Məhkəmə qərarları › İş №2(102)-7796/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7796/2019

13.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7796/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı və onun vəkili Abbasov Elxan Lətif oğlunun, cavabdeh “xxxxx” Topdansatış Ticarət Birliyinin vəkili Kərimov Fərhad Azad oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxxx” Topdan Satış Ticarət Birliyinə qarşı “işə bərpa və özəlləşdirilmə mərhələsində olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin payçıları siyahısına adının qeyd olunması” tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Əhmədova, iş 2(007)-295/2019) İddiaçı cavabdeh “xxxxx” Topdan Satış Ticarət Birliyinə qarşı “işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov, iş № 2(103)-7656/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iş tirak edənlərin izahatları: İddiaçı və onun vəkili Abbasov Elxan Lətif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. “xxxxx” Topdansatış Ticarət Birliyinin vəkili Kərimov Fərhad Azad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməs inin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 21.01.1992-ci ildə “xxx” adlanan kommersiya şirkətinin qaynaqlı və soyuq emallı boruların topdansatış və balans şöbəsinə mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 27.08.1992-ci ildə Emallı borularının balansı və topdan satışı şöbəsinə mühəndis keçirilmişdir. 01.09.1992-ci ildə həmin şöbədə 2-ci kateqoriyalı mühəndis vəzifəsinə keçirilmişdir. 20.10.1996-cı ildə şta tların ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. 06.01.1997-ci ildə “xxxxx” birliyinə arxivarius vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 131 saylı 05.07.1997-ci il tarixli sərəncamı ilə Material Ehtiyyatları Nazirliyi ləğv edilmiş və onun bazasında yaradılmış Azərbaycan Respublikası Dövlət X2 Cəmiyyətinin “xxxxx” Birliyi “xxxxx Tordansatış Ticarəti Birliyi adı daxil edilmişdir. 15.10.1997-ci ildə Birliyin Təsərrüfat şöbəsinə arxivarius vəzifəsinə işə qəbul olunmuş, 03.01.2005-ci il tarixdə Təsərrüfat şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Birliyin bir qrup işçisi, eyni zamanda İddiaçı 01.01.2004-01.07.2004-cü il tarixədək olan dövr ərzində, 29.01.2007-ci il tarixli əmrə əsasən, 01.02.2007-ci ildən 01.05.2007-ci ilə kimi, 27.04.2007-ci il tarixli əmrə əsasən, 01.05.2007-ci ildən 30.09.2007-ci ilə kimi, 28.09.2007-ci il tarixli əmrə əsasən, 01.10.2007-ci ildən 31.12.2007-ci ilə kimi, 02.07.2012- ci il tarixli əmrə əsasən, 01.07.2012-ci ildən 30.12.2012-ci ilə kimi və 05.01.2013-cü il tarixli əmrə əsasən 01.01.2013-cü ildən 01.07.2013-cü ilə kimi ödənişsiz məzuniyyətə göndərilmişdir. X3 “xxxx” Səhmdar Cəmiyyətinin “xxxxx” Topdansatış Ticarət Birliyinin ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq işçilərin sərbəstləşməsi haqqında Bildiriş” verilmişdir. X1 “xxxx” Səhmdar Cəmiyyətinin “xxxxx” Topdansatış Ticarət Birliyinin 23.09.2013-cü il tarixli 5/k əmri 01.10.2013-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. “xxxx” MMC-nin 09.10.2013-cü il tarixli 74550496 s aylı qəbzindən görünür ki, Birlik tərəfindən İddiaçı məktub göndərilmiş və həmin göndəriş 09.10.2013-cü il tarixdə onun tərəfindən alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xi tam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “b” maddəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinin (b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmək müqaviləsinin işəgötrən tərəfindən ləğv edilməsi əsasl arından biridir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin mübahisəli hüquq münasibəti qüvvədəolan redaksiyasına əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin maddənin 2-ci bəndinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arv adına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128, 77.1, 77.2-ci maddəsinin tələblərinə əməl edilməməsinə qiymət verməmişdir. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, şikayət olunan qətnamənin digər qanunsuzluğu m übahisəli münasibətə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci maddəsinin tətbiq edilməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...hazırki halda iddiaçı tərəfindən ona işdən çıxmasının 2018-ci ildə məlum olması bildirilsədə qanunla müəyyən edilmiş müddət ərzində əmək mübahisəsinə baxılması üçün ötürülmüş müddətin bərpasına imkan verən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında da müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur”. Məhkəmə kollegiyası iddiaçının 01.03.2013-cü il tarixdə n işdən azad olunmasını 2018-ci ildə bilməsi barədə dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar