Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7822/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 mülkiyyəti k imi Qazax rayonu, Dəmirçilər kəndində yerləşən **********61-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evində və **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsində, “Hyundai Tucson” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payı 2/3 hissə, qalan 1/3 hissəsinin isə Cavabdeh1 payı hesab edilməsi, 1 ədəd soyuducu, 1 ədəd kondisioner, 1 ədəd paltaryuyan, 2 ədəd televizor, 1 ədəd mətbəx mebeli, 1 ədəd divan kreslo dəsti, 1 ədəd mətbəx masa və oturacaqlardan ibarət əşyalarda İddiaçı payı 2/3 hissə, qalan 1/3 hissəsi isə Cavabdeh1 payı hesab edilsin və həmin əşyalardan 2/3 hissə pay kimi 1 ədəd kondisioner, 1 ədəd paltaryuyan, 1 ədəd televizor, 1 ədəd mətbəx mebeli, 1 ədəd divan kreslo dəsti, 1 ədəd mətbəx masa və oturacaqlardan ibar ət əşyaların, həmçinin 2 ədəd iki mərtəbəli uşaq çarpayısının Cavabdeh1 alınaraq İddiaçı verilməsi, İddiaçı məxsus olan 1 ədəd yataq dəsti, masa və 6 oturacaqlar, 2 ədəd çilçıraq, 2 ədəd kiçik xalça, 1 ədəd toxunma xalça, 2 dəst yataq örtüyü və pərdə, 1 ədəd qorka, 3 dəst yorğan-döşək, 1 ədəd yorğan (puxovıy), 1 ədəd bohema konfet və 2 ədəd bohema meyvə qabları, 1 ədəd şirə üçün dəst, 1 ədəd soba, 1 ədəd elektrik çaydan, 1 ədəd tosterdən ibarət cehiz əşyaları, 1 ədəd iki mərtəbəli uşaq çarpayısı, 1 dəst yorqan-döşək, 1 ədəd notebokk “ASUS”, 1 ədəd planşet “APPLE” Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi X.Sarıyev, hakimlər M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)7957/2017) İd diaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan“qətnamənin evin təmirinə xərclənmiş 20000 manat pulun 2/3 hissəsinin və qızıl-zinyət əşyalarının qaytarılmasının təmin edilməməsi” hissəsinin “qızıl-zinyət əşyalarının qaytarılmasının təmin edilməməsi” hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası-qızıl-zinət əşyalarının qaytarılması hissəsində qismən təmin edilməsi, qətnamənin “evin təmirinə xərclənmiş 20000 manat pulun 2/3 hissəsinin qaytarılmasının təmin edilməməsi hissəsində” dəyişdirilmədən saxlanılması, apellyasiya mərhələsində mütəxəsisə ödənilməli olan 50 (əlli) manatın 47 (qırx yeddi) manatı Cavabdeh1, 3 (üç) manatı İddiaçı alınaraq, “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına olan Qazax rayon Dəmirçilər kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə, “Hunday-Tucson” markalı, **RR*** dövlət qeydiyyat nişanlı avtomobilə onun 2/3 hissədə, Cavabdeh1 1/3 hissədə olmaqla paylarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması, iki ədəd soyuducu, 2 ədəd kondisioner, 1 ədəd paltaryuyan, 2 ədəd televizor, 2 dəst mətbəx mebeli, cavabdehlə birgə yaşadıqları mənzilin təmir işlərinə sərf olunmuş 20000 manat pul vəsaitinin, 2 ədəd iki mərtəbəli uşaq çarpayısı, 1 dəst divan kreslo dəsti, 1 dəst mətbəx masa və oturacaqların tərəflər arasında bölünməsi, həmin əmlakların və pul vəsaitinin 2/3 hissəsinin yə ya onların pul şəklində ifadəsi olaraq cəmi 29.866 manat 66 qəpik pulun Cavabdeh1 alınaraq ona, qalan 1/3 hissəsinin isə Cavabdeh1 verilməsi, ona məxsus olan 1 ədəd yataq dəsti, masa və 6 oturacaqlar, 2 ədəd çilçıraq, 2 ədəd kiçik xalça, 1 ədəd toxunma xalça, 2 dəst yataq örtüyü və pərdə, 1 ədəd qorka (servant), 3 dəst yorğandöşək, 1 ədəd yorğan (puxovıy), 2 ədəd bohema konfet və 2 ədəd bohema meyvə qabları, 1 ədəd şirə üçün dəst, 1 ədəd soba, 1 ədəd elektrik çaynik, 1 ədəd tosterdən ibarət cehiz əşyaları, ona hədiyyə olunan 1 dəst yorğan-döşək, 1 ədəd notebook “Asus”, 1 ədəd “Planşet Apple”, 5 ədəd uşaq üçün bilərzik, 3 dəst sırğa qızıl, 11 ədəd üzüklər, 2 dəst brilyant qaşlı üzük, sırğa dəsti, 4 ədəd bilərz ik, 1 ədəd kolye (boyunbaq), 1 ədəd mirvari dəsti, 2 ədəd qızıl sepdən ibarət əşyaların və ya onların dəyəri olan 11.150 manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə sənədlərinin səhvən başqa ünvana göndərilməsi cavabdehin hüquq və azadlıqlarının və məhkəmə təminatı hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, şikayəti onunla əsaslandırmışlar ki, nə iddiaçı nə də onun şahidləri cavabdehə qızıl-zinət əşyalarının cavabdehdə olması barədə hər hansı təfərrüatlı və inandırıcı məlumatlar verməmiş, lakin buna baxmayaraq məhkəmə sübut kimi istinad etdiyi şahid ifadələrinin onların məzmununda göstərilənlər baxımından nə dərəcədə mötəbər olmasına, yəni, şahidin öz ifadəsində iddiaçının verdiyi məlumatlara istinad etməsinə, bu ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapıb-tapmamasına, ifadələrin ziddiyyətli olmasına, habelə şahidlərin işin nəticəsində maraqlı olub-olmamalarına hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.10.2017-ci il tarixli 2(103)-7957/2017 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il ta rixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, İddiaçı və vəkili X3 oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 25 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı qızıl-zinət əşyalarının hədiyyə edilməsi, əşyaların mövcudluğu işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində qızıl-zinət əşyalarının olmasını, lakin iddiaçının həmin əşyaları özü ilə aparmasını göstərmişdir. İddiaçının qızıllarının mövcudluğu, həmçinin iş materiallarına əlavə olunmuş nikah mərasimində çəkilən fotoşəkillər və mütəxəsis məsləhəti ilə də sübut olunur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, sübutların toplanmasında iddiaçıya lazımi şərait yaradılmamışdır. Xüsusilə iddiaçının irəl i sürdüyü dəlillərin yoxlanılmasını təmin etməmiş, yalnız cavabdehin qızıl-zinət əşyalarının onda olmasını inkar edən izahatına əsaslanaraq iddianı rədd etmiş və gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinə iddiaçının evdən çıxıb getməsi onun qızı-zinət əşyalarını özü ilə aparması anlamına gəlmək üçün qəti əsas vermir. Çünki iddiaçı da iddia ərizəsində və izahatında tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə qalmasını iddia edir. Birinci instansiya məhkəməsində dindirilən şahidlər iddiaçının atası evinə gələrkən özü ilə heç bir qızıl-zinət əşyaları gətirmədiyini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının evdən çıxarkən, qızılları özü ilə aparması halı təsdiq olunmur. Belə ki, iddiaçının evdən gedərkən, mübahisəli qızıl-zinət əşyalarını özü ilə aparması barədə işdə heç bir mötəbər sübut olmadığından cavabdehin birinci instansiya məhkəməsində qeyd etdiyi arqumenti ilə razılaşmaq olmaz. Tərəflərin toy şənliyindən olan fotoşəkillərə baxış keçirilərkən, həmin əşyaların mütəxəssis vasitəsi ilə qramının, dəyərinin, əyyarının müəyyən olunmasına imkan vermişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən işə mütəxəsis cəlb edilmiş, mütəxəsis tərəfindən fotoşəkillərə baxış keçirilmişdir. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün təyin edilmiş və məhkəmə iclasında izahat vermiş mütəxəsis İlqar Hüseynov təqdim olunan fotoşəkillər əsasında qızıl-zinət əşyalarının təqribi qramı, əyarı və qiyməti barədə yazılı məsləhətini vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki, iddia ərizəsində qeyd olunan qızıl zinyət əşyalarından 2 ədəd uşaq üçün bilərzik, 7 ədəd üzük, 2 (iki) dəst brilyant üzük və sırğa dəsti, 3 bilərzik, 1 (bir) ədəd Kolye boyunbağı, 1 (bir) dəst Mirvari dəsti (sırğa, üzük), 2 (iki) ədəd qızıl sepin mövcudluğu iş materialları ilə təsdiq olunduğundan, iddiaçının qızıl-zinət tələbi barədə iddiası qismən əsaslı hesab edilməlidir. İddia ərizəsində qeyd olunmuş 3 ədəd uşaq üçün bilərzik, 3 dəst sırğa, 4 ədəd üzük, 1 ədəd bilərzik mütəxəsis tərəfindən fotoşəkillər vasitəsi ilə müəyyən olunmadığından, qeyd olunan hissədə iddia təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qızıl-zinət əşyaları ilə bağlı tələbi qa nuni və əsaslı olduğu üçün, qismən təmin edilməli, mübahisə predmeti olan qızıl-zinət əşyaları və ya onların dəyəri cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə ki mi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə sənədlərinin səhvən başqa ünvana göndərilməsi cavabdehin hüquq və azadlıqlarının və məhkəmə təminatı hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında olan məhkəmə bildirişi və poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiy a şikayətinə 25 oktyabr 2017-ci il tarixdə baxılacağı ilə bağlı məhkəmə bildirişi Cavabdeh1 və onun nümayəndəsi X1 göndərilmişdir və xəbərnamələr imzalanaraq məhkəmə bildirişləri qəbul edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, gəldiyi nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmədiyindən əsassızdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutlar əsasında qəbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin MK-nın iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7822/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7822/2019
16.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver