Məhkəmə qərarları › İş №2(102)-7778/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7778/2019

02.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7778/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(107)2534/2019 nömrəli qərardadından İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh2" KB ASC ilə arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etiba rsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadı ilə (hakim Pərviz Hacıyev) 2(075)-1322/2019 nömrəli iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, mülki işin icraatı ekspert rəyi alınana kimi dayandırılmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Ə.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 07 avqust 2019-cu il tarixli, 2(107)-2534/2019 saylı qərardadı ilə cavabdeh "Cavabdeh2" KB ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Mə hkəməsinin 02 iyul 2019-cu il tarixli nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər "Cavabdeh2" KB ASC-yə, "Cavabdeh2" KB ASC-nin Şəki filialına və Cavabdeh3nə qarşı müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz əsaslandırma ilə qərardad qəbul edilmişdir. Məhkəmə öz qərardadının əsaslandırmasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarına istinad etmişdir və həmin qərarda da qeyd olunur ki, “Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Halbuki iddiaçı ayrıca tələblə iddia qaldırmış və məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər iş ə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.08.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Şəki Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli nömrəli qərardadı ləğv edib, mülki iş üzrə icraata xitam verərkən maddi və prosessual hüquq norm alarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instanisyası məhkəməsi hazırki iş üzrə qənaətə gələrkən apellyasiyanın həddindən kənara çıxmaqla kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, işdən göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(075)1322/2019 nömrəli qərardadı ilə 2(075)-1322/2019 nömrəli iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, mülki işin icraatı ekspert rəyi alınana kimi dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrin in qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. İstinad edilən prosessual normalardan göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadının yalnız iş üzrə icraatın dayandırılması hissəsindən şikayətin verilməsi nəzədə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə, qanunv ericiliyin bu tələbini, habelə birinci instansiya məhkəməsinin qərardadının iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair hissəsinin qüvvədə olmasını nəzərə almayaraq, işə mahiyyəti üzrə baxıb qərardadı tamamilə ləğv edib iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İş üzrə yekun qərarın qəbul edilməsi qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mübahisələndirilən qərardadın iş üzrə ic raatın dayandırılması hissəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(107)2534/2019 nömrəli qərardadı ləğv edilsin və Şəki Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadıın iş üzrə icraatın dayandırılması hissəsinə yenidən baxılması üçün iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar