Məhkəmə qərarları › İş №2(102)-787/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-787/2022

05.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-787/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl- zinət və cehiz əmlak” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2550/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “1550 manat dəyərində cehiz əmlakı, 6650 manat dəyərində qızıl-zinət əşyaları və 30 manat dövlət rüsumu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 dəyəri 6650 manat olan iddia ərizəsində adları qeyd olunmuş qızı-zinət əşyalarının, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 dəyəri 1550 manat olan iddia ərizəsində adları qeyd olunmuş cehiz əmlakının, olmadıqda onların dəyərinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin yayında cavabdeh, doğma xalası oğlu olan Cavabdeh3 ilə rəsmi nikaha daxil ol maqla ailə həyatı qurmuşdur. O, əvvəlcə YYYın Dərvişli kəndindəki atası evinə gəlin köçmüş, qısa bir müddət orada yaşadıqdan sonra əri hərbçi gizir olduğundan Yevlax şəhərinə köçərək orada əri ilə birlikdə yaşamış, cehiz əşyalarının bir hissəsini və qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Yevlax şəhərində kirayədə yaşamışlar. Onun əri evə çox vaxt sərxoş vəziyyətdə gələrək onu küçə söyüşləri ilə söyür və döyürdü. Sonradan ona məlum olmuşdur ki, cavabdeh nəsə düzəldərək siqaret kimi çəkir. O, özündə cəsarət taparaq bu barədə qayınanasına xəbər vermiş, ona görə də YYYonu döyüb öz evlərinə yola salmış, qızıllarını isə əlindən almışdır. O, 2017-ci ildə YYYla evlənən vaxt qızılın 1 qramının qiyməti 40 manat olmuşdur. İddia ərizəsində göstərdiyi qızıl komplekti Rusiya istehsalı, 583 problu olmuş, YYYgilin adamları, o cümlədən anası Cavabdeh1 həmin komplekti 5000 manata aldıqlarını ona bildirmişdir. Bunu toyda olan bibisi, anası və digərləri eşitmişlər. Bundan əlavə, onlar qızılları ona hədiyyə edərkən boyunbağının 45 qram, sırğanın 15 qram, bilərziyin 30 qram, üzüyün 10 qram olduğunu, hətta qızılın üzərində olan qiymət kağızlarını da göstərmişlər, həmin qiymət kağızlarında qızılların qiyməti və qramı göstərilmişdir. Qızılları onun qoluna, barmağına taxdıqca həmin qiymət kağızlarını özlərində saxlamışlar. O, bir gəlin kimi deyə bilməzdi ki. qızılların qiymət kağızlarını ona versinlər. Yalnız qaşlı qızıllar qramla deyil, qaşına görə bahalı olmuşdur. Eyni qaydada ərinin xalası Fəridə də qoluna bilərzik taxanda, onun 5 qramlıq olduğunu, rus istehsalı 583 problu olduğunu bildirm iş və kağızlarını da anasına, bibisi Xədicəyə göstərmişdir. Brilliant qaşlı nişan üzüyü 5 qramlıq, Rusiya istehsalı 583 problu olmuş, qiyməti də 600 manat olmuşdur. Ərinin bibisi Yaqut xanım tərəfindən ona hədiyyə verilən qızıl da sadə, lakin Rusiya istehsalı, 6 qramlıq, qiyməti də 250 manat olmuşdur. Qardaşı Rəsul ona 10 qramlıq boyunbağını Rusiyadan almış, qiyməti 400 manat, 583 problu olmuşdur. Bundan başqa, evdən öz şəxsi sırğasını da aparmış, həmin sırğa 5 qramlıq, rus istehsalı, 583 prob və qiyməti 200 manat olmuşdur. Həmin qızılların hamısını YYYYevlaxda olarkən ondan almışdır. YYYonu Yevlaxdan yola salarkən qiyməti 300 manata olan "Samsung" markalı mobil telefonunu alıb ona verməmiş, özündə saxlamışdır. O, 2019-cu ilin dekabr ayında mebellərini aparmışdır. YYYonunla telefon əlaqəsi saxladıqda, o. YYYdan qızıllarını tələb etmiş. YYYisə ona bildirmişdir ki, “qızılları satmışam, pulların şəklini sənə "Whatsapp" vasitəsi ilə göndərəcəyəm, qızıllarının pullarına baxarsan”. Sonra YYYvideo görüntülü şəkildə pulları ona göstərmişdir. Həmin video görüntüdə YYYçarpayıda əyləşib 100-lük, 50-lik pulları bir-bir divanın üstünə ataraq istehzalı şəkildə gülmüşdür. O, YYYın hərəkətlərini telefonda saxlamış, hətta görüntülərin 2 ədədinin şəklini də çəkmiş və məhkəməyə göndərmişdir. Cavabdehlər iddianı qəbul etməyərək, cehiz əmlakların öz aralarında razılaşdıqdan sonra iddiaçı tərəfindən aparıldığını, toy hədiyyəsi kimi alınmış qızıl-zinət əşyalarını isə iddiaçının özü ilə Yevlax şəhərinə apardığını, sonra isə Biləsuvara gedərkən özü ilə götürdüyünü bildirərək iddianın rədd edilməsin i xahiş etmişdirlər. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(022)510/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Əhmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus 5000 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qızıl komplekti – 200 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qolbaq, 600 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı brilyant qaşlı nişan üzüyü, 400 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı boyunbağı, 200 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı sırğanın, olmadıqda isə onların dəyərinin Cavabdeh3 alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 manatın Cavabdeh3 alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırm ışdır ki, İddiaçı məxsus 5000 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qızıl komplekti – boyunbağı, sırğa, qolbaq, üzük hissədə iddianın təmin edilməsinə iddiaçının və cavabdehlərin izahatları ilə yanaşı, şahidlərin ifadələri də əsas verir. Belə ki, həmin qızıl-zinət əşyalarının alınması və mövcudluğu həm tərəflərin izahatı, həm də işə əlavə edilmiş fotoşəkillərlə təsdiqini tapmış, eyni zamanda adıçəkilən qızıl-zinət əşyalarının İddiaçı tərəfindən Yevlax şəhərinə aparılması da inkar edilmir. Lakin İddiaçı sonuncu dəfə Cavabdeh3 tərəfindən Biləsuvar rayonuna göndərilməsindən bir gün öncə aralarında mübahisənin baş verməsi və səhər vaxtı təkbaşına əlində yük çantası olmadan göndərilməsi mübahisəli qızıl-zinət əşyalarının özü ilə Biləsuvar rayonuna gətirməsinin inandırıcı olmamasına əsa s verir. Ancaq digər əmlakların cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbinni təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının hakimi Nüsrət Mirzəyev zərgər Vəfa Cəbiyevaya sorğu ünvanlayaraq, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 təqdim etdiyi fotoşəkillərə baxış keçirib İddiaçı üzərində olan qızıl-zinət əşyalarının qiyməti, əyyarı və çəkisi barədə rəy verilməsini xahiş etmişdir. X1 tərəfindən qızılın qiymətləndirilməsinə dair 25.01.2021-ci il tarixli aktdan görünür ki, ona təqdim edilən fotoşəkillərə vizual olaraq gördüyü qızıl-zinət əşyalarının bazar qiyməti: kolye dəsti əyyar 585 (22 qr)-2000 manat, nişan üzüyü- əyyar 585 (3.8 qr) – 350 manat, üzük -əyyar 585 (2.8 qr) – 250 manat, ümumi qızılın çəkili 26.6 qram, cəmi 2600 manat. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 2(106)-392/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 qızıl komplekt (sep, sırğa, bilərzik, üzük) - əyyar 585 (22 qr) – 2000 manat, nişan üzüyü - əyyar 585 (3.8 qr) – 350 manat və üzük - əyyar 585 (2.8 qr) – 250 manat, cəmi 2600 manat dəyərində qızıl-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ondan tələb olunan qızıl-zinət əşyalarının dəyərinin iddiaçı tərəfindən şişirdildiyini göstərmişdir. Apelyas iya şikayətinin dəlilləri üzrə araşdırma zamanı iş materiallarında olan İddiaçı fotoşəkillərində olan qızılzinət əşyalarının görüntüləri əsasında qiymətləndirmə aparılmaqla X1 tərəfindən tərtib edilmiş 25.01.2021 tarixli Aktda qızıl komplektinin (sep, sırğa, bilərzik, üzük)- əyyar 585 (22 qr) -2000 AZN, nişan üzüyü - əyyar 585 (3,8qr) - 350 AZN və üzük-əyar 585 (2.8 qr) -250 AZN olduğu göstərilmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçiMehparə Əhmədova, hakimlər Ələsgər Əliyev və İsmayıl Xəlilov) 24.08.2020-ci il tarixli, 2(102)3453/2021 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(1 06)-392/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli 2(102)3453/2021 saylı qərarı ilə qismən təmin edilərək Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(106)-392/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası kasasiya şikayətində qeyd edildiyi kimi iddianı qismən təmin etdiyi hissədə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 təqdim etdiyi fotoşəkillərə baxış keçirilib rəy verilməsi üçün Vəfa adlı fərdi zərgərə müraciət etmiş, həmin şəxs 3 ədəd qızıl-zinyət əşyası üzrə qiymətləndirmə apararaq akt tərtib edib məhkəməyə ünvanlamış, məhkəmə də həmin aktı mötəbər sübut kimi qəbul edərək iddia tələbini akta uyğun təmin etmişdir. Halbuki, iş materiallarında qiymətləndirməni həyata keçirmiş şəxsin məşğul olduğu fəaliyyətlə, qiymətləndirməni hansı qaydada, hansı göstəricilərə uyğun, hansı dövrün bazar qiyməti ilə qiymətləndirməsi ilə bağlı hər hansı sənəd müəyyən edilməmişdir. Bununla da apelyasiya kollegiyası həmin qiymətləndirmə aktını hansı əsasla mötəbər sübut kimi qəbul etməsini və həmin akta isitnad etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apelyasiya kollegiyası nəzərə almamışdır ki, iddiaçının cavabdehdən alınmasını tələb etdiyi qızıl-zinət əşyalarının sayı (komplektin tərkibini nəzərə almadan) iddia ərizəsində c ədvəl formasında tərtib edilməklə 6 ədəd (səh 2) göstərilmiş və tələb edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş mahiyyəti üzrə baxmış apelyasiya məhkəməsi bu hala da əhəmiyyət verməməklə yanaşı, tələb olunan qızılların rəy verilməsini tələb etdiyi hissəsindən başqa qalan hissəsi üzrə (şəkil 4, 5,6) hər hansı araşdırma aparmamış, həmin hissədə iddianı təmin etməməsinin səbəbi ilə bağlı hər hansı mövqe nümayiş etdirməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təm əl prinsipləri pozmuşdur. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2550/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və Müşfiq Həsənov) Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar rayon məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(022)-510/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın qət edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın qismən təmin edilməsi, İddiaçı məxsus 5000 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qızıl komplekti (boyunbağı, sırğa, qolbağ, üzük), 200 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qolbağ, 600 manat dəy ərində 583 əyarlı, Rusiya istehsalı brilyant qaşlı nişan üzüyün, 400 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı boyunbağının, 200 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı sırğanın, onlar olmadıqda dəyərinin Cavabdeh3 alınıb İddiaçı verilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi İddiaçı tələb etdiyi 5000 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qızıl komplektin, 200 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı qolbağın, 600 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı brilyant qaşlı nişan üzüyün, 400 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı boyunbağının, 200 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı sırğanın qiymətini işdə olan fotoşəkillərlə, iddiaçının izahatı, iddia ərizəsində cədvəl formasında göstərilməklə sübut olunduğu üçün 6 ədəd qızıl-zinə t əşyalarının tələb edilməsi və qiymətinin iddia ərizəsində göstərilməsini işin hallarına uyğun hesab etmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının vəkili tərəfindən təqdim edilmiş Biləsuvar rayon Kooperativ Cəmiyyəti tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 03 saylı rəyi məhkəmə kollegiyası iş üzrə digər sübutlarla yanaşı qiymətləndirib sübut növü kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi iş materiallarında olan İddiaçı fotoşəkillərdə olan qızıl-zinət əşyalarının görüntüləri əsasında qiymətləndirmə aparılmaqla X1 tərəfindən tərtib edilmiş 25.01.2021 tarixli aktda qızıl komplektinin (sep, sırğa, bilərzik, üzük) əyyar 585 (22 qr) 2000 AZN, nişan üzüyü əyyar 585 (3,8qr) 350 AZN və üzük əyyar 585 (2,8 qr) 250 AZN olduğu göstərilsə də həmin aktı sübut növü kimi qəbul etməmişdir. Apellyasiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 225.2 və 225.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2550/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsində işin yenidən baxılması zamanı məhkəmə kollegiyası dəfələrlə işi təxirə salaraq iddiaçıya hər hansı mütəxəssis r əyi alıb gətirmələrini tövsiyyə edərək, bu səbəbdən məhkəmə iclasını bir neçə dəfə təxirə almışdı, sonuncu iclasda iddia tərəfi Biləsuvar rayon Koperativ Cəmiyyətinin sədri X3 tərəfindən verilmiş rəyi məhkəməyə təqdim etdi. Məhkəmə həmin rəyi alandan sonra müşavirə otağına getməsini elan etdikdə, cavabdeh tərəfin vəkili Vəkil2 məhkəmə kollegiyasına rəylə tanış olmaq istədiyini bildirdi və daha sonra məhkəmə tərkibi geri dönərək rəyi oxumaq üçün cavabdehin vəkilinə təqdim etdi. Rəylə tanış olan Vəkil2 mütəxəssis rəyinə lisenziyasının, VÖEN-nin əlavə edilməməsini, Biləsuvar rayonunda belə bir koperativin qiymətləndirici fəaliyyəti barədə eşitmədiyini, mütəxəssis kimi mütəxəsissin fotoşəkillərə baxmadan birinci instansiya məhkəməsində tərəflərin və şahidlərin verdikləri ifadələrə əsaslanmaqla rəy verməsini əsas götürərək, mütəxəssisin məhkəməyə çağrılması və dindirilməsinə dair vəsatət verdi. Həmin vəsatət məhkəmə kollegiyası tərəfindən əsassız olaraq rədd edildi. Halbuki mülki işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya məhkəməsinin əvvəlki qərarında məhz bu nöqsanların mövcudluğunu qeyd etmişdi. Cavabdeh tərəfin verdiyi həmin vəsatətin təmin olunmaması çəkişmə prinspinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsinin əvvəlki məhkəmədə yol verilmiş nöqsanları təkrarlayaraq qərar qəbul etməsi əsaslı hesab edilə bilməz. Kassator qeyd edir ki, X2 və Biləsuvar rayon Kooperativinin vergi ödəyicisi kimi qeydiyyatda olub olmaması və qiymətləndirici səlahiyyətlərinə malik olub olmamasına dair vergi xidmə tinə verilmiş vəkil sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.10.2021 -ci il tarixli, **********580200 saylı cavab məktubundan görünür ki, X2 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmiş, Biləsuvar rayon Kooperativlər Cəmiyyəti (VÖEN: **********) hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Bu isə o deməkdir ki, məhkəmə zəruri biliyə və səlahiyyətlərə malik olmayan bir şəxsin yazdığı “rəyi” mütəxəssis rəyi kimi qəbul etmiş, həmin Biləsuvar rayon Kooperativlər Cəmiyyətinin adından verilmiş 27.09.2021 -ci il tarixli 03 saylı rəyi mötəbər sübut kimi qəbul edərək, iddianın təmin olunmasında həmin sübuta istinad etmişdir. Belə ki, Vergi orqanının cavab məktubun dan görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin qanunu pozmaqla əldə etdiyi sübutdan istifadə etmişdir. Cavabdeh tərəfindən verilmiş vəsatət təmin olunsaydı, həmin mütəxəssisin səlahiyyətli şəxs olmaması bəlli olardı. İddiaçı tərəf bu məktubu işin birinci instansiya məhkəməsində baxılması zamanı deyil, iş Ali Məhkəmədən apellyasiya instansiyasına qaytarıldıqdan sonra məhkəməyə təqdim etmişdir. Həmçinin kassator qeyd edir ki, iddiaçının belə bir iddia tələbi irəli sürməsi onun cavabdehlərdən qisas almaq niyyətini göstərir. Bütün bunlar İddiaçı öz iddiasında qərəzli olmasının sübutudur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İddiaçı tərəfindən kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmuşdur. Etirazda iddiaçı qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Zeynal Zeynalov qızılların qramı, qiyməti barədə zərgər dükanlarının birindən möhürlə təsdiq olunmuş şəkildə sənəd gətirməli olduğu ilə bağlı ona tapşırıq vermişdir. O, Biləsuvarda olan çoxlu sayda zərgər dükanlarına müraciət etmiş, dükan sahibləri onlar da möhür və ştampın olmadığını, onların Cəlilabad rayonunda olduğunu bildirdilər. O, kənd yerində böyüyüb başa çatan qız olduğundan, ümumiyyətlə Cəlilabad rayonuna heç vaxt getmədiyindən qızıllar barədə sənəd əldə edə bilməmiş, ancaq bütün qızıl dükan sahibləri hazırda qızılın 1 qramının qiymətinin 85 manat olduğunu bildirmişlər. Lakin 2017-ci ildə isə həmin rəqəm 40 manat olub. İddiaçı qeyd edir ki, onun qızıl zinyət əşyalarının qramları hətta yarıbayarı azaldılsa belə yenə də hakim qızıllarının qiymətini 85 manat hesabı ilə hesablasa tələbi yenə də 6420 manatdan da çox olacaq. (Hətta brlyant qaşlı qızılların qiyməti adi qızıllardan çox yüksək olur). Hazırki kassasiya şikayətində qarşı tərəf qızıllar barədə Rayon Kooperativ Cəmiyyətinin sədri tərəfindən verilmiş rəy ilə razılaşmadıqlarını bildirirlər. Belə ki, onlar göstərirlər ki, belə bir Cəmiyyət rayonda mövcud deyil, cəmiyyətin fəaliyyəti dayandırılmışdır, onun məhkəməyə rəy verməyə səlahiyyəti yoxdur və s. İddiaçı bu barədə Rayon Kooperativ Cəmiyyətinin sədrinin qəbulunda olmuş, kassasiya şikayətində göstərilənləri ona bildirmiş, onun cavabı bu olmuşdur ki, " idarə mövcuddur, idarənin ştampi var, möhürü var, qanuni şəkildə fəaliyyət göstərir.” İddiaçı etiraza Biləsuvar rayon Kooperativ Cəmiyyətinin məktubunu əlavə etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiy yəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya baxışının predmetini yalnız iddianın qızıl-zinət əşyalarının qaytarılması təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanıl an hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəliləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki hər hansı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması onun hüquqi şəxs kimi mövcudluğunu, hüquq qabiliyyətini istisna etmir. Biəsuvar rayon Kooperativlər Cəmiyyəti hüquqi şəxs kimi mövcuddur və onun fəaliyyət sahəsinə aid olan qızılın bazar qiyməti ilə bağlı mütəxəssis kimi rəy vermək səlahiyyəti vardır. Həmin rəyin qiymətləndirilməsi isə məhkəmənin səlahiyyətinə aid olan məsələdir. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəy ə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(106)2550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar