Məhkəmə qərarları › İş №2(102)-778/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-778/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-778/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma, həmin evə köçürülmə, pulun alınması, tələbin sübuta yetirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma, evə köçürülmə və pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5942/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya ş ikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 (bundan sonra “cavabdeh”) X9 ilə nikaha daxil olmuş, bu nikahdan üç uşaqları- X10, X7 və X11 doğulmuşdur.

2. X9 xx.xx.2020-ci il tarixdə özünü asaraq intihar etmişdir.

3. X2 Kubra Mirzə qızının (bundan sonra “iddiaçı”) oğludur.

4. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən notariat kontoruna təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 1354 №-li arayışa əsasən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Telman Adıgözəlov küçəsində yerləşən 1 sot həyətin içində 3 otaqlı fərdi yaşayış evində (bundan sonra “mübahisəli ev”) qeydiyyatsız yaşayır.

5. Müba hisəli evin su, qaz və işıq üzrə abonenti iddiaçıdır.

6. Qonşular tərəfindən tərtib edilmiş akta əsasən mübahisəli ev iddiaçıya məxsusdur, cavabdeh isə 2020-ci ilin əvvəllərində evi tərk edib getmiş və 2021-ci ilin sonunda qayıtmışdır. 7. "xxxx" MMC tərəfindən 2019-cu ildə mübahisəli evin layihəsi cavabdehin sifarişi əsasında hazırlanmışdır.

8. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışlarına əsasən cavabdeh ünvan 1 ünvanında, Cavabdeh1 ünvan 2diyyatdadırlar.

9. Cavabdeh mübahisəli ev üzrə əmlak və torpaq vergi ödəyicisidir. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh xx.xx.2018ci il tarixdən vergiləri ödəyir.

10. Cavabdehin və onun üç uşağının mübahisəli evdə qeydiyyatsız yaşamaları barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 45 №-li məktub verilmişdir.

11. Cavabdehin uşaqları – X1 qəsəbəsində yerləşən 113 №-li məktəbin 7-ci sinfində, X7 isə 4-cü sinfində təhsil alırlar (məktəb tərəfindən verilmiş arayışlar).

12. Cavabdeh1 cavabdehin atasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Telman Adıgözəlov küçəsində yerləşən 1 sot həyətin içində 3 otaqlı fərdi yaşayış evindən çıxarılması, özünün həmin evə köçürülməsi və 2300 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılıb ki, mübahisəli ev iddiaçıya məxsusdur. İddiaçının oğlu Samiq Muradov Cavabdeh2 ilə nikaha daxil olmuşlar, onların 3 övladları dünyaya gəlmişdir. Sonradan cavabdeh evdə mübahisə yaradaraq uşaqlarını götürüb atası evinə getmiş və 3 il orada yaşamış, uşaqları atalarına və iddiaçıya göstərməmişdir. Buna dözməyən iddiaçının oğlu canına qəsd etmişdir. Oğlunun ölümündən bir il yarım sonra iddiaçı Sabirabad rayonuna getmiş və qayıdanda cavabdehlər və onların digər ailə üzvləri tərəfindən evin qıfılının sındırıldığını və evin zəbt edildiyini görmüşdür.

15. Evdə iddiaçıya məxsus əşyalar və 2300 manat miqdarında pulu olmuşdur. Cavabdehlər tərəfindən evin qıfılının sındırılması və evdə olan 2300 manat pulun götürülməsi barədə polisə müraci ət etsə də, cinayət işini başlanması rədd edilmişdir.

16. İddiaçının evindən məhrum edilməsi qanunsuzdur.

17. İddiaçı tələbini qanuni əsası kimi Azərbaycan respublikası Konstitusiyasını 43cü, Mülki Məcəllənin 180-ci və Mənzil Məcəlləsinin 13.3-cü maddələrinə istinad etmişdir.

18. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - mübahisəli ev iddiaçıya məxsus olmayıb, iddiaçı heç vaxt həmin evdə yaşamayıb; - cavabdehin 3 il ərzində mübahisəli evdə yaşamaması doğru deyil. Cavabdehin uşaqları Kürdəxanı qəsəbəsində 113 №-li məktəbdə birinci sinifdən hazırki vaxta qədər təhsil alırlar, böyük oğlu 7-ci sinifdə oxuyur; - evdən 2300 manat pulun götürülməsinə gəldikdə, onlar yay tətilində rayona getmiş, sonradan cavabdeh ərinin özünü asdığını eşitmiş və geri qayıtmışd ır. Qayıtdıqları zaman evdəki əşyaların iddiaçı tərəfindən götürüldüyünü müəyyən etmiş, lakin heç bir şikayət etməmişdir; - mübahisəli ev cavabdehin və ərinin vəsaiti hesabına inşa edilmiş, iddiaçı heç bir zaman həmin evdə yaşamamışdır. Əmlak və torpaq vergisini də cavabdeh ödəyir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir; - "xxxx" MMC tərəfindən 2019-cu ildə mübahisəli evin layihəsi cavabdehin adına tərtib edilib.

19. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş 01/xx-xx/2257 №-li, xx.xx.2022-ci il tarixli məlumata əsasən, mübahisəli evdə ilk abonent X9 olmuş, xx.xx.2020-ci il tarixdə abunə kodu onun adından çıxarılaraq İddiaçı adına dəyişdirilmişdir. “Azəriqaz” İB tərəfində təqdim edilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən abunə kodu X4 adında olmuş, xx.xx.2020-ci il tarixdə abunə kodu onun adından çıxarılaraq İddiaçı adına dəyişdirilmişdir. "xxxx" ASC-yə verilmiş sorğuya cavab gəlməmişdir.

20. İddiaçının nümayəndəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Kapital Bankdan 3100 manat məbləğində kredit götürülməsini təsdiq edən çıxarış təqdim etmişdir.

21. Sabunçu Rayon Məhkəməsin e-2(008)-1346/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Tahirə Əsədova)

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutlara şübhəylə yanaşaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qə rardan açıq-aşkar şəkildə iddiaçının həmin evdə yaşamaması, həmin evdə onun oğlunun ailəsi ilə birlikdə yaşaması müəyyən edilir. Abunə kodlarının iddiaçının adına dəyişdirilməsi həmin evə onun qanuni sahibliyini təsdiq etmir, çünki göründüyü kimi, ilkindən abunə kodu cavabdehin ərinin adında olmuşdur.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əksinə, cavabdeh evə olan hüququnu kifayət qədər əsaslandıra bilmişdir. Belə ki, mübahisəli evin layihəsi cavabdehin adına tərtib edilmiş, bələdiyyədə əmlak və vergi ödəyicisi cavabdeh özüdür, abunə kodları cavabdehin ərinin adında olmuşdur, uşaqları həmin qəsəbədə məktəbə gedirlər.

24. Birinci instansiya məhkəməsinə görə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Eyni zamanda iddiaçı 2300 manatın cavabdehlər tərəfindən m ənimsənilməsini də sübut edə bilməmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apelyasiya apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı sonradan “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə versə də, məhkəmə bunu nəzərə almamış, qətnaməsində əks etdirməmiş və qiymət verməmişdir. İşə verilmiş tələb üzrə baxılmaması qətnamənin birmənalı ləğvi üçün əsasdır; - məhkəmə Sabunçu Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarında yalnız cavabdehin xeyrinə olan məqamları qeyd etmiş, cavabdehin evi 2020-ci ilin fevral ayında tərk etməsi barədə izahatına münasibət bildirməmiş, iddiaçının izahatını isə təhrif edərək guya iddiaçının mübahisəli evdə yaşadığını bildirmədiyini qeyd etmişdir; - Samiq Muradov iddiaçının oğludur. Məhkəmə övladı ilə yaşayan tək ananı ailə kateqoriyasına daxil etmir. Bundan başqa, həmin izahatında iddiaçı oğlunun evə gəldiyini və çay içib getdiyini, övladları üçün darıxdığını bildirməsi onun evdə yaşaması demək deyi l; - cavabdehin təqdim etdiyi özəl şirkət olan "xxxx" MMC-nin tərtib etdiyi layihə də bu iş üçün həlledici sübut deyil. Layihə 2019-cu ilə aiddir, hansı ki, onda hələ ailə münasibətləri pozulmadığı üçün cavabdeh evi tərk etməmişdi. Cavabdeh evi 2020-ci ilin fevralında tərk etdiyini bildirir. Onun evi 6 ay tərk etməsi evə dair istifadə hüququnu itirməsi deməkdir; - evin iddiaçıya məxsus olması və iddiaçının orada yaşaması qonşuların aktı və kommunal müqavilələrlə də təsdiq olunduğu halda, iddiaçının evə köçürülməməsi absurd bir qərardır. Bu qədər sübutla iddiaçının evə köçürülməməsi hissəsində iddianın rədd edilməsi barədə məhkəmə aktı qanunsuzdur; - məhkəmə abunə kodlarının oğlunun sağlığında iddiaçının adına dəyişdirilməsini nəzərə almayib; - cavabdehin istinad etdiyi bələdiyyə vergisinin ödənilməsi və uşaqların evə yaxın məktəbdə təhsil alması cavabdehin mübahisəli mənzildə yaşamasını təsdiq etmir. Bələdiyyə vergisi yalnız 2020-ci ilin sentyabrında, yəni cavabdehin mərhum həyat yoldaşı özünü asaraq intihar etdikdən bir müddət sonra ödənilmişdir. Məhkəmənin 2018-ci il tarixdən vergi ödəməsini qeyd etməsi düzgün deyil. Məhkəmə bələdiyyənin hesab vərəqəsinə diqqətlə yanaşmayıb. Həmin sənəddə cədvəlin soldan 3-cü qrafasına (Əməliyyatlar) diqqət yetirilsə, görünər ki, 2018-ci ilin hesablaması aparılıb, ödəniş 2020də edilib. Cavabdeh2 nə evin, nə də torpaq sahəsinin mülkiyyətçisi deyil, mülkiyyətçi olmayan şəxsdən vergi ödənişi qəbul etmək özü qanunsuzdur. Bu ödənişi qəbul edərkən bələdiyyə heç bir sənədə və hüquqi əsasa söykənməmiş, təki büdcəsinə pul daxil olsun, kim ödəyir-ö dəsin prinsipi ilə ödənişi qəbul etmişdir; - məktəbə gəlincə isə bu gün qanunvericilikdə uşaqların mütləq yaşadığı yerin yaxınlığındakı məktəbdə təhsil alması ilə bağlı bir məcburi qayda yoxdur. Yəni bu kimin harada yaşamasını təsdiq edən sübut deyil; - bundan başqa, iddiaçının təqdim etdiyi Azərbaycan Kredit Bürosundan çıxarışdan iddiaçının 2.300 manat pul vəsaitinin mövcudluğu sübuta yetir. Həmin pul vəsaiti qapısı kilidli evdə olmuşdur və cavabdehlər qapının kilidini özbaşına sındıraraq evə daxil olmuşlar.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5942/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi ), Vahid Sadıqov, Elnur Həsənov)

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun mövcud olmamasına dair nəticəsi ilə razılaşmış və qeyd etmişdir ki, iddianın əsaslı olmasını təsdiq etmək üçün təqdim edilmiş sənədlər sübut əhəmiyyətli olmamaqla, digər sübutlarla da təkzib edilir.

30. Belə ki, iddiaçı cavabdehin mübahisəli evdə yaşamamasını göstərsə də, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 45 №-li məktubdan görünür ki, cavabdeh və onun üç uşağı mübahisəli evdə qeydiyyatsız yaşayırlar. Kürdəxanı qəsəbəsində yerləşən 113 №-li məktəbin arayışlarına əsasən X10 həmin məktəbin 7-ci sinfində, X7 isə 4-cü sinfində təhsil alırlar. "xxxx" MMC tərəfindən 2019-cu ildə cavabdehin sifarişi əsasında mübahisəli evin layihəsi hazırlanmışdır. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilən şəxsi hesab vərəqəsinə əsasən cavabdeh xx.xx.2018-ci il tarixdən vergiləri ödəyir.

31. Cavabdehin əri X5 xx.xx.2020-ci il tarixdə baş vermiş intiharı ilə əlaqədar “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Sabunçu rayon prokurorluğunun müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarında X5 yaxın münasibətdə olduğu X3 verdiyi izahatda Samiqin tək yaşadığını, anası və oğlu İbrahim üçün darıxdığını bildirmişdir. Həmin iş üzrə izahat verən iddiaçı qeyd etmişdir ki, Samiq arvadı və üç uşağı ilə mübahisəli evdə yaşamış, uşaqları həmin qəsəbədə məktəbə getmişlər. Həmin qərardan görünür ki, iddiaçı özünün də on larla birlikdə yaşaması barədə izahat verməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan açıq-aşkar şəkildə iddiaçının həmin evdə yaşamaması, həmin evdə onun oğlunun ailəsi ilə birlikdə yaşaması müəyyən edilməsinə dair düzgün qənaətə gəlmişdir.

33. Abunə kodlarının iddiaçının adına dəyişdirlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərib ki, iş materiallarına əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş 01/xx-xx/2257 №-li, xx.xx.2022-ci il tarixli və “Azəriqaz” İB tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məlumatlara əsasən mübahisəli evdə ilk abonent X9 olmuş, xx.xx.2020-ci il tarix də hər iki xidmət üzrə abunə kodları onun adından çıxarılaraq iddiaçının adına dəyişdirilmişdir. Abunə kodlarının iddiaçının adına dəyişdirilməsi həmin evə onun qanuni sahibliyini təsdiq etmir, çünki göründüyü kimi, ilkindən abunə kodu cavabdehin ərinin adında olmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli evin iddiaçıya məxsus olması, cavabdehin 2020-ci ilin əvvəllərində evi tərk edib getməsi və 2021-ci ilin sonunda qayıtmasına dair qonşuların aktını sübut əhəmiyyətli sənəd kimi qiymətləndirməmişdir. Belə ki, əvvəla akt nə lazımi, nə də notarial qaydada təsdiq edilməmiş, həm də həmin qonşuların imzaladıqları aktın həqiqiliyi ilə bağlı şahid qismində dindirilmələrinə dair vəsatət də verilməmişdir. Birinci instansiya məhk əməsinin, əksinə, cavabdehin evə olan hüququnu kifayət qədər əsaslandıra bilməsinə qənaəti işin araşdırılmış hallarına uyğun olmuşdur. Bu, iddiaçının sifarişi əsasında mübahisəli evin layihəsinin hazırlanmasında, ev üzrə əmlak və torpaq vergi ödəyicisi olmasında, cavabdehin və üç uşağının mübahisəli evdə qeydiyyatsız yaşamaları barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 45 №-li məktubu, Kürdəxanı qəsəbəsində yerləşən 113 №-li məktəbin arayışları, Sabunçu rayon prokurorluğunun müstəntiqi tərəfindən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunu ilə təsdiq edilir.

35. Apellyasiya instansiyası məhkəməsi cavabdehin evi 6 ay tərk etməsi və bununla da evə da ir istifadə hüququnu itirməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız sayıb. Əvvəla özbaşına tikili statusuna malik olan mübahisəli evdə 6 ay müddətində yaşamamaqla istifadə hüququnun itirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İkincisi, iddiaçı həmin evin ona məxsus olmasını sübut edə bilmədiyi halda bu xarakterli iddia qaldırmaq hüququ yoxdur. Üçüncü, cavabdehin mübahisəli evdə uzun müddət üzrsüz səbəbdən yaşamamasına dair iş materiallarında sübutlar yoxdur.

36. Cavabdehin nə evin, nə də torpaq sahəsinin mülkiyyətçisi olmamasına dair apellyasiya şikayətinin dəlilləri bağlı apellyasiya instansiyası məhkəməsi göstərib ki, bu hal həqiqət olsa da, eyni hallar iddiaçıya da aiddir. Sadəcə cavabdehin mübahisəli evə hüquqları iddiaçıya nisbətən daha üstün olmuşdur ki, birinci instans iya məhkəməsi də bu xüsusata işin araşdırılmış halları baxımından düzgün hüquqi qiymət vermişdir. Göstərilənlərə əsasən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun mövcud olmamasına dair nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi heç kimin izahatlarını təhrif etməmiş, təqdim edilmiş sübutlar üzrə işin hallarına düzgün hüquqi qiymət vermişdir.

37. Apellyasiya şikayətində iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilməsi, həmin ərizənin qiymətləndirlməməsi barədə dəlili də apellyasiya instansiyası məhkəməsi əsassız sayıb və vurğulayıb ki, iddia tələbi cavabdehlərin mübahisəli evdən çıxarılması, iddiaçının özünün həmin evə köçürülməsi və 2300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə olmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclas protokolundan görünür ki, məhkəmə həmin ərizəni nəzərdən keçirib yerində müşavirə edərək, “ərizədə başqa şəxslər” kimi qeyd olunanların mülki iş üzrə cavabdeh olmadıqlarını əsas gətirib iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməməsini qərara almışdır. Göründüyü kimi, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən qəbul edilmədiyindən qətnamə ilk verilmiş tələb üzrə çıxarılmışdır. 38. “İddia tələbinin dəyişdirilməsi barədə” ərizə məhkəmənin icraatına qəbul edilmiş olsa idi belə, bu iddia əvvəlki iddia tələbindən mahiyyəti o qədər fərqlənməyəcəkdi və onlara da təqdim olunmuş sübutlar üzrə yu xarıda göstərilən əsaslar üzrə qiymət veriləcəkdi. Belə ki, iddiaçı yeni tələbində əvvəlki tələbi olan mənzilə köçürülmə, 2300 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsini göstərmiş, cavabdehlərin çıxarılmasını deyil, onların və başqa şəxslərin qeyri-qanuni sahibliyindən alınmasını əlavə etmişdir.

39. Həmçinin iddiaçının 2300 manatın cavabdehlər tərəfindən mənimsənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin araşdırma aparmamasına dair dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tələbinin bu hissəsini sübut edə bilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi apellyatorun heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin 1-ci hissəsin ə istinad etməklə iddiaçının həmin yaşayış sahəsinə köçürülməli olması dəlili ilə bağlı hesab etmişdir ki, ilk növbədə mübahisəli evin iddiaçının daimi yaşadığı ev olmasına dair heç bir sübut təqdim edilməyib.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətə uyğun olaraq iddiaçının apellyasiya şikayətinin bununla bağlı digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə 180.1. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya ba şqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların ist iqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun y aranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qəra rdadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir

46. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

50. İddia tələbi cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Telman Adıgözəlov küçəsində yerləşən 1 sot həyətin içində 3 otaqlı fərdi yaşayış evindən çıxarılması, iddiaçının özünün həmin evə köçürülməsi və 2300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahsiədə adı keçən evin ona məxsus olmasına, həmin evdə olan 2300 manat pulun cavabdehlər tərəfindən götürülməsinə istinad etmişdir.

51. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə mübahisədə adı keçən ev özbaşına tikili ol maqla, iddiaçı həmin evin ona məxsus olmasını, eləcə də evdə pul olmasını və həmin pulun cavabdehlər tərəfindən götürülməsini sübuta yetirə bilməyib. Əksinə, cavabdeh evin layihəsinin onun adına tərtib edilməsi, evin kommunal xidmətlərlə bağlı abunə kodunun ilkin olaraq onun mərhum ərinin adına olması, ev üzrə əmlak və torpaq vergisi ödəyicisi olması, özü ilə birgə üç uşağının mübahisəli evdə qeydiyyatsız yaşaması, uşaqlarının həmin ərazidə təhsil alması barədə müvafiq arayışlarla, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın məzmunu ilə evin ona məxsus olmasını kifayət qədər əsaslandıra bilib.

52. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələbini sübuta yetirə b ilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

53. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

54. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin dəyərləndirməsini əsaslı hesab edir və kassasiya şikayətinin dəlillərini təkzib etmək üçün hazırki qərarın 29-41-ci bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə lüzum görmür.

55. Apellyasiya məhkəməsi iş materiallarında olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5942/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar