Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-781/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 21.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-4849/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası A li Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2008-ci il tarixli 229 saylı müqaviləyə əsasən, MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 42 saylı mənzili Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür.
2. Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli İlkin müqaviləyə əsasən, tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 olan 1 otaqlı 42 saylı mənzilin gələcəkdə alqı-satqı müqaviləs inin rəsmiləşdirilməsi tərəflərin öhdəliyidir; - Göstərilən istifadədə olan mənzilin satış qiyməti 34000 manat məbləğində müəyyən edilir; - Alıcı tərəfindən 34000 manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilir; - Tərəflər bir il müddətində əsas müqavilənin bağlanması barədə razılığa gəlirlər; - Birinci tərəf Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, mənzilin ikinci tərəfə satılmasını, alqı-satqı müqaviləsinin bağlanılmasını, mənzilin ikinci tərə fin mülkiyyətinə verilməsini öhdəsinə götürür; - İkinci tərəf Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür;
3. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli A005/2019 müqaviləsinin surətinə əsasən, tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Alıcı "xxxx" MMC-nin Gəncə prospekti 2935A ünvanda inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasının 0,000 səviyyəsində başlayan 1-ci blok 7-ci mərtəbəsindən 1 otaqlı 42 nömrəli mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər bu müqavilə bağlanılır; - Cavabdeh2 MMC-nin Gəncə proskepkti, 2935A ünvanda inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasında 1 otaqlı mənzil 59,47 kv.m. təşkil edir; - Bu müqavilənin ümumi məbləği 33999,59 manat təşkil edir. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A-005/2019 nömrəli maliyyə arayışının surətinə əsasən, İddiaçı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa edilmiş binanın 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı 42 nömrəli mənzilin müqavilə dəyərini tam ödəmişdir. 5. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə Bakı şəhəri, Gəncə prospekti, ev 2935A məhəllədə yerləşən ümumi sahəsi 59.47 kv.m olan 42 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə ə sasən idarəedici təşkilat çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmir üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti keçirməyi, mülkiyyətçi isə bunun müqabilində 20 manat məbləğində aylıq ödənişi aparmağa öhdəsinə götürmüşdürlər. 6. "xxxx" MMC tərəfindən tərtib edilmiş smetaya əsasən, mənzilin təmiri 25257 manat məbləğində dəyərləndirilmişdir.
7. X3 tərəfindən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, iddiaçı cavabdehlərə pulların ödənilməsi ilə bağlı müraciət etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-6346/2019 nömrəli Qətnaməsinin surətinə əsasən, iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh1 və İddiaçı Ədil oğluna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1081/2020 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6349/2019 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Gəncə prospekti. 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində, sahəsi 59,47 kv.m. olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanıl mış xx.xx.2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İddiaçı Ədil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq Könül Budaqovaya təhvil verilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)1327/2021 nömrəli Qərarının surətinə əsasən, cavabdeh "xxxx" MMC və cavabdeh İddiaçı Ədil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə (bundan sonra-cavabdehlər) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 38000 manat, t əmirə çəkilmiş 25257 manat xərcin, 11894 manat dəymiş ziyanın və 3800 manat əldən çıxmış faydanın, ödənilməmiş 30 manat dövlət rüsumunun, həmçinin cavabdeh "xxxx" MMC-dən 220 manat vəsaitin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixli A-005/2019 nömrəli müqaviləyə əsasən, Cavabdeh2 MMC tərəfindən tikilmiş Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili 38000 manata alıb. Mənzili iddiaçı Cavabdeh1 notarial qaydada imzalanmış xx.xx.2019-cu il tarixli ilkin müqavilə ilə alınmışdır. Qeyd edilən məbləğin 34000 manatını notarial qaydada şəxsən Cavabdeh1 özünə ödəmişdir. Qala n məbləğ isə MMC-də mənzilin alınmasına görə çəkilən xərclərdir. Ümumilikdə, həmin mənzilin təkcə alınmasına 38000 manat pul vəsaiti ödəmişdir. Belə ki, mənzilin 38000 manat almaqla bağlı ilkin razılıq əldə edilmiş və Cavabdeh1 bildirmişdir ki, notariat kontorunda iddiaçıya 34000 manatı versə də qalan pul vəsaitini "xxxx" MMC-yə rəsmiləşdirilmə zamanı elə iddiaçı özü verər. İddiaçı da qalan vəsaiti Ayxan Qocayeva təqdim edərək evə dair maliyyə arayışını almış və müqaviləni təsdiq etdirmişdir. Beləliklə, ümumilikdə təmirsiz mənzilə iddiaçı razılaşdırılmış 38000 manatı tam ödəmişdir. Həmçinin, daha sonra 220 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməklə su sayğacının qoyulmasını da təmin etmişdir. Mənzili aldıqdan sonra o, mənzili təmir edərək ailəsi ilə birlikdə evə köçmüşdür. Lak in, mənzili alandan sonra bir-iki ay sonra iddiaçını məhkəməyə dəvət etmişlər. Daha sonra ona məlum olmuşdur ki, Budaqova Könül adlı şəxs iddiaçı və Cavabdeh1 məhkəməyə verib ki, guya ev ona məxsusdur. İddiaçıya məhkəmədə məlum olmuşdur ki, ona satılan ev iddiaçıya satılanda problemli olub və Cavabdeh1 ev əldən çıxmasın deyə evi iddiaçıya satmış və beləliklə də özünü qurtarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsində Budaqova Könülün iddiası rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsində iddiası təmin edilmiş və iddiaçıya satılmış evin müqaviləsi etibarsız hesab edilməklə evin Budaqova Könülə verilməsi qət edilmişdir. Məhkəmə prosesi zamanı iddiaçıya məlum olmuşdur ki, ev iddiaçıya satılan gün Budaqova Könül MMC-yə mənzilin ona məxsus olduğuna dair məktub göndərmiş, hətta Budaqova Könül bir neçə dəfə MMC-nin nümayəndələri və Cavabdeh1 ilə görüşmüşdür. Lakin bunlar barədə Cavabdeh1 iddiaçıya məlumat verməmişdir. İddiaçı bütün pul vəsaitini Cavabdeh1 ödəmişdir və həmin vəsaitdən əlavə evin təmirinə çəkilmiş xərcləri də məhz Cavabdeh1 tələb edir. Belə ki, həmin şəxsin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin, bu illər ərzində həmin məbləğə hesablanmış cərimə və əldən çıxmış fayda da hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki həmin vaxt evlərin qiyməti aşağı olmuş, indi isə mənzillərin hər kvadrat metrinə görə qiymətlər 200 manat artmışdır. Belə olan halda, cavabdehdən 11894 manat dəymiş ziyan, illik 5 faiz olmaqla 3800 manat əldən çıxmış fayda alınaraq iddiaçıya ödənilməlidir.
13. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X11 2 0 oktyabr 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı tərəfindən su sayğacının quraşdırılması məqsədi ilə cəmiyyətə 200 manat məbləğində pul ödənilmişdir. O, iddianı qəbul etdiyini bildirmişdir.
14. İddianın cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən etirafı, həmin etiraf qanuna zidd olduğuna görə məhkəmə tərəfindən təsdiq edilməmişdir.
15. Cavabdeh1 20 oktyabr 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili İddiaçı satmışdır. Mənzilin dəyərinə görə İddiaçı ona 34000 manat məbləğində pulu ilkin müqavilənin ödənildiyi zaman vermişdir. Qalan 4000 manat məbləğində puldan onun məlumatı yoxdur. Mənzili satdığı zaman həmin mənzilə dair Budaqova Könül adlı şəxsin iddiaların olduğunu bilmirdi.
16. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işdə olan sübutlar əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ilkin müqavilədə nəzərdə tutulmuş öhdəlik, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinin alqı-satqısına dair əsas müqaviləni bağlamaq öhdəliyi müəyyən edilmiş bir il müddətində yerinə yetirilməmişdir. Belə olan halda, ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1lə İddia çı arasında mənzilin alqısatqısına dair ilkin müqavilə bağlansa da, müqavilədə nəzərdə tutulduğu kimi 1 il ərzində əsas müqavilə bağlanmamışdır. İddiaçı Cavabdeh1 mənzilə görə 34000 manat pul alsa da, mənzilin alqı-satqısı baş tutmadığına görə ödənilmiş 34000 manat pul həyata keçirilməmiş əsasa söykənən əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, mənzilin rəsmiləşdirilməsi üçün 4000 manat pulun Cavabdeh1 verilməsi, habelə 11894 manat məbləğində maddi zərərə məruz qalması və 3800 manat məbləğində faydadan məhrum olması sübuta yetirilmədiyinə görə həmin hissələrdə iddia tələbi təmin olunmamalıdır. Mənzilin təmirinə çəkilmiş 25257 manat pulun Cavabdeh1, su sayğacının quraşdırılmasına görə ödənilmiş 220 manat pulun "xxxx" MMC-dən tutulması hissələri ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehlər həmin tələblərə cavab verməli olan şəxs olmadıqlarına görə həmin hissələrdə də iddia təmin edilməməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıdan geri alınan mənzilin mülkiyyətçisi deyil, və o, həmin mənzilin təmirindən də faydalanan şəxs deyildir. Odur ki, Cavabdeh1 Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzilin təmirinə çəkdiyi məsrəfləri geri ödəmək öhdəliyinin daşıyıcısı deyil. Belə olan halda, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmirə çəkilmiş 25257 manat xərcin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir.
19. Bakı şə həri Xətai Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 05 mart 2022-ci il tarixli 2(011)-171/2022 saylı qətnaməsi (hakim Ə.Abbasova) ilə iddia qismən təmin edilmiş, 34000 məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış ilkin müqavilə üzrə öhdəliklər icra edilməsə də, və həmin müqavilə üzrə öhdəliklərə xitam verilsə də, Cavabdeh1 mənzilin ilkin müqavilədə nəzərdə tutulmuş dəyərini, yəni 34000 manatı iddiaçıdan əvvəlcədən alaraq həyata keçirilməmiş əsasla iddiaçının hesabına varlanmışdır. Belə olan halda, iddiaçı 34000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia mənzilin dəyərinə görə ödənilmiş 34000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilin dəyərinə görə 38000 manat məbləğində pul vəsaitinin ödənildiyini iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia mənzilin dəyərinə görə 38000 manatdan qalan 4000 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Cavabdeh1 iddiaçıdan geri alınan mənzilin mülkiyyətçisi deyil, və o, həmin mənzilin təmirindən də faydalanan şəxs deyildir. Odur ki, Cavabdeh1 Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6-cı mərtəbəsində ümumi sah əsi 59,47 kv.metr olan 42 saylı mənzilin təmirinə çəkdiyi məsrəfləri geri ödəmək öhdəliyinin daşıyıcısı deyil. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddia təmirə çəkilmiş 25257 manat xərcin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanın dəydiyini, həmin məbləğə hesablanmış cərimə və əldən çıxmış faydanı hesablandığını iddia etsə də, onun tərəfindən dəymiş ziyanın əsaslandırılması üçün ziyanın aradan qaldırılması məqsədi ilə çəkdiyi və ya çəkməli olduğu xərclər, əldə edəcəyi gəlirlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Odur ki, iddia 1 1894 manat dəymiş ziyanın və 3800 manat əldən çıxmış faydanın Cavabdeh1 iddiaçı X2 ödənilməsi hissəsində sübuta yetirilmədiyindən təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 157.7, 157.7, 402.1, 402.4, 402.5, 1096, 1097.1-ci maddələrinə, Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissələrin in təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mənzilə görə 38000 manat pul ödəməsi, təmirə 25257 manat, su sayğacının quraşdırılmasına 220 manat pul sərf etməsi, 11894 manat məbləğində maddi zərərə uğraması və 3800 manat məbləğində faydadan məhrum olması kifayət qədər sübut olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq həmin hissələrdə iddianı təmin etməmiş, işin faktiki halları tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur.
25. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, satılan mənzil onun tərəfindən hər hansı bir hüquqi maneə olmadan 2013-cü ildə alınmış, 2013-2019-cu illərdə həmin mənzilə dair ü çüncü şəxslərin tələbi olmamış, mənzil yüklü olmamışdır. Mənzil satılarkən də bu xüsusatların heç biri mövcud olmamışdır. İddiaçı isə həmin mənzili hər hansı bir maneə olmadan əldə edərək təmir etdirməklə orada yaşamışdır. Cavabdeh1 mənzilin həm vicdanlı alıcısı, həm də vicdanlı satıcısı olmuşdur. Məhkəmə satıcı qismində onu deyil, həmin əmlakı idarə edən "xxxx" MMC-ni müəyyən etməli idi. Belə ki, mənzilin satılması ilə bağlı əsas müqavilə məhz "xxxx" MMC ilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışının özü də sübut edir ki, iddiaçı ilə digər cavabdeh olan "xxxx" MMC arasında mülki hüquq münasibətləri mövcud olmuşdur. Lakin məhkəmə bu münasibətlərə düzgün hüquqi qiymət verməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instan siya məhkəməsi) 31 avqust 2022-ci il tarixli, 2(103)-4849/2022 nömrəli qətnaməsi ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-171/2022 nömrəli mülki iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 34000 manat pul mənzilin alınmasına görə verilmişdir. Tərəflər arasında isə mənzilin alqı-satqı müqaviləsi yox, ilkin müqavilə imzalanmış, alqı-satqı müqaviləsinin bağlanması baş tutmamışdır. Buna görə də Cavabdeh1 baş tutmamış alqı-satqıya münasibətdə vicdanlılıq məsələsi müzakirə oluna bilməz.
29. İddiaçı apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 4000 manat pulu mənzilin rəsmiləşdirilməsi üçün MMC-nin nümayəndəsi X11 adlı şəxsə verərək maliyyə arayışı almış və müqaviləni təsdiq etdirmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, i ş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
31. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir.
32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 402.1, 402.4, 402.5, 1091, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3
4. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş öhdəliyini icra etmiş, mənzili alıcıya təhvil vermişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini mübahisəsiz sübut kimi qəbul etmiş, real fakt və xüsusatları araşdırmamışdır. Eyni zamanda, məhkəməyə iddiaçı və Cavabdeh1 tərəfindən təqdim olunmuş ziyanın məbləğinə dair sənədlərdə göstərilən qiymətlər arasında olan böyük fərqi araşdırmamışdır. Bundan başqa Cavabdeh1 qeyd etmişdir ki, məhkəmə satıcı qismində onu deyil, həmin əmlakı idarə edən "xxxx" MMC-ni müəyyən etməli idi. Belə ki, analoji və əsas müqavilə məhz "xxxx" MMc ilə bağlanmışdır. Mülki iş materiallarında olan “Texniki-Proqress" MMC tərəfindən verilmiş 22 aprel 2019-cu il tarixli A-005/2019 nömrəli maliyyə arayışının surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa edilmiş binanın 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı 42 nömrəli mənzilin müqavilə dəyərini tam ödəmişdir. Bu arayışın özü də bir daha göstərir ki, iddiaçı və digər cavabdeh olan "xxxx" MMC arasında mülki hüquq münasibətləri mövcud olmuşdur. Lakin məhkəmə bu münasibətlərə hüquqi qiymət verməmişdir.
35. Həmçinin, Cavabdeh1 bildirmişdir ki, "xxxx" şirkəti tərəfindən ona Gəncə prospekti 29/35A ünvanında yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində yerləşən mənzil ilkin olaraq ona verilmiş, lakin sonralar məhz MTK-nın səlahiyyətli şəxslərinin təkidi ilə hazırki mübahisəli mənzilə dair müqavilə bağlanmışdır.
36. Bunlardan əlavə, iddiaçı hal-haz ırda qeyd edilən mənzildə yaşayır. Mənzil göründüyü kimi, Könül Budaqovaya təhvil verilməmişdir. Belə olduğu təqdirdə iddiaçının zərərinin nədə ifadə olunduğu bəlli olmur.
37. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182, 385.1, 441, 442-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu y axşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
40. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
41. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
42. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş ö hdəliklərə xitam verilir.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 44. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
53. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
54. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən Cavabdeh1 34000 manat pul mənzilin alınmasına görə verilmiş, tərəflər arasında isə mənzilin alqı-satqı müqaviləsi yox, ilkin müqavilə imzalanmış, alqı-satqı müqaviləsinin bağlanması baş tutmamışdır. İddiaçı 4000 manat pulu mənzilin rəsmiləşdirilməsi üçün MMC-nin nümayəndəsi X11 adlı şəxsə verərək maliyyə arayışı almış və müqaviləni təsdiq etdirmişdir. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosess ual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası isə bu əsaslandırma ilə razılaşır.
57. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
59. Göstərilənlərə əsasən iş üzrə a pellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-4849/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.