Məhkəmə qərarları › İş №2(102)-778/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-778/2025

05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-778/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi üzrə pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-268/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 454 saylı sərəncamı ilə, Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yaxınlığında cizgidə göstərilən ərazidə yerləşən mövcud 75 kv.m ölçüdə məntəqənin Cavabdeh adına sənədləşdirilməsinə və təqdim etdiyi layihəyə əsasən mövcud ölçüdə sökülüb müasir üslubda yenidən tikilməsinə icazə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 20 avqust 2014-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yaxınlığında qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Azərbaycan Respu blikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyi alınmaqla məktubda göstərilən şərtlərlə razılaşdırılır.

3. Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yanında yerləşən qeyri-yaşayış sahəsinin 75 kvadrat metr qeyri-yaşayış sahəsi (obyekt) tikintisi üçün 2013-cü ildə eskiz layihəsi İddiaçı adına çəkilmişdir.

4. Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yaninda yerləşən qeyri-yaşayış sahəsinin 75 kvadrat metr qeyri-yaşayış sahəsinin 2014-cü ildə eskiz layihəsi Cavabdeh adına çəkilmişdir.

5. Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yanında yerləşən ərazidə ümumi sahəsi 480,8 kv.m. olan qeyri-yasayış sahəsi inşa edilmişdir.

6. Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yanında yerləşən ərazidə ümumi sahəsi 480,8 kv.m. olan qeyri-yasayış sahəsi inşa edilmiş, həmin qeyri-yasayı ş sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 7. 09 sentyabr 2014-cü il tarixli razılaşmada göstərilmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş 09 sentyabr 2014-cü il tarixli 005/2/728-tş nömrəli Texniki Şərtin icrası ilə əlaqədar Xətai rayonu, ünvan 7 binanın yaxınlığında inşa edilmiş Cavabdeh məxsus qeyri-yaşayış obyektinin su təchizatı (d32 mm) və kanalizasiya (d150) şəbəkələrinə qoşulmasının təmin edilməsi məqsədilə “Sifarişçi”nin vəsaiti hesabına nəzərdə tutulan işlər yerinə yetirilməlidir. “Sifarişçi” bu razılaşmanın şərtlərinə əsasən yerinə yetiriləcək işlərin dəyəri olan 303.00 (üç yüz üç) manat (su təchizatı şəbəkəsinə qoşulma işlərinin icrası üçün 105.00 manat, kanalizasiya şəbəkəsinə qoşulma işlərinin icrası üçün 198.00 manat) vəsaitin əvvəlcədən ödənilməsi ni təmin etməlidir. 8. "xxxx" ASC-nin xx.xx.2016-ci il tarixli 07/182-05 saylı “İistilik təchizatı üçün texniki şərt”ində göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istilik təchizatı üçün icazə verilmişdir.

9. Cavabdeh 24 may 2014-cü il tarixdə İddiaçı onu dövlət orqanlarında təmsil etməsinə dair səlahiyyətləri ehtiva edən 50 il müddətli etibarnamə vermiş, 17 avqust 2021ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir.

10. X16 09 dekabr 2015-ci il tarixdə İddiaçı onu dövlət orqanlarında təmsil etməsinə dair səlahiyyətləri ehtiva edən 50 il müddətli etibarnamə vermiş, 23 may 2022-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir.

11. X28 Quliyevanın həyat yoldaşı, İddiaçı uşaqlıq dostudur – onlar hər üçü Xocalı rayon undandırlar.

12. X29 Federasiyasının Həştərxan vilayətində yaşayır, orada biznes fəaliyyəti ilə məşğuldur.

13. X17 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 29,09 kvadratmetr, yaşayış sahəsi 16,79 kvadratmetr olan 1 otaqlı mənzilini 22 iyul 2015-ci il tarixdə X2 30 000 (otuz min) manata satmışdır.

14. X3 Orucovun bacısıdır.

15. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərmiş, məktubda göstərmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kv.m. olan qeyri-yasayış sahəsinin tikintisi üçün tərəfindən 2015-ci ildə 471 500 manat xərclənmişdir, həmin vəsaitin 10 gün müddətində ona qaytarılmasını xahiş edir.

16. Elnarə və Hikmət Quliyev(a)lərin nümayəndələri olan Vəkil Piriyev tərəfindən İddiaçı 01 iyul 2022-ci il tarixdə xəbərdarlıq məkt ubları ünvanlanmış, məktublarda ona verilən etibarnamələrin ləğv etdirildiyi barədə məlumat verilməklə Bakı şəhəri, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sənədlərin qaytarılması tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizə) ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisi üçün xərclədiyi 471 500 manatın və 128 500 manat əlavə xərclərin, yəni cəmi 600 000 (altı yüz min) manatın Cavabdeh (bundan sonra “cavabdeh”) alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1971-ci ildə Xocalı şəhərində anadan olmuş, 1992-ci ildə Xocalı şəhəri işğal edildikdən sonra ailə üzvləriylə birlikdə Bakı şəhərində məskunlaşmışdır. cavabdehi Laçın rayonundan qaçqın dostu Vəliyev Cəlilin bacısı kimi tanıyır, cavabdehin həyat yoldaşı X16 isə uşaqlıq dostu olmuşdur. İddiaçı kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq istəmiş, lakin 2013-cü ildə X15 xidmət etdiyi üçün bu istəyini reallaşdıra bilməmişdir. Bununla bağlı Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan dostu Hikmətlə danışmış, Hikmət bildirmişdir ki, arvadı Elnarənin adına daşınmaz əmlak kimi qeyri-yaşayış sahəsi inşa edib icarəyə verib sahibkarlıq fəaliyyəti ilə məşqul ola bilər. Bu məqsədlə Hikmət iddiaçıya 2013-cü ildə 180000 ABŞ dolları (142 min manat) borc pul göndərmiş və bildirmişdir ki, pulun müqabilində təminat kimi sənədləşdirməni arvadı Cavabdeh adına etsin. İddiaçı da özündə olan 202 min manat pulu və bacısı X7 məxsus mənzilin satışından əldə olunmuş 50500 manatı daşınmaz əmlakın tikintisinə sərf etmişdir.

19. Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 27 dekabr 2013-cü il tarixli 454 saylı sərəncamına və tikintinin eskiz layihəsinə əsasən iddiaçı tikintiyə başlamış, bütün sənədləşdirməni aparmaq üçün Cavabdeh iddiaçıya 24 may 2014-cü il tarixdə 50 il müddətinə etibarnamə vermişdir. Əlində olan pul vəsaiti kifayət etmədiyi üçün iddiaçı 2015-ci ilin aprel ayında tanışı Ələsgərov Rakivdən 75000 ABŞ dolları (59 min manat), həmin ilin sonunda isə digər tanışı Orucov Möhübbətdən 70000 manat və Qarayeva Aygündən 50000 ABŞ dolları (38 min m anat) borc alıb tikintini tikib başa çatdırmışdır. Lakin tikinti zamanı həmin vəsaitdən başqa mal-materiallar və usta üçün əlavə 52 min manat borcu qalmışdır ki, onu da ödəmişdir.

20. Bundan başqa, iddiaçı obyektin 4-cü mərtəbəsində ofis tikib təmir etdirmiş, penoplastla izolyasiya işləri, dam işlərini gördürmüş və istilik sistemi (kombi) çəkdirmiş, ümumilikdə 128 500 manat əlavə xərc çəkmişdir. Ümumilikdə iddiaçı 3 mərtəbəli qeyriyaşayış sahəsinin tikintisi üçün 471500 manat və əlavə işlərə 128500 manat, yəni cəmi 600000 manat pul xərcləyib tikintini tikib qurtarmışdır. Cavabdeh iddiaçıya 50 illik etibarnamə verdiyi üçün bütün sənədləşməni cavabdehin adına etmişdir. İddiaçı tikintini 2015-ci il tarixdə tikib başa çatdırmış, lakin cavabdehin adına xüsusi mülkiyyəti təsdiq edən çıxarış ala bilməmişdir. İddiaçı tikintini müəyyən fasilələrlə ayrı-ayrı sahibkarlara icarəyə vermiş və müəyyən məbləğdə - təxminən 40000 manat icarə haqqı almışdır. 2021ci ildə aralarında müəyyən narazılıqlar yarananda iddiaçı dəfələrlə cavabdehə və Hikmətə telefonla müraciət edərək məsələni danışıq və qarşılıqlı razılaşma yolu ilə həll etməyi təklif etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh və əri Hikmət həmin qeyriyaşayış sahəsini-tikintini iddiaçıdan alacaqlarını bildirmişlər. Sonra isə iddiaçının telefon zənglərinə cavab verməmiş və cavabdeh 17 avqust 2021-ci il tarixli ərizə ilə notariat orqanında iddiaçıya verdiyi etbamaməni də ləğv etmişdir. Bundan sonra iddiaçı həmin tikintini icarəyə verməkdə çətinlik çəkir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının istifadə, sahibl ik və sərəncam hüquqları kobud surətdə pozulmuş, maddi və mənəvi ziyan çəkmişdir.

21. İddiaçı tikintiyə çəkdiyi məsrəfləri və bazar qiymətini müəyyən etmək üçün "xxxx" MMC Qiymətləndirimə Şirkətinə müraciət etmiş, müstəqil qiymətləndiricinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli qiymətləndirmə hesabatına (rəyinə) əsasən məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 m2 olan zirzəmi-ikimərtəbəli həmin tikintiyə çəkilmiş tikinti və təmir xərci 15 mart 2022-ci il tarixinə olan qiymətlərlə 601507 manat təşkil edir.

22. Cavabdeh iddia tələbinə etiraz vermişdir. Etirazlarının dəlilləri belə olub: - X16 (cavabdehin əri) iddiaçıya 2013-cü ildə 180 000 ABŞ dollar pulu borc olaraq deyil, Xətai rayon İcra Hakimiyyətinin 454 nömrəli xx.xx.2 013-cü il tarixli Sərəncamı ilə ünvan 7 binanın yaxınlığında iddiaçıya tikilməsinə icazə verilmiş qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinin görülməsi məqsədilə göndərmişdir; - iddiaçı tərəfindən iddia tələbinin əsası kimi qeyd edilən digər dəlillər yanlış məlumatlardan ibarət olan uydurma dəlillərdir. X16 ilə cavabdeh mübahisə predmetini təşkil edən qeyri-yaşayış obyektlərinin, sahələrinin tikinti-təmir işlərinin aparılmasını iddiaçıya tapşırmış və həmin qeyri-yaşayış sahələrinin tikinti-təmir işləri üçün tələb olunan kifayət qədər pul məbləğini iddiaçıya vermişlər. Belə ki, cavabdeh və əri Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 saylı binanın yaxınlığında, içərisində 75 m2 tikili olan torpaq sahəsini görüb bəyənmiş, orada layihəyə əsasən müasir üslubda obyekt tikməyə qərar vermişlər. Cavabdeh bununla bağlı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, onun müraciətinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 454 nömrəli xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yaxınlığında mövcud m2 ölçüdə məntəqənin (tikilinin) cavabdehin adına sənədləşdirilməsi və təqdim edilmiş layihəyə əsasən sökülüb müasir üslubda yenidən tikilməsinə icazə verilmişdir; - iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayonu ünvan 7 binanın yaxınlığındakı qeyri-yaşayış obyektinə dair “Mühəndis qurğuları, elektrikişıqlandırma, yanğın siqnalizasiyası” işçi layihəsindən də görünür ki, sözügedən obyektin sifarişçisi cavabdehdir. Bu obyektin faktiki ölçüsü 520 m2 təşkil edir; - cavabdeh və əri iddiaçıya etibar edərək 2013-cü ildən başlayaraq 2015-ci ilədək hissə-hissə olmaqla ümumilikdə iddiaçıya obyekt tikintisi üçün 360000 (üç yüz altmış min) ABŞ dolları məbləğində nağd şəkildə pul vermişlər. Quliyev Hikmət ilk olaraq 2013-cü ilin avqust ayında tikinti işləri üçün iddiaçıya 118000 ABŞ dolları vermişdir. Daha sonra cavabdehin adında olan “Land Cruiser” markalı avtomobilin satışından əldə olunan 69500 ABŞ dolları məbləğində pulu və “Nissan Teana” markalı avtomobilin satışından əldə olunan 10000 ABŞ dolları məbləğində pulu da obyektlərin tikintisi üçün iddiaçıya vermişlər. İddiaçı ilə əvvəlcədən öz aralarında razılaşmışlar ki, sözügedən obyektin aylıq icarə pulları ilə iddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında yerləşən, X21 adına Uşaq baxçasının 3-5 metr yax ınlığında olan “Qəbələ Məhəllə” Restoranı inşa etsin, həmin tapşırıqları icra etməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektlərdən və ünvan 6lə Məhəllə” Restoranın aylıq icarə haqqından gələn gəlirin 1/3 hissəsi iddiaçıya, qalan 2/3 hissəsi də cavabdehə aid olsun. Obyektin icarə pulundan 1/3 hissəsini iddiaçıya verməyə həm də ona görə razılaşmışlar ki, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığındakı sahədə cavabdehin adına obyektlər inşa etsin. Obyektlərin aylıq icarə pulundan 1/3 hissəsini iddiaçıya verməyə həm də ona görə razılaşmışlar ki, iddiaçının dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avtoqəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış 100 000 (yüz min) manatdan ç ox borcunu icarə pullarından hissə-hissə bağlaya bilsin, həbs olunmasın, işdən çıxarılmasın. Bu da onun tikinti işləri aparılmasına nəzarət etməsi ilə bağlı əmək haqqının əvəzi olsun. Odur ki, uzun illər ərzində iddiaçıdan mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahələrindən əldə olunan aylıq icarə haqlarını tələb etməmişlər. Qeyri-yaşayış sahələrinin cavabdehin adına sənələşdirilməsi üçün iddiaçıya xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində etibarnamə də vermişlər. Son vaxtlar iddiaçıdan obyektin tikintisi üçün ona verdikləri 360 000 (üç yüz altmış min) ABŞ dolları məbləğindəki nağd pulu, satdığı maşınlarının pulunu, qeyri-yaşayış obyektlərindən hər ay təqribən əldə olunan 5000 manat aylıq icarə pullarını hara, nə qədər sərf elədiyi barədə hesabat verməsini, həmçinin qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilməsini, obyektlərini əri ilə cavabdehə təhvil verilməsini tələb edəndə o, “bu gün, gələn həftə verərəm, edərəm” deməklə, xərclər barədə qeydiyyat apardığı dəftəri guya tapa bilmir, onu tapıb hesabat verəcək, obyektləri mülkiyyətinə keçirmək üçün sənədlər toplamağa başlayır və sair müxtəlif bəhanələr gətirməklə işin əsl mahiyyətindən uzaqlaşır, vaxt uzadır, obyektləri, onlara aid olan sənədləri təhvil verməməkdə obyektlərin aylıq icarə haqlarını mənimsəmişdir. Odur ki, cavabdeh iddiaçıya verdiyi etibarnaməni onu xəbərdar etməklə ləğv etdirmişdir. Obyektlərin boşaldılması, onlara aid olan sənədlərin geri qaytarılması üçün Piriyev Vəkil Bağman oğluna etibarnamə vermiş, obyektləri, onlara aid olan sənədlərin ger i qaytarılması ilə bağlı iddiaçıya şifahi və rəsmi xəbərdarlıqlarlar edib, bildirişlər vermişlər.

23. Birinci instansiya məhkəməsində şahid X18 göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən obyekt ilə qonşu obyektin tikintisini aparmış, iddiaçını oradan, təxminən 2014-cü il tarixdə tanımışdır. Cavabdehi isə tanımır. Qonşu obyektin tikintisindən sonra, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində iddiaçı ona öz obyektinin tikintisini aparmağı təklif etmişdir. Tikinti zamanı tikinti proseslərini iddiaçı ilə birlikdə aparmışlar, o, pul verib mal-material almışdır. Obyekt 480500 m2 sahədən ibarət idi: zirzəmi, bir mərtəbə və mansard. Obyekti bünövrədən tikiblər. O, obyektdə beton, hörgü, suvaq, damın vurulması, yerin metlaxının vurulması, içərinin rəngsaz iş lərini görmüşdür. Obyektin tikintisi üçün pulları iddiaçıdan almışdır. Görülmüş işlərin dəyəri o vaxt üçün 500-600 min manat olardı. İddiaçı ilə müqavilə bağlamayıb. İşlər görüldükcə, görülmüş işlərin dəyəri ödənilib. O, Hikmət Quliyevi iddiaçının dostu olaraq tanımışdır. Hikmət tikinti işlərinə müdaxilə etməmişdir.

24. Birinci instansiya məhkəməsində şahid Qarayeva (Vəliyeva) Aygün Baxşeyiş qızı göstərmişdir ki, iddiaçını 2014-2015-ci illərdən tanıyır və onunla ailəvi dostdurlar. Cavabdehi isə tanımır. İddiaçı mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yaxınlığında tikdirdiyi qeyri-yaşayış sahəsinin-obyektin tikintisi və təmiri üçün 2015-ci ilin sonlarında ondan 50000 ABŞ dollari borc alıb həmin tikintiyə xərcləmişdir.

25. Birinci instansiya məhkəməsində şahid X11 göstərmi şdir ki, iddiaçını 1992-ci ildən bir qonşu kimi tanıyır. Cavabdehi isə tanımır. İddiaçı mübahisəli qeyri yaşayışsahəsinin (obyektin) tikintisi üçün ondan 2015-ci ilin aprel ayında 75000 ABŞ dolları borc almışdır.

26. Birinci instansiya məhkəməsində şahid X8 göstərmişdir ki, iddiaçını 1992-ci ildən, 28 may metrosunun yaxınlığında ticarətlə məşğul olduğu vaxtdan tanıyır. Cavabdehi isə tanımır. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi üçün 2015-ci ilin sonunda ondan 70000 manat borc alıb həmin tikintinin təmir və inşaat işlərinə sərf etmişdir.

27. Birinci instansiya məhkəməsində şahid X20 göstərmişdir ki, həm iddiaçını, həm də cavabdehi bir qohum və Xocalı şəhər sakinləri kimi tanıyır. Mübahisəli obyekt onun yaşadığı binanın yaxınlığında yerləşir və həmin qeyri-yaşayış sahəsinin yanında onun 150 m2 torpaq sahəsi vardır. 2013-cü ildə iddiaçıya həmin yerdə obyekt tikməsini təklif etmişdir. Bu məqsədlə öz torpaq sahəsinin 75 m2-ni iddiaçıya vermişdir. İddiaçı həmin torpaq sahəsinə müvafiq icazə alıb tikinti işlərinə başlamış və 75 m2 sahədə 1-ci mərtəbəni tikib qurtarmışdır. 2014-cü ildə iddiaçı da öz növbəsində dostu Hikmət Quliyevlə şərik olaraq həmin mübahisəli obyektin 2-ci mərtəbəsinin tikintisinə başlamışdır. Bitmə ərəfəsində 75000 ABŞ dolları söhbəti düşmüşdü. 75000 ABŞ dollarını Quliyev Hikmət göndərməli idi ki, şəriklik baş tutsun. O, pulu göndərmədi, şəriklik də alınmadı. Tikintinin, ustaların, fəhlələrin pullarını iddiaçı verirdi.

28. Birinci instansiya məhkəməsində şahid X22 göstərmişdir ki, cavabdeh onun qardaşı X5 arvadıdır. İddiaçını isə qard aşı Hikmətin dostu və Xocalı şəhər sakini kimi uşaqlıqdan tanıyır. Mübahisəli obyekt tikilən vaxtı qardaşı onunla məsləhətləşmişdir ki, iddiaçı ilə iş görmək istəyir. O, da buna müsbət münasibət bildirmişdir. Hikmət Quliyev iddiaçıya tapşırmışdır ki, obyekti tikdirib başa gətirsin. 2014-cü ilin yay aylarında Hikmət Quliyev onun yanında iddiaçıya 118 000 (yüz on səkkiz min) ABŞ dolları pul vermişdir. Eyni zamanda, qardaşı “Land Cruiser” markalı maşınını da 60 500 manata satıb, pulu iddiaçı almışdır. Tikintinin pulunu onun qardaşı verməli idi. Eşitdiyinə görə tikintiyə 500000 manat pul xərclənib. İddiaçının dediyinə görə, obyektin tikintisini başa çatdırmaq üçün o, İlham adlı şəxsən 75 000 manat pul götürmüşdür. İddiaçı deyirdi ki, Hikmət pulu göndərsin, ondan sonra obyekti işlətməyə başla sınlar.

29. Birinci instansiya məhkəməsində şahid X12 göstərmişdir ki, iddiaçı onun bibisi oğlunun qaynıdır. Cavabdeh isə əmisi oğlunun həyat yoldaşıdır. Əmisi oğlu Hikmət Quliyev ilə iddiaçı birlikdə iş görürdülər. Hikmət Quliyev torpaq almışdı, iddiaçı isə torpağın üzərində obyekt tikdirirdi. Hikmət Quliyevə məxsus olan maşın öz adına qeydiyyatda olduğuna görə, o, “Land Cruiser” marklalı maşınının satılması üçün iddiaçıya etibarnamə vermişdir. Maşını obyektin tikintisi üçün pul lazım olduğuna görə satmışdılar. Maşının necəyə satıldığını bilmir.

30. Birinci instansiya məhkəməsində şahid X19 göstərmişdir ki, cavabdeh onun bacısı, iddiaçı isə Xocalı şəhər sakini və yeznəsi Quliyev Hikmətin dostudur. X16 2013-cü ildə ondan soruşmuşdur ki, birlikdə nə iş görə bilərlər? O da bildirmişdir ki, m ənzil alıb, təmir edib sata bilərlər. Bir müddət sonra öyrənmişdir ki, iddiaçı ilə birlikdə obyekt tikirlər. Onların işinə müdaxilə etməmişdir. Obyektdə olduğu zaman iddiaçı ona bildirmişdir ki, obyektin tikintisinə 160000 manat xərclənib. 3-4 il keçəndən sonra yeznəsi ona bildirmişdir ki, obyektin kirayə haqqını götürmür, borcu olduğuna görə kirayə haqqını hələ də iddiaçı götürür. Obyektin tikintisi üçün yeznəsinə məxsus olan bir maşını 10000 manata satmışlar. Həmin il Hikmət Quliyevin dediyinə görə, o, Azərbaycan Respublikasına 800000 manat pul göndərmişdir. Pulları bacısı oğlu çatdırırdı. X26 məxsus olub, pul qoyan o, olub, xərcləyən də o, olub. Bu yay iddiaçı ona zəng etmiş, 75000 dollar borcu olduğunu bildirmişdir. O, demişdir ki, Hikmətlə danışsın, obyekti 5000 manat kirayə versin, y arısını iddiaçı, yarısını isə Abbas alsın. Daha sonra məlum olmuşdur ki, həmin borc yoxdur. Belə ki, iddiaçı Tahirə adlı qadından borc aldığını bildirdiyinə baxmayaraq, sonuncu Hikmət Quliyevə zəng etmiş, iddiaçıya borc vermədiyini bildirmişdir.

31. Birinci instansiya məhkəməsində şahid X23 göstərmişdir ki, cavabdeh onun xalası, X16 xalasının əridir. İddiaçını isə Quliyev Hikmətin vasitəsilə tanımışdır. Eşitdiyinə görə Hikmətlə iddiaçı şərik obyekt tikdirirdilər. Obyektin tikintisi üçün pulu Hikmət göndərirdi, iddiaçı isə tikintiyə rəhbərlik edirdi. Obyektin tikintisinə nə qədər xərcləndiyini bilmir. Lakin Hikmət tərəfindən Rusiyadan gələn pulu o, qəbul etmiş və cavabdehə evdə çatdırmışdır. 6 dəfə bu proses təkrar olub, 1 dəfə 175000 dollar, bir dəfə 75000 ABŞ dolları, üçüncü dəfə 40000 AB Ş dolları, dördüncü dəfə 30000 ABŞ dolları, beşinci dəfə 28000 ABŞ dolları, 6-cı dəfə isə 22000 ABŞ dolları qəbul etmişdir. Deyilən o idi ki, pullar obyektin tikintisinə gedir. İddiaçıya şəxsən pul verməyib.

32. Birinci instansiya məhkəməsində şahid X13 göstərmişdir ki, cavabdeh onun qardaşı Hikmət Quliyevin arvadıdır, iddiaçı isə həm qardaşı Hikmətin dostu, həm də özünün şagirdi olmuşdur. Hikmətlə iddiaçı 2013-cü ildə Rusiya Federasiyasının Həştərxan Vilayətində onun evində obyekt barədə söhbət etmişlər, söhbət obyektin tikintisi, xərclənən pullar ilə bağlı olub. Eşitdiyinə görə, qardaşı Hikmət 150 000 000 (yüz əlli milyon) rus pulu göndərmişdir. Pulu kiçik qardaşı, mərhum əri, digər etibarlı şəxslər vasitəsilə göndərmişdir.

33. Xətai Rayon Məhkəməsinin 2(011)-107/2023 nömrəli, 1 mart 202 3-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 600000 (altı yüz min) manat məbləğində pul vəsaitinin cavabdehədn alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Əminə Abbasova)

34. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin ona verdiyi 50 illik etibarnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə icazə alınması, eskiz layihələrinin tərtib edilməsi, həmin layihələrin razılaşdırılması ilə bağlı sənədləşmə işlərini həyata keçirmişdir. Eyni zamanda tərəflərin izahatları və məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə mübahisəsiz qaydada müəyyən edilən işin hallarına görə həmin qeyri-yaşayış sahəsinin tikintisi, tikintiyə nəzarət, materialların alqı-satqısı və tikintini həyata keçirə n ustaların xidmət haqları iddiaçı tərəfindən həyata keçirmişdir. 35. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin Müstəqil Qiymətləndiricisinin MB15/072 saylı 15 mart 2022-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kvadrat metr olan zirzəmiikimərtəbəli həmin tikintinin, qeyri-yaşayış binasına, tikintiyə çəkilmiş tikinti və təmir xərclərinin 15 mart 2022-ci il tarixə hesablanmış ümumi bazar dəyəri 601 507 (altı yüz bir min beş yüz yeddi) manat təşkil edir.

36. Birinci instansiya məhkəməsinin mövqeyinə görə bir halda ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisi üçün zəruri vəsaitlərin iddiaçı tərəfindən ödənildiyi müəyyən edilmişdir, həmin vəsaitlərin Cavabdeh tərəfind ən iddiaçıya qaytarıldığını sübut etmək yükü cavabdehin üzərindədir. Cavabdeh isə məhkəməyə bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir.

37. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh dəlillərini sübut etmək məqsədi ilə vəsatəti əsasında dindirilmiş şahid ifadələrinə istinad etsə də, həmin şahid ifadələri iddiaçıya göndərilən pul vəsaitinin məbləğini, hansı məqsədlə göndərilməsini müəyyən etmək üçün kifayət deyil. Belə ki, şahidlər mübahisəli obyektin tikintisi uçun ayrıayrı vaxtlarda 175 000 ABŞ dolları, 75 000 ABŞ doları, 40 000 ABŞ dolları, 30 000 ABŞ dolları, 28 000 ABŞ dolları, 22 000 ABŞ dolları məbləğində pul vəsaitin göndərildiyinə dair ifadələr versələr də, həmin pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərilməsini n rəsmiləşdirilməsi ilə əlaqədar məhkəməyə müvafiq sənədlər təqdim edilməmiş, şahidlərin bu ifadələri hər hansı digər sübutlarla da təsdiq edilməmişdir.

38. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn məsələlərə dair maddi hüquq normaları təşkil edir və həmin normalar əsasında iddia tələbi təmin edilməlidir.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 1091.1 və 092.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, işin hallarına uyğun gəlməyən qeyri-obyektiv qərar çıxarmışdır. Həmçinin şikayətdə göstərilmişdir: “Mən ev aldırmaq istəyirdim ki, kirayə verməklə gəlir götürək. Dostu, qardaşı da bilirdi ki, Hikmətin pulu var. Hikmət məsləhət alırdı ki, dolanışıq üçün Azərbaycanda nə etmək lazımdır. Qardaşıma dedi, qardaşım dedi ev tikib sata bilərik, başqası dedi heyvan alıbsataq, Daxili İşlər Nazirliyində Polis əməkdaşı işləyən həmkəndlimiz, həm də qardaşım Cəlilin yaxın dostu olan iddiaçı 2013-cü ildə Hikmətlə birlikdə evimizdə olarkən bizə təklif etdi ki, obyekt tikək. Mən istəmirdim, istəyirdim ki, uşaqlarımın evi olsun. İddiaçı “bacı aglın olsun, obyekt ildə bir evin pulun verəcək sizə, polisdə işləyirəm, Azərbaycanda əlim-qolum olduqca genişdir, pul sizdən, mən də sizə krişalıq edim. Bakıda sizin adınıza obyekt tikilməsinə köməklik edim, nəzarət edim”. Biz də ailəlikcə onun bizimlə həmkəndli olduğuna və polis orqanlarında işləməyinə görə iddiaçıya tam şəkildə inandıq və etibar edərək 2013-cü ildən başlayaraq hissə-hissə xırda məbləğlər də daxil olmaqla ümumilikdə iddiaçıya obyekt tikintisi üçün 360000 (üç yüz altmış min) ABŞ dolları məbləğində pulu təqdim eləmişik. Həyat yoldaşım X16 böyük məbləgdə ilk olaraq 2013-cü ilin avqust ayında iddiaçıya 118000 ABŞ dolları və 180000 ABŞ dolları vermişdir. 939 dövlət nömrə nişanlı “Land Cruzer” markalı avtomobilimin satışından əldə olunan 69500 dollar pul məbləgini və “Nissan Teana” avtom obilinin satışından əldə olunan 10 000 manat pulu da obyektlərin tikintisi üçün iddiaçıya vermişik. Zirzəmi sahəsi ilə 3 mərtəbəli obyekt tikildi və 2014-cü ildə fəaliyyət göstərməyə başladı. Avtomobillərimizin satışından əldə olunan pul vəsaiti nəzərə alınmaqla həyat yoldaşım X27 rayonu, Gəncə prospektində 34 ünvanındakı həmin qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərini aparmaq üçün cəmi 439500 manat pul vəsaitimizi iddiaçıya vermişik və iddiaçı da bizim pul vəsaitimiz hesabına həmin həmin qeyri-yaşayış sahəsinin tikintisini aparmaqla tikintiyə nəzarəti, materialların alqı-satqısını həyata keçirmiş və tikintini həyata keçirən ustaların xidmət haqlarını ödəmişdir. Aramızdakı razılaşma da zatən belə olmuşdur. Yəni, Hikmətlə mənim pul vəsaitimiz hesabına iddiaçı tərəfindən Xətai rayonu, Gəncə prospektində 34 ünvanındakı qeyriyaşayış sahəsinin tikinti-təmir işlərinin aparıldıgı, bizim tapşırıgımız və pul vəsaitimizlə sözü gedən qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərinin aparılmasında iddiaçının sadəcə iş icraçısı olması iddiaya etirazımızın əsas dəlillərindən biri olmuşdur. Hikmət Quliyevin özü də Bakıda oldugu vaxtlarda qeyri-yaşayış sahəsinin tikintisinə nəzarət etmiş, iddiaçıya obyektin tikinti işləri ilə bağlı oz tapşırıqlarını, göstərişlərini vermiş, hətta obyektin dam örtüyü işlərini yenidən öz nəzarəti altında gördürərək ustanın əmək haqqını ödəmişdir. İddiaçı ilə əvvəlcədən öz aramızda razılaşmışdıq ki, Xətai rayonu, ünvan 7 ünvandakı 3 mərtəbəli obyektimin aylıq icarə pulları ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında, mənim adıma “Qəbələ Məhəllə” Restoranını inşa etsin, həmin tapşırıqlarımızı icra etməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektdən və ünvan 6lə Məhəllə” Restoranının aylıq icarə haqlarından gələn gəlirin 1/3 hissəsi iddiaçıya, qalan 2/3 hissəsi də ərimlə mənə aid olsun. Obyektlərin icarə pulundan 1/3 hissəsini iddiaçıya verməyə həm də ona görə razılaşmışdıq ki, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın yaxınlıgındakı sahədə əvvəllər qaraj, sabun sexi və avtoyuma kimi istifadə etdikləri obyektlərin yanında mənim adıma obyekt – “Qəbələ Məhəllə” Restoranını inşa etsin, həm də iddiaçının dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avto-qəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış borcunu bağlaya bilsin, həbs olunmasın, polisdən-işdən çıxarılmas ın. Odur ki, ərim Hikmətlə uzun illər ərzində iddiaçıdan obyektlərdən əldə olunan aylıq icarə haqlarını tələb etmədik. Ailəlikcə hər il yay və payız aylarında Azərbaycana gələndə iddiaçı bizə deyirdi ki, obyektlər tərəfə getməyək, Rusiyada yaşadıgımızı, iş adamı oldugumuzu, bizdə pul oldugunu bilirlər və bilsələr ki, gəlmişik, müxtəlif vasitə ilə həbs edib pullarımızı alacaqlar. Bu minvalla da iddiaçı vaxt uzadırmış. İddiaçı və onun yaxın qohumları təxminən 9 (doqquz) ildir ki, obyektlərimizdən əldə edilən təxminən 5000 manat aylıq icarə pullarını bizə ödəməkdən yayınmışdır. Birinci instnsiya məhkəməsi Mülki Məcəllənin 1091.1 1092.1-ci maddələrini iddianın təmin edilməsi ilə bağlı düzgün tətbiq etməmiş, Mülki Məcəllənin 152.1, 152.2, 157.4, 164.1-164.2, 385.1-ci, 425.1-ci və 443.1-ci maddə ləri isə tətbiq etməli olduğu halda bunu etməmişdir. X27 rayonu, Gəncə prospektində 34 ünvanındakı həmin qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərini aparmaq üçün cəmi 439 500 manat pul vəsaitimizi iddiaçıya vermişik və iddiaçı da bizim pul vəsaitimiz hesabına həmin qeyri-yaşayış sahəsinin tikintisini aparmaqla tikintiyə nəzarəti, materialların alqısatqısını həyata keçirmiş və tikintini həyata keçirən ustaların xidmət haqlarını ödəmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisi, materialları, fəhlə-ustaların əmək haqları üçün zəruri vəsaitlər ərim Hikmətlə mənim pul vəsaitimiz hesabına həqiqətən də iddiaçı tərəfindən ödənilmişdir. Mütəmadi olaraq hər il Azərbaycana gəlib-gedirdik. Rusiya Federasiyasından Azərbaycan Respublikasına müxtəlif vaxtlarda hissə-hissə 800 000 ABŞ dolları gətirmişdik. Belə ki, hər dəfə də Rusiyadan Azərbaycana gələndə hər birimiz üstümüzdə 10 000 manatadək pul gətirirdik və qanunla da 10.000 manatın rəsmiləşdirilməsi tələb olunmurdu. Mən və qızlarım üstümüzdə qadağan edilməyən miqdarda qızıl-zinət əşyaları da gətirmişik. Bu yolla xeyli miqdarda Azərbaycana pul gətirmişdik. Bundan başqa, mübahisəli qeyriyaşayış sahəsinin tikinti-təmir işlərinin görülməsi üçün Hikmət Quliyev Azərbaycandakı tanışlarından müvafiq məbləğlərdə pul götürürdü, götürdüyü məbləğdə pul vəsaitini də həmin pul aldığı şəxslərin Rusiya Federasiyasında olan tanış və qohumlarına qaytarırdı. Hikmət Quliyev özü Azərbaycanda olan vaxtlarda tanışlarından pul vəsaitini özü götürür, Rusiyada olduğu vaxtlarda isə Azərbaycanda h aradan və kimdən, hansı məbləğdə pul vəsati götürülməsinə telefonla əlaqə yaradaraq göstəriş verirdi. Bu işlə əsasən məhkəməyə təqdim etdiyim şahid X23 məşğul olmuşdur. Şahid X39 oglu mübahisəli obyekti tikib başa gətirmək üçün qardaşı Hikmət Quliyevlə birlikdə 2014-cü ildə evdə iddiaçıya 118 000 ABŞ dollar məbləğində pul verdiyi barədə və obyektin tikinti-təmir işlərini görmək üçün Hikmət Quliyevin göstərişi ilə cavabdehin adına olan “Land Cruzer” markalı avtomobilin iddiaçı tərəfindən satılaraq satışdan əldə olunmuş 69500 manat pulun iddiaçı tərəfindən götürülməsi barədə, şahid X31 oglu obyektin tikintisinə pul lazım olduğundan onun adına Hikmət Quliyevin pul vəsaiti ilə alınmış “Nissan” Teana avtomobilinin Hikmət Quliyevin göstərişi ilə iddiaçı tərəfindən satıldıgı barədə, şahid X19 oby ekt tikilib qurtarandan sonra 2013-cü ilin payızında iddiaçının özünün aparıb onu həmin binanı gəzdirib, apardığı tikinti işləri ilə tanış edərkən 160000 dollar xərci çıxdıgını deməsi barədə, şahid X1 vilayətində qardaşı Hikmət Quliyevlə qonşu olduğu, iddiaçının Həştərxanda oldugu vaxt Hikmət Quliyevin pul vəsaiti hesabına Bakı şəhərində obyekt tikdiyi barədə iddiaçının Hikmət Quliyevlə evdə apardıgı söhbətlərdən eşidib bildiyi, obyektin tikintisi üçün pul vəsaitinin bir hissəsinin mərhum əri Şakir, kicik qardaşı vasitəsi ilə Azərbaycana göndərildiyinin şahidi oldugu barədə ifadələr vermiş, lakin məhkəmə bu ifadələrə heç bir qiymət verməmişdir. Məhkəmə iclasında suala cavab olaraq iddiaçı şahid X39 oglunun ifadəsində göstərdiyi faktları etiraf edərək bildirmişdir ki, 120000 ABŞ dollar puld an 2000 dollarını Hikmət Quliyev özünə cib xərcliyi götürmüş, qalan dolları manata cevirəndə 92000-93000 manatı isə obyektin tikintisi üçün ona vermiş, “Land Cruzer” markalı maşını 70000 manata satıb özü götürmüş, 500 manatını maklerə vermişdir. İddiaçı “Nissan Teana” markalı avtomobili də Hikmət Quliyevin göstərişi ilə obyektin tikintisi üçün sataraq satışdan əldə etdiyi 10 000 manat pulu götürdüyünü etiraf etmişdir. Bütün göstərilənlərdən başqa, iddiaçı qeyri-yaşayış sahəsini inşa edib icarəyə vermək məqsədilə Hikmət Quliyevin ona 2013-cü ildə 180 min ABŞ dolları (142 min manat) pul göndərdiyini ilk iddia ərizəsində, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində, o cümlədən də mənim iddia tələbimlə bağlı digər mülki işdə iddiama qarşı 21 fevral 2023-cü il tarixdə verdiyi etirazda etiraf etmişdir. İşin həmin hallarına işə baxan məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı Hikmət Quliyevə guya 50000 və 40000 manat qaytardıgını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X9 “Elnarənin adına çıxarış var idi. Hikmətlə Eldar şərikli idi. Obyektin 2-ci mərtəbəsinin tikintisi başlayanda 2-ci mərtəbədə Hikmətlə tanış olduq. Dam ustası içkili oldugu üçün Hikmət onu qovdu. Usta Qorxmaz gəldi” ifadəsinə də hüquqi qiymət verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlər əvvəlcədən öyrədilmiş şahidlərdir və onların iddiaçıya həqiqətən də küllü miqdarda borc məbləği vermələri inandırıcı deyildir, şübhə doğurur. Digər tərəfdən, iddiaçının vəsatəti əsasında dind irilmiş şahidlər 50000 ABŞ dolları, 75000 ABŞ dolları və 70000 manat pul məbləğinin mənbəyini təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilmədilər. Hakim şahid X4 ifadəsini öz qətnaməsində “İddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 7 binanın yanında olan qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi üçün 2015-ci ilin sonunda ondan 70 000 manat borc alib həmin tikintinin təmir və inşaat işlərinə sərf etmişdir” kimi qeyd etmişdir. Hansı ki, protokoldan da görünür ki, X8 belə ifadə verməmişdir. Hakim qətnamənin məzmununa şahidin adından yanlış məlumatlar daxil etməklə iddianı təmin etmişdir”.

42. Apellyasiya baxışında 7 sentyabr 2023-cü il tarixli qərardadla tikinti-texniki və əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizaları təyin olunmuş, hər bir ekspertizanın qarşısında mü vafiq suallar qoymaqla, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

43. Məhkəmə Ekspertizası Mərkəzinin 1 aprel 2024-cü il tarixli rəyinə əsasən: - Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin (obyektin) yerləşdiyi ərazidə “Google Earth” proqramının ortofoto (aerokosmik çəkilişlər) görüntüləri əsasında 2012- 2013-cü illərdə hər hansı tikinti işlərinin aparılmadığı, 2014-cü ildə yarımçıq tikinti işlərinin olduğu, 2015-2016-cı illərdə isə tikintinin mövcud olduğu müəyyən edilmişdir; - Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) ümumi sahəsinin 395,2 kv.m. təşkil etdiyi müəyyən olunur. Tədqi q olunan ünvanda aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri, eləcə də tikilinin ölçüsü barədə məlumatlar rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir; - Qərardadın üçüncü-beşinci sualları üzrə: Smeta üzrə aparılmış hesablamalara əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş malmaterialın (tikinti materialları və digər aksessuarlar) ümumi dəyəri 2013-2014-cü illərin orta bazar qiymətləri nəzərə alınmaqla 304 042,44 manat müəyyən olunur; - Qərardadın altıncı sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının 2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 4200 manat, 2022-2023-cü il tarixə 4500 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 2015-2020-ci il tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmadı. Həmin dövrdə Mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil; - Qərardadın yeddinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1 024 000 manat məbləğində müəyyən edilir;

17. Ap ellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) 2015-2023-cü illər üzrə (hər il üçün ayrı-ayrılqda göstərilməklə) aylıq icarə haqqı qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis rəyi də almış, MMC-nin əməkdaşı müvafiq rəy vermiş, rəydə əmlakın sahəsi 75 kvadratmetr kimi nəzərə alınmaqla, qeyd edilən illər üzrə icarə haqqının cəmi 83700 manat olması müəyyən edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi 10 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki və təkrar əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizaları təyin edilmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli rəyinə görə: - Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, G əncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) ümumi sahəsi 554,0 kv.m. təşkil edir; - Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessualrlar) ümumi dəyərinin 2013-2015-ci illərin orta bazar qiymətləri nəzərə alınmaqla 582 583,0 manatdır.

44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-268/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 349 094 (üç yüz qırx doqquz min doxsan dörd) manatın alınaraq iddiaçıya veri lməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Məmməd Məmmədov)

45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, sübutlara düzgün qiymət verməyərək nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal (iddia tələbini dəyişdirdikdən sonra) ondan ibarət dir ki, 2013-cü ildə X15 xidmət etdiyi üçün kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini reallaşdıra bilməmiş, bununla bağlı Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan dostu Hikmətlə danışdığı zaman Hikmət, arvadı Elnarənin adına daşınmaz əmlak kimi qeyriyaşayış sahəsi inşa edib sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəyini söyləmiş, bu məqsədlə Hikmət ona 2013-cü ildə 180 000 ABŞ dolları (142 min manat) borc pul göndərmiş və pulun müqabilində təminat kimi sənədləşdirməni arvadı Cavabdeh adına etməsini demiş, iddiaçı özündə olan 202 000 manat pulu və bacısı X7 məxsus mənzilin satışından əldə olunmuş 50 500 manatı daşınmaz əmlakın tikintisinə sərf etmiş, əlində olan pul vəsaiti kifayət etmədiyi üçün 2015-ci ilin aprel ayında tanışı Rakiv Ələsgərovdan 75 000 ABŞ dolları (59 min manat), həmin ilin sonunda isə digər tanışı Möhübbət Orucovdan 70 000 manat və Aygün Qarayevadan 50 000 ABŞ dolları (38 min manat) borc alıb tikintini başa çatdırmış, tikinti zamanı həmin vəsaitdən başqa, mal-materiallar və usta üçün əlavə qalan 52 000 manat borcu da ödəmiş, obyektin 4-cü mərtəbəsində ofis tikib təmir etdirmiş, penoplastla izolyasiya işləri, dam işlərini gördürmüş və istilik sistemi (kombi) çəkdirmiş, ümumilikdə 128 500 manat əlavə xərc çəkmiş, beləliklə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 m2 olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi üçün cəmi 600000 manat xərcləmişdir.

47. Cavabdehin iddiaya etirazında qeyd olunmuşdur ki, X16 iddiaçıya 2013-cü ildə 180 000 ABŞ dollar pulu borc olaraq deyil, Xətai r ayon İcra Hakimiyyətinin 454 nömrəli xx.xx.2013-cü il tarixli Sərəncamı ilə ünvan 7 binanın yaxınlığında Cavabdeh tikilməsinə icazə verilmiş qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinin görülməsi məqsədilə göndərməklə iddiaçı bilavasitə Hikmət Quliyevin tapşırıqlarını icra etmiş, inşaat işlərinin bütün xərcləri Hikmət Quliyev tərəfindən təmin olunmuşdur. Etirazda həmçinin göstərilmişdir ki, X16 ilk olaraq 2013-cü ilin avqust ayında tikinti işləri üçün iddiaçıya 118 000 ABŞ dolları vermiş, daha sonra cavabdehin adında olan “Land Cruiser” markalı avtomobilinin satışından əldə olunan 69 500 ABŞ dolları məbləğindəki pulu və “Nissan Teana” markalı avtomobilin satışından əldə olunan 10 000 manat məbləğindəki pulu da obyektlərin tikintisi üçün iddiaçıya vermişlər, onun tikinti işlərinin aparıl masına nəzarət etməsi ilə bağlı əmək haqqının əvəzi kimi isə iddiaçı uzun illər ərzində qeyri-yaşayış sahələrindən əldə olunan aylıq icarə haqlarını götürmüşdür.

48. Cavabdeh apellyasiya şikayətində də vurğulamışdır ki, avtomobillərin satışından əldə olunan pul vəsaiti nəzərə alınmaqla cəmi 439 500 manat pul vəsaitini iddiaçıya vermişlər və iddiaçı həmin vəsait hesabına qeyri-yaşayış sahəsinin tikintisini aparmaqla tikintiyə nəzarəti, materialların alqı-satqısını həyata keçirmiş, tikintini həyata keçirən ustaların xidmət haqlarını ödəmiş, iddiaçı sadəcə iş icraçısı olmuşdur.

49. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatlardan aydın olur ki, (1ci cild, səh.117 və 206; 2-ci cild, səh. 158) o, cavabdeh tərəfin avtomobillərinin satışından əldə olunmuş pulun da ona verildiyini ( avtomobillərdən birinin bilavasitə özü tərəfindən satıldığını) və həmin pul vəsaitinin inşaat işlərinə xərcləndiyini təsdiq etmiş, bununla yanaşı Hikmətə ümumilikdə 90 000 manat qaytardığını irəli sürmüşdür.

50. Beləliklə, tərəflərin bildirdikləri əsasında müəyyən olunur ki, onların arasında borc münasibəti deyil, tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, iddiaçı cavabdehin (onun həyat yoldaşının) tapşırığı əsasında və cavabdehin (onun həyat yoldaşının) verdiyi pul hesabına cavabdeh üçün qeyri-yaşayış sahəsi tikməyi öhdəsinə götürmüşdür.

51. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, tapşırığın yerinə yetirilməsi üçün iddiaçıya cəmi 439 500 manat verildiyini sübutetmə yükü cavabdehin, tapşırığın icrası zamanı özünün də vəsait xərclədiyini sübutetmə yükü isə iddiaçının üzərinə düşür.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd emişdir ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkalət alan olaraq iddiaçı vəkalət verən cavabdehin tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq cavabdeh isə həmin xərcləri ödəmiş olduğunu sübutetmə yükü daşıyır.

53. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına istinadən vurğulamışdır ki, iddiaçının ona tapşırılan işi icra etdiyi işin mübahisəsiz halını təşkil edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı, cavabdehin müvafiq tapşırığını yerinə yetirmək üçün ondan (onun həyat yoldaşından) 180 000 ABŞ dolları (142 000 manat), avtomobillərin satışı nəticəsində 69 500 ABŞ dolları (həmin dövrdə dolların manat məzənnəsi nəzərə alınmaqla 54 822 manat (69 500 x 0,7888) və 10 000 manat aldığını (cəmi 206 822 manat) etiraf etdiyindən, cavabdeh həmin hissədə sübutetmə yükündən azad olunmuş sayılır.

55. Həmçinin diqqətə çatdırılmışdır ki, iddiaçı iddia ərizəsində, tikintini müəyyən fasilələrlə ayrı-ayrı sahibkarlara icarəyə verdiyini və təxminən 40000 manat icarə haqqı aldığını bildirmişdir.

56. İddiaçı, Hikmət Quliyevə 90000 manat qaytardığını iddia etsə də, bunu biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilməmişdir, hansı ki, hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hallardan biri məhz həmin haldır. İddiaçının həmin halı sübuta yetirmək üçün təqdim etdiyi şahid ifadələri əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz – xüsusilə nəzərə alınmalıdır ki, həmin ifadələr ziddiyyətli və bir-birini tamamlamamaqla, müvafiq nəticəyə gəlmək üçün yetərli deyildir, həmçinin həmin şahidlərin bildirdikləri cavabdehin şahidlərinin bildirdikləri ilə təkzib olunmaqdadır.

57. Beləliklə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tikintisinə və təmirinə 2013-2015-ci illərin orta bazar qiymətləri nəzərə alınmaqla 582 583 manat sərf edildiyi ekspert rəyi ilə müəyyən olunan obyektin inşa edilməsini iddi açıya tapşıran cavabdeh (onun həyat yoldaşı) tərəfindən iddiaçıya ümumilikdə 206 822 manat verilmiş, sonradan iddiaçı obyektin icarəyə verilməsindən özünün bildirməsinə görə 40 000 manat gəlir əldə etmişdir.

58. İddiaçıya daha artıq məbləğdə pul verildiyi, həmçinin onun, obyekti icarəyə verərək daha artıq gəlir əldə etdiyi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

59. Belə olan halda apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tikintisinə və təmirinə 582 583 manat sərf edilmiş obyektin inşası üçün iddiaçının xərclədiyi məbləğin 375761 manat (582 583 – 206 822) olduğu qəbul edilməli, obyekti icarəyə verməsindən əldə etdiyini bildirdiyi 40000 manatın 1/3 hissəsinin (13 333 manat) ona zəhmət haqqı kimi ödəniləcəyinin razılaşdırıldığı (cavabdehin bildirməsinə görə) nəzə rə alınaraq, 349094 manat (375 761 – 26 667) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

60. Hazırkı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza rəyini ona görə əsas götürmüşdür ki, ilkin ekspertiza tədqiqatını həyata keçirən ekspertlər əmlakın ümumi sahəsini 395,2 m2 kimi nəzərə almış, müvafiq hesablamaları da həmin rəqəmi əsas götürərək həyata keçirmişlər, halbuki, həmin rəy verildikdən sonra müəyyən edilmişdir ki, əmlakın sahəsi 550 m2-dən çoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, ilkin tədqiqat aparan ekspertlər qarşılarında qoyulan suallara uyğun olaraq (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessuarlar) ümumi dəyərini 2013-2014-cü illərin orta bazar qiymətlərini nəzərə almaqla hesablamışlar, bunu nla belə müəyyən olunmuşdur ki, obyektin tikintisi 2015-ci ildə yekunlaşmışdır.Təkrar tədqiqat aparan ekspert göstərilən çatışmazlıqları nəzərə almış, rəyini müvafiq xüsusatları əsas götürməklə hazırlamışdır.

61. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2.1, 385.1, 385.2, 386.1, 425.1, 739.1, 739.2, 740.1, 752.1, 753.1, 777.1, 777.2, 779.1, 782.1, 783.1, 783.2, 783.3, 786.5, 786.6, 783.1, 783.2, 783.3, 786.5, 786.6, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.1, 101.7, 103 və 106.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

62. Cavabdeh (vəkil X14) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

63. Şi kayət onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən obyekti cavabdehin tapşırığı və vəsaiti ilə 2013-2014-cü illərdə inşa etmiş, sonradan həmin obyekti icarəyə verərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və təxminən aylıq 5000 manat həcmində gəlir əldə etmişdir. Hazırda da həmin obyekt iddiaçının sərəncamındadır və aylıq icarə haqlarını almaqda davam edir. Göründüyü kimi iddiaçı təxminən 9 il ərzində aylıq icarə haqqına görə 540000 manat gəlir əldə etmiş və həmin gəlirdən cavabdehə heç bir vəsait verməmişdir. Bu halı birinci instansiya məhkəməsi nəzərə almayaraq iddianı tam etmiş, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qisməəın təmi etsə də, iddiaçının aylıq icarə haqqı ilə bağlı əldə etdiyi gəlir məbləğinə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iki dəfə ek spertiza təyin etmiş və müvafiq rəylər almışdır. Həmin rəylərdə aylıq icarə haqqı ilə bağlı fərqlər olsa da, apelyasiya instansiyası məhkəməsi bu xüsusata diqqət yetirməmişdir. xx.xx.2024-cü il tarixli rəydə sözügedən qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı məbləği 2021-ci il üzrə 4200,0 manat, 2022-2023-cü il üzrə isə 4500,0 manat olduğu təqdirdə, xx.xx.2024-cü il tarixdə sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 554,0 m2 qeyd olunduğu üçün, bu halda aylıq icarə haqqı məbləği də yeni müəyyən olunmuş sahəyə uyğun hesablanmalıdır. Sonuncu rəy ilk rəydən 158,8 m2 metr ümumi sahə üzrə və 278540,56 manat isə tikintiyə sərf olunan xərc üzrə fərqlənir. Bundan başqa, iddia tələbi tam əsassız olmuş, iddiaçı tələbini heç bir halda sübuta yetirə bilmədiyi üçün formal vasitələrə əl atmaqla müə yyən vəsait və ya daşınmaz əmlak əldə etməklə əsassız varlanmağa cəhd etmiş, nəticə etibarı ilə isə qismən də olsa bu istəyinə nail ola bilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunan xərc məbləği ekspert rəyi əsasında müəyyən olunan sonuncu məbləğ götürülsə də, iddiaçı tərəfindən əldə olunmuş qeyri-yaşayış sahəsinin icarəsindən əldə olunan gəlir məbləği isə ekspert rəyində nəzərdə tutulan yox, iddiaçının özünün etiraf edərək qəbul etdiyi məbləğ əsas götürülmüşdür. Bir sözlə apellyasiya məhkəməsi istinad etdiyi ekspert rəyini hissəvi qəbul etmiş, öz mülahizəsi əsasında sübutları qiymətləndirmiş və iddiaçının xeyrinə yekun qərar qəbul etmişdir. Həmçinin iddiaçı tərəfindən verilmiş iddia üzrə iddia müddəti də keçmişdir. Lakin istər bir inci, istərsə də apellyasiya instansiya məhkəməsi zamanı bu xüsusat nəzərə alınmamış və məhkəmə prosesləri məqsədli şəkildə uzadılmışdır. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsi və iddia ərizəsinin qəbul edilməsində də kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olaraq verilsə də, məhkəmə tərəfindən qeydiyyata alınmaqla icraata qəbul edilmiş, daha sonra isə icraat davam etdirilməklə iddiaçının iddia ərizəsini dəqiqləşdirməsi qəbul olunmuş, bir daha iddiaçının xeyrinə addım atılmağa meyilli olduğu göstərilmişdir. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəməsindəki proses zamanı iş üzrə maddi və prosessual normaların kobud şəkildə pozulduğu, tətbiq edilməli olmayan normal arın tətbiq olunduğu, tətbiq edilməli olan normaların tətbiq edilmədiyi, cavabdeh tərəfin hüquqlarının kobud şəkildə pozulduğu, cavabdeh tərəfindən təqdim olunan vəsatətlərə və ərizələrə obyektiv baxılmadığı, nəticə etibarı ilə cavabdehə qarşı qərəzli mövqe əks etdirən yekun qərarın qəbul olunduğu müəyyən olunur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərin ə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmə lə gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. M üqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikl əri icra etməsindən sonra keçir. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

66. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

67. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehin təqdim e tdiyi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

71. İddiaçı cavabdehdən tapşırıq müqaviləsi üzrə çəkdiyi xərclərin əvəzini tələb edir. İşin müəyyən edilmiş hallarına görə də iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar tərəflərin izahatı, işdəki sübutlar, o cümlədən ekspert rəyləri ilə qismən təsdiq edilmiş və iddia tələbi də təsdiq olunmuş həcmdə təmin edilmişdir.

72. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apell yasiya instansiyası məhkəməsini hazırki qərarın 45-61-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və buna görə də əlavə şərhə zərurət görmür.

73. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

74. Ekspert rəylərinin ziddiyyətli olmasına əhəmiyyət verilməməsi, təkrar ekspertiza təyin edilməli olduğu halda, təyin edilməməsi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır.

75. Əvvəla qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi ekspertin rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

76. Bundan əlavə, məhkəmə kollegiyası iş üzrə təkrar ekspertiza keçirməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

77. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

78. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

79. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi və istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsinin bu xüsusatı nəzərə almaması barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, bu dəlil, yeni olmaqla, işin faktiki halları ilə əlaqəlidir.

80. Məhkəmə kollegiyası izah edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan, üstəlik, işin faktiki hallarının müəyyənləşməsinə yönələn yeni dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Məhkəmə kollegiyası onu da izah edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə bir ərizənin verilməsi isə müəyyən edilməyib. Belə olan halda, iddia müddətinin keçməsi ilə bağlı xüsusatın məhkəmələr tərəfindən nəzərə alınmaması barədə dəlil özü-özlüyündə əsassızdır.

82. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-268/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar