Məhkəmə qərarları › İş №2(102)-772/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-772/2023

18.01.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-772/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, məhkəmə aidiyyətinə dair Bakı Kommersiya Məhkəməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi arasında fikir ayrılığı məsələsinə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X2 cavabdehlər LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 695 (altı yüz doxsan beş) manat məbləği ndə sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 725,40 (yeddi yüz iyirmi beş manat qırx qəpik) manat məbləğində pulun "xxxx" ASC və Cavabdeh tutularaq İddiaçı İKF-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 cavabdehlər LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh qarşı iddia ərizəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə (hakim Zeynəb Axundova) işə baxılması xx.xx.2022-ci il saat 11.00-a təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 cavabdehlər LPO "xxxx" ASC və Cavabdeh qarşı “sığorta ödəni şinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair işdən İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair icraat ayrılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 cavabdeh LPO "xxxx" ASC-yə qarşı sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iş üzrə icraata cavabdehin müflis olması səbəbiylə xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iş isə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır Bakı Kommersiya Məhkəməsi qərardadını o nunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə subyektiv tərkib baxımından Cavabdeh fiziki şəxsdir, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından isə tələb sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi ilə bağlıdır və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Odur ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi hesab olunmadığından və cavabdehin ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən, hazırki işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6225/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Günel Əkbərli) İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddi a ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışıdr ki, Bakı Kommersiya Məhkəməsinin aidiyyət qaydalarına uyğun olaraq öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə hazırkı iş baxılması üçün Ba kı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllən in 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qayd alarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəyə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 16-cı bəndinə görə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alı nmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan normaların təhlilindən müəyyən edilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırki işin hallarından isə göründüyü kimi Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarına uyğun olaraq icraata götürmüş daha sonra cavabdehlərdən biri olan LPO "xxxx" ASC-yə münasibətdə icraat ayrıldığından aidiyyətin dəyişməsi səbəbiylə işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi qeyd olunan əsasla razılaşmayaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin aidiyyət qaydalarına uyğun olaraq öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.9 və 403-1.9.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arası nda fikir ayrılığı məsələsinə baxarkən işi məhkəmə aidiyyəti üzrə göndərə bilər. Yuxarıda göstərilənləri, əsas tutaraq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar