Məhkəmə qərarları › İş №2(102)-7773/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7773/2019

17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7773/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti nə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı ilə (hakim S.Ədilova) Cavabdeh2 tərəfindən verilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatət təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və Ə.Qasımov) Cavabdeh2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh4 Elm İstehsalat şirkəti hüquqi şəxsdir və kredit sahibkarlığın inkişaf e tdirilməsi üçün ayrılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyət qaydalarını pozaraq işi icraatına götürmüş birinci instansiya məhkəməsinin “iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməməsinə dair qərardadını” dəyişdirmədən saxlamaqla Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və məhkəmə aidiyyatı ilə bağlı ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 v ə Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh2 nümayəndəsi və vəkili X1 iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə məhkəməyə vəsatət verərək, mülki işin məhkəmə aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək 06 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidi yyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mü bahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici, işlərin iqtisad məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. İddia tələblərindən aydın olur ki, iddia İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən biri hüquqi şəxs olan cavabdehlərə qarşı qaldırılmışdır və mübahisə həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keç irilməsi ilə əlaqədar deyildir. İddia ərizəsinin məzmunundan isə aydın olur ki, iddiaçının iddiası mahiyyət etibarilə iqtisadi xarakterli olmamaqla tamamilə mülki müqavilə münasibətlərindən qaynaqlanmaqdadır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2019-cu il tarixli qərardadı dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar