Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7843/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, İddiaçıxxxx ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)-8702/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə m ülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıxxxx ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 29.08.2014-cü il tarixli, 220/14/PBA saylı kredit müqaviləsi üzrə 32281,42 manat əsas, 12105,96 manat faiz, 24735,87 manat dəbbə pulu olmaqla, cəmi 69123,25 manat borcun, hüquqi yardıma görə ödənilmiş 1000 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyətində olan XXXküçəsində istifadədə olan 0.24 ha torpaq sahəsində yerləşən XXXmərtəbəli binada, 117.9 kv.m yaşayış, 57.74 kv.m ümumi sahəsi olan 2 otaqlı 38 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 41000 manat müəyyən edilm əklə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki “İddiaçıbank” ASC-nin (indiki İddiaçıxxxx” ASC-nin) “Bakı” filialından 29.08.2014-cü il tarixli, 220/14/PBA saylı kredit müqaviləsinə əsasən illik 20 faizlə 36 ay müddətinə evin təmiri məqsədi ilə 51000 manat borc almışdır. Bu borcun təminatı olaraq, Cavabdeh2 tam mülkiyyətində olan XXXküçəsində istifadədə olan 0.24 ha torpaq sahəsində yerləşən XXXmərtəbəli binada, 117.9 kv.m yaşayış, 57.74 kv.m ümumi sahəsi olan 2 otaqlı 38 nömrəli mənzil 02.09.2008-ci il tarixli, 199/08/PB saylı ipoteka müqaviləsinə edilən 29.08.2014-cü il tarixli 05 saylı əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün borcludan kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edilir. 5.5-ci bəndinə görə isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizlər ikiqat hesablanıb borcludan tələb edilir. 08.02.2018-cı il tarixinədək Cavabdeh1 “İddiaçı"xxxx ASC-nə 29.08.2014-cü il tarixli 220/14/PBA saylı kredit müqaviləsi üzrə 32281,4 2 manat əsas, 12105,96 manat faiz, 24735,87 manat dəbbə pulu, cəmi 69123,25 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmirlər. Tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti 41000 manat qiymətləndirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 14 mart 2019-cu il tarixli, 2(011)-191/2019 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh1 32281,42 manat əsas, 1190,87 manat faiz borcu, 1735,87 manat dəbbə pulu olmaqla, cəmi 35208,16 (otuz beş min iki yüz səkkiz manat on altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi İddiaçıxxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh2 tam mülkiyyətində olan XXXküçəsində istifadədə olan 0.24 ha torpaq sahəsində yerləşən XXXmərtəbəli binada, 117.9 kv.m yaşayış, 57.74 kv.m ümumi sahəsi olan 2 otaqlı 38 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 53000 (əlli üç min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, XXXküçəsində istifadədə olan 0.24 ha torpaq sahəsində yerləşən XXXmərtəbəli binada, 117.9 kv.m yaşayış, 57.74 kv.m ümumi sahəsi olan 2 otaqlı 38 saylı mənzilə tutma yönəldildikdə və s atıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 Sakir oğlu və Cavabdeh4 mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Xəyal Sarıyev) 27 iyun 2019-cu il tarixli 2(103)-8702/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(011)-191/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)-8702/2019 nömrəli qə tnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, banka vaxtı vaxtında ödənişlər edilmiş, lakin həmin ödənişlərin hansı borcdan silinməsi bəlli deyil, eyni zamanda bank tərəfindən əsas, faiz borcları və dəbbə pulu şişirdilmişdir. Respublikada baş vermiş devalvasiya nəticəsində maddi durumu pisləşdiyindən ödənişlərdə çətinliklər yaranmışdır. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 11.02.2018-ci il tarixli rəyi ilə ipoteka predmeti xeyli aşağı qiymətləndirilmişdir. Təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırılsa da, vəsatət təmin edilməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəli llərinə uyğun izahat verərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni i şə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC-nin hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi, onun öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsinin (ötürülməsinin) Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması qərara alınmışdır; “İddiaçıbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.08.2014-cü il tarixli 220/14/PBA saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana illik 20 faizlə 36 ay müddətinə evin təmiri məqsədi ilə 51000 manat məbləğində kredit verilmişdir; “İddiaçıbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2008-ci il tarixli, 199/08/PB saylı ipoteka müqaviləsinə 29.08.2014-cü il tarixli 05 saylı əlavənin surətindən görünür ki, 02.09.2008-ci il tarixli, 199/08/PB saylı kredit müqaviləsi üzrə öhdəliklə rin icrasının təmin edilməsi üçün ipotekaqoyanın tam mülkiyyətində olan XXXküçəsində istifadədə olan 0.24 ha torpaq sahəsində yerləşən XXXmərtəbəli binada, 117.9 kv.m yaşayış, 57.74 kv.m ümumi sahəsi olan 2 otaqlı 38 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir; RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan XXXküçəsində istifadədə olan 0.24 ha torpaq sahəsində yerləşən XXXmərtəbəli binada, 117.9 kv.m yaşayış, 57.74 kv.m ümumi sahəsi olan 2 otaqlı 38 nömrəli mənzilin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 555 nömrəli reyestr kitabının 51122 nömrəli vərəqində 30.08.2014-cü il tarixdə qeydiyyata alınmışdır; 01.12.2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ərizədən görünü r ki, Cavabdeh2 22.11.2017-ci il tarixdə müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, bildirişin bir nüsxəsi qeydə alınması üçün AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmişdir; AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 11.12.2017-ci il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; “İddiaçıbank” ASC-nin 08.12.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə banka borcunun məbləği 32281,42 manat əsas, 12105,96 manat faiz, 24735,87 manat dəbbə pulu, cəmi 69123,25 manat təşkil edir; 11.02.2019-cu il tarixli, 10122 saylı ekspert rəyi ilə iş materiallarından olan cari hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 29.08.20 17-ci il tarixə (müqavilə müddətinin sonuna) kredit təşkilatına olan borcunun 33.981,68 manat məbləğində, o cümlədən, əsas borc üzrə 32790,81 manat, faiz borcu üzrə 1190,87 manat olduğu, ekspertiza tədqiqatı zamanı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 13.11.2017-ci il tarixdən 25.04.2018ci il tarixədək 2300,00 manat məbləğində ödəniş edildiyi müəyyən edilmiş, lakin hesablamalar 29.08.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) aparıldığından 2300 manat məbləğində ödənişlər nəzərə alınmamışdır; “xxxx” MMC-nin 03.05.2018-ci il tarixli, 85 saylı rəyi ilə ipoteka predmeti 53000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzər də tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin tutma ipoteka predmetinə yönəldilməklə, onun ilkin satış qiyməti 53.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqların ı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanm aqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyy ətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan əsas və faiz borcu, həmçinin ipotekanın satış qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Həmçinin əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyi alınmış və məhkəmə tərəfindən həmin rəy işdə olan digər sübutlarla yanaşı qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin də lilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)8702/2 019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7843/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7843/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver