Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-790/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)4187/2019 saylı qətnaməsindən iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov r ayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)4493/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 20.974,29 manat, faiz borcuna görə 3.486,39 manat və əldən çıxmış faydaya görə 2.421,65 manat, cəmi 26.882,33 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 “a” saylı evin, 38-ci mənzilinə ilkin satış qiyməti 55.000 manat müəyyən etməklə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən məbləğin artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı təşkilat və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)4187/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanov sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsas, faiz borcunun, əldən çıxmış faydanın və ipoteka predmetinin ilkin satış dəyərinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 iddiaçı təşkilatın xeyri nə ödənilməli olan əsas borcun 20.691,91 manat, faiz borcunun 3.484,34 manat, əldən çıxmış faydanın 2.215,56 manat məbləğində müəyyən edilməsi və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 “a” saylı evin, 38-ci mənzilinin ilkin satış qiymətinin 78.400 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 20.974,29 manat, faiz borcuna görə 12.061,40 manat, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcuna görə 16.617 manat, cəmi 49.652,69 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan və ipoteka qoyulmuş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 “a”, 38 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xx məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı LPO ol an “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edərkən, əsas, faiz borcunun, əldən çıxmış faydanın və ipoteka pre dmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, qalan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 443.1, 443.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 27.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 “a” saylı binanın 38-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İpoteka müqaviləsində ipoteka predmetinin bazar dəyəri 65.000 manat, likvid dəyəri isə 55.000 manat məbləğində müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi ilk əvvəl iddia tələbinin kredit və faiz borcunun tutulması hissəsinə hüquqi qiymət verib düzgü n olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. B orc faizlə də verilə bilər (Mülki Məcəllinin 739.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 442, 445-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun m əbləği iddiaçı təşkilatın təqdim etdiyi maliyyə arayışları əsasında hesablanmışdır. Cavabdeh1 apellyasiya şikayətində iddiaçı təşkilatın maliyyə arayışlarının mötəbərliyinə şübhə ilə yanaşsa da etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Lakin, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019cu il tarixli ekspert rəyinə görə, Cavabdeh1 xx xxxxxxx 2016-ci il tarixə, yəni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının müddətinin sonuna əsas borcu 20.691,91 manat, faiz borcu 3.484,34 manat, xx xxxxxx 2018-ci il tarixə, yəni, qətnamə qəbul edilən tarixə əsas borcu 20.961,91 manat, faiz borcu isə 5.699,89 manat təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyatorlar tərəfindən irəli sürülməmiş və buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Prosessual qanunverciliyə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin rəy məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88, 103.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilata olan əsas borcu 20.974,29 manat, faiz borcu 12061,40 manat təşkil edir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, iddiaçı təşkilat tərəfindən ödənilməsi tələb olunan əsas və faiz məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz borc məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə hesablanmış əsas və faiz borcuna dair maliyyə arayışı iddiaçı təşkilatın subyektiv mülahizəsinə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmiş dir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 iddiaçı təşkilata olan əsas borcu 20.691,91 manat, faiz borcu 3.484,34 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində düzgün olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilm əməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddənin mənasına görə, zərər dedikdə- hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əl də etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslarda n çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, göstərilən vaxt üçün illik beş faiz ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulmuş kredit öhdəliyinin müddəti başa çatdığı vaxtdan, yəni xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək (qətnamə qəbul edilən tarixə) illik 5 faiz hesablanmaqla, 2.215,56 manat zərər hesablanmışdır. Belə olan halda 2.215,56 manat zərərin əvəzi Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaşı təşkilat kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində - ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş “xxxx” MMC xx xxxx 2019-cu il tarixli qiymətləndirici rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 “a” saylı evin, 38-ci mənzilinin hazır kı dövrə olan bazar qiyməti 78.400 manat təşkil edir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ipoteka predmeti olan sözügedən mənzilin ilkin satış qiymətinin 78.400 manat məbləğində qiymətləndirilməsi ağlabatan olmaqla, qiymətləndiricinin rəyinə uyğundur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gəlin öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaç ı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə əsas, faiz borclarının tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişiklik edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İşdən görünür ki, iddiaçı təşkilat qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və iddiaçı təşkilat kassasiya şikayətind ə apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq nomalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhvə nəticəyə gəlməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş fakt iki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara ə sasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-4187/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-790/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-790/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver