Məhkəmə qərarları › İş №2(102)-774/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-774/2023

23.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-774/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və bağ evinin bölünməsi, müqavilənin etibarsızlığı və avtomobilə dair payların müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobillər üzrə payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aq il Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)6938/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh 12 dekabr 2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 07 yanvar 2011-ci il təvəllüdlü X5 və 28 iyul 2012-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşlar.

2. Birgə nikah dövründə 2.1. Cavabdeh adına: 2.1.1. 26 sentyabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, 62 nömrəli mənzil (hazırda mübahisə predmeti deyil), 2.1.2. 08 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi, 2.1.3. 08 oktyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evi əldə edilmişdir. 2.1.4. 25 iyul 2014-cü il tarixdə “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Həmin avtomobil 07 avqust 2021-ci il tarixli müqavilə ilə Cavabdeh atası X2 10000 manata satmışdır. 2.2. İddiaçı adında: 2.2.1. 13 dekabr 2016-cı il tarixdə “KİA PİCANTO” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil, 2.2.2. 24 noyabr 2018-ci il tarixdə “Lexus ES350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı uşaqlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və ünvan ünvanında yerləşən bağ evinin bərabər paylar əsasında, yəni tərəflərin hər birinə 1/2 hissədə bölünməsi, Cavabdeh ilə atası X4 arasında 07 avqust 2021-ci il tarixdə “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməsi və aralarında 1/2 pay nisbəti ilə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin nikahları pozulsa belə, nikah dövründə əldə etdikləri əmlaklar bölünməmişdir. Belə ki, tərəflərin münasibətləri pisləşdiyi zaman cavabdeh nikah dövründə əldə etdikləri avtomaşını iddiaçının razılığı o lmadan atası X1. Həmin ərəfədə cavabdeh qeyd edilən nəqliyyat vasitəsini İddiaçı razılığı olmadan atası X1.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehin adına rəsmiləşdirilən “Lexus ES350” markalı **-HH*** dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitələrinin 1/5 hissəsinin İddiaçı, 4/5 hissəsinin isə Cavabdeh bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflərin 2018-ci ilin may ayından etibarən ailə münasibətləri pozulmağa başlanmış və onlar faktiki ayrılmışlar. Həmin ilin avqust ayında cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, proses bir neçə ay davam etsə də, sonradan iddia əriz ə baxılmamış saxlanılmışdır. Ayrıldığı dövrdə 2019-cu ilin oktyabr-noyabr aylarında Hovsan qəsəbəsi 1501-1502 ünvanda yerləşən torpaq sahəsi və bağ evini almışdır. Qeyd edilən əmlaklar birgə təsərrüfat aparmadığı dövrdə, qarşılıqlı iddia üzrə iddiaçının vəsaiti hesabına alındığı üçün, onlar qarşılıqlı iddia üzrə iddiaçının öz əmlakı hesab olunur və əmlak bölgüsü zamanı nəzərə alınmamalıdır. Cavabdehin mülkiyyətində “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli iki avtomobil var. Həmin nəqliyyat vasitəsi birgə nikah dövründə, ailənin ümumi vəsaiti hesabına əldə edildiyindən, birgə mülkiyyəti hesab olunur. Tərəflərin övladlarının gələcək maddi təminatının daha yaxşı təmin edilməsinə kömək etmək məqsədi ilə əmlak payları 1/5 və 4/5 nisbətində (qarşılıqlı iddia üzrə iddiaçının payı 4/5 olmaqla) bölünməlidir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e-2(010)991/2022 nömrəli qətnaməsi ilə (hakim N.C.Rzayeva) ilkin iddianın təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və ünvan bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X4 ilə arasında bağlanmış 07 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən, ödənilmiş 10000 manatın Cavabdeh tutularaq X2 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil in birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər ilkin, istərsə də qarşılıqlı iddianın predmeti birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülki olaraq hesab edilməklə, paylara bölünməsidir. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, mülki işin materiallarını və hər iki tərəfin məhkəmə iclasında verilmiş izahatlarını, o cümlədən qarşılıqlı iddianın dəlillərini və qarşılıqlı iddia üzrə iddiaçının izahatı nəzərə alınaraq qarşılıqlı iddianın predmeti olan İddiaçı adına 13 dekabr 2016-cı il tarixdə qeydiyyatdan keçirilmiş “KİA PİCANTO” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil və müvafiq olaraq sonuncunun adına 24 noyabr 2018-ci il tarixdə qeydiyyatdan keçirilmiş “Lexus ES350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlakdır və bu artıq mülki işin mübahisələndirilməyən hallarına aiddir.

10. Cavabdeh ilkin iddiaya dair etirazında, məhkəmə iclaslarında verilmiş izahatlarında ilkin iddianın mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 ünvanında yerləşən bağ evinin birgə nikah dövründə əldə edilməsini mübahisələndirsə də, məhkəmə müəyyən etmişdir ki, qeyd olunan əmlaklar əvəzli əqdlər əsasında alınmış, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, 08 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 24 oktyabr 2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestri 08 oktyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən 08 noyabr 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan əlavə, əldə etdiyi zaman İddiaçı ilə ayrı yaşadıqlarını, boşanma ərəfəsində olduqları bildirsə və həmin əmlakların birgə nikah dövründə birgə gəlirlər əsasında əldə etmədiyini, yalnız ona məxsus olduğunu iddia etsə belə, bununla bağlı, o cümlədən qeyd olunan torpaq sahəsinin və bağ evinin əldə etdiyi dövrdə birgə təsərrüfat aparmadıqları, birgə yaşamaması barədə hər hansı sübut təqdim etməmişdir. Əksinə Cavabdeh öz izahatında bildirmişdir ki, həmin dövrdə aralarında mübahisələr olsa belə, tərəflər birgə təsərrüfat aparırdılar (İddiaçı bazarlıq etmiş və digər xərcləri ödəyirdi). Bundan əlavə həmin hal həmçinin də Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddiada göstərilən tələbin əsasını təşkil edən “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birgə nikah dövrün də əldə edilməsini təsdiq edilməsi, həmin nəqliyyat vasitəsinin İddiaçı adına 24 noyabr 2018-ci il tarixdə qeydiyyata alınması və bununla da dolayı yolla həmin tarixlərin tərəflərin birgə təsərrüfat apardıqları, birgə yaşadıqları dövrü kimi təsdiq edilməsi, “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzrə İddiaçı tərəfindən Cavabdeh adına verildiyi etibarnamənin müddətlərinin 17 dekabr 2016 – 27 avqust 2020-ci ilədək, 20 avqust 2020 – 18 avqust 2030-cu ilə qədər, 28 aprel 2021 – 28 aprel 2022-ci ilə qədər uzadılması ilə sübuta yetirilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddianın əsası kimi gətirdiyi - uşaqlarının gələcək maddi təminatının daha yaxşı təmin edilməsi, onların mənafelərini nəzərə alınması üçün İddiaçı adına rəsmiləşdir ilən “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissəsinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 4/5 hissəsinin isə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verilməsinə dair sonuncu hər hansı mötəbər sübut təqdim etməmiş, həmin əsasların mövcud olması sübuta yetirilməmişdir. Əksinə məhkəmə tərəfindən aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsinə əsasən 07 yanvar 2011-ci il təvəllüdlü X5 və 28 iyul 2012-ci il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində saxlanılmış, İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün, 20 avqust 2021-ci il tarixdən hesabla nmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı alimentlə əlaqədar borcu tam olaraq, o cümlədən 5400 manat ödəmişdir. Bundan əlavə, məhkəmə iclas zalında Cavabdeh verdiyi izahatında yüksək gəlirə malik olduğunu, mübahisə predmeti olan əmlakların alınmasında iştirak edilməsini bildirmişdir.

12. Cavabdeh ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməsi və aralarında ½ paylara bölünməsinə dair ilkin iddiaya olan əlavəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin avtomobil Cavabdeh X4 ilə arasında bağlanmış 07 avqust 2021-ci il t arixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılaraq 10000 manat məbləğinə özgəninkiləşdirilmişdir. Həmin vaxt tərəflər artıq bir yerdə yaşamamış və İddiaçı nikahın pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2021-ci ilin iyul ayında iddia ərizəsi baxılmamış saxlanılsa da, sonradan iş üzrə icraatın təzələnməsi ilə əlaqədar müraciət edilmiş və nikahın pozulması barədə iddiaya baxılmış, həmin hal tərəflərin izahatında da öz təsdiqini tapmış, məhkəmə qətnaməsi ilə alimentin hesablanması 07 avqust 2021-ci il tarixdən qət edilmişdir. Göründüyü kimi, qeyd olunan alqı-satqı müqaviləsi formal bağlanmış və onun hər hansı hüquqi nəticə yaratması arzu olunmamışdır. Belə olan halda bağlanmış əqd uydurma əqd hesab edilməli və bağlandığı andan etibarsız sayılmalıdır.

13. Məhkəmə Cavabdeh avtomobilin ona atası verdiyi pula əldə edilməsi ilə bağlı mülahizələri ilə əlaqədar qeyd etmişdir ki, cavabdeh bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə həmin avtomobilin birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi müəyyən edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 324.1, 337.3, 337.4, 340.1-ci, Ailə Məcəlləsinin 31.2, 32.2, 32.1, 36.1, 36.3, 37.1, 37.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 19-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217.4-ci maddələri ilə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e2(010)-991/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və ünvan bağ evinin Cavabdeh 4/5 hissədə, İddiaçı 1/5 hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi; “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh 4/5 hissədə, İddiaçı 1/5 hissədə mülkiyyət hüququ əsasında payla ra bölünməsi; İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitələrinin 1/5 hissəsinin İddiaçı, 4/5 hissəsinin isə Cavabdeh verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6838/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və İ.Ə.Kərimlinin iştirakı ilə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e2(010)-991/2022 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasi ya məhkəməsi apellyasiya şikayəti üzrə göstərmişdir ki, həmin şikayətin əsas və yeganə dəlili tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlaklar üzərində payların bərabər bölünməsi, yəni qarşılıqlı iddiaçının payının uşaqların mənafeyini nəzərə almaqla 4/5 hissədə müəyyən edilməməsi ilə bağlıdır. Lakin Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən qarşılıqlı iddiaçının hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində tərəflərin pay ının bərabər bölünməsi də uşaqların mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri-bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Uşaqlar da hazırki iş üzrə fikirləri mütləq nəzərə alınmalı olan bəlli bir yaşa çatmış, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər. Belə çıxır ki, hazırki vəziyyətdə yetkinlik yaşına çatmamış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq müəyyən edilmiş olsa idi, uşaqların atanın yanına qayıdacağı təqdirdə istər-istəməz digər tərəfin də üstün mənafeyini nəzərə almaq məsələsi ortaya çıxa bilər ki, bu da artıq müm künsüz və hüquqi mexanizmi olmayan bir hal deməkdir. Məhz bu hallar da nəzərə alınmaqla hazırki iş üzrə uşaqların valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6938/2022 nömrəli qətnaməsinin ləğv edilməsi ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın 3 və 27-ci, Ailə Məcəlləsinin 37.2-ci maddələr inin tələbləri pozulmuşdur. Belə ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsində uşaqların mənafeyinin nəzərə alınması ilə bağlı qeyd onların bölgü anında hansı valideynin yanında qalmasını nəzərə almağı tələb edir. Uşağın yanında qaldığı valideynə daha artıq əmlak payının verilməsi həm uşaqların mənzil şəraitinin daha yüksək səviyyədə təmin olunmasına, həm də gələcəkdə həmin əmlaka sahib olmaqla ondan daha çox faydalanmağa xidmət edir. Məhkəmə təcrübəsi də əmlak bölgüsü zamanı uşağın mənafeyinin nəzərə alınmasını məhz əmlak paylarının fərqli proporsiyada müəyyən edilməsi qaydasında formalaşıb. Mübahisəli daşınmaz əmlaklar birgə təsərrüfat aparılmadığı dövrdə, kassatorun vəsaiti hesabına alınmadığı üçün onun öz əmlakıdır və bölgü zamanı nəzərə alınmamalıdır.

20. Kassasiya şikayətinə Azərbaycan Re spublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük ve rilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddə sinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünmə si zamanı payları bərabər bölməyə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassator hazırki şikayətində iddianın predmetini təşkil edən daşınmaz əmlakların qanuni rejimini mübahisələndirsə, yəni həmin əmlakların tərəflərin ümumi əmlakları olmamasını, onun şəxsi əmlakı olmasını iddia etsə də, kassasiya şikayətinin həmin dəlili nəzərə alınmamalıdır.

30. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh birinci instansiya məhkəməsində qeyd olunan dəlilləri irəli sürmüş, həmin dəlillər əsassız hesab edilməklə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan hallarına bir daha toxunmamış, yalnız əmlaklarda tərəflərin paylarının nisbətini mübahisələndirmişdir. Beləliklə, müəyyən olunur ki, kassator qeyd olunan əmlakların ər-arvadın birgə mülkiyyə ti olmasına dair rayon məhkəməsinin mövqeyi ilə razılaşmış və bu hal apellyasiya baxışının predmetini təşkil etməmişdir. Apellyasiya məhkəməsinin araşdırma predmetini təşkil etməyən halın isə kassasiya qaydasında mübahisələndirməsi mülki prosessual qanunvericiliyi ilə yol verilmir.

31. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 37.1-ci maddəsini düzgün tətbiq edərək, mübahisəli fərdi yaşayış evi üzərində tərəflərin paylarını bərabər hesab etmişdir.

33. Belə ki, Ailə Məcəlləsinin 37.1-ci maddəsinin dispozisiyasında müəyyən olunur ki, ümumi əmlakın bölünməsi zamanı ər-arvadın payları bərabər hesab olunur. Payların qeyri-bərabər bölünməsi üçün əsas ola bilən müstəsna hallar Məcəllənin 37.2-ci maddəsində nəzərdə tu tulmuşdur ki, belə halların mövcudluğu hazırki işdə müəyyən olunmur. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ər-arvadın ailə münasibətləri pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların onların birinin himayəsində saxlanılması öz-özlüyündə payların qeyri-bərabər qaydada müəyyən olunması üçün əsas ola bilməz. Hazırki halda ilk iddia üzrə iddiaçının valideynlik vəzifələrinin icra etməsi, o cümlədən uşaqların saxlanılması üçün aliment ödəməsi mübahisələndirilmir. Ailə Məcəlləsinin 37.2-ci maddəsinin dispozisiyasına görə əmlakın qeyri-bərabər bölünməsi üçün uşağın və ya ərin (arvadın) diqqətəlayiq mənafeləri əsas verə bilər ki, belə hallara uşaq səhhəti, xüsusi təhsili, fəaliyyət və s. aid oluna bilər. Kassatorun istinad etdiyi hallar (uşaqların mənzil şəraitinin daha yüks ək səviyyədə təmin olunması, gələcəkdə həmin əmlaka sahib olmaqla ondan daha çox faydalanmaları) Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan hallar kimi qiymətləndirilə bilməz.

34. Qeyd olunmalıdır ki, hazırki halda mübahisəli əmlaklar bağ evi, torpaq və nəqliyyat vasitələridir ki, onlarda tərəflərin paylarının qeyri-bərabər müəyyən olunması uşaqların mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etmir.

35. Digər tərəfdən Ailə Məcəlləsinin 37.2-ci maddəsinin kassatorun qeyd olunduğu kimi tətbiq edilməsi ər-arvadın hesabına uşaqlara mülkiyyət hüququnun verilməsi anlamına gəlir ki, bu mülki və ailə qanunvericiliyin normalarına ziddir.

36. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin fakti ki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6938/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar