Məhkəmə qərarları › İş №2(102)-793/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-793/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-793/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-793/2023 (Açar sözlər: mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6573/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 mart 2 023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən, ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İ giriş, 7ci mərtəbədə, 60,7 kv.m. sahəsi olan 1 otaqlı 21 saylı; 97 kv.m. sahəsi olan 2 otaqlı 23 saylı və 99,6 kv.m. sahəsi olan 2 otaqlı 22 saylı mənzillər (mübahisə predmeti olan mənzillər) İddiaçı satılmışdır.

2. Müqavilələrə 1 saylı Əlavələrə əsasən, Cavabdeh aşağıdakı vəzifələri üzərinə götürmüşdür: binanın tikintisi; dəmir-beton karkas, xarici divarlar və arakəsmələrdə hörgü (daş və kərpicdən); mənzillərdə pəncərələrin qoyulması; binanın giriş qapısının qoyulması; su və kanalizasiya xətlərinin çəkilməsi; qa z kəmərinin çəkilməsi; işıq xətlərinin çəkilməsi, transformator və generatorun quraşdırılması; sərnişin və yük liftlərinin quraşdırılması; pilləkənlərın və meydançaların döşənməsi; televizor və telefon kabellərinin çəkilməsi; yanğından mühafizə sisteminin qoşulması; binanın ərazisinin abadlaşdırılması; mərkəzləşdirilmiş mühafizə sistemi.

3. Yasamal Rayon Məhkəməsinin 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh MMC-nin təsisçisi X18 və direktoru X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələr üzrə təqsirli bilinmişlər.

4. Həmin hökmdə iddiaçının adı cəmi bir dəfə - X9 aşağıdakı məzmunlu ifadəsində hallanmışdır: “... X15, X16, İddiaçı, X5, X12, X10, X17, X13, X14, X6 adlarına qeyd edilən binadan yaşayış sahələrinin rəsmiləşdirilməsi ilə bağlı müqavilələr üzrə izahatları düzgün qeyd edilməmişdir. Həmin şəxslərdən borc almamışdır. Həmin şəxslərin adlarına mənzil sahələri real olaraq rəsmiləşdirilib və satılıb. Bir daha təkrar etmişdir ki, yalnız Faiq Qasımov və onun Eldar Piriyev və Əli Tağıyev adlı qohumlarından, həmçinin Aləm Əkbərovdan borc pul alıb adlarına binadan yaşayış və qeyri yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə müqavilə yazdırdığını, digər şəxslərin, o cümlədən X4, X3, X7, X8 və digərlərinin adlarına isə real alqı-satqı olunmaqla yaşayış və qeyri-yaşayış sahələrinin rəsmiləşdirildiyini, Rahim İskəndərovun adına olan müqaviləni isə həmin anda Valeh Əliyev ofisdə olmadığına görə bilavasitə özünün imzasıyla təsdiq etdiyini göstərmişdir”

5. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrup siyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmiş, Baş İdarənin xx.xx.2021-ci il tarixli, ********* saylı cavab məktubunda göstərilmişdir ki, “... Müəyyən edilmişdir ki, X9 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 mart 2021-ci il tarixli qərarla Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasında Sizə mənzil sahələrinin satılması ilə bağlı cinayət hadisəsi baş verməməsi əsasına görə həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə mübahisə predmeti olan mənzillərin İddiaçı təhvil verilməsi, tərəflər arasında bağlanmış müqavilənin 1№-li Əlavəsində qeyd olunan öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh direktoru X19 arasında mübahisə predmeti olan mənzillər barəsində müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə İddiaçı qeyd olunan hər üç mənzil üzrə pul məbləğini ödəmişdir. Bu barədə MMC-nin direktoru tərəfindən İddiaçı maliyyə arayışı verilmişdir. Hal-hazırda Cavabdeh vəzifəli şəxsləri müxtəlif yollarla, qanunsuz və əsassız olaraq maneələr yaradır, iddiaç ının mənzillərə sahiblik və istifadə hüquqlarının həyata keçirlməsinə imkan vermir. Hətta iddiaçıya qeyd olunan mənzillərə baxış keçirilməsinə belə icazə verilmir. İddiaçı tərəfindən alğı-satqı müqavilələri, həmçinin maliyyə arayışları təqdim edilərək mənzilin təhvil verilməsi barədə şifahi tələb irəli sürülsə də, Möhlət Yolçuyev həmin sənədlərə əhəmiyyət verməmiş və mənzillərin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onun tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. İdarədən mənzillərin İddiaçı satılması ilə bağlı cinayət hadisəsinin baş verməməsi bildirilmiş və mənzil sahələrinin təhvil verilməsi və mənzil sahələrindən istifadə olunmasına maneələrin aradan qaldırılmasına dair tələblə məhkəməyə mülki idd ia ilə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarına əsasən, mübahisəli mənzillər iddiaçıya satılmış və mənzillərin dəyəri tam həcmdə ödənilmişdir.

9. Cavabdehin nümayəndəsi iddiaya etiraz ünvanlayaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixli hökmlə müəyyən edilmişdir ki, X1 Valeh Mövsüm oğlu ilə birlikdə müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə borc pul istəməklə alıb, həmin pul vəsaitini Cavabdeh MMC-nin xəzinəsinə mədaxil etmədən, həmin şəxslərin borcu qaytarmayacağı təqdirdə Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prosp ekti, 558-566-cı məhəllə ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Valeh Əliyevin isə direktoru olduğu Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan həmin şəxslərə satılması görüntüsü yaratmaq məqsədi ilə Valeh Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını, eləcə də müqavilələrə 1 nömrəli əlavələri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor: Əliyev V.M” yazılarının qarşısında Valeh Əliyev tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşay ış sahələrinin qeydiyyatının vahid kompüter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri təqdim etməklə X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Cavabdeh MMC-nin təsərrüfat fəaliyyəti və işgüzar nüfuzu ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə Valeh Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda cəmi 36 mənzil satıldığını göstərmiş, xx.xx.2019-cu il tarixdə həmin dövrdə direktor olmuş Əliyev Valeh tərəfindən imzalanmış Aktda 37 mənzil satıldığını göstərmiş, lakin İddiaçı həmin siyahıların heç birində yoxdur. Nağıyev Azad və Əliyev Valeh cinayətkar əməlləri üzrə həbs edildikdən sonra xx.xx.2019-cu ildə İddiaçı da daxil olmaqla və müxtəlif şəxslərlə Nağıyev Azad arasında bağlanılan saxta müqavilələrin və maliyyə arayışlarının surətləri Cavabdeh MMC-nin ünvanına poçt vasitəsilə daxil olmuşdur. Azad Nağıyevin sonradan rəsmiləşdirdiyi bu müqavilələr barədə şirkətin yalnız o həbs olunduqdan sonra Faiq, Azadın oğlu və digər şəxslər tərəfindən bu sənədlər göstərildikdən sonra xəbəri olmuşdur. Həmin müqavilələrdə satış kimi göstərilən mənzillərin dəyəri Cavabdeh MMC-yə mədaxil edilməmiş və yaxud hər hansı bir formada binanın tikintisinə xərclənməmişdir. Göründüyü kimi, X18 öz şəxsi borcuna görə şirkətin əmlaklarını (mənzil və qeyri yaşayış sahəsi) saxta yollarla hazırkı iddiaçıya və digərlərinin adına sənədləşdirm işdir. X9, yəni təsisçilərdən birinin şəxsi borcuna görə, Cavabdeh MMC məsuliyyət daşımamalıdır. Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbinə əsasən isə, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Burada söhbət Azad Nağıyevlə həmin üçüncü şəxslər arasında olan borc münasibətindən gedir. Cavabdeh MMC ilə həmin üçüncü şəxslər arasında olan borc münasibətindən söhbət getmir. Yuxarıdakı hallar müəyyən etməyə əsas verir ki, bu müqavilələr üzrə iradə ifadəsi Cavabdeh MMC-nin yox, bu cür cinayətkar əməllər törətmiş və hazırda X19 ilə birgə həbsdə olan X9 iradə ifadəsidir.

10. İddiaçının nümayəndəsi və vəkili etiraza dair yazılı münasibətini birinci instansiya məhkəməsinə təqdim edərək göstər mişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün məzmunundan da göründüyü kimi, İddiaçı məxsus mənzillərlə bağlı ödənişlərin təqsirləndirilən şəxslər tərəfindən mənimsənilməsi ilə əlaqədar onlara ittiham elan edilməmişdir. Eyni zamanda iddaçı İddiaçı məxsus mənzillərin alqı-satqı sənədlərinin və maliyyə arayışlarının saxtalaşdırılıb digər şəxslərə də satılaraq dələduzluq edilməsi faktı da hökmdə öz əksini tapmamışdır. Cavabdehin qeyd etdiyi kimi, direktor X19 tərəfindən iddiaçının tam şəkildə ödədiyi pul məbləği mənimsənilmiş olsa belə, bu, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bu halda, direktor X19 ona etibar edilmiş əmlakı mənimsəməklə bağlı məsuliyyətə cəlb edilməlidir. Əlavə olaraq, şirkətə vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən situasiyada İddiaçı vicdanlı əldə edəndir. Cavabdeh tərəfindən təqdim edilmiş 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, hökmün şəxsə ittiham elan edilməsi ilə bağlı olan hissəsində iddiaçının adı, ona məxsus mənzillərlə bağlı sənədlərin saxtalaşdırılması və ödənişlərin mənimsənilməsi öz əksini tapmamışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-3762/22 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi təmin edilmiş, mübahisə predmeti olan mənzillərin İddiaçı təhvil verilməsi, tərəflər arasında bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilələrə Əlavə №1-də qeyd olunan öhdəliklərin yerinə yetirilməsi və İddiaçı mənzillərə münasibətdə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən, tərəflər arasında üç mənzil barədə müqavilələr bağlanmış, alıcı tərəfindən mənzillərin dəyəri ödənilmiş və ona bu barədə müvafiq maliyyə arayışları verilmiş, hal-hazırda isə cavabdeh mənzillərin real olaraq satılmamasını və təsisçilərdən birinin şəxsi borcuna görə iddiaçıya verilməsi qeyd edilir, bu əsasla mənzillər iddiaçıya təhvil verilmir, lakin buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

13. Cavabdeh mübahisəli mənzillərin X18 tərəfindən öz şəxsi borcuna görə saxta yollarla ha zırkı iddiaçının adına sənədləşdirilməsini göstərsə və bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işinə, “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına, “Azərbaycan Respublikası Konsti tusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Akta ümumiyyətlə qiymət verməmişdir. Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda cəmi 36 mənzil satıldığını göstərilmiş, xx.xx.2019-cu il tarixdə həmin d övrdə direktor olmuş Əliyev Valeh tərəfindən imzalanmış Aktda 37 mənzil satıldığını göstərilmiş, lakin İddiaçı həmin siyahıların heç birində yoxdur. Bu fakt onu təsdiq edir ki, X18 ilə İddiaçı arasında olan münasibəti şəxsi xarakter daşıyır və Aqana Servis MMC-yə heç bir aidiyyatı yoxdur.

17. İddiaçı elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlamış və göstərmişdir ki, ona aid mənzillərlə bağlı hökmdə heç nə müəyyən edilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6573/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F. Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q. Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir.

20. Kollegiya, həmçinin qeyd etmişdir ki, hüquqi şəxsin (MMC) təmsilçisinin (təsisçinin) imzaladığı rəsmi sənəd üzrə mülki məsuliyyət məhz hüquqi şəxsin özünə mənsub olduğundan, şikayətin iş üzrə müəyyən edilən hallara (müqavilə öhdəliklərə və ödənişlərə) aidiyyəti müəyyən edilmir.

21. Kollegiya öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

24. İddiaçı elektron məhkəmə sistemi vasitəsilə kassasiya şikayətinə etiraz ünvanlamış və göstərmişdir ki, ona aid mənzillərlə bağlı hökmdə heç nə müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 152.1. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd v ə ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. İddiaçının adının məhkum edilmiş şəxslər tərəfindən tərtib edilmiş siyahılarda göstərilməməsi də iddianın rədd edilməsinə əsas vermir. Çünki iddiaçının həmin mənzilllərə dair hüquqi şəxslə bağladığı müqavilələr qüvvədədir, onların etibarsız olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilələr üzrə öhdəliklərini icra et məlidir.

43. Məhəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6573/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar