedov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə rədd edilmişdir. 17.Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsini qənaəti ilə razılaşmayaraq iş üzrə keçirilmiş ekspertizanın rəyini əsas götürməklə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və irəli sürülən iddianın təmin olunmaması üçün əsasdır. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar vardır. 18.Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan Daskəsən rayon Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə halı müəyyən olunmur. Belə olan halda isə iddianın təmin olunmasına əsaslar müəyyən edilməmiş olur. 19.Məhkəmə kollegiyası öz mövqeyin i, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 157.4-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxışa göndərilməsini xahiş etmişdir. 21.Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsində adı çəkilən 290 kv.m. zəbt edilmiş torpaq sahəsi mübahisə olan əraziyə aid deyil və tamamilə başqa yerdə yerləşir ( bu, “texniki pasportda”da aşkar görünür). Həmin torpaq sahəsi mübahisə edilən cavabdehlə sərhəd əraziyə, çardaq inşa edilən yerə və guya evin in uçmasının qarşısının alınması üçün istinad divarını inşa edilən əraziyə aid deyil. Mübahisə edilən ərazi iddiaçının torpaq sahəsində olan giriş qapısının yaxınlığındadır və “Texniki pasportda “qeyd olunan zəbt torpaqdan kifayət qədər aralıdadır. 11 iyul 2023-cü il tarixli 10/3914 saylı ekspert rəyinın obyektiv olmaması məhkəmənin diqqətindən yayınmış və nəticədə qanunsuz qətnamə qəbul edilməklə hüquqları pozulmuşdur. Cavabdehin istifadəsində olan zəbt edilmiş torpağa dair heç bir sənəd təqdim etməmişdir və vacib əhəmiyyətli bir sıra suallara cavab alınmadan və araşdırılmadan məsələyə qeyri obyektiv yanaşılmışdır (1.həmin torpaq kimin mülkiyyətindədir, dövlət və ya bələdiyyənin?

2. İddiaçı ilə cavabdehin torpaq sahələrini ayıran sərhədlər necə müəyyən olunub və sonuncu dəfə nə vaxt dəyiş dirilib? 4.hal –hazırda mövcud sərhədlərin necə olmasını təsdiq edə biləcək sübutlar var mı?

3. Bu sərhədlərin dəyişdirilib dəyişdirilməməsi v.s). Lakin tam əksi olaraq iddiaçı, məhkəməyə tam qanuni olan mülkiyyət hüququnu o cümlədən zəbt olunmuş 290 kv.m. torpağa istifadədə hüququnu təsdiq edən 05 aprel 2017-ci il tarixli, çıxarışı və 01 aprel 2017-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunu təqdim etmişdir. Qətnamədə faktiki olaraq zəbt olunmuş iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin əsaslandırılmamış hüquqlarının olmasını apelyasiya məhkəməsi qanunların tələbini nəzərə almadan təsdiqləməyə çalışması iddiaçının kobud şəkildə hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi yerində baxış keçirərək bir çox vacib və əhəmiyyətlə məqamla aydınlıq gətirməsinə baxmayaraq, apellyasiya məhkəməsi aşkar faktlara göz yumaraq ekspert rəyini, izahatları, yerli müayinəni kompleks halında qiymətləndirməyərək düzgün nəticə cıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə b ilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 25.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 26.Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 27.Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyy ətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3-cü bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutl arla yanaşı qiymətləndirilir. 32.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 33.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 34.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 35.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 36.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 39.İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ekspertiza təyin edilmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları mübahisə edilən torpağın koordinatları ilə üst-üstə düşüb-düşməməsi ekspert tərəfindən araşdırılmış, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etmədiyi müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş eks pertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 42.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi ap ellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsa s ola bilməz. 43.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 44.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-186/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar