Məhkəmə qərarları › İş №2(102)-7832/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7832/2019

11.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7832/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli 2(103)4874/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş № 2(008)-2433/2018) İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı müqavilənin etibarsız, Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2017-ci ilin sentyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X4 məxsus 0,11 hektar 1428 “A” saylı bağ sahəsindən və qaynanası X5 məxsus 0,12 hektar 1426 saylı bağ sahəsindən onların vəfatından sonra istifadə etmək lə 2007-ci ilə kimi icarə haqqını ödəməsini, müəyyən səbəblərdən ölkə hüdudlarından kənarda yaşaması ilə əlaqədar həmin bağ sahələrinin başqa şəxslər tərəfindən zəbt olunmasını və s. əsas göstərməklə həmin bağ sahələrinə dair cavabdehlərlə bağlanmış icarə, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək Dövlət Reyestri Xidmətinin 09 iyun 2016cı il tarixli ona ünvanlanmış cavab məktubundan hər iki bağ sahəsinin 2005-ci ilin fevral ayında başqa şəxslərin adlarına keçirilməsinin ona məlum olmasını, qətnamən in sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh Nın vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, i ş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, 1428 “A” saylı bağ sahəsi 26 iyun 1996-cı il tarixdə 18 saylı orderlə iddiaçının 17 aprel 1999-cu ildə vəfat etmiş əri X4 ayrılmış və 27 yanvar 2005-ci il tarixdə mərhumun qardaşı X1 razılığı ilə həmin bağ sahəsi Cavabdeh4 adına keçirilməklə onunla icarə müqaviləsi bağlanmış, 17 oktyabr 2005-ci il tarixdə Cavabdeh4 razılığı ilə həmin bağ sahəsinə dair Cavabdeh3 ilə müqavilə bağlanaraq 03 aprel 2009-cu il tarixdə sonuncunun adın a Dövlət Reyestrindən Çıxarış verilmişdir. 04 may 2016-cı il tarixdə Cavabdeh3 bağ sahəsinin 0,76 ha hissəsini Cavabdeh2 bağışlamış və onun adına 12 may 2016-cı il tarixdə Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bakı şəhərinin, Vişnyovka qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi və 27,44 kv.metr sahəsi olan iki otaqlı ev 12 avqust 1992-ci il tarixdə iddiaçının qaynanası X5 icarəyə verilmiş və o, həmin bağ sahəsini nəvəsi X2 bağışlamışdır. Cavabdeh4 ərizəsinə əsasən həmin bağ sahəsi və orada yerləşən iki otaqlı ev 03 avqust 2001-ci il tarixdə onun istifadəsinə verilmişdir. Bundan sonra bağ sahəsi Cavabdeh1 istifadəsinə verilməklə onun adına 01 noyabr 2010-cu il tarixdə Dövlət Reyestrindən Çıxarış verilmişdir. 19 noyabr 2016-cı il tarixdə Cavabdeh1 vəfat etmiş, onun arvadı X6 mərhumun vərəsəs i kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli bağ sahələrindən daimi istifadəçi hüququ ilə istifadə etməsini sübuta yetirə bilməmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. İddiaçının həmçinin bağ sahiblərinin vərəsəsi kimi həmin sahələrə hüquq əldə etməsi də işdən görünmür. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (4.1) Göstərilən vəziyyətdə iddiaçının həmin bağ sahələri nə hüquq əldə etməsi və cavabdehlər tərəfindən onun hüquqlarının pozulması halı müəyyən olunmamışdır. Qeyd olunanlarla əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianın rədd olunması müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun olmuşdur. Kollegiya belə bir nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçı mübahisə etdiyi bağ sahələrinin başqalarının adına keçməsinin, özünün təsdiq etdiyi kimi 09 iyun 2016-cı il tarixdə ona məlum olmasına baxmayaraq həmin müqavilələrin etibarsız hesab olunması barədə məhkəməyə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddəti ötürməklə, 29 sentyabr 2017-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əh əmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar