Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-777/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, ekspertiza 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-4866/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 15 fevral 2023cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə yerləşən binanın B blokunun 11-ci mərtəbəsindəki B01 nömrəli 4 otaqlı, yaşayış sahəsi 90,35 kv.m, tam sahəsi 151,98 kv.m olan mənzili İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 807,76 manat, mənzilin ümumi dəyəri isə 122.763 manat təşkil edir. Bu müqavilənin imzalandığı gün İddiaçı kooperativə mənzilin ümumi dəyərinin 49.106 manat məbləğində ilkin ödəniş etməyi, mənzilin ümumi dəyərinin qalan 73.657 manat məbləğində pulu isə müqavi lə imzalandığı gündən 12 ay ərzində müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürmüşdür. 2. “Mənzilin açarının təqdim edilməsi barədə” xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəlllədə inşa edilmiş “Xətai Park” yaşayış kompleksində B (52) saylı binanın 11-ci mərtəbəsində yerləşən 4 otaqlı 1 saylı mənzili istifadəsinə və sahibliyinə qəbul etməsi üçün vətəndaş İddiaçı qeyd olunan mənzilin sayda eyni nüsxədə giriş açarları Cavabdeh MTK-nın satış departamentinin müdiri X2 tərəfindən təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52, M11, m1 ünvanında yerləşən ümumi sahəsi 130,10 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK – dan onun xeyrinə zərər qismində 17.163 manat, dövlət rüsumu olaraq ödənilmiş 88 manat və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 1 7 avqust 2018-ci il tarixli 0986 nömrəli müqavilənin 1-ci bəndinin 1.1-1.8-ci bəndlərinin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B dəhlizinin (blok) 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,98 kv.m. olan, 4 otaqlı, B01 nömrəli mənzilin kooperativ tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan 151,98 kv.m ümumi sahənin 90,35 kv.metri yaşayış sahəsi, 61,63 kv.metri isə qalan sahəyə daxildir. Müqavilənin 2-ci bəndində onun mənzilin tam sahəsinin hər kvadrat metrinə görə kooperativə 807,76 manat ödəməli olduğu qeyd olunmuşdur. Ümumilikdə onun mənzil üçün kooperativə 122.763 manat ödəməli olduğu nəzərdə tutulmuşdur. O mənzil ona təhvil verilməmi şdən öncə mənzilin tam dəyəri olan 122.763 manat pulu kooperativə ödəmişdir. Lakin mənzil ona təhvil verilən zaman məlum olmuşdur ki, kooperativ müqavilə şərtlərini pozaraq ona tam sahəsi 151,98 kvadrat metr olan mənzil verməli olduğu halda ona tam sahəsi 130,10 kvadrat metr olan mənzil təhvil vermişdir. Həmin sahə nəzərdə tutulandan 21,88 kvadrat metr azdır. Bu sahənin də müqavilədə göstərilən qiymətə görə dəyəri 17.673 manatdır. O mənzilə dair texniki pasport və çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri yerində ölçü apararaq müəyyən etmişlər ki, mənzilin tam sahəsi 130,10 kvadrat metr olmaqla müqavilədə göstərilən 151,97 kvadrat metr tam sahədən 21,8 kvadrat metr azdır. Bu hal mənzilin texniki pasportunda və çıxarışında da qeyd edilmişdir. Bu barədə cavabdeh “Sosial Mənzil MTK-ya müraciət edərək artıq ödədiyi məbləğin ona geri qaytarılmasını xahiş etsə də cavabdeh bu məbləği qaytarmaqdan imtina etmiş və məsələyə heç bir münasibət bildirməmişdir.
6. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə məhkəməyə İddiaçı Cavabdeh MTKya qarşı “pul” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Gəncə prospektinin kəsişməsi 2942 A ünvanında yerləşən “ünvan 4ilin yerləşdiyi sahə tam olaraq 161,4 kvadrat metr təşkil edir. İddia ərizəsində sanitar qovşaq və mətbəxin şaxtalarının ümumi sahəyə daxil edilməsi qeyd olunsa da, həmin sahələr mənzilin ümumi sahəsinə daxil edilməmişdir. Ey ni zamanda AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbələrin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrinin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Eyni zamanda mənzilin ümumi sahəsi hesablanarkən balkon sahəsi 0,3 əmsal ilə azaldılmış, mənzilin ara və xarici divarlarının tutduğu sahə nəzərə alınmamışdır. Nəticə etibarilə faktiki qeyd olunan 161,4 kv.m sahə 151,98 kv.m olaraq mənzilin faktiki ümumi sahəsi kimi müəyyən edilmi şdir. Bununla da Kooperativ olaraq hər hansı qanunvericilik norması pozulmamışdır. Lakin daha sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən mənzil üzərindən mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkən mənzilin ümumi sahəsi az göstərilərək 130,1 kv.m müəyyən edilmişdir və bu hərəkətə görə Kooperativ məsuliyyət daşıya bilməz və hər hansı bir formada mənzilin ödənişindən pul şəklində iddiaçıya ödənişin qaytarılmasının əsası yoxdur.
7. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin X1 ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə cavab məktubunda qeyd etmişdir ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Res publikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir.
8. Bundan əlavə, xx.xx.2018-ci il tarixli, 192 nömrəli maliyyə arayışının surətində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A məhəllədə tikilən yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin B binasının 11-ci mərtəbəsindəki ümumi sahəsi 151,98 kv m. olan dörd otaqlı 01 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun MTK-ya borc u yoxdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 10/752 nömrəli ekspert rəyinin məzmununa əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 153,12 kv.m təşkil edir. Cavabdeh MTK tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanm ası” qaydasının və Azərbaycan Rspublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla həmin mənzilin ümumi sahəsi 129,68 kv.m. təşkil edir.
10. Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0986 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ek spert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan hətta 1 kv.metrə yaxın artıq ölçüdə, yəni 153,12 kv.metr müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir.
12. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10 7, 119.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 17 avqust 2018-ci il tarixli 0986 nömrəli müqavilənin 1-ci bəndinin 1.1-1.8-ci bəndlərinin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B dəhlizinin (blok) 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,98 kv.m olan, 4 otaqlı, B01 nömrəli mənzilin kooperativ tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə onun mənzil üçün kooperativə 122.763 manat ödəməli olduğu nəzərdə tutulmuş, mənzilin tam dəyəri olan 122.763 manat pulu kooperativə ödəmiş, lakin mənzil ona təhvil verilən zaman məlum olmuşdur ki, kooperativ müqavilə şərtlərini pozaraq ona tam sahəsi 151,98 kvadrat metr olan mənzil verməli olduğu halda, ona tam sahəsi 130,10 kvadrat metr olan mənzil təhvil vermişdir. Beləliklə, bu da müqavilədə nəzərdə tutulandan 21,88 kvadrat metr azdır, bu isə müqavilədə göstərilən qiymətə gürə 17.673 manat təşkil edir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 06 oktyabr 2022-ci il tarixli, 2(103)-4866/2022 nömrəli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və A.V.Tan rıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 7 7.1, 88, 119.1, 372.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə görə mənzilin daxili arakəsmələri, şaxta və xarici divarları nəzərə alınmaqla ümumi sahəsi 153,12 kv.m təşkil edir. Halbuki bu ölçmə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə ziddir və məhkəmə bu ölçüləri qanunsuz olaraq qəbul etmişdir. İşə baxan məhkəmələr maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
21. Kassator şikayətini Azərbaycan Respub likasının Mülki Məcəlləsinin 385, 386, 425, 442, 443-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istis na olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmad ıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
30. Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
31. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
33. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012 qərarı
34. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması h üququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
44. Belə ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.
45. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh 17 avqust 2018-ci il tari xli müqavilədə nəzərə tutulan mənzili tam sahəsi ilə, yəni 151,98 kv.m.-dən ibarət olmaqla ona təhvil verməmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına əsasən mənzilin sahəsi hesablanarkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamalıdır. Bundan başqa balkon və terras sahələri 0.3 əmsallarına vurulmaqla hesablanmalıdır. Belə olan halda mənzilin faktiki sahəsi 130,10 kv.m-dir. Ona görə də 21,88 kv.metrə görə artıq ödənilmiş 17,673 manat cavabdehdən tutulmalıdır.
46. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mə nzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.
47. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərə alınmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
48. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli ha l cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübutetmənin predmeti olmuş və məhkəmələr məhz bu halın mövcud olub-olmamasını araşdırmalı olmuşlar.
49. Lakin, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ekspertiza təyin etmiş iddiaçının dəlillərində göstərildiyi kimi təhvil verilən sahənin az həcmdə olması müəyyən etmişlər. Yəni, iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir.
50. Beləliklə, hazırkı mübahisə mənzilin faktiki sahəsinin müqavilədə nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə yuxarıda istinad olunan mülki qanunvericiliyin nomalarını və ya qayda olaraq isə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəal arı, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən hazırkı mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını deyil, işgüzar adətləri tətbiq etmişdir.
51. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin (müvafiq olaraq podrat münasibətlərini tənzimləyən) və ya Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəalarına, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının müddəalarını tətbiq edilməsi və müvafiq qətnamə qəbul edilməsini müzakirə etməlidir.
52. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
53. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4866/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir