Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7827/2021 30.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)115/2021 nömrəli qətnaməsindən hər iki tərəfin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ilk iddiası qismən təmin edilərək, Cavabdeh siyahı üzrə mebellərdən, avadanlıqlardan, geyim, mətbəx və digər əşyalardan ibarət cehiz əmlaklarının və ya onların dəyərinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qızıl-zinət tələbinə dair hissədə təmin edilməməsi, habelə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2 (105)-115/2021 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, ilk iddia üzrə Cavabdeh həmin tələb üzrə İddiaçı məxsus siyahı üzrə cehiz əşyalarının və ya onların dəyərinin alınıb ilk iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ayrı-ayrı lıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(102)5436/2021 nömrəli qərardadı ilə kassasiya şikayətlərində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qərardadı ilə kassasiya şikayətləri geri qaytarılmışdır. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nəsirova (Şamilova) Aynurə Eynulla qızı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh təkrarən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və hər iki kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərba ycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Lakin kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, tərəflər əvvəllər yol verdikləri nöqsanları aradan qaldırmamış və kassasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya k ollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respubl ikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinin məzmunundan müəyyən olunur ki, o, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslandırdığı hallara istinad etmiş, Mülki Məcəllənin 6-cı, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88, 217.1, 217.3, 218.3-cü maddələrinin dispozisiyalarını sadalanmışdır. Eyni ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şamilova (Nəsirova) Aynurə Eynulla qızı kassasiya şikayətində MPM-in 9.1, 9.3, 14.1, 88, 217.1, 217.3, 218.3cü maddələrinin pozulmasını göstərmişdir. Laki n hər iki kassasiya şikayətlərində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırki işdə konkret nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şik ayətlərini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətlərində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nəsirova (Şamilova) Aynurə Eynulla qızı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddia çı) Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7827/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7827/2021
30.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver