Məhkəmə qərarları › İş №2(102)-786/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-786/2025

18.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-786/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin azyaşlı uşaqları ilə birgə cehiz əşyaları ilə mənzildən çıxarılma və özünün mənzilə köçürülməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaç ı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələblərinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1991/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 9 aprel 1993-cü il tarixli 186 saylı order əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 47,31 kv.metr olan mənzil X3 ailə üzvləri kimi həyat yoldaşı 1960-cı il təvəllüdlü Xalidə, qızı 1986-cı il təvəllüdlü Aynur, oğlu 1987-ci il təvəllüdlü Elnur göstərilməklə 86 nömrəli order əsasında 09 aprel 1993-cü il tarixdə X3 istifadəsinə verilmişdir.

2. X9 1998-ci ildə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzilin maliyyə şəxsi hesab vərəqəsi mərhumun həyat yoldaşı İddiaçı adına dəyişdirilmişdir və beləliklə sonuncu mənzilin kirayəçisi hesab edilmişdir.

3. Mübahisəli ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 47,31 kv.metr olan mənzil olan hazırda da dövlət mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansındadır. İddiaçı oğlu Cavabdeh2 xx.xx.2019cu il tarixdə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin zaman da Cavabdeh1 qaynanası İddiaçı razılığı ilə ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzilə gəlin köçmüş və öz cehiz əşyalarını da oraya yerləşdirmişdir.

4. Cavabdeh2la Cavabdeh1 birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Surxay və xx.xx.2022ci il təvəllüdlü Sunay adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvandakı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə verərək, Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilib cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların övladları X4 və X1 ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, həmçinin onlara məxsus əşyaların həmin mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğlu Cavabdeh2 həyat yoldaşıdır. Onlar 2019-cu ildə evlənmişlər. Hazırda Cavabdeh1 ona məxsus ünvan 1 ünvandakı mənzili tamamilə öz əlinə keçirib və onu öz evinə buraxmır, özü isə qanunsuz olaraq ona məxsus evdə qalmaqdadır. Cavabdeh onu məhz döyərək evdən çıxarıb. Bu barədə polisdə araşdırma da aparılıb və ekspertizanın rəyi var. Cavabdeh1 onun ailə üzvü deyil, bu mənzildə də onun istifadə hüququ yoxdur. Hətta oğlu Elnur da burada qeydiyyatda deyil. Cavabdeh1 tələb etməsinə baxmayaraq o, yenə də onun əmlak hüquqlarını pozur. Dəfələrlə polisə də müraciət etmişdir. Onun bu mənzildə qalması heç bir qanuna uyğun deyil. Bu mənzil xüsusi təyinatlı mənzildir və mərhum həyat yoldaşı hərbçi olduğu üçün ona verilmişdir. Yoldaşı 1998-ci ildə öld ükdən sonra bu mənzili o, idarə etmişdir və mənzil onun adına verilmişdir. Cavabdeh1 isə orderdə və ya hər hansı bir sənəddə adı yoxdur. Cavabdeh1 burada qeydiyyatda deyil, o ünvan 4 ünvanda qeydiyyatdadır.

8. Cavabdeh1 İddiaçı qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək Cavabdeh1 uşaqları xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1-ə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı oğlu Cavabdeh2 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qur andan sonra Cavabdeh1 Dövlət mənzil fonduna aid olan və sosial kirayə müqaviləsi əsasında X5 verilmiş ünvan 5 ünvana gəlin köçmüşdür və həmin evə onun cehiz əşyaları yerləşdirilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahından xx.xx.2020-ci il tarixdə X4 və xx.xx.2022-ci il tarixdə X6 adlı iki övladı doğulmuşdur. Beləliklə, iddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixdən Gəncə şəhəri, D08S-84, ev 5, mənzil 3-ə köçürülməklə, həmin mənzildə yaşamaqla cavabdeh və onun oğlu ilə birgə təsərrüfat aparmışdır. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının ünvan 5-ə istifadə hüququ yaranmışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 30 ildir qonşudur, Cavabdeh1 isə Cavabdeh2la evləndikləri vaxtdan bəri, yəni 67 ildir ki, tanıyır. İddiaçı gəlini Ca vabdeh1 evə gəlin köçəndən bəri qaynanası İddiaçı yola vermir, daim mübahisələr edir, qapını çırpır, təhqiramiz ifadələr işlədir. Məhz Cavabdeh1 hərəkətlərinə görə evindən çıxıb qonşu blokda yaşamağa başlamışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 32 ildir qonşudur, barıları yanbayandır, Cavabdeh1 isə 4-5 ildir ki, tanıyır, dəfələrlə İddiaçı gəlini Cavabdeh1 həyat yoldaşı Cavabdeh2la mübahisələr etmiş, televizoru qırmış, hətta Cavabdeh2 başını yarmışdır. Cavabdeh1 daim təhqiramiz ifadələrdən, söyüşlərdən istifadə edir. Hətta Ayişə onun nəvəsini də söymüşdür. İddiaçı mübahisəli evə keçən ildən bəri gəlmir, lakin Cavabdeh1 istədiyi vaxt evə gəlir-gedir.

12. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmiş və b ildirmişdir ki, digər Cavabdeh1 ilə 2019-cu ildə rəsmi nikaha daxil olmuşdur, evləndikdən sonra bir müddət münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, 2023cü ilin iyul ayından isə tamamilə dözülməz hal almışdır. Hazırda hərbçi işlədiyindən mübahisəli evdə deyil, Tərtər rayonunda yaşayır, uşaqları hazırda anaları Cavabdeh1 ilə birlikdə yaşayır.

13. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili ilk iddianın İddiaçı mübahisəli mənzilə köçürülməsi hissəsinə etiraz etmədiklərini, lakin digər hissədə iddianı qəbul etmədiklərini bildirmiş və qarşılıqlı iddianın məzmununa uyğun izahat verməklə həmçinin əlavə etmişdir ki, Cavabdeh1 İddiaçı ailə üzvüdür. Mübahisəli mənzil hazırda dövlətin mülkiyyətində olmaqla, sosial kirayə müqaviləsi əsasında X5 verilmişdir.

14. Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-1401/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) ilk iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları və İddiaçı Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisəli mənzilə sahiblik edən şəxsdir, onun mənzilə sahibliyi xx.xx.1993-cü il tarixdən başlamışdır. Belə ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansındadır. İddiaçı order əsasında sözügedən mənzilin sahibi olmuş X3 həyat yoldaşı olmuş, iddiaçının adı sonuncunun ailə üzvü (arvadı) kimi orderdə qeyd edilmiş, mənzilə dair order isə xx.xx.1993-cü il tarixdə verilmişdir. Mənzilin əvvəlki sahibi X3 ölməsi nəticəsində kirayə müqaviləsi iddiaçı ilə bağlanmış və şəxsi-maliyyə hesabında dəyişiklik edilməklə o, mənzilin kirayəçisi hesab edilmişdir. Bu baxımdan, iddiaçının mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi vardır.

16. İddiaçı sahibliyində olan mənzildən istifadə edə bilmir. Belə olan halda, iddiaçı sahibliyində olan mənzilə köçürülməsi barədə ilk iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu hissədə tələbin əsaslı olması cavabdehlər tərəfindən də inkar edilməmişdir.

17. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdehlər nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuş və bu zaman Cavabdeh1 mübahisəli mənzilə gəlin köçmüşdür. Birgə nikahdan iki uşaq – xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh1 gəlin köçdüyü mənzildə bir neçə müddət yaşadıqdan sonra tərəflər arasında narazılıq və münaqişə yaranmışdır. Cavabdeh2 bir müddət həmin mənzildə yaşasa da, hərbçi olduğundan müxtəlif ünvanlarda yaşamalı olmuş və arabir sözügedən mənzilə gəlib-getmişdir. Cavabdehlər arasında narazılıq hazırda da davam etməkdədir və ailə münasibətləri pozulma ərəfəsindədir.

18. Məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli hüquq münasibətləri sonuncu mü bahisəli mənzilə köçdüyü zaman, yəni 2019cu ildən yarandığına və mübahisə olunan mənzil dövlət mənzil fonduna aid olan və sosial kirayə müqaviləsi əsasında hazırda iddiaçının istifadəsinə verildiyinə görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan yeni Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

19. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2.2, 68.1, 68.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 2019-cu ilin mart ayında mübahisəli mənzilə gəlin köçərək cehiz əşyalarını ora yerləşdirsə də, iddiaçının və mənzilin əvvəlki kirayəçisinin ailə üzvü olmadığından onun həmin mənzilə hər hansı istifadə hüququ yaranmamışdır.

20. Məhkəmə bu qənaətə gələrkən iddi açının sözügedən mənzilin kirayəçisi olduğunu və bu baxımdan onun mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi olduğunu da nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasındakı mövcud mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin müddəaları da tətbiq edilməlidir.

21. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

22. Həmin Məcəl lənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

23. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

24. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, Cavabdeh1 iddiaçının gəlinidir. Ona görə də Cavabdeh1 Mənzil Məcəlləsinin adı çəkilən müddəalarına nəzərdə tutulan mənada iddiaçının ailə üzvləri tərkibinə daxil deyildir.

25. Həmçinin Cavabdeh1 iddiaçının digər qohumu da hesab edilə bilməz.

26. Cavabdeh1 iddiaçının digər qohumu deyil və o, əmək qabiliyyəti olmayan şəxslər kimi iddiaçının himayəsində olmamışdır.

27. Cavabdeh1 nə iddiaçının ailə üzvü, nə də iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmamışdır. Bu halda isə, Cavabdeh1 sözügedən mənzildən istifadə hüquqları yaranmır.

28. Cavabdeh1 sözügedən mənzildən istifadə hüququ mövcud olmadığından ilkin iddia ona münasibətdə təmin edilərək o, mənzildən çıxarılmalı, Cavabdeh1 mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə qarşılıqlı iddiası isə təmin edilməməlidir.

29. Bundan başqa, MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İlk iddia üzrə digər Cavabdeh2 ilk iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və ilk iddia tələbi ona aid hissədə də təmin edilərək o, mənzildən çıxarılmalıdır.

30. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddia tələbi cavabdehlərin birgə nikahdan doğulmuş uşaqların a aid hissədə də əsaslıdır. Belə ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir ( Ailə Məcəlləsinin 60.4-cü maddəsi). Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və y a qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

31. Qeyd edilən halları, eləcə də uşaqların yaşayış yerlərinin valideynlərinin (cavabdehlərin) yaşayış yeri olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi uşaqların mübahisəli mənzildən çıxarılması hissəsində də təmin edilməlidir.

32. Həmçinin o da işin mübahisəsiz halıdır ki, cavabdehlərə məxsus əşyalar iddiaçının sahibliyində olan mənzildədir. Belə olan halda, iddiaçı cavabdehlərə məxsus əşyaların da mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. İlkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəm əsinin qətnaməsinin “İddiaçı ünvan 1 ünvandakı mənzilə köçürülməsi və Cavabdeh2 həmin mənzildən çıxarılması” hissəsi xaric olmaqla, qətnamənin qalan hissəsə də ləğv edilməsi, həmin hissə də ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, maddi hüquq normasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə aid olan şəxslərin siyahısı göstərilmişdir, onlar: kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Hazırkı işin halı odur ki, Cavabdeh2 ilə Cavabdeh1 nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, sonuncu mübahisəli mənzilə gəlin gəlmiş, əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Onların birgə nikahlarından iki uşaq – xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Beləliklə, Cavabdeh1 mübahisəli mənzilə köçürülməklə və orada təsərrüfat aparmaqla sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilir və bununla da o, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi ilə bərabər hüquq və vəzifələrə malikdir. Sadalanan maddi hüquq normalarına əsasən də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin mənzilə istifadə hüququ vardır. Mübahisə ilə bağlı Mənzil Məcəlləsinin 17.2.2, 68.1, 68.2-ci maddələrinin tətbiq edilməsini qeyd edən məhkəmə sonradan həmin mübahisə ilə bağlı Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tətbiq edilyini qeyd etmişdir. Halbuki Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələri tətbiq edilmişdir. ünvan 5 ünvana yerləşən əmlak Dövlət mənzil fonduna aid olan mənzildir. Lakin Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri "Özəl mənzil fonduna", yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrinə aid olan münasibətləri tənzimləyir. İddiaçının mənzilə mülkiyyət hüququna dair qanuni gözlən tisi olması mənzili onun şəxsi mülkiyyətinə çevirmir və məhkəmə tərəfindən tətbiq edilən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mübahisəni tənzimləyən normalar deyildir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri digər qohumlar o halda hesab edilirlər ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Bundan başqa, bir məsələni tənzimləyən maddi hüquq norma olduğu halda, digər maddi hüququ normasının tətbiqi yolverilməzdir. Bundan əlavə, nikahın pozulması Cavabdeh1 hazırkı vəziyyətdə İddiaçı ailə üzvü sayılmaması anlamına gəlmir. Çünki Cavabdeh1 kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülməsi və onunla birgə təsərrüfat aparması əsasında kirayəçinin ailə üzvü he sab edilmişdir. Bu halda isə, kirayəçinin oğlu ilə gəlinin nikahının pozulubpozulmamasından asılı olmayaraq Cavabdeh1 kirayəçinin ailə üzvü hesab edilir. Digər tərəfindən kirayəçinin nəvələri də həmin evdə yaşamaqla kirayəçinin ailə üzvləri sayılırlar.

35. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1991/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X7 və X2) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-1401/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları, Cava bdeh1 İddiaçı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissələrdə ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin Cavabdeh1 uşaqları xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə əşyaları ilə Gəncə şəhəri, Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzildən çıxarılması hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Gəncə şəhəri Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzilə istifadə hüququnun tanınması və onun uşaqları xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə Gəncə şəhəri Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzilə köçürülməsi,qarşılıqlı iddia tələbinin qal an və apellyasiya şikayətinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı Cavabdeh1 2019-cu ildə ilkin iddiaçının oğlu Cavabdeh2la nikaha daxil olaraq mübahisəli mənzilə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Hazırkı işdə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Na zirliyinin Mənzil İstismar İdarəsinin balansındadır. Mənzilin kirayəçisi isə ilkin İddiaçıdır.

38. Maddi hüquq normalarının (Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələri) mənasından aydın olur ki, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və valideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur.

39. Hazırkı işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı oğlu Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin zaman da Cavabdeh1 qaynanası İddiaçı razılığı ilə ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzilə gəlin köçmüş və öz cehiz əşyalarını da oraya yerləşdirmişdir. Qeyd olunan hal ilkin İddiaçı apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır.

40. Həmçinin, işin mübahisəsiz halıdır ki, Cavabdeh2la Cavabdeh1 2019-cu ildə nikaha daxil olduqdan nın birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Surxay və xx.xx.2022-ci il təvəllüdlü Sunay adlı uşaqları doğulmuşdur. Kirayəçi İddiaçı, onun oğlu Cavabdeh2 və sonuncunun ailə üzvləri olan arvadı Cavabdeh1 və azyaşlı uşaqları sözügedən mənzildə yaşamaqla birgə təsərrüfat idarə etmişlər.

41. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzilə qaynanası olan ilkin İddiaçı tərəfindən razılıq əsasında k öçürülmüş, onunla birgə təsərrüfat aparmışdır. Beləliklə də, qarşılıqlı iddiaçı mübahisəli mənzilin kirayəçisinin ailə üzvü hesab edilməklə mənzilə dair kirayəçi ilə bərabər hüquq və vəzifələr əldə etmişdir.

42. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbinin təmin olunması üçün qanuni əsaslar vardır.

43. İlkin iddiaçının qarşılıqlı iddianın təmin olunmasına etiraz olaraq istinad etdiyi dəlillər isə əsassız olduğundan həmin dəlillər qarşılıqlı iddianın təmin olunmasına mane yaradacaq hal kimi qiymətləndirilə bilməz.

44. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddiaçının oğlu Cavabdeh2la nikahları pozularaq ailə münasibətlərinə xitam verildiyi təqdirdə belə, bu hal özlüyündə qarşılıqlı iddiaçının mübahisəli mənzilə olan istifadə hüququna xələl gətirə bilməz. Çünki, o, mənzil kirayəçisi olan ilkin iddiaçının razılığı ilə mənzilə köçürülmüş və onunla birgə yaşayıb ümumi təsərrüfat aparmışdır. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan maddələrinə əsasən isə belə olan halda onun mübahisəli mənzilə istifadə hüququ yaranıb və qarşılıqlı iddiaçının öz əri (ilkin iddiaçının oğlu) ilə ailə hüquq münasibətlərinə xitam verilməsi mənzilə yaranmış istifadə hüququnun xitamına səbəb olmur.

45. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsindən fərqli olaraq adıçəkilən Məcəllənin 68-ci maddəsində ailə münasibətlərinə xitam verilməsi özlüyündə mənzildən istifadə hüququna xitam verilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin, tərəflər arasındakı münasibətlərin gərgin olması və bununla bağlı iddiaçını n istinad etdiyi digər halların isə mübahisənin həllinə heç bir təsiri yoxdur və həmin hallar da cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsası kimi çıxış edə bilməz.

46. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilə qarşılıqlı iddiaçı Cavabdeh1 mənzil kirayəçisinin razılığı əsasında köçməsi və orada kirayəçi ilə birgə təsərrüfat idarə etməsi qarşılıqlı iddiaçının mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir; o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

47. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ olduğundan və o, həmin mənzilə köçürüldüyündən onun azyaşlı uşaqlarının da həmin mənzildə yaşaması üçün qanuni əsaslar vardır.

48. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

49. Gəldiyi bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 cehiz əşyaları ilə birgə mübahisəli mənzildən çıxarılması hissədə ilkin iddia tələbi əsassızdır.

50. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 8, 9, 12, 17, 66.1 və 66.1.1, 68.1, 68.2, 68.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.2, 217.3-cü maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İlkin İddiaçı kassasiya şikayə ti verərək (vəkil Nümayəndə), Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1991/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin olunmuş hissəsində tam ləğv edilməsini və ilkin iddianın təmin olunmamış hissəsində ləğv edərək yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin baxışına göndərilməsi barədə və ya qarşılıqlı iddianın təmin olunmuş hissəsində tam ləğv edilməsini və ilkin iddianın təmin olunmamış hissəsində ləğv edərək, ilkin iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi faktlara və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası istinad etdiyi Mənzil Məcəlləsinin 68-ci maddəsi hazırki mübahisə üzrə tətbiq oluna b ilməz.

53. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, habelə maddi hüquq pozuntusuna yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən, qanunu düzgün tətbiq edilməyən və əsassız qətnamə qəbul etmişdir

54. Haqlı olaraq birinci instansiya məhkəməsinin yanaşması ondan ibarət olub ki, ilkin iddia üzrə İddiaçı mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi olmuşdur. Həmçinin apellyasiya məhkəməsinin qətnaməsində iddiaçının sözləri təhrif edilmişdir. Belə ki, iddiaçı izahatlarında hətta birinci instansiya məhkəməsində verdiyi izahatda belə Cavabdeh1 oğlu ilə birlikdə müvəqqəti toydan sonra köçmələrinə icazə vermiş, çünki oğlu Elnur hərbiçi olduğundan o müxtəlif yerlərdə qeydiyyatda olmaqla və faktiki x idmət etdiyi ərazilərdə yaşayır. Dəfələrlə həyat yoldaşı Cavabdeh1 onun bir yerdə yaşamasını təklif etmiş, ailə olaraq bir yerdə yaşamalarını demişdir. Lakin ilkin iddia üzrə İddiaçı ilə münasibətləri pisləşdiyindən, acıq olaraq həmin evdən çıxmamış. Beləliklə Cavabdeh1 ilkin iddia üzrə İddiaçı ilə birgə təsərrüfat aparmamış, heç bir kommunal ödənişlər aparmamış, təmir işlərində iştirak etməmiş və digər hərəkətlər etməmişdir ki, onu birgə təssərüfat aparması sübut olunsun.

55. Məhkəmə kollegiyası iddiaçının izahatını tam aydınlaşdırmamışdır. Qarşı tərəf öz izahatında işin mübahisəsinə aid olmayan, izahatlar vermiş bununla da məhkəmə kollegiyasında işin faktiki halları barədə yanlış fikir yaratmışdır. Halbuki birinci instansiya məhkəməsində işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə Cavabdeh1 İddiaçı evə buraxmamağı, ona xəsarət yetirməsi, qonşuların şahid ifadələri və müxtəlif məhkəmə çəkişmələrini nəzərə almamışdır. İlkin iddia üzrə Cavabdeh1 işin faktiki hallarını məhkəmə çəkişmələrinə özünün vəziyyətini yaxşılaşdırılmasına uyğun hərəkətlər aparmış. Çünki apellyasiya məhkəməsində iş icraat olanda evdən könüllü olaraq çıxmış, sonra apellyasiya məhkəməsində onun xeyrinə qətnamə qəbul olunandan sonra mənzili zəbt etmiş və qapının açarlarını dəyişmişdir. İddiaçı təhdid edərək evə yenə buraxmamışdır. Yəni hər bir halda Cavabdeh1 görüntü vəziyyətləri yaratmış və məhkəmə kollegiyasını yanlış istiqamətdə fikirlərini yönəltmişdir.

56. Cavabdeh1 adı kirayə müqaviləsində qeyd edilməyib, həmçinin digər şəxslərin istifadəsinə verilə bilməz, köçürülməsi hansı ş əraitdə və necə olması, işin faktiki halları tam aydınlaşmamış və birgə təsərrüfat aparması faktiki olmayıb, Cavabdeh1 bunlarla bağlı hər hansı mötəbər sübütlar təqdim etməmiş və məhkəmə kollegiyası ancaq formal mülahizələrə uyğun qətnamə qəbul etmişdir.

57. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2, 158.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1, 30.2, 68.1, 68.3, 69.3, 99.4, 99.6, 99.7, Azərbaycan Respublikasının MPM-in 14, 76.1, 76.2, 77, 88, 217-ci maddələrinə dfə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı ilkin iddia üzrə Cavabdeh1 tərəfindən etiraz verilərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir maddi və prosessual hüquq normaları pozulmadığı, qətnamə ta m qanuni və əsaslı olduğu qeyd edilərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

59. Maddə 66.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək;

60. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

61. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

62. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özü nün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı dır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissədə işdəki sübutlar araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

77. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

78. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

79. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələ rini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2(104)-1991/2024 nömrəli qətnaməsi ilkin iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar